Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə53/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   49   50   51   52   53   54   55   56   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
112 
Büdcələr  əsas olaraq maliyyə funksiyasına sahibdir: ancaq, bu gün iqtisadi 
baxımdan güc qazanmağa başladığı üçün maliyyə və iqtisadi funksiyaları bir yerdə 
görülməkdədir. Çünki dövlət xidmətlərinin bir maliyyə planı içində edilməsi və 
təxminlərin bildirilməsi çətin hala gəlmişdir. Məqsəd  ən az maliyyə qaynağı ayı-
raraq, ən yüksək dövlət faydası əldə etməkdir. 
b- Hüquqi funksiya 
Büdcələr şəkil baxımından bir qanundur. Çünki digər qanunlar kimi, hökumət 
tərəfindən hazırlanmaqda, səlahiyyətli orqan tərəfindən baxılmaqda və imzalan-
maqdadır. Əslində isə onun bir qanun deyil, bir idari sənəd olduğu fikri vardır. 
Maliyyəçilərin bir qismi büdcənin bir qanun, digər bir qismi isə inzibati sənəd 
olduğunu qəbul etməkdədirlər. Büdcənin hazırlıq və işlək dövrlərindəki mərhələlər 
qanunla edildiyinə görə, büdcənin hüquqi funksiyasını  aşkar hala gətirməkdədir. 
Dövlət gəlirlərinin toplanması  və dövlət xərclərinin edilməsi, hüquq qaydaları ilə 
olur; bütün dövlət idarələri bu maliyyə qanunlarına əməl etməlidirlər. 
c- Siyasi funksiya 
Büdcələr cəmiyyətin gələcəyə aid fəaliyyət planlarını göstərdiyinə, dövlət gə-
lirlərini toplamaq və xərclərini etmək səlahiyyəti də hökumətə aid olduğuna görə, 
bu vəziyyət hüquqi gücün idarəedici orqana olan üstünlüyünü ifadə edir. Ayrıca, 
demokratik rejimlərdə, hökumətlərin fəaliyyət proqramlarının həyata keçməsi büd-
cə ilə mümkün olmaqdadır. Büdcənin siyasi funksiyası ancaq parlamentli sistemin 
olduğu ölkələrdə mümkündür. 
d- İqtisadi funksiya 
Dövlət xərcləri büdcəyə uyğun olaraq edilir. Bunların xərclənəcəyi xidmət növ-
lərinin seçilməsi və miqdarlarının təsbit olunması bir tərəfdən inzibati, digər tərəf-
dən də iqtisadi bir hərəkətdir. Dövlət əli ilə iqtisadiyyata edilən müdaxilədə ən va-
cib nöqtə dövlət xərclərindən  əmələ  gələcək məcmu faydanın  şəxs  əli ilə edilən 
xərclərdən daha çox olmasının vacibyidir. 
Büdcənin iqtisadi funksiyası dövlətin gəlir və  xərcləri arasında bir bərabərlik 
yaradılmasının vacibliyi və büdcə siyasətinin bir iqtisadi ünsür halına gəlməsi 
halın-da, müasir büdcə anlayışı baxımından vacib olmaqdadır. 
e- Sosial funksiya 
Sosial tərəfdən büdcə, gəlirlərin paylanmasına üstünlük verən bir ünsür olaraq, 
son dərəcə lazımlı olmaqdadır. Büdcə, xərclər yolu ilə bəzi şəxslərdən alınan vergi-
ləri digər şəxslərə paylamış olmaqdadır. Bu yolla dövlət cəmiyyətin müxtəlif təbə-
qələri arasında bir tarazlıq yaratmaqdadır.  
f- Nəzarət funksiyası 
Büdcə təxminidir. Büdcə qanunu təxmini olaraq hazırlanır, qəbul edilir və son-
ra həyata keçirilir. Büdcənin həyata keçməsi dedikdə xərclərin edilməsi və gəlirlə-


Dövlät Maliyyäsi 
 
113 
rin yığılması başa düşülməkdədir. Ümumiyyətlə, bir il içərisində qəbul edilən büd-
cələrdə yer alan təxmini gəlir və  xərclərin ilin sonunda, mövcud olduqdan sonra 
yoxlanmağı vacibdir. 
Büdcənin yoxlama funksiyasının məqsədi dövlətin bütün maliyyə  əməliyyat-
larının yoxlanmasıdır. Beləliklə, büdcədə  təxmin edilən gəlir və xərc rəqəmləri il 
sonunda mövcud olan rəqəmlər arasında bir müqayisə etmək imkanı vermiş olur.  
6.3.2. MÜASİR FUNKSİYALAR 
Müasir maliyyəçilərə görə maliyyə hadisələri klassik maliyyəçilərin  əksinə
iqtisadi həyatın içindədir. Bu vəziyyətlə  əlaqədar büdcəyə yeni funksiyalar veril-
mişdir. Büdcə vasitəsi ilə iqtisadi və sosial həyata, yeniliklərə təsir olunması gün-
dəmə gəlmişdir.  
Büdcənin bəhs olunan yeni müasir makro-iqtisadi funksiyaları aşağıdakılardır: 
a-Büdcənin konjektura funksiyası  
Büdcənin konjektura funksiyasına görə, büdcə iqtisadiyyatdakı konjektur inki-
şaf qarşısında müəyyən bir dəyişkənliyə sahib olmalıdır. Nümunə kimi, iqtisadiy-
yatda deflyasiya varsa, lazım olduqda büdcə kəsiri verərək iqtisadiyyatın yenidən 
canlanması təmin olunmalıdır. Buna görə deflyasiya ilə mübarizədə xərcləmə siya-
səti tələbyönlü bir iqtisadi siyasət içərisində  ələ alınacaqdır.
39
 Tərsinə, inflyasiya 
baş verərsə, xərclərin məhdudlaşdırılması, gəlirlərin isə artırılmasına cəhd edilməsi 
lazım gələcəkdir. Hədəf büdcə vasitəsi ilə iqtisadiyyatdakı konjekturanın mənfi tə-
sirlərini azaltmaq, bunun üçün lazım olduqda büdcədə balansı illik deyil, bütün 
konjektura dövrü etibarı ilə düşünməkdir. 
Bu çərçivədə inflasiya ilə mübarizədə büdcə üç şəkildə hazırlanıb həyata ke-
çirilə bilər.
40
 
─  büdcə xərcləri azaldılır, gəlirlərində, yəni vergilər üzərində müxtəliflik edilə 
bilməz və beləcə, bir büdcə gəliri meydana gətirilə bilər. 
─  büdcənin xərcləri mümkün qədər dəyişdirilməyərək mövcud vergilər artırıla 
bilər və ya vergiləndirilməyən vergi rezervləri vergiləndirilə bilər. Burada 
hədəf yenə bir büdcə gəliri yaratmaqdır. 
─  büdcənin xərcləri və gəlirləri azaldılaraq bir il əvvəlkinə nisbətən az, lakin 
balanslaşdırılmış bir büdcə hazırlana bilər. Büdcənin belə hazırlanması ilə 
istənilən hədəf məcmu tələb içərisindəki dövlət xərclərinin faizlə nisbətinin 
dəyərini azaltmaqdır. 
                                                 
39
  Aytaç Eker, Asuman Altay,Mustafa Sakal, Maliyye Politikası (Teori, İlkeler ve Yöntemler), 
Takav Matbaacılık, Ankara, 1994, s. 163 
40
  Gülay Coşkun, Devlet Bütçesi-Türk Bütçe Sistemi, Turhan Kitabevi, Ankara, 1994, s. 33 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
114 
b-Büdcənin əvəzetmə funksiyası 
Büdcənin əvəzetmə funksiyası işsizliyin azaldılmasında və əsasən, struktur xa-
rakterdə olmayan depressiyadan ayılmaqda vacib bir rol oynamaqdadır. Funksiya 
çərçivəsində büdcə, lazım olduqda, büdcə kəsiri verərək sektorun yetişmədiyi his-
sələrə müdaxilə edəcək, beləcə, iqtisadiyyat normal inkişaf dövrünə soxula biləcək-
dir. İqtisadiyyat tam işləmə səviyyəsində sağlam bir balansa qovuşunca, büdcənin 
bağışlama funksiyası tamamlanmış olacaqdır. Bu vəziyyətdə büdcələr yenidən 
balans olaraq hazırlanıb həyata keçirilə biləcəkdir. 
c- Büdcənin inkişaf funksiyası  
Büdcələr bu funksiyaya uyğun olaraq, ölkələrin iqtisadi inkişaf cəhdlərində əsas 
bir maliyyə ünsürü olaraq işlədilməkdədir. 
İqtisadi inkişaf, şübhəsiz, az inkişaf etmiş ölkələrin problemidir. Az inkişaf et-
miş ölkələr büdcə vasitəsi ilə inkişaflarını sürətləndirmək yolundadırlar. Bunu hə-
yata keçirə bilmək üçün də büdcədə investisiya xərclərinə ağırlıq vermək, büdcənin 
inkişafı barədə plan və proqramları ilə uyğun həyata keçirilməsini təmin etmək 
məcburiyyətindədirlər. Az inkişaf etmiş ölkələrin büdcə  gəlirlərinin sərhədli və 
yetərsiz olması büdcə xərclərinin artım sürətini yavaşlatmaqdadır.
41
 
d-Büdcənin qaynaq bölüşdürülməsi funksiyası  
Qaynaq istifadəsində  əlverişlilik, iqtisadiyyatdakı tükənən qaynaqların ictimai 
faydanı  ən üst səviyyədə  təmin edəcək formada yönləndirilərək mal və xidmət 
istehsal edilməsi, başqa sözlə, mövcud istehsal ünsürlərini ən rasional formada və 
ən geniş ölçüdə ictimai ehtiyacları  təmin edəcək səviyyədə  işlədilməsi  şəklində 
ifadə edilə bilər.
42
  
Dövlət digər tərəfdən həyata keçirəcəyi büdcə siyasətləri ilə iqtisadiyyatda da 
qaynaqların ehtiyaclara ən yaxşı  şəkildə  təhsis edilməsinə, qaynaq işlədilməsində 
əlverişlilik yaradılmasına cəhd edə bilər. 
e- Büdcənin gəlir paylanmasının tərtibi funksiyası  
İqtisadiyyatda mal və xidmət istehsalına qatılan istehsal faktorları istehsal sonu 
yaranan gəlirdən müəyyən bir pay alırlar. Dolayısı ilə milli gəlir iqtisadi mexaniz-
minin işləməsi nəticəsində faktorlar arasında bazar qanunlarına görə paylanır. Bu 
paylanma nəticəsində istehsal faktorları: əmək, sərmayə, idarəçi, təbiət özlərinə dü-
şən payları alırlar. Büdcənin gəlir paylanmasını tərtibi funksiyası iqtisadi mexaniz-
minin işləməsi nəticəsində öz-özündən meydana gələn gəlir paylamasına təsir etmə, 
əmək gəlirinin payını yüksəltmə, hər hansı bir səbəblə iqtisadi fəaliyyətlərə qatıl-
                                                 
41
  Gülay Coşkun, a.k.ə, s. 35 
42
  Haluk  Anıl,  Kamu Maliyyesi ve Kaynak Kullanımında Etkinlik, A.İ.T.İ.A. Yayın No: 205, 
Maliyye Fakultesi Yayın No:5, Ankara 1982, s. 13 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə