Dövlät Maliyyäsi
115
mayan bir əmək faktoru varsa, bu hal minimum keçim səviyyəsində gəlir təmin
etmə kimi tədbirlərə əl atmaq mənasına gəlir.
f- Büdcənin iqtisadi sabitliyi təmin etmə funksiyası
Büdcənin əsas funksiyalarından biri də iqtisadi sabitliyi təmin etmək funksi-
yasıdır.
İqtisadi Sabitlik, bir iqtisadiyyatda tam məşğulluq və qiymətlərdə sabitliyin
təmin edildiyi vəziyyəti ifadə etməkdədir. Yeri gəlmişkən, ödəmələr balansının qu-
rulması, arzu edilən uyğun bir böyümə faizinin həyata keçməsi də iqtisadi sabitlik
üçün əhəmiyyətlidir.
43
6.4. BÜDCƏNİN PRİNSİPLƏRİ
Büdcənin prinsipləri, büdcənin hazırlıq və həyata keçmə dövrlərində yerinə
yetirilməsi gərək olan prinsiplər olaraq göstərilə bilər.
44
Büdcənin prinsipləri za-
man keçdikcə müxtəlifliklərə məruz qalmışdır; bu vəziyyətin dövlət anlayışında və
iqtisadi doktrinlərdə meydana gələn müxtəlifliklərlə yaxın bir əlaqəsi var.
a- Ümumilik prinsipi
Ümumilik prinsipi, büdcədə mədaxil və məxariclərin arasındakı fərqin büdcəyə
qeyd olunmasıdır. Bütün gəlirlər xəzinədə toplanılır və büdcə qanunu ilə göstərilən
məxariclərə xərclənilir. Ümumilik prinsipinə görə dövlət maliyyəsi bir bütün olaraq
ələ alınmaqdadır. Beləliklə, Dövlət gəlir və xərcləri haqqında Kəsir və tam məlu-
mat alınmaqdadır.
b- Birlik prinsipi
Birlik prinsipi bütün mədaxil və məxariclərin tək bir büdcə içində toplanması,
dövlətin başqa büdcəsi olmamağı prinsipidir. Birlik prinsipindən bütünlüklə əl
çəkmək mümkün deyil. Dövlətin büdcə hesablarında bir bütövlüyün təmin olun-
ması üçün hesab növləri, büdcə hesabları ilə iqtisadi və sosial hesablar arasında
əlaqə qurularaq müəyyən bir birliyə doğru addım atılmaqdadır. Tək bir sənəddə
dövlət hesablarının bir yerə gətirilməsi parlamentlərin bir dəfədə bütün olaraq döv-
lət büdcəsinin istiqamətlərini, lazımlı bilgilərə sahib olmaqlarını təmin etmişdir.
45
c- Səmimiyyət prinsipi
Səmimiyyət prinsipi, büdcə balansı baxımından çox vacibdir. Bu prinsip gəlir
və xərc təxminlərinin çox yaxşı və pis tərəfə meyl etmədən, daxildən və doğru ola-
raq hazırlanmasıdır.
43
Haluk Anıl, a.k.ə, s. 13
44
Sönmez Nezine, Kamu Bütçesi ve Bütçe Politikası, İzmir, 1994, s. 25-28
45
Jean Cathelineau, Finances Publiques, Librairie Generale de Droit et de Jurisprudence, Paris,
1978, s.24
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
116
Büdcəni hazırlayanlar səmimiyyət prinsipinə əməl etdikləri zaman büdcə təx-
minləri doğru olacaq və böyük büdcə kəsirləri meydana gəlməyəcəkdir. Sözü ge-
dən bir illik büdcənin iqtisadi şərtlərinin göz önündə saxlandığı başa düşüləcəkdir.
d- Başa düşülmə prinsipi
Başa düşülmə prinsipi, büdcənin gəlir və xərc rəqəmlərinin hər kəsin asan başa
düşə biləcəyi ölçüdə açıq və sadə olaraq sinifləndirilməsidir. Əsasən, büdcənin
tətbiq edilmə dövründə diqqətə alınmalı olan bir prinsipdir. Bu zamanlarda büdcə-
lərin həcmləri çox böyüdüyü üçün bu prinsip tam olaraq həyata keçməməkdədir.
46
e- Xərclərin gəlirlərdən əvvəl proqnozlaşdırılması prinsipi
Xərc və gəlir təxmin edərkən əvvəlcə xərclər, sonra isə gəlirlər ələ alınır. Hə-
dəf ölkənin iqtisadi, sosial və siyasi vəziyyətinin ehtiyac duyduğu xərcləmələrin
təxmin edilməsi və bu xərcləmələri qarşılayacaq mədaxillərin sonradan təsbit edil-
məsidir. Bu əsasən, iqtisadi inkişaf üçün lazım olan bir prinsipdir.
f- Qabaqcadan icazə prinsipi
Qabaqcadan icazə prinsipi büdcənin imzalanması ilə əlaqəlidir. Həyata keçiril-
mədən qabaq, büdcənin səlahiyyətli orqan tərəfindən təsdiq edilməsi, dövlət xərclə-
mələrinin edilməsi və dövlət gəlirlərinin toplanması üçün idari orqana icazə veril-
məsi deməkdir. Səlahiyyətli orqanın bu icazəni verməməsi, dövlət xərclərinin edil-
məsi və gəlirlərin toplanmasına xalqın icazə verməməsi deməkdir, bu isə həyatı
fəlakətə gətirər.
ç- Təyinatlılıq prinsipi
Təxsis prinsipi, bir büdcə ili içində həyata keçirilməsi lazım olan müəyyən
işlərə müəyyən pulun ayrılması deməkdir. Hansı xidmətlərin həyata keçiriləcəyi-
nin bəlli edilməsi “keyfiyyət” baxımından bu xidmətlərə nə qədər pul xərclənəcə-
yinin müəyyən olunması isə “kəmiyyət” baxımından təxsisdir.
g- Zaman prinsipi
Büdcə mədaxil və məxariclərinin həyata keçirilməsi üçün müəyyən edilən
vaxta zaman prinsipi deyilir. Bu prinsip bəzən təxsis xüsusiyyəti ilə birlikdə, bəzən
də ayrı olaraq tədqiq edilməkdədir. Büdcələr, əsasən, bir il üçün hazırlanır. Lakin
bir ildən daha az və bir ildən daha uzun zamanlar üçün düzəldilən büdcələr də vardır.
ğ- Şəffaflıq prinsipi
Şəffaflıq prinsipi, büdcə qanunu ilə buna bağlı cədvəllərin və xəzinə hesabları
ilə qatma büdcələrin hər kəsə dağıdılması, hər kəsin tədqiqinə açıq olması prin-
sipidir. Büdcələr nəşr olunaraq yayımlanır və hər hansı bir gizlilik içində deyildir.
46
Aksoy, Şerafettin, Vergi Hukuku ve Türk Vergi Sistemi, İstanbul, 1989, s. 53
Dövlät Maliyyäsi
117
i- Qənaət prinsipi
Qənaət prinsipi, ən az məsrəflə ən çox iş görmə prinsipidir; dövlət gəlirlərinin
ən tez, ən əlverişli və lazımlı dövlət xidmətlərinə xərclənməsi, siyasi səbəblərlə
yersiz xərcləmə edilməməsidir.
ı- Doğruluq prinsipi
Doğruluq prinsipi, büdcədə səmimiyyət prinsipinə yaxın bir prinsipdir. Büdcə
təxminləri ən son texnika istifadə edilərək doğru bir şəkildə edilə bilərsə, əsl iqti-
sadi və maliyyə şərtləri göz önünə alına bilərsə, büdcə kəsirləri ən alt səviyyəyə
enəcəkdir. Bu hal büdcədə səmimiyyət prinsipinin başqa bir ifadəsidir.
j- Balans prinsipi
Büdcədə balans, gəlir və xərclərin bir-birinə uyğun, bərabər olması demək-
dir;
47
son dərəcə vacib bir prinsipdir. Büdcə balansı problemi bir çox nəzəriyyələrin
ortaya çıxmasına səbəb olan, inkişaf etmiş ölkələrdə olduğu qədər, inkişaf etməkdə
olan ölkələri də yaxından maraqlandıran bir qanundur.
6.5. BÜDCƏ NÖVLƏRİ
Müasir büdcə sistemindəki inkişafların 1929- cu il Dünya İqtisadi Böhranından
sonra və xüsusən, İkinci Dünya Müharibəsindən sonra sürətləndiyini söyləmək olar.
Müasir büdcə sistemləri ilə xərclərin maya dəyərini, xidmətlərin faydalarını
ölçmək barəsində biliklər inkişaf etdirilmişdir.
Müasir büdcə sistemləri ümumi olaraq ,”milli iqtisadi büdcələr”, “investisiya
büdcələri”, “performans büdcə sistemi”, “proqram büdcə sistemi”, “planlama,
proqramlama büdcə sistemi” və “sıfır əsaslı büdcə sistemi” şəklində bölünürlər.
1. Ümumi büdcə sistemi
İngiltərədə istifadə olunmağa başlamış, daha sonra Fransa və digər ölkələr
tərəfindən bir az fərqli olaraq qəbul edilən sadə bir sistemdir. Bu sistemdə dövlət
xidmətlərinin keyfiyyət və kəmiyyətindən daha çox, idari təşkilatların ehtiyaclarına
diqqət verilir.
48
2. Milli iqtisadi büdcələr
Dövlət anlayışındakı sürətli müxtəlifliklər nəticəsində dövlətə cəmiyyətin iqti-
sadi fəaliyyətlərini düzəltməsi ilə yanaşı bu fəaliyyətlərin sövq, idarə və yoxlan-
ması ilə əlaqəli məsuliyyəti də verilmişdir. Bu yöndə, milli iqtisadi büdcə və ya
“milli büdcə”, “iqtisadi büdcə” anlayışları İkinci Dünya Müharibəsindən sonra
ortaya çıxmışdır. Dövlətin iqtisadi həyatda böyük bir rolu və məsuliyyəti üzərinə
47
Aksoy, Şerafettin, a.k.ə, s. 54
48
Sönmez. Nezine; a.k.ə, s. 40-42
Dostları ilə paylaş: |