Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə56/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   52   53   54   55   56   57   58   59   ...   135

Dövlät Maliyyäsi 
 
121 
lınca, bazarda böyük bir durğunluq baş vermişdir. 1936cı ildə Keynes dövlətin iqti-
sadiyyata müdaxilə etməyinin vacibyini elmi olaraq isbat etmişdir.
51
 
3. Əvəz edici büdcə siyasəti 
İnkişaf üçün uzunmüddətli, ölkə şərtlərinə uyğun bir proqrama ehtiyac vardır. 
Daha  əvvəldən büdcə balansı mövzusunda deyildiyi kimi, sürətlə meydana gələn 
bir böhranın qarşısını almaq üçün dövlət xərclərini, büdcə kəsirini düşünülmədən, 
geniş ölçüdə artırmaq lazımdır. Böhran dövrü keçdikdən sonra əldə olunacaq gəlir-
lər büdcə kəsirlərini bağlayacaq. 
4. İnflyasiya və deflyasiya ilə mübarizədə büdcə siyasəti 
İnflyasiya “məcmu tələbin məcmu təklifdən çox olmağı” olaraq tərifləndirildi-
yinə görə, bir inflyasiya olduğunda büdcə tədbirləri yolu ilə tələbə müdaxilə etmək 
mümkündür.  İnflyasiya ilə mübarizə edən büdcə siyasəti, iqtisadi istiqrar siyasə-
tində ilk planda yer almaqdadır. Bir il ərzində hansı dövlət xidmətlərinin ediləcə-
yini, bunlara nə  qədər pul xərclənəcəyini göstərən büdcələrin artıq tələb səviyyə-
sindən həyata gələn inflyasiyanın qarşısının alınması üçün aşağıdakı şəkillərdə ha-
zırlanması və istifadə edilməsi lazımdır. 
Büdcə  xərclərini azaltmaq: büdcənin gəlir mənbələri üzərində müxtəliflik et-
mədən xərcləri azaltmaq olar və beləliklə, büdcə artığı meydana gələr. 
Büdcə  gəlirlərini artırmaq: xərclərin sabit tutulmasına və  gəlir qaynaqlarının 
artırılmasına səy göstərilir. Məqsəd yenə də büdcə artığının əldə edilməsidir. 
Daha kiçik büdcələr hazırlamaq: həm büdcə  xərcləri, həm də büdcə  gəlirləri 
azaldılaraq, əksinə müqayisə ilə balans, lakin daha kiçik büdcələr hazırlana bilər. 
Məqsədi məcmu tələb içərisindəki dövlət xərcləmələrinin nisbi payını azaltmaqdır. 
Deflyasiya inflyasiyada olduğu kimi dərəcə-dərəcə nəticəsini göstərir. Ümumi 
qiymət səviyyəsinin düşərək pul dəyərinin yüksəlməsi, pula olan tələbi artırır və 
mal və xidmətlərin tələbini azaldır. Deflyasiya ilə mübarizədə, büdcənin gəlir və 
xərclərinin həcmlərini dəyişdirilməyi vacibdir. Bu vəziyyət dövlət xidmətlərinin 
artması nəticəsini ortaya çıxarır ki, bu da dövlətin əli ilə yaradılan tələbi çoxaldır; 
büdcə xərclərinin artım göstərəcək şəkildə hazırlanmasını zəruri edir. İqtisadiyyatın 
deflyasiya dövründə  “əvəzedici büdcə” xərcləri artır, iqtisadiyyat canlandıqdan 
sonra azalır. 
Kəsir büdcə siyasətinin istifadəsi deflyasiya ilə mübarizədə olduqca vacibdir. 
Çünki büdcə  xərcləri artdığından, norma gəlirlər bunları ödəməyəcək. Bu halda 
deflyasiya dövründə büdcələrin kəsr vermələri, büdcə  gəlirlərinin “borc” yolu ilə 
tamamlanması vacib olmaqdadır.
52
 
                                                 
51
  Sönmez Nezine, a.k.ə, s. 69 
52
  Atar Yavuz, Vergi hukuku Genel EsaslarKonya, 1994, Mimoza Yayınları, s. 14 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
122 
6.8. BÜDCƏ VƏ ONUN FORMALAŞMASI 
6.8.1. BÜDCƏ XƏRCLƏRİ 
Fərdlərin cəmiyyət halında təbii bir sonu olaraq ortaya çıxan şərik ehtiyacların 
başında cəmiyyətin daxili və xarici təhlükəsizliyinin təmin olunması durmaqdadır. 
Dövlət ictimai mal və xidmətlərdən: məsələn, vətənə əsgər tapmaq və əsgərlə-
rin hər cür ehtiyaclarını qarşılamaq; cəmiyyətdə daxili asayişi qorumaq üçün idarə 
təşkilatını qurmaq; Tibb və  təhsil xidmətləri üçün xəstəxanalar və  məktəbləri tik-
mək lazımdır. Dövlət bütün bu və oxşar digər dövlət xidmətlərini ancaq xərclər 
etmək surəti ilə yerinə yetirə bilər. 
Dövlət xərcləri əvvəlcədən hazır olan qanuni vaxt içərisində əmələ gəlir. Dövlət 
xərclərinin  əsası dövlət xərclərini yerinə yetirməkdədir. Dövlət xərclərinin yerinə 
yetirilməsində əsas-cəmiyyətin rifahının yüksəldilməsidir. 
Bununla da hazırlanan dövlət xərclərin biri dar, o birisi geniş  mənada olmaq 
üzrə iki tərif verilməkdədir. Dar mənada dövlət xərcləri mərkəzi hökumət büdcəsi 
ilə edilən xərclərlə məhəlli idarələr tərəfindən edilən xərcləri ifadə edir. Buna qarşı-
lıq, geniş  mənada dövlət xərcləri isə  mərkəzi hökumət büdcəsinə  əlavə olaraq, 
bələdiyyə iqtisadi təşəbbüsləri ilə digər bütöv bələdiyyə orqanları tərəfindən edilən 
xərcləri əhatə etməkdədir.  
Buna görə, dövlətin müxtəlif sahələrə müdaxiləsi, ticarət və  kənd təsərrüfatı 
əsaslı dövlət yönlü fəaliyyətlərin diqqətə alınması, geniş mənada dövlət xərcləri an-
layışını ortaya çıxarmaqdadır. Bu səbəblə dövlətin vacibliyi ancaq dövlətin yarat-
dığı bütün bələdiyyə fondlarının əmələ gəlməsi ilə birlikdə ortaya çıxır. 
Dövlətin iqtisadi və sosial həyat içərisində üstələndiyi vəzifələrə bağlı olaraq 
ölkədən-ölkəyə vacib fərqliliklər göstərən dövlət xərclərinin ən vacib nöqtəsi ümu-
mi daxili məhsuldur. Buna görə, bir il içərisində müxtəlif dövlət xidmətləri üçün 
edilən dövlət xərcləri, eyni il içərisində əldə edilən ümumi daxili məhsula nisbəti-
dir. Bu surətlə ümumi daxili məhsul içərisində dövlətin hissəsinin payı da təyin 
edilmiş olur. 
Ancaq milli iqtisad içərisindəki dövlət hissəsinin payı  və  təsirini təyin edə 
bilmək üçün dövlət xərclərini geniş tutumlu olaraq ələ almaq lazımdır. Sadəcə, 
mərkəzi dövlət təşkilatının büdcəsindən hərəkətlə dövlət hissəsinin payını  təyin 
etmək mümkün deyildir. Buna görə dövlətin başda cəmiyyət və yarı cəmiyyət, təh-
sil və səhiyyə, mal və xidmətlərin istehsalı olmaq üzrə bütün dövlət xərcləri və hətta 
özəl xüsusiyyətdəki, yəni tam yararlananlara ödətdirə biləcək mal və xidmətlər 
üçün elədiyi xərcləri dövlət xərcləri olaraq açıqlaya bilərik. 


Dövlät Maliyyäsi 
 
123 
6.8.2. BÜDCƏ GƏLİRLƏRİ VƏ NÖVLƏRİ  
Dövlət, dövlət xərcləri üçün ehtiyac duyduğu gəliri heç bir zaman tək qaynağa 
dayandırmamışdır. Tarix boyunca dövlət, dövlət xərclərini maliyyələşdirmək üçün 
başda vergilər olaraq çoxlu sayda və müxtəlif gəlir növlərinə sahib olmuşdur. 
1. Vergilər 
Vergi, heç bir şübhəsiz, dövlətin gəlir növlərinin ən vacibi və başda gələnidir. 
Dövlətin vergi yoluyla topladığı gəlirlərin məcmu dövlət gəlirləri içərisindəki payı, 
bir çox ölkələrdə % 70 ilə % 90 arasında vacib bir yer tutmaqdadır. 
Vergi, eyni anda maliyyə teoreminin üzərində  ən çox durduğu mövzulardan 
biridir.  Ən qısa və ümumi bir izahla “vergi-dövlətin bələdiyyə  xərclərini qarşı-
lamaq məqsədi ilə cəmiyyəti təşkil edən adam və qurumlardan qarşılıqsız və zorla 
aldığı iqtisadi dəyərlərdir”. 
Verginin aşağıda təyin ediləcək olan digər dövlət gəlir növlərindən  ən vacib 
fərqi, onun qarşılıqsız olmasıdır. Verginin qarşılıqsız olması vergi ödəyənlərin sırf 
bu ödəmədən dolayı dövlətdən hər hansı bir mal və ya xidmət tələbini də edə bil-
məyəcəklərini ifadə edir. Dövlətin vergilərlə maliyyələşdirərək istehsal etdiyi mal 
və xidmətlərdən hər kəs ödədiyi vergi miqdarına görə deyil, bərabər ölçüdə fay-
dalanmaq haqqına malikdir. 
Buna görə, vergi bütün dövlət xidmətlərinin qarşılığı olaraq qəbul edilə bilər. 
Başqa sözlə, elə bələdiyyə gəlir növləri vardır ki, adı vergi olmamağına baxmaya-
raq, verginin bütün xüsusiyyətlərini daşıyır. Məsələn, ölkəmizdə, vətəndən xaricə 
çıxan vətəndaşlarımızdan alınan rüsum fondu kimi “Rüsum fondu”, keçmişdə 
qəbul edilmiş “xarici səyahət xərcləri vergisi”ndən başqa bir şey deyildir. Bu sə-
bəblə, adı nə olursa-olsun, dövlətin qarşılıqsız olaraq topladığı bütün gəlir növlərini 
vergi olaraq dəyərləndirmək lazımdır. 
2. Xidmət haqqı 
Xidmət haqqı, mahiyyət etibarı ilə vergiyə çox oxşayırlar. Onların vergidən 
fərqi təklif olunan bəzi dövlət xidmətlərindən istifadə qarşılığında alınmış olmasıdır. 
Xidmət haqqı  bəzi dövlət quruluşlarının ortaya qoyduqları  bələdiyyə xidmət-
lərindən təmin edilən və bu təmin qarşılığı ödədiyi dəyərdir. Ancaq indi təyin 
etmək vacibdir ki, təklif edilən bələdiyyə xidməti qarşılığında alınan xərclərə bələ-
diyyə xidmətinin maliyyəti arasında bir əlaqə qurmaq çox zaman mümkün deyil. 
Xidmət haqqı olaraq alınan dəyərlər çox zaman təklif edilən bələdiyyə xid-
mətlərinin maliyyətindən çox aşağıdır.  
Xidmət haqqının vergilərdən ayıran ən vacib cəhət , bir dövlət xidməti qarşılığı 
olaraq alınmasıdır. Amma bir tək bu fərqdən başqa, onun vergilərin bir çox oxşar 
tərəfləri vardır. Bir tərəfdən, xidmət haqqı mütləq sürətdə  inzibati rqanların xidmə-
tinin dəyəri deyildir. Bununla yanaşı, onları  ödəmək məcburidir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə