Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə51/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   47   48   49   50   51   52   53   54   ...   135

Dövlät Maliyyäsi 
 
107 
artmış və qiymətlərin ümumi səviyyəsində enişlər meydana gəlmişdir. İqtisadi dur-
ğunluq deyə adlandırılan bu böhran qısa zamanda bütün dünyanı təsiri altına almış-
dır. Uzun müddət davam edən böhran qarşısında dövlətin iqtisadiyyata müdaxiləsi 
məcburi hala gəlmişdir. Dövlət xərcləmələrin, açıqdan maliyyə texnikasına da 
müdaxilə edərək iqtisadiyyatı durğunluq müddətindən qurtarmağı bacarmışdır. 
Bu surətlə başlayan dövlət xərcləmələrindəki artım, bu dövrdən etibarən hər 
keçən gün davam etmişdir. İrəliləyən zaman içərisində  rəqabət bazarlarındakı ax-
saqlıqlar, təhsil, səhiyyə, enerji, mənzil fondu, infrastruktur, ekoloji mühafizə və b. 
sahələrdə meydana gələn problemlər üzündən dövlətdən gözlənilən vəzifələr gedə-
rək artmışdır. Dövlət bu vəzifələrini yerinə yetirmək üçün dövlət xərcləmələrini ar-
tırmaq məcburiyyətində qalmışdır. Xüsusilə  İkinci Dünya Müharibəsindən sonra 
ictimai rifah nəzəriyyəsi sahəsindəki işlər  əhəmiyyət qazanmağa başlamışdır. 
İşsizliyin aradan qaldırılmasında, ac və evsiz qalan insanların problemlərinin həl-
lində, dövlətə olan ümidlər artmışdır. Beləcə , XX əsrin ilk illərində ümumi milli 
hasılatın hələ 10'%-inə çatmayan cəmi dövlət xərcləmələri son dövrdə ümumi milli 
hasilatın yarısına yaxın bir səviyyəyə çatmışdır. Bu şəkildə dövlət büdcəsi, yalnız 
milli müdafiə etmə, asayiş, mühakimə  və b. ictimai xidmətləri yerinə yetirən bir 
vasitə deyil, dövlət rifahının maksimum edilməsini təmin edən bir vasitə olaraq gö-
rünməyə başlanmışdır. Buna bağlı olaraq, klassik iqtisad anlayışının mənimsədiyi 
dar həcmli dövlət büdcəsinin yerini daha geniş həcmli büdcələr almışdır. 
5.4.2. MÜHARIBƏ VƏ MİLLİ MÜDAFİƏ                
XƏRCLƏRİNDƏKİ ARTIM 
Müharibənin və müharibə sonrası abadlıq fəaliyyətlərinin maliyyəsi problemi 
başda olmaq üzrə, ölkələrin içində olduqları geopolitik mövqeyə bağlı olaraq görü-
ləcək müdafiə etmək tədbirləri dövlət xərcləmələrini artıran əhəmiyyətli səbəblər-
dən biridir. 
Bu gün texnoloji inkişaflara bağlı olaraq silahlanma sahəsində böyük inkişaflar 
meydana gəlməkdədir. “Sülh içərisində yaşamaq istəyirsənsə, döyüşə hazır ol!” 
prinsipi bir çox ölkələr büdcələrinin böyük bir hissəsini müdafiə  xərclərinə ayır-
maq məcburiyyətində qalmaqdadır. Xüsusilə müharibə  təhlükəsinə  məruz qalmış 
ölkələr, müdafiə etmə imkanlarını artırmaq üçün büdcələrinin 50'%-inə yaxın bir 
qismini bu məqsədlə  fəda etməkdən çəkinməzlər. Hal-hazırda döyüş  və  bənzəri 
səbəblərdən dolayı xərcləmələr Dövlət Xərclərinin realda artım səbəbləri arasında 
əhəmiyyətli bir yer işğal etməkdədir. 
5.4.3. ƏHALİ ARTIMI 
Bir ölkədə  əhali artımının dövlət xərcləmələrini də artıracağı realdır. Dövlət, 
əhali artımına paralel olaraq dövlət xidmətini də artırmaq məcburiyyətindədir. Təh-


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
108 
sil, səhiyyə, nəqliyyat, alt quruluş və bənzəri ictimai xidmətlərin əhali artımı nisbə-
tində genişləndirilməsi ehtiyacı dövlət xərcləmələrini artıran səbəblərdəndi. 
Bir çox iqtisadçılar, dövlət xərcləmələrinin  əhali artımına bağlı olaraq artırıl-
masını, fərd başına düşən dövlət xərcləməsi miqdarını  dəyişdirmədiyi səbəbi ilə 
realda artım səbəbləri arasında saymazlar. Həqiqətən, əhali artımına paralel olaraq 
dövlət xərclərinin də eyni ölçüdə artmış olması, kişi başına düşən dövlət xərcləməsi 
miqdarına təsir etməz. Ancaq, nüfuz artımları çox vaxt xərclərin  əhalinin artım 
sürətindən daha böyük ölçüdə artırılmasını lazımlı edə bilər. Bu vəziyyət xüsusilə 
ictimai xidmətlərin artan xərc şərtlərində çıxarıldığı hallarda gözə çarpar. Məsələn, 
böyük şəhərlərdə edilən xidmətlərin fərd başına xərci, kiçik şəhərlərə nisbətdə daha 
yüksəkdir. Çünki, əhali artımı xidmətlərin vahid xərcinə yüksəldici bir təsir edər . 
Şəhərlərdəki yol, kanalizasiya, su, telefon şəbəkəsi və bənzəri alt quruluş xidmət-
lərinin əhali artımı səbəbi ilə genişləndirilməsi, başlanğıc xərci ilə müqayisə etdik-
də daha çox xərclərlə reallaşdırılır. Məsələn, sıx  əhali və  nəqliyyat vasitələrinin 
artımı metro ehtiyacını doğurar. Metro və bənzəri yeraltı nəqliyyat şəbəkəsinin xər-
cinin yerüstü nəqliyyat şəbəkəsinə nisbətlə daha yüksək olduğu bir reallıqdır. Buna 
görə, əhali artımı çox vaxt dövlət xərclərinin görünüşdə deyil, reallıqda artım sə-
bəbləri arasında sovular. 
5.4.4. TEXNOLOGİYA SAHƏSİNDƏKİ İNKİŞAF 
Zamanımızda ölkələr texnoloji sahədə davamlı olaraq yeniliklər arxasınca qaç-
maqdadırlar. Texnoloji sahədə meydana gələn hər yenilik və irəliləmə  dərhal hər 
ölkə tərəfindən əldə edilmək istənməkdədir. Bu gün xüsusilə çatdırma, xəbərləşmə, 
kosmos araşdırmaları  və enerji sahəsində  əhəmiyyətli ölçüdə texniki irəliləmə  tə-
min edilmişdir. Haqqında danışılan texniki inkişafların istehsal artımına və milli 
iqtisadiyyata əhəmiyyətli ölçüdə qatqı təmin edəcəyi açıq bir reallıqdır. 
Dövlət, texnologiya sahəsindəki inkişafların ölkəyə qazandırılması üçün doğru-
dan cəhddə tapıldığı kimi, bu sahədə fəaliyyət göstərən fərd və xüsusi iqtisadiyyat 
vahidlərini müxtəlif yönlərdən təşviqedici tədbirlər də görməkdədir. Buna görə, 
texnologiya sahəsində meydana gələn inkişafların izlənilməsi və ölkəyə qazandırıl-
ması dövlət xərcləmələrini həqiqətən artıran səbəblər arasında iştirak etməkdədir. 
5.5. DÖVLƏT XƏRCLƏRİNİN GÖRÜNÜŞCƏ ARTIM 
SƏBƏBLƏRİ  
5.5.1 İCTİMAİ XİDMƏTLƏRİN PUL İLƏ GÖRDÜRÜLMƏSİ 
Keçmiş dövrlərdə, bəzi ictimai xidmətlər pul qarşılığı etdirilmirdi. Məsələn, 
Osmanlı İmperatorluğu dövründə, başda əsgərlik olmaq üzrə bir qisim ictimai xid-
mət timar, xas və ya iməcilik üsulu ilə gördürülürdü. Yenə yaxın zamanlara qədər 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə