Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə49/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   45   46   47   48   49   50   51   52   ...   135

Dövlät Maliyyäsi 
 
103 
Dövlət investisiya xərcləri, iqtisadiyyatın istehsal gücünü doğrudan artırmağa 
istiqamətli olan xərclərdir. Gələcək dövrlərə qalıcı varlıqlara edilən xərclər, inves-
tisiya xərcləri xüsusiyyətində olub, sərmayə mallarına əlavələr, ya da anbar inves-
tisiya məqsədi ilə edilən xərclərdir. Cari xərclər anlayışına isə qısa dövrdə doğru-
dan, istehsalı artırıcı təsiri söz mövzusu olmaya bilən və faydası bir dövrlə məhdud 
sayıla biləcək xərclər girər. Bu xərclər mövcud olan istehsal tutumunu istifadə 
etmək üçün lazımi mal və xidmətlər üçün edilir. Bəzi dövlət xərclərinin təsir və 
faydaları eyni dövrdə yox olmadığı, gələcək dövrlərə də saxlanılmaqdadır. Başqa 
sözlə, ölkənin istehsal gücünə təsiri göstərməyəcək qədər açıq olan və bu xüsusiy-
yətləri daşıyan təhsil və səhiyyə xərcləmələrinə “inkişaf cariləri” adı verilməkdədir. 
Transfer xərcləri, cari dövr istehsalına qazanc dövlət tərəfindən doğrudan bir 
tələb yaratmamaqla birlikdə, bəzi qaynaqların, dövlət büdcəsi vasitəsilə şəxslər və 
təşkilatlararası qarşılıqsız əl dəyişdirməsi xüsusiyyəti daşıyan dövlət xərcləridir. H. 
Brochier və P. Tabatoni, transfer xərclərini, milli gəlirdə bir müxtəliflik yaratma-
yan və yalnız satın alma gücünün fərdlər və ictimai qruplar arasında  əl dəyişdir-
məsinə səbəb olan xərclər olaraq təyin etməkdədirlər. Bu şərh formasından transfer 
xərclərinin ümumi tələbi, başqa sözlə, cari istehsala heç bir şəkildə  təsir etməyə-
cəyi mənasını çıxarmamaq lazımdır. İfadə olunmaq istənən, bu cür bir istehsal əla-
qəsinin ilk mərhələdə birbaşa ortaya çıxmadığı, lakin daha sonra satın alma gücü-
nün əl dəyişdirməsinə bağlı olaraq ortaya çıxmasıdır. Real xərclərdə dövlət, mal və 
xidmət formasında olmaq üzrə bir qarşılıq əldə etməkdədir. Halbuki transfer xərc-
lərinin belə bir qismində, ödəmənin edildiyi fərd və  təşkilatlar tərəfindən dövlətə 
bir xidmət edilməsi və ya bir mal təslimi söz mövzusu olmamaqdadır. Bu xərclər, 
dövlətin, ümumiyyətlə  fərd və  təşkilatlardan bir qarşılıq gözləmədən etdiyi xərc-
lərdir. 
Bunun yanında transfer qəbul edilən digər bir qrup xərcləmə isə qarşılıqsız 
deyil. Bu cür transfer xərcləri qarşılığında dövlət bir qisim sərmayə malları ilə fərd 
və  təşkilatlardan dövlətə qarşı xidmət öhdəçilikləri (məcburi xidmət qarşılığı  tə-
qaüdlər, başa-başın altında təhvil-ixrac şərtləri kimi) əldə edər. Bunlar hissə sənədi, 
istiqraz kimi maliyyə sərmayə ola biləcəyi kimi, bina, ərazi kimi real sərmayə də 
ola bilərlər. Bu vəziyyətdə bu cür transfer xərclərini real xərclərdən ayıran xüsu-
siyyət, xərcləmənin qarşılığı olan dəyərlərin cari dövrdə çıxarılmamış olmalarıdır. 
Daşınmaz əmlak əhatəsinə girən ərazi yenidən çıxarıla bilməyəcəyinə görə, bu cür 
alımlar üçün edilən dövlət xərclərinin bütünü "sərmayə təşkili üçün transfer xərclə-
məsi " xüsusiyyətindədir. Bina və strukturlar üçün istehsal ili, əlaqədar xərclərin bir 
dövlət investisiyası, yoxsa investisiya təşkili üçün transfer xərcləməsimi olduğu 
müəyyənləşdirəcəkdir. Məsələn, dövlətin satın aldığı bina, daha əvvəlki illərdə ta-
mamlanmış isə edilən xərcləmə  sərmayə  təşkili xüsusiyyətindəki bir transfer 
xərcləməsidir.  


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
104 
Real xərcləmələr içərisində doğrudan istehsal tutumunu artırıcı təsiri olmayan 
və bu cür xidmətlərə yönəlməyən və faydası bir dövrlə  məhdud sayıla biləcək 
xərcləmələr (personal xərcləri, ezamiyyət xərcləri, istehlak malları və vəsait alışları 
kimi) cari xərcləmə olaraq qəbul edilməkdədir.  
Real xərcləmələr içərisindən iqtisadi istehsal gücünü birbaşa artırmağa istiqa-
mətli və gələcək dövrlərə qalıcı varlıqlara edilən xərcləmələr də (dərs-proyekt xərc-
ləri, quruluş təsis və böyük təmir xərcləri, maşın təchizat və nəqliyyat vasitəsi alış-
ları) investisiya xərcləmələri olaraq xarakterizə edilməkdədir. 
Transfer xərcləmələri, ictimailəşdirmə və bina satın alışları, təşkilatlara qatılma 
payları və sərmayə təşkilləri, iqtisadi transferlər, maliyyə transferləri, ictimai trans-
ferlər və borc ödəmələri xərcləmə qələmlərindən meydana gəlməkdədir. 
5.2.2. DÖVLƏTİN BÖYÜKLÜYÜNÜN ÖLÇÜLMƏSİ 
Dövlətin böyüklüyü və dövlət xərcləmələrinin böyüklüyü mövzusu, bazar me-
xanizmi yerinə, siyasi qərarlarla nə ölçüdə ictimai sektora mal və xidmət çıxara 
biləcəyinin araşdırılması  mənasını verməkdədir. Real dövlət xərcləmələri, yalnız 
siyasi qərarlara bağlı qaynaq bölgüsünü deyil, eyni zamanda, cari dövrün ümumi 
istehsalından dövlət sektorunun istədiyi payı da təyin etməkdədir. Bir qədər əvvəlki 
modulda da toxunulduğu üzrə, transfer xərcləmələri eyni qiymətləndirməyə tabe 
tutula bilməz. 
Bunlardan dövlətin sərmayə malları əldə etməsini təmin edənlər, cari dövrdəki 
istehsala olmasa dı keçmiş dövrlərin istehsalına qarşı dövlətin tələbi mənasını 
verən və  nəticədə dövlət sektorunun sərvətinin artımına gətirib çıxaranlar fərqli 
qiymətləndirilməlidir. Bu xüsusiyyəti ilə sərmayə təşkili üçün edilən xərcləmələr, 
dövlət və xüsusi sektor arasındakı qaynaq bölgüsü baxımından, real xərcləmələr-
dən fərqli deyil. Halbuki, xatırlanacağı üzrə transfer xərcləmələrində, dövlət tərə-
findən edilən xərclər qarşılığı  hər hansı bir mal və xidmətin satın alınması söz 
mövzusu deyil. Bu istiqamət ilə qarşılıqsız transfer xərcləmələri, dövlət sektoru-
nun birbaşa istehsalla əlaqəli bir tələbini göstərməz. Ancaq, qarşılıqsız transfer 
xərcləmələrinin də siyasi qərar nəticəsi şəxslərə keçdiyini unutmamaq lazımdır. 
Dövlət xərcləmələrinin rəqəm olaraq böyüklüyü, başqa böyüklüklərlə, məsələn 
iqtisadiyyatın bütünü ilə müqayisə edilmədiyi müddətcə  mənasızdır. Cəmi xərc-
ləmələr artarkən, fərdi gəlir, qiymətlər, əhali kimi digər böyüklüklər də artıq ola bi-
lər. Dövlət xərcləmələrinin rəqəm artımından çox, müqayisə edildiyi böyüklüklərə 
nisbətlə artıb-artmadığı  əhəmiyyətlidir. Dövlət sektorunun nisbi böyüklüyü ümu-
miyyətlə ümumi milli məhsul / gəlir ilə müqayisə edilərək ölçülür.  
Dövlət xərcləmələrinin iqtisadiyyatdakı yerini göstərəcək olan dövlət xərclə-
məsi, ümumi milli hasilə nisbətinin payındakı və məxrəcindəki dəyərlər araşdırıl-
maq istənən mövzunun xüsusiyyətinə görə fərqliliklər göstərə bilər. Araşdırmanın 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə