Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə47/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   43   44   45   46   47   48   49   50   ...   135

Dövlät Maliyyäsi 
 
99 
5.2. DÖVLƏT XƏRCLƏRİNİN TƏSNİFATI 
Dövlət xərcləri ilə bağlı müxtəlif sinifləndirmələr vardır. Bunlar dövlət xidmət-
lərinin quruluşunu, formasını və iqtisadi qaynaqların istifadəsini təyin etmədə isti-
fadə edilən vasitələrdir. Bu vasitələrin istifadəsi hədəflər istiqamətində olub, döv-
lətin mövcud olan qaynaqlarla nələr etmək istədiyini  əks etdirməkdədir. Eyni za-
manda, dövlətin etmək istədiyi ilə həqiqətdə nələr etdiyi mövzusunda bir yoxlama 
quruluşu meydana gətirilməlidir. İctimai xidmətlərində təsis edilən dövlət xərcləri, 
bu xidmətlərin əhəmiyyətini ifadə etməkdədir. Beləcə, dövlətin, ictimai xidmətlər 
arasında etmiş olduğu qaynaq bölgüsünün nisbət (faiz) baxımından miqdarı, priori-
teti və bu xidmətlərin dövlətə olan pul xərcinin böyüklüyü dövlət xərclərinin xid-
mətə meylli olaraq təsnif edilməsinin  əhəmiyyətini ortaya çıxarmaqdadır. Çünki 
dövlət xərclərinin nə növ, mal və xidmət istehsalına istiqamətləndiyi, digər bir ifa-
də ilə, dövlət sektorunda istehsal edilən mal və xidmətlərin növü, iqtisadiyyatın 
ümumi inkişaf müddəti ilə əlaqədardır. Dövlət xərcləri iqtisadi və ictimai nəticələri 
yaradan təsirli bir maliyyə vasitəsidir. Bu, dövlət sektorunun istehsalı olduğu mal 
və xidmətlərin quruluşundan irəli gəlməkdədir. Digər bir izahatla, dövlət sektoru 
tərəfindən çıxarılan mal və xidmətlər üçün edilən xərclərin iqtisadi təsirlərinin xü-
susiyyəti də söhbət mövzusu ola bilər. Dövlət xərclərinin iqtisadi və ictimai nəti-
cələrinin təyin oluna bilməsi, ancaq xərclərin iqtisadi təsirlərinə görə  təsnifatı ilə 
mümkün ola bilməkdədir. 
Dövlət xərclərinin adminstrativ (təşkilati) baxımndan təsnifatı  
Dövlət xərclərinin adminstrativ təsnifatı zamanı  xərcləməni edən rəhbərlik 
üzvləri əsas götürülməkdədir. Bir başqa ifadə ilə dövlətin təşkilati quruluşuna görə 
təyin olunmaqdadır. Adminstrativ təsnifləşdirmə, siyasi və adminstrativ məsuliy-
yətin təyin etməsini və proqrama məsul şəxslərin müəyyənləşdirilməsini hədəfə al-
maqdadır. Bu, çox da praktiki faydası olmayan bir təsnifləşdirmə növüdür. 
Dövlət xərclərinin funksional təsnifatı 
Funksional təsnifləşdirmənin xüsusiyyətləri 
Dövlət sektorunun böyüklüyünün təyin olunması, əvvəlcə, iqtisadiyyatın dövlət 
və xüsusi sektorları arasındakı qaynaq bölgüsündə tarazlığın qurulması ilə mümkün 
ola bilməkdədir. Dövlət sektorunun milli iqtisadiyyat içərisində yeri təyin olun-
duqdan sonra, qaynaqların dövlət sektoru içərisində bölgüsü söhbət mövzusu  ol-
maqdadır. Dövlət sektoru tərəfindən təqdim edilən müxtəlif xüsusiyyətdəki xidmət-
lərin, iqtisadi inkişaf səviyyəsi ilə yaxından  əlaqəsi olması  səbəbi ilə, qaynaq 
bölgüsü xidmətlərin xüsusiyyətinə görə edilməkdədir. Bundan ötrü, dövlət xərclə-
rinin müxtəlif xidmətlər arasında nisbi bölgüsünün təyin olunması lazımdır. Dövlət 
sektorundakı qaynaq bölgüsü, eyni zamanda, gəlir bölgüsünə da təsir etməkdədir. 
Çünki dövlət, tam məşğulluq və iqtisadi inkişaf kimi makro-iqtisadi siyasətlərin 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
100 
yanında, vergi quruluşundakı müxtəliflik və xüsusi xərcləmə proqramları kimi 
mikro-siyasətlərə  də baş vuraraq gəlir bölgüsünə  təsir edə bilməkdədir. Dövlət 
sektorunun təqdim etdiyi ictimai xidmətlərin təmin etdiyi faydanın fərdlər arasında 
bərabər olduğu yarı ictimai xidmətlərin,  ətraf təsirlərin səbəbi ilə, ictimai fayda 
bölünə bilmələri səbəbi ilə  də xüsusi fayda verdiyi qəbul edilməkdədir. Fərdlərə 
xüsusi fayda verən, təhsil, səhiyyə kimi mal və xidmətlər, gəlir dağılımına müsbət 
bir şəkildə təsir etməkdədir. Bunun üçün, dövlət sektoru tərəfindən çıxarılan mal və 
xidmətlərə edilən xərclərin bu xüsusiyyətlərinə görə  təyin olunması, qaynaq böl-
güsü kimi gəlir bölgüsü baxımından da əhəmiyyətlidir. 
Funksional təsnifləşdirmə, siyasi orqanlar tərəfindən təyin olunan dövlət xərc-
lərini əhatə edən və xərclərlə çatdırılması istənilən müəyyən hədəflərin mənalı şə-
kildə birləşdirildiyi bir təsnifləndirmə olaraq təyin oluna bilər. Funksional təsnifləş-
dirmənin müxtəlif təriflərindən çıxan ortaq xüsusiyyət, müəyyən bir məqsədə isti-
qamətli xidmətlərlə, bu xidmətlərin icra edilməsi üçün edilən dövlət xərcləri ara-
sında çox konkret bir əlaqənin qurulmasıdır. 
Funksional təsnifləşdirmədə  iştirak edən xidmətlərin hər biri (məsələn, milli 
müdafiə etmə, təhsil, səhiyyə kimi) dövləti meydana gətirən təşkilatların proqram-
ları olub, xalqa təqdim edilən müxtəlif xidmətləri əhatə etməkdədir. Bu təsnifləş-
dirmə o xidmətləri hansı qurumların etdiyini diqqətə almadan, xərclərin hansı məq-
sədləri reallaşdırmaq üzrə istifadə edildiklərini göstərir. Belə bir təsnifləşdirmənin 
edilə bilməsi üçün dövlətin bütün vəzifə və məsuliyyətləri nəzərdə tutularaq, dövlət 
təşkilatlarının təqdim etdikləri xidmətlərin, proqramlar olaraq qruplaşdırılması la-
zımdır. Beləcə, dövlət xərclərinin məqsədi, müəyyən xidmətlər arasındakı bölgüsü 
və prioritetləri daha asan görülə biləcək. Bu təsnifləşdirmə, xidmətlər mövzusunda
ictimaiyyətə kompleksli olmayan sağlam məlumatlar verəcək. Eyni zamanda, döv-
lət rəhbərliyindən məsul qanunverici orqanlarına da daha geniş siyasət məqsədləri 
qeyd edə bilmə və tətbiq imkanı təmin edəcək.  
Digər tərəfdən, bir çox ictimai xidmətlərində nümunələri görülə biləcəyi kimi, 
müəyyən bir xidmət növü, birdən çox dövlət təşkilatı tərəfindən icra edilə bilmək-
dədir. Bu isə xidmətləri azaltmaqdadır. Funksional təsnifləşdirmənin bir başqa 
faydası da belə bir çətinliyi geniş ölçüdə ortadan qaldırmasıdır. Məsələn, təhsil xid-
mətlərini, ümumiyyətlə, Milli Təhsil Nazirliyi icra etməklə birlikdə, Milli Müdafiə 
Nazirliyi kimi bəzi nazirliklər də  təhsil xidmətləri icra edə bilməkdədir. Təhsil 
xidmətlərinə edilən dövlət xərclərinin təyin oluna bilməsi üçün bütün dövlət təşki-
latlarının təhsil xidmətlərinə təsis etdikləri xərclərinin tək-tək ayırd edilərək birləş-
dirilməsi lazımdır. Burada, xüsusilə, xidmət proqramlarının təşkilati quruluşdan 
müstəqil olaraq yaradılması əhəmiyyətli bir element olmaqdadır. Beləcə, hər funk-
siyanın əhatəsi və detalları daha asanlıqla təyin oluna bilməkdə və dövlət sektorun-
dakı xidmət toqquşmaları və təkrarlar ortaya qoyula bilməkdədir. Ayrıca, funksio-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə