Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə55/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   51   52   53   54   55   56   57   58   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
118 
götürməsinin nəticəsi olaraq, büdcə, ümumiyyətlə, iqtisadi siyasətin həyata keçiril-
məsində əsas bir vasitəyə çevrilmişdir. 
Bu sistemin əsas xüsusiyyəti qısamüddətli olması və bəlli bir hesab sisteminə 
söykənmiş olmasıdır. Dar mənada və həyata keçmə baxımından milli iqtisadi büd-
cə; büdcə  fəaliyyətlərini asanlaşdırmaq, dövlətin iqtisadi qərarlarının təsirini ölç-
mək və bu qərarlara yol açmaq üçün büdcəyə əlavə edilən bir raport şəklində orta-
ya qoyula bilər. Bu məqsədlə milli iqtisadi büdcələr, büdcə hazırlama, həyata keçir-
mə  və  həyata keçirmənin yoxlanılması  işlərində baş vurulan əsas bir mənbə rolu 
daşımaqdadır. 
Milli iqtisadiyyatın dövlət və özəl sektorlarını  əhatə edəcək bir şəkildə hazır-
lanan milli mühasibat göstəricilərinin gələcək il üçün ətraflı təxmin edilməsinə əsas-
lanan milli iqtisadi büdcələr, İngiltərədə “Economic Survey”, ABD-də Nazirin “Büd-
cə Mesajları” və Fransada “Milli İqtisadi Büdcə Raportları” adı ilə hazırlanmaqdadır.  
Milli iqtisadi büdcələr, bir cəmiyyətin gəlir qaynaqlarının idarəsi ilə  əlaqədar 
və vacib hökmləri üçün olan büdcələrdir. Bunlar dövlətin mövcud olduğu konjek-
tura uyğun bir fəaliyyət proqramı təsbit etməsinə kömək edəcəklər. 
3. Performans büdcə sistemi 
Bu büdcələr geniş  mənada dövlət dairələri tərəfindən bir maliyyə ili ərzində 
edilən xərclərlə nə ediləcəyini, başqa sözlə, büdcənin fəaliyyəti ilə çatmaq istənilən 
hədəfi göstərən bir büdcə olaraq tərifləndirilməkdədir. 
4. Proqram büdcə sistemi 
Proqram büdcə bir maliyyə ili ərzində dövlət dairələri tərəfindən yerinə yetiri-
lən əsas funksiyaları və bu funksiyaların həyata keçməsi ilə çatmaq istənilən hədəf-
ləri göstərən bir büdcə sinifləndirməsidir. 
Proqram büdcə ilk olaraq 1960-cı ilin əvvəllərinə qədər ABŞ-da tətbiq edilmiş-
dir. ABŞ xaricində Skandinaviya ölkələrində və Qərbi Avropa ölkələrində sürətli bir 
şəkildə yayılmışdır
49

5. Planlama-proqramlama büdcə sistemi 
Planlama-proqramlama büdcə sistemi dövlətin mövcud olan qaynaqlarının hə-
dəflərə uyğun  şəkildə hazırlanan, göstərilən proqramlara ödənməsində idarəçilər 
tərəfindən lazımlı qərarların verilməsinə imkan verən və beləliklə, dövlət idarəsinin 
göstərilən hədəflərə çatmasını həyata keçirən bir idari və büdcə sistemidir. 
6. İnvestisiya büdcələri 
Dövlətin iqtisadi həyata getdikcə daha çox müdaxilə etməsi və xərclərin müx-
təlifləşməsi qarşısında, investisiya xərcləmələrinin ayrı bir büdcə içində hazırlan-
                                                 
49
  Abdurrahman Akdoğan, Kamu Maliyyesi, Gazi Universitesi Yayın №: 135, Ankara, 1989, s.295 


Dövlät Maliyyäsi 
 
119 
ması  məcburiyyəti meydana gəlmişdir. Bu büdcə növü klassik iqtisadçı-maliyyə-
çilərin qəbul etdiyi, fövqəladə büdcələrin yenidən canlanan bir şəkli olaraq qəbul 
edilir. Fövqəladə büdcə anlayışında fövqəladə xərcləri normal xərclərdən ayıraraq 
borc almağı müvafiq görərək büdcə kəsirinin qarşısını almaq, parlament nəzarətin-
dən qaçmaq və bəzi xərclərin borc yolu ilə qarşılanmasını təmin etmək kimi nəzə-
riyyələrə yer verə bilmişdir. 
İnvestisiya büdcələri lehinə və əleyhinə müxtəlif fikirlər söylənilmişdir. Lehinə 
fikirlərə görə, bu büdcələr dövlət fəaliyyətlərinin iqtisadi analizə uyğun tutulma-
sını, xalqın büdcəni daha yaxşı başa düşməyini təmin etmək üçün faydalıdır. Ayrı-
ca, bu büdcələr iqtisadi qaynaqları daha çox hərəkətə keçirəcək dövlət nəzarətinin 
çatışmazlıqlarını  əvəz edəcək.  İnvestisiya büdcələrinin  ən  əsas maliyyə qaynağı 
borcdur.  İnvestisiya büdcələrinin  əleyhinə isə büdcədə birlik prinsipini pozacağı, 
büdcə kəsirlərinin gizlənməsinə yol açacağı, maliyyə qaydalarını və iqtisadi sabit-
liyi təhdid edəcəyi kimi fikirlər irəli sürülür. 
Bu büdcələr cəmiyyətin sonsuz olan ehtiyaclarını tükənən ehtiyatlarla ödəmək 
və iqtisadi inkişaf üçün böyük investisiyalar qoymaq məcburiyyətində olan dövlə-
tin bu investisiyaları həyata keçirməli olan büdcəsidir. 
7. Sıfır əsaslı büdcə sistemi 
Sıfır  əsaslı büdcə sistemində keçmiş illərdəki xərcləmələr diqqətə alınmaz və 
hər il bu xərcləmələr sıfır qəbul edilər. “Sıfır əsaslılıq” bütün fəaliyyət və xərclərin 
yenidən həyata keçirilməsi məqsədindədir.
50
 
6.6.  ÜMUMİ BÜDCƏ XARİCİNDƏ HAZIRLANAN 
BÜDCƏLƏR 
1. Fövqəladə büdcələr 
Fövqəladə büdcələr uzun zamandan bəri istifadə olunan büdcələrdir. Fövqəladə 
büdcələr yalnız müharibə vaxtları deyil, bir neçə il ərzində tamamlanacaq olan 
iqtisadi inkişaf üçün edilməsi vacib olan dəniz yolları, limanlar və başqa bu kimi 
xidmətlər səbəbi ilə hazırlanmaqdadır. Ancaq bu büdcələrdəki fövqəladə xərclərin 
fövqəladə gəlirlərlə qarşılanması lazımdır. 
 2. Ortaq büdcələr 
Xərcləri özəl gəlirlərlə qarşılanan və ümumi büdcənin xaricində idarə olunan 
büdcələrə ortaq büdcələr deyilir. Bu tərifdən başa düşüləcəyi kimi, hüquqi şəxsi 
olan dövlət müəssisələri öz fəaliyyətləri nəticəsində  əldə etdikləri gəlirləri ilə öz 
xərclərini ödəyirlər. 
                                                 
50
  Gülay Coşkun, a.k.ə, s. 142 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
120 
3. Konsolidə büdcələr 
Ümumi və qatma büdcə  rəqəmlərinin toplanması ilə hazırlanan büdcəyə 
“konsolidə büdcə” deyilir. Qatma büdcəli idarələr özlərinin şəxsi gəlirlərindən baş-
qa, xəzinədən yardım alan qurumlar olduqları üçün konsolidə büdcələrin dəqiq rə-
qəmləri ancaq ümumi məbləğdən “xəzinə yardımlarını” çıxdıqdan sonra bəlli ol-
maqdadır. 
4. Bələdiyyə büdcələri 
Hal-hazırda bütün ölkələrdə dövlətin yanında dövlət xidmətlərini həyata keçir-
mək üçün “məhəlli idarələr” deyilən idarə, bələdiyyə və kənd təşkilatları qurulmuş-
dur. Bu gün məhəlli idarələrin gəlir və xərcləri çox artmışdır. Bu idarələrin işlərini 
sərbəst və tam olaraq edə bilmələri üçün gəlirlərə ehtiyacları var. Bu səbəblə dövlət 
büdcəsi ilə deyil, öz büdcə imkanları daxilində xidmət göstərirlər. 
6.7. BÜDCƏ SİYASƏTİ 
Büdcə siyasəti büdcədəki gəlir və xərclərin həcmini dəyişdirərək sabitliyin tə-
min olunması və iqtisadi böyümənin həyata keçirilməsidir. Büdcə siyasətində əsas 
mövzu müxtəlif işlərin hər birinə aid proqramlar üçün nə qədər pul xərclənməsinin 
təyin edilməsidir.  
Bir dövlətin büdcə siyasəti ilə əlaqədar olaraq etdiyi bəzi funksiyaları vardır; 
Gəlirlərdəki dalğalanmaları əsas tutmaq və qaynaqlarla maraqlanmaq; 
Dolayı və birbaşa vergilərdən gələn gəlirləri artırmaq yollarını tədqiq etmək; 
İqtisadi inkişaf məqsədi güdməyən bütün xərcləri ən aşağı səviyyəyə endirmək; 
Maliyyə ilinin cari hesablarında bir artım əldə etməyi məqsəd halına gətirmək. 
1. Taraz büdcə siyasəti
Büdcə tarazlığı ilə əlaqəli teorem bölmələrində göstərildiyi kimi, ümumi teore-
mə görə büdcə balansının həyata keçməsi üçün gəlir dalğalanmalarına baxmayaraq, 
dövlət gəlirlərinin dəyişməməyi əsasdır. Başqa bir sözlə, vergi gəlirlərinin artdığı 
dövrlərdə dövlət xərcləmələrinin artırılması, hər hansı bir səbəblə vergi gəlirlərinin 
azaldığı illərdə də bu xərcləmələrin azaldılması lazımdır. 
2. Dəyişkən büdcə siyasəti 
Dəyişkən büdcə siyasətində əsas xərclərin sabit tutulmasıdır. İqtisadi rifah illə-
rində dövlət xərclərini azaltmaq, böhran dövrlərində isə vergi gəlirləri öz-özündən 
azaldığı halda, xərcləri artırmaq olar. Dəyişkən büdcə siyasəti Keynes ilə başlamış-
dır. 1929-cu il iqtisadi böhranında ortaya çıxan tələb çatışmazlığı  və qiymətlərin 
ümumi səviyyəsinin düşməsi nəticəsində istehsal ilə yanaşı gəlir və işçi sayı aza-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə