Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə50/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   46   47   48   49   50   51   52   53   ...   135

Dövlät Maliyyäsi 
 
105 
xüsusiyyətinə görə, pay dövlət xərcləməsi, geniş  əhatəli dövlət xərcləməsi və ya 
dar əhatəli dövlət xərcləməsi, yaxud da real xərcləmə və ya cəmi xərcləmələr for-
masında təyin olunaraq müəyyən edilə bilər. Dövlət sektorunun böyüklüyünün 
ölçülməsində ilk edilməsi lazım olan, dövlət sektorunun statistik olaraq təyin olun-
masıdır. Xüsusilə ölkələrarası müqayisədə, bəzi ölkələrin dövlət sektoru içərisində 
dövlət iqtisadi qurumlarını, ictimai təhlükəsizlik qurumlarını daxil etdiyi, bəziləri-
nin isə bu qurumları dövlət sektoru xaricində tutduğu bilinməkdədir.  
Xülasə olaraq, dövlətin iqtisadiyyatda cəmi xərcləməyə olan təsirinin dərəcəsi 
öyrənilmək istənirsə, cəmi dövlət xərcləmələrinin ümumi milli hasilata olan nis-
bətinin tapılması lazım olduğu deyilə bilər. Eyni şəkildə dövlətin iqtisadiyyatda 
qaynaq bölgüsünə müdaxiləsi mövzusu araşdırılmaq istənirsə, transfer xərcləmələri 
xaricindəki dövlət xərcləmələrinin qeyri-safi milli hasilata olan nisbətinin hesab-
lanması söz mövzusu olmaqdadır. Yuxarıdakı  şərhlərdən də aydın olacağı üzrə, 
dövlət xərcləmələrinin artımının üst sərhədi milli gəlirin özüdür. Həqiqətən, ölkə-
dəki bütün istehsalın istifadə formasına siyasi orqanın büdcə ilə qərar verməsi, bü-
tün bu ehtiyacların dövlət sektoru tərəfindən qarşılanacağı mənasını daşımaqdadır. 
Ancaq, bu nəzəri vəziyyətə çatmadan əvvəl vergi gəlirləri ilə bəslənən bir büdcənin 
bir üst sərhədinin olduğu müdafiə olunmuşdur. 1945-ci ildə Amerikalı iqtisadçı 
Kolin Klark vergilərlə qarşılanan dövlət xərcləmələrinin milli gəlirin 25%' -ini aşa 
bilməyəcəyini irəli sürmüşdür. Bu sərhədin aşılması halında, büdcə vergilərlə ma-
liyyəyə edilirsə, işçilərin iş istəkləri azalacaq və bu səbəbdən milli gəlir düşəcək. 
Ancaq irəli sürülən bu fərziyyənin müxtəlif ölkələrdəki tətbiqi bəzi səhvləri ortaya 
çıxarmışdır. Bu səbəblə dövlət xərcləmələri sərhədinin, ölkələrin ənənələrinə, xü-
susiyyətlərinə və iqtisadi strukturlarına bağlı olaraq dəyişə biləcəyini söyləmək ən 
doğru ümumiləşdirmə olacaq. 
5.3. BÜDCƏ RESURSLARININ PAYLANMASI MODELİ 
Dövlətin öz funksiyasını yerinə yetirməsi işində dövlət büdcəsinin mühüm rolu 
vardır. Dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqram 
və problemlərinin həlli üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə 
vəsaitinin toplanması və idarə olunmasını təmin etməkdir. Ona görə də dövlət büd-
cəsi hər il proqnozlaşdırılır, planlaşdırılır və qanunverici orqanlar tərəfindən təsdiq 
edilir. Bu da, öz növbəsində, dövlət büdcəsinin düzgün və real əsaslarla tərtib edil-
məsini tələb edir. Ona görə  də  hər il yerinə yetirilmiş büdcənin gəlir və  xərcləri 
təhlil edilir və bu təhlilin nəticəsində gələcək illərin büdcəsi proqnozlaşdırılır.  
Məlumdur ki, büdcənin xərcləri məqsədə çatmaq üçün konkret təşkilatlara və 
müəssisələrə yönəldilir. Bu pul vasitələri həmin təşkilat və müəssisələr tərəfindən 
istifadə olunur. Lakin dövlət bu pul vasitələrinin xərclənməsinə tam nəzarət edə 
bilmir. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
106 
Yuxarıda sadaladığımız bu problemləri aradan qaldırmaq üçün dövlət büdcə-
sinin xərclərinin paylanmasını həyata keçirən avtomatlaşdırılmış büdcə sisteminin 
yaradılması mühüm əhəmiyyət kəsb edir.  
Dövlət büdcəsinin mühüm funksiyasının həyata keçirilməsində istifadə olunan 
büdcə təsnifatları böyük rol oynayır. Hal-hazırda Azərbaycan Respublikasında üç 
növə bölünən xərclər üzrə büdcə  təsnifatı müəyyənləşib: funksional, iqtisadi və 
təşkilati xərclər təsnifatı.  
Büdcə xərclərinin iqtisadi təsnifatının əsas xərc maddələri aşağıdakılardır
33

-  Əməyin ödənişi fondu
- Faizlər üzrə ödənişlər; 
- Subsidiyalar və cari ödənişlər; 
-  Əsas fondlara əsaslı vəsait qoyuluşu; 
- Dövlət ehtiyatlarının yaradılması; 
- Torpaq və qeyri-maddi aktivlərin alınması; 
-  Əsaslı ödənişlər; 
- Ölkə daxilində qaytarılan məbləğ çıxıldıqdan sonra kreditlərin verilməsi; 
- Xaricə qaytarılan məbləğ çıxıldıqdan sonra kreditlərin verilməsi; 
5.4. DÖVLƏT XƏRCLƏRİNİN REAL ARTIM SƏBƏBLƏRİ 
Dövlət xərclərinin inkişaf seyri araşdırıldığında, cəmi dövlət xərclərinin ümumi 
daxili məhsulun içindəki payının son yüz illik dövr içərisində getdikcə artdığı 
müəyyənləşdirilmişdir. Ancaq, dövlət xərcləmələrindəki bu artımı heç şübhəsiz, 
tək bir səbəbə bağlamaq mümkün deyil. Dövlət xərcləmələrindəki real artımın 
iqtisadi, ictimai, siyasi, hərbi və texniki bir çox səbəbləri vardır.
34
 
5.4.1. İQTİSADİ VƏ İCTİMAİ SƏBƏBLƏR 
1929 –cu il Böyük İqtisadi Böhranın ortaya çıxmasına qədər etibarlı olan klas-
sik iqtisad anlayışına görə, dövlətin vəzifəsi yalnız dövlətin daxili və xarici təhlü-
kəsizliyini təmin etməkdən ibarət sayılmışdır. Bu görüşə görə dövlət iqtisadi fəaliy-
yətlərə qatılmamalıdır. Dövlətin iqtisadi sahədəki vəzifəsi, sərbəst ticarətin, rəqabət 
mühitinin inkişafı  və mülkiyyət haqqının qorunması üçün lazımlı olan tədbirləri 
görməkdir. Yenə bu anlayışa görə, dövlətin iqtisadi həyata aktiv bir şəkildə qatıl-
ması, bazarda özbaşına ibarət olan tarazlıqları pozar. 
Ancaq, irəliləyən zaman içərisində, klassiklərin irəli sürmüş olduqları iqtisadi 
fikirlərdə əhəmiyyətli sapmalar meydana gəlmiş və iqtisadiyyatda əhəmiyyətli ba-
lanssızlıqlar ortaya çıxmışdır. 1929-cu ilə  gəlindiyində istehsal geriləmiş, işsizlik 
                                                 
33
  //www.nbg.az/index.php?lang=az&menu=budget_classification 
34
  Pehlivan,Osman”Kamu Maliyesine Giriş”Trabzon 2005 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə