Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə57/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   53   54   55   56   57   58   59   60   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
124 
Bu tərəfləri ilə onu vergilərə çox bənzəyir. Bu səbəbdən bəzi yazıçılar xərc-
lərin  vergi növündən başqa bir şey olmadığı fikrini irəli sürürlər. 
3. Rüsum 
Rüsum adı altında əldə edilən bələdiyyə gəliri bəzən xərcə, bəzən də vergiyə 
oxşamaqdadır. Rüsum ya tamamilə qarşılıqsız olaraq alınmaqda, ya da bir xidmət-
dən yararlanmanın və ya bir haqq əldə etməyin qarşılığında alınmaqdadır. 
Rüsumun vergi və  xərclərdən çox fərqli olaraq, özünə aid bir özəlliyini irəli 
sürmək mümkün deyil. Əvvəllər rüsum olaraq adlandırılan və qarşılıqsız olan bəzi 
məcburiyyətlər, daha sonra vergiyə çevrilmişdir. Məsələn, idxal edilən mallar üzə-
rində alınan və  əvvəldən Gömrük Rüsumu olaraq adlandırılan məcburiyyət, daha 
sonra Gömrük vergisi olaraq dəyişdirilmişdir.  
Hal-hazırda ölkəmizdə dövlət büdcəsində rüsum altında yer alan məcburiyyət-
lər yalnız dəniz yolu ilə idxal edilən mallar üzərindən alınan Sahil Rüsumu ilə, 
yenə idxal edilən mallar üzərindən gömrük vergisinə əlavə olaraq alınan idxal çek 
rüsumundan ibarət olmaqdadır. 
Burada Sahil Rüsumu, sadəcə, dəniz yolu ilə idxal edilən mallardan və bir 
baxımdan liman xidmətlərindən yararlanmanın bir qarşılığı olaraq alındığından, 
xərcə bənzəyə bilir. Amma idxalat çek rüsumunun isə, gömrük vergisindən heç bir 
fərqi yoxdur. Müasir dövrdə büdcə gəlirləri içində rüsum adı altında saxlanan gə-
lirlərin payı olduqca aşağıdır. 
4. Şərəfiyyə 
Şərəfiyyə də vergi və xərcin xüsusiyyətlərini daşıyan bir bələdiyyə gəlir növü-
dür. Hazırda bir çox ölkələrdə xərclərə qatılma payı olaraq adlandırılmaqla və bələ-
diyyələrdə qurulan yol, kanalizasiya, su və başqa xidmətlərdən istifadə edərək qiy-
mətlənən daşınmaz  əmlak sahiblərindən alınmaqdadır. Məsələn, metro tikintisi 
sonrası metro stansiyası ətrafındakı daşınmazların qiyməti yüksələcəkdir. Ona görə 
də dövlət çəkdiyi xərcin bir hissəsini  əmlak sahiblərindən almağı haqlı görür. 
Hazırda Azərbaycanda belə bir gəlir növü tətbiq edilməməkdədir. 
5. Fiskal gəlirlər 
“Fiskal” sözü maliyyə  ədəbiyyatında  əksər iqtisadçılar tərəfindən tərcümə 
edilməkdədir. Fiskal sözünün mənası türkcə, ümumiyyətlə, vergi, ya, da xərcə oxşar 
şəkildə ifadə edilməkdədir. Fiskal gəlirlər dövlət sektoru və ya yarı dövlət sektoru 
qurumu xarakterindəki iqtisadi, sosial və professional qurumların etdikləri xidmətlər 
qarşılığında öz üzvlüyündən yararlananlardan müxtəlif adlarda aldıqları pullardır.
53
 
 
                                                 
53
  A.Mehdiyev, Vətəndaşın büdcə bələdçisi, 2005, s. 248 


Dövlät Maliyyäsi 
 
125 
6. Borclanma 
Dövlət, hegemonluq gücünü istifadə edərək hüquqi və fiziki şəxslərdən zorla 
borc ala bilər. Borclanmaq vacib olan halda, bu yöndə vergiyə bənzəyə bilər. 
Ancaq dövlət tərəfindən müəyyən zaman sonra geri ödəndikdə vergidən ayrıl-
maqdadır. 
Dövlət, zorla olmadan, yəni  şəxs və qurumların razılığı ilə  də borc ala bilər. 
Dövlətin günümüzdə ən çox borc almaq metodu budur. 
6. Pul emissiyası 
Kağız pul və metal pul yayımı dövlətin sərbəstlik haqqını istifadə edərək əldə 
etdiyi hökumət gəlir növüdür. Bu gəlir növü dövlət üçün rahat olsa da, inflyasiyaya 
birbaşa təsir etdiyi üçün və təhlükəli nəticələrə gətirib çıxarmasına görə bir o qədər 
də istifadə edilməməkdədir. 
7. İqtisadi monopoliya 
Dövlət, bir vaxt mal və xidmətlərin istehsalını öz əlində saxlayaraq gəlir mən-
bələrini artıra bilər. Monopoliya məhsullardan, xüsusən, yerləşmə imkanı olmayan-
ların dəyərini yüksək tutmaq mümkündür.  
Dövlət, monopoliya məhsullardan  əldə etmək istədiyi gəliri ya bu məhsullar 
üzərinə bilavasitə bir vergi tətbiq etmək, ya da dəyəri yüksək tutmaq surəti ilə tə-
min edə bilər. 
8. Pul cəzaları 
Pul cəzalarının tətbiqindəki məqsəd dövlətin gəlirlərini artırmaq deyil, qanun 
və qaydalara riayət olunmasını  təmin etməkdir. Qeyri-qanuni davrananlar üçün 
azadlığı məhdudlaşdırıcı və oxşar cəzalar tətbiq olunmaqdadır. Ancaq bir çox cəza-
lar vardır ki, bu cəzalar pul cəzası ilə ödənir.  
Məsələn, yol hərəkəti qaydalarını pozanlara tətbiq olunan pul cəzaları kimi. 
9. Əmlak və təşəbbüs gəlirləri 
Əmlak gəlirləri, dövlətə aid daşınan və daşınmaz əmlakların satışından, işlədil-
məsindən və icarəyə verilməsindən  əldə edilən gəlirlərdir. Dövlətin sahib olduğu 
əmlak, ümumiyyətlə kənd təsərrüfatı ərazisi, meşələr, mədən və yataqları və bina-
lar kimi daşınmazlardan ibarətdir. 
Dövlət, əmlak gəlirləri yanında Dövlət İqtisadi Təşəbbüsləri vasitəsi ilə də gəlir 
əldə edir. 
6.8.3. BÜDCƏDƏ BALANS 
Büdcədə balans, dar mənada, büdcədə göstərilən gəlirlərin edilməsinə icazə ve-
rilmiş xərclərin qarşılanmasıdır. Ancaq müasir baxımdan daha böyük bir məna ver-
məkdədir. Büdcə balansı, dövlətin edəcəyi xərclərə aid avansların vergi gəlirləri ilə 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
126 
tam olaraq bağlanmasıdır. Dövlət əmlakından əldə edilən gəlirlərin çox aşağı qal-
dığı nəzərə alınacaq olarsa, cari dövlət xərclərinin layihəsində əsas qaynağın, həqi-
qətən də vergilər olduğu başa düşülür. Borclanma və çox vacib olduğunda pul 
emissiyası büdcə balansını təmin etmək üçün normal bir yol kimi görülməz və zə-
rərli nəticə yaradar.  
Müasir büdcə anlayışına görə borclanma normal bir gəlir qaynağı deyil; sadəcə 
fövqəladə xərclərin qarşılanması üçün istifadə edilən bir yol olmalıdır. Yenə bu an-
layışa görə, əgər büdcə düşünülmüş borclanmanın faiz və hissələrini qarşılayacaq 
verəcəkləri  əhatə edərsə  və bu verəcəklər də normal gəlirlərlə qarşılana bilirsə, 
büdcə balansda sayılır. Normal gəlirlər başda vergilər, xərclər və rüsumlar olmaq 
üzrə dövlət  əmlakından və müəssisələrdən  əldə edilən gəlirlər olaraq qəbul edil-
məkdədir.  
Hugh Dalton, büdcə balansının müəyyən bir zaman dilimi içində  gəlir və ya 
xərc artığının olmamağı halı olduğunu vurğulamaqdadır. Daltona görə, gəlirlər ar-
tıq olduğunda da büdcənin balansda olmadığından söhbət etmək olar. Bu ifadə, 
klassik maliyyəçilərin nəzəriyyə tərzinə çox uyğundur. Çünki bunlar dövlət xərclə-
rinin normal gəlirlərdən daha çox olmamağı fikrini irəli sürmüşdülər. Klassiklərə 
görə, “büdcə artığı” deyilən gəlirlərin xərcləri aşması durumu da maliyyə balan-
sında pozucu xarakterdədir. Bu halda, maliyyə balansı dövlət büdcəsinin kəsir və 
ya artıq verməməyidir. 
Təcrübədə iki cür balans vardır: real balans və görünüşdə balans. “Real balans” 
səmimiyyət prinsipinə uyğun olaraq hazırlanan büdcələrin tətbiq edilməsindən son-
ra gəlir və xərclərin bərabər olmasıdır. “Görünüşdə balans” büdcələr hazırlanarkən 
və səlahiyyətli orqan tərəfindən təsdiq edildikdən sonra gəlir-xərc tarazlığının bəra-
bər olmasıdır.
54
 
6.8.4. BÜDCƏ KƏSİRİ 
Büdcənin xərc tərəfinin gəlir tərəfindən daha çox olduğu halda büdcə kəsiri ol-
maqdadır.  
İnkişaf etmiş ölkələrdə meydana gələ biləcək büdcə kəsiri, ümumiyyətlə, təhlü-
kəli deyil. Çünki bu ölkələrdə iqtisadi tarazlıq olduğundan, qısa bir vaxtda büdcə 
yenidən tarazlığa gələ bilməkdədir. Ancaq inkişaf etməkdə olan ölkələr üçün bu hal 
çox  əhəmiyyətlidir. Çünki inkişaf etməkdə olan ölkələr inkişaf etmək üçün çalış-
maqdadır. Bu səbəblə, müdafiə və idarəetmə xərclərinin yanında böyük investisiya 
xərcləri də vardır. Buna baxmayaraq, maliyyə ehtiyatları çatışmamaqdadır. Cari 
xərclərin saxladılması isə mümkün deyil. O zaman bəzi dövlət xidmətlərinin yerinə 
                                                 
54
  Sönmez Nezine, a.k.ə. s. 124 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə