Prof. Dr.
Cihan Bulut, Elçin Süleymanov
94
arasındakı bölgüsü şəklində də şərh oluna bilər. Buna görə gəlir dağlılımı ilə ən
yüksək və ən aşağı gəlir əldə edənlər arasındakı fərq və ya əmək sahiblərinin aldığı
ödənişlə sərmayə sahiblərinin götürdüyü iqtisadi pay arasındakı fərq ifadə edilmək-
dədir. Bu araşdırma üsullarından birincisinə fərdi bölüşüm, ikincisinə funksional
bölüşüm deyilməkdədir.
Gəlir bölüşümünün hansı sərhədlər içində daha ədalətli və ya ədalətsiz olduğu-
nu təyin edən qəti ölçü və şərhlərin olmamağı səbəbi ilə bəzi
ölçülərə görə hər ölkə
üçün ayrı-ayrı hesablamalar edilərək edilən dəyərlər beynəlxalq müqayisəetmə-
lərdə istifadə edilməkdədir. Bu hesablamalarda istifadə edilən bərabərsizlik ölçü-
ləri; Gini əmsalı, loqaritmik sapmaların ortalaması, varyans, Theil indeksi və
Atkinson indeksi kimi ölçülərdir.
Gəlir bölgüsü bərabərsizliyinin nümunə olaraq nümayişində, 1905- ci ildən bəri
məşhur olaraq istifadə edilən Amerikalı statistika alimi
Maks Lorenz tərəfindən in-
kişaf etdirilən və bərabərsizliyi qrafik ilə göstərməyə çalışan nümunə Lorenz əyri-
si göstərilməkdədir. Lorenz əyrisində fərd və toplu xalqlarının gəlirləri təcrübəli
olaraq şaquli oxda iştirak edərkən, bu fərd və toplu xalqlarının təcrübəli əhalisi
üfüqi oxda iştirak etməkdədir. Gəlirləri böyükdən kiçiyə sıralanmış olan fərd və
toplu xalqlarının təcrübəli əhalisi gəlirləri ilə müqayisə edilməkdədir.
Gəlir bölgüsündəki dəyişmə dövlətin
ortaq həsrəti olan sülh, əmin-amanlıq,
təhlükəsizlik, ədalət və rifahın meydana gəlib inkişafında bir vasitə olaraq ələ alın-
dığından, əhəmiyyəti daha yaxşı aydın olmaqda, aşağı gəlirli seqmentlərin nisbi pa-
yının pisləşməsinin çox ciddi təhlükələrə səbəb ola biləcəyi ortaya çıxmaqdadır.
Bir ölkədə gəlir dağılımının xarab olmasının bir-biri ilə əlaqəsi olan müxtəlif sə-
bəbləri vardır. Bunlardan əhəmiyyətli olanları: əhali artımı, işsizlik, inflyasiya, ver-
gi qoyma siyasətləri, bazar quruluşu, qiymətləndirmə siyasətləri
və ictimai kömək
siyasətləri kimi səbəblərdir.
İqtisadi inkişaf müddətində bazar iqtisadiyyatı öz halına buraxıldığında, gəlir
bölgüsündəki ədalətsizlik artmaqdadır. İctimai sabitliyin pozulmamağı və ictimai
barışın sürməsi üçün müasir dövlətlər gəlir bölgüsündəki ədalətsizliyi azaldıcı yön-
də iqtisadi həyata müdaxilə edərək bir sıra tədbirlər görünməkdədir. Dövlətlərin
əlində bu məqsədə çatmaq üçün gəlir dağılımının funksiyasına və böyüklüyünə tə-
sir edəcək çox sayda vasitələr vardır. Bunlar: qarşılıqsız edilən dövlət xərcləri və
vergi gəlirləri kimi maliyyə siyasəti vasitələri ilə məşğulluq, ödəniş və qiymət ida-
rələri kimi maliyyə olmayan siyasət vasitələridir.
Dövlət, real dövlət xərcləri ilə bəzi mal və xidmətləri aşağı gəlirli
insanlara
pulsuz və ya xərcə nisbətən çox aşağı əvəzlə təqdim edərək effektiv tələb üzərində
təzyiq göstərməkdədir. Dövlət xərclərinin edilməsi ilə bu xərclərdən faydalanan
aşağı gəlirli insanların gəlirləri artarkən tələbdəki artım ilə cəmi məşğulluq və milli
gəlir səviyyəsi yüksəlməkdədir. Transfer xərcləri ilə də bu xərclərdən faydalananla-
Dövlät Maliyyäsi
95
rın vəziyyətinə görə gəlir bölgüsü bərabərlənmə və ya bərabərsizlikləri artırma yö-
nündə dəyişməkdədir. Transfer xərclərindən faydalananlar yüksək gəlirli insanlar
isə, gəlir bölgüsündəki bərabərsizliklər artarkən aşağı gəlirlilərdə azalmaqdadır.
Dövlətin başda vergilər olmaq üzrə xalqdan almış olduğu gəlirlər yüksək satın-
alma gücü olanlardan aşağı gəlir qruplarına transfer imkanı verməkdədir.
Xüsusilə
artan nisbətli vergilər sayəsində yüksək gəlir əldə edənlərin gəlirləri azalarkən, bu
gəlirlərin transferi ilə aşağı gəlirlilərin gəliri artmaqdadır. Beləcə, bazarın özbaşına
təmin edə bilmədiyi ədalətli gəlir bölgüsü bir mənada dövlət tərəfindən gəlirin
yenidən bölgüsü ilə təmin edilməkdədir.
Ancaq büdcə kəsirlərinin artması səbəbi ilə makro-iqtisadi tarazlıqların pozul-
ması, dövlətin gəlir bölgüsündə ədalət təmin edici siyasət tətbiq olunmasını çətin-
ləşdirdiyi kimi, mövcud gəlir bölgüsünün daha da pozulmasına səbəb olmaqdadır.
Büdcə kəsirlərinin aradan qaldırılması üçün vergi nisbətlərinin artırılması və ya
yeni vergilərin tətbiq olunması istehlakçı sektorunda gəlirin və tələbin azalmasına
səbəb olarkən istehsalçılar üçün xərclərin artmasına, istehsalın düşməsinə səbəb ola
bilər. İstehsalın düşməsi də hissizliyi və gəlir bölgüsündə bərabərsizliyi artıra bilər.
Ayrıca, inflyasiya səbəbi ilə bilavasitə vergi gəlirlərinin Dövlət gəlirləri içindəki
payının getdikcə artması da gəlir bölgüsünü pozmaqdadır. Çünki bu vergilər qiy-
mətlər vasitəsi ilə istehlakçılara doğru asanca əks etdirilə bilməkdədir.
Bu cür vergi
və fondlar xüsusi sektor firmaları tərəfindən də ödənsə, qiymət mexanizmi yolu ilə
və digər aşağı gəlirlilərə əks etdirilməkdədir.
Bağlı bir iqtisadiyyatda boşluqların borcla maliyyəsi faiz nisbətlərində artıma
səbəb olmaqdadır. Kəsir bir iqtisadiyyatda əgər ərz və tələb arasında yüksək fərq
yoxsa, lazımlı pul xarici sərmayə olaraq gələcəyindən, bəlkə, faiz nisbətləri çox art-
maya bilər. Əgər ərz və tələb arasındakı fərq böyük isə xaricdən davamlı borc alın-
ması ödəmələr tarazlığındakı kəsirləri artıracaq. Xarici borcların
böyüməsi ölkə ris-
kini artıracağından, faiz dərəcələrini yenə artıracaq.
Daxili borclanmada dövlət qiymətli kağızlarının doğrudan əhaliyə satılmayıb,
banklara satılması da inflyasiyaya səbəb olmaqdadır. Çünki bu vəziyyətdə dövlətin
banknot emissiyası yerinə ehtiyatları artan bankların kredit həcminin böyüməsi
deməkdir. Dövlətin borcları səbəbi ilə faiz nisbətlərini artırması, daxili bazarda
dövlətə borc verən sektorun gəlirlərini sabit və ya aşağı gəlirlilərə nisbətlə artı-
raraq, ölkədə gəlir dağılının daha da pozulmasına səbəb olmaqdadır. Yüksək xərcli
daxili borclanma səbəbi ilə faiz xərclərinin büdcə içindəki payı artdığından, dövlət
təhsil, səhiyyə, ədalət kimi əhalinin əksəriyyətini maraqlandıran fəaliyyətlərə ye-
tərli mənbə tapa bilməyəcək hala gəlməkdədir. Beləcə, əksəriyyətin faydalanacağı
xidmətlərin qaynağı azalacaqdır.
Xüsusilə inkişaf etməkdə olan ölkələrdə maliyyə bazarlarının dayaz olması sə-
bəbi ilə büdcə kəsirlərinin maliyyəsində faiz nisbətləri yüksəlməkdədir.
Bu ölkə-