Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə48/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   44   45   46   47   48   49   50   51   ...   135

Dövlät Maliyyäsi 
 
101 
nal təsnifləşdirmənin bir xüsusiyyəti də  təşkilatların büdcələrindəki ödəmənin, 
xidməti ifadə edən addan çox, edilən xərcləmənin hansı məqsədə istiqamətli edildi-
yidir. Bu təsnifləşdirmə, digər tərəfdən xərcləmənin nə ola biləcəyi yolundakı təx-
minlərdən çox dəqiq olan xərcləmə ilə maraqlanır. Beləcə, dövlət sektorunda isteh-
sal edilən mal və xidmətlər, dəqiq xərclərlə ortaya qoyularkən dövlətin nə etdiyi 
(ya da edə bilmədiyi) təyin olunmaqdadır. Söz mövzusu təsnifləşdirmənin istifadə 
etdiyi dəqiq xərclərlə, dövlətin çıxardığı mal və xidmətlərin xərc dəyərləri nəticə 
olaraq ortaya qoyula bilməkdədir. Bu cür təsnifləşdirmədə  əhəmiyyətli bir vəziy-
yət, hər hansı bir xidmət növünün, ana funksiyasını ondan fərqli olan birdən çox 
funksiya əhatəsinə girə biləcək xidmət formasında olmasıdır. Bu cür çox məqsədli 
xidmətlərin təsnif edilməsi çətin olmaqda və hesablamaya bir dəfə qatılması üçün 
bəzi qərarların alınması lazımdır. Funksional təsnifləşdirmə qanunverici orqana və 
xalqa məlumat təqdim etmək, funksional yoxlamanı asanlaşdırmaq yanında inkişaf 
planı  və dövlət proqramlarının dövlət büdcəsi halına gəlməsini təmin edərək icra 
edilən xidmətləri köhnəsinə nisbətlə daha diqqətə çarpan hala gətirir. Daha diqqətə 
çarpan hala gələn xidmətlərlə bunlara edilən xərclər nəticəsində, yaradılan fayda və 
yük ilə qaynaq təsis siyasətinin müvəffəqiyyəti və ya müvəffəqiyyətsizliyi ortaya 
çıxa biləcək. Funksional Təsnifləşdirmə 1950-ci illərdə Dünya Bankının təklif et-
miş olduğu funksional təsnifləşdirməyi meydana gətirən xidmətlər üç başlıq altında 
toplanmaqdadır. Bunlar ümumi xidmətlər, iqtisadi xidmətlər və ictimai xidmətlər-
dir. Ümumi xidmətlər, dövlət nizamının davam etdirilməsini, qorunmasını və döv-
lətin rəhbərliyini təmin edən xidmətlərdir. Bu xidmətlərin əhatəsinə ümumi rəhbər-
lik, müdafiə etmə, mühakimə xidmətləri girməkdədir. 
İqtisadi xidmətlər, ümumiyyətlə fərdlərə birbaşa faydanı təqdim etmək yerinə, 
istehsal müddətinin ilk mərhələlərində xammal və ara mallar ilə alt quruluşu mey-
dana gətirən xüsusiyyətləri səbəbindən firmalara fayda vermə məqsədinə istiqamət-
li xidmətlərdəndir. Bu xidmətlər, firmaların xüsusi xərclərini azaltmağa köməkçi 
olduğu üçün istehlakçılara da bilavasitə bir şəkildə fayda təmin etməkdədir.  İqti-
sadi xidmətlərin əhatəsinə əkinçilik, enerji və təbii qaynaqlar ilə istehsal, inşaat və 
nəqliyyat kimi xidmətlər girməkdədir. İctimai xidmətlər isə fərdlərə özlərinə və ya 
ümumiyyətlə dövlətə fayda təmin edən xidmətlərdir. Bu xidmətlərdən fərdlər, öz 
ehtiyacları üçün birbaşa faydalana bilməkdədirlər.  İctimai xidmətlərin  əhatəsinə 
təhsil, səhiyyə, ictimai təhlükəsizlik və rifah, mədəni xidmətlər, asudə vaxtları qiy-
mətləndirici xidmətlər, din və ümumi araşdırma xidmətləri girməkdədir.  
5.2.1. DÖVLƏT XƏRCLƏRİNİN İQTİSADİ TƏSNİFLƏNDİRMƏSİ 
Dövlət xərclərinin iqtisadi təsnifləndirməsi, iqtisadi siyasətin təyin olunmasın-
da istifadə edilən vasitələrdən yalnız biridir. Bununla belə, müzakirə olunması la-
zım olan bəzi xüsusiyyətləri vardır. Bu təsnifləndirmənin, dövlət xidmətlərinin iqti-


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
102 
sadi fəaliyyət səviyyəsi üzərindəki bütün təsirlərini ölçməsini gözləmək çox opti-
mizm olar. Bu yalnız təsirin bir qismini ölçər və ölçünü də  təxmini olaraq ifadə 
edər. Başqa sözlə, bu təsnifləndirmə üsuluyla dövlətin milli gəlirə olan təsirini və 
bu təsirin azalıb-çoxaldığı mövzusunda lazımlı olan məlumatları təmin edə bilərik. 
Dövlət sektoru tərəfindən yaradılan sərmayə büdcələnməsinin, milli sərmayə  təc-
rübəsi içindəki nisbi payı da bu təsnifləndirmə ilə təyin oluna bilər. İqtisadi təsnif-
ləndirmə ilə müəyyən dönəmlər arası qarşılaşdırmalar edilərək, dövlətin tələb artı-
rıcı fəaliyyətləri nəticəsi inflyasiya təzyiqə səbəb olduğu və ya dövlət fəaliyyətlə-
rinin deflyasyonist təsirləri yaratdığı göstərilə bilər. Eyni zamanda, dövlət fəaliy-
yətlərinin təsirlərinin, transfer və ya birbaşa qaynaq istifadə formalarından hansı 
kanalı ilə yaradıldığı mövzusunda bu təsnifləndirmə üsulu lazımlı məlumatı təmin 
edə bilər. Dövlət xərclərinin iqtisadi istiqamətdən təsnifatının faydalı bir şəkildə 
istifadəsi, büdcənin iqtisadiyyat üzərindəki təsirin bilinməsinə  və bu təsirlinin 
büdcə siyasətinin təyin olunmasında lazımlı faktorlardan biri olduğunun qəbul edil-
məsinə bağlıdır. Bu ayrı-seçkiliyin, dövlət fəaliyyətlərinin istehsal və istehlak məq-
sədləri ilə qaynaqların istifadə, ya da transferləri arasında edilməsi məcburidir. 
Real  xərcləmə və transfer xərcləməsi təsnifləndirməsi  
Analitik təsnifləndirmə  əvvəlində dövlət xərclərinin iqtisadi təsnifləndirməsi-
nin əsasını, müəyyən bir dövrdəki dövlət xərcləri ilə o dövrün istehsalı arasındakı 
əlaqə meydana gətirməkdədir. Dövlət maliyyəsində bu əlaqə nəzərə alınaraq, real 
xərclər-transfer xərcləri, cari xərclər-investisiya xərcləri, məhsuldar xərclər-səmə-
rəsiz xərclər kimi müxtəlif təsnifləndirmələr edilmişdir. Real xərcləmə-transfer 
xərcləməsi ayrı-seçkiliyinin banisi A. C. Pigou olmuşdur. Müxtəlif mütəfəkkirlə-
rin təsiri ilə təsnifləndirmə olduqca açığa çıxarılmış və bu təsnifləndirmə içindəki 
real dövlət xərclərinin cari və investisiya xərcləməsi olaraq ikiyə ayrılması çox 
istifadə edilən bir üsul olmuşdur. Real dövlət xərcləri, cari xərclər və investisiya 
xərcləri olaraq ikiyə ayrılınca, dövlət xərclərinin iqtisadi təsnifatında cari xərclər, 
investisiya xərcləri və transfer xərcləri formasında bir ayrı-seçkilik söz mövzusu 
olmaqdadır. 
Real xərclər, ümumi tələbin bir elementini meydana gətirən və bu xüsusiyyəti 
ilə cari dövr istehsalı, ya da qiymət səviyyəsinə  təsir edən xərclərdir. Bu xərclər, 
əsas olaraq, cari istehsaldan dövlətin bir pay ala bilmək üçün ödədiyi qiymət xüsu-
siyyətini daşıyır. Haqqında danışdışığımız xərclər dövlətin ictimai ehtiyaclarını 
qarşılaya bilmək və öhdəsindəki vəzifələri yerinə yetirə bilmək üçün satın aldığı 
mal və xidmətlərin son istifadə  məqsədi nə olursa-olsun ələ alınan dövr istehsa-
lından götürdüyü bir paydır. Bu səbəblə bunu təmin edən xərclərə Real xərclər 
deyilir. Real dövlət xərclərinin cari xərclər və investisiya xərcləri olaraq iki qrupda 
toplanmağının, çox istifadə edilən bir ayrı-seçkilik olduğuna daha əvvəl toxun-
muşduq. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə