Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə42/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   38   39   40   41   42   43   44   45   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
88 
lərini borclanma ilə qarşılayan ölkələrin real borclarını azaldaraq xüsusi sektordan 
ictimai sektoruna mənbə transferinə səbəb olmaqdadır. 
Bu vaxt büdcə kəsirlərinin səbəb olduğu qiymət sabitsizliklərini aradan qaldır-
manın xərcləri ilə bu sabitsizliklərin səbəb olduğu xərclər tarazlanmalıdır. çünki 
yüksək nisbətli inflyasiyanın mülayim bir səviyyəyə salınmasının təmin edəcəyi 
fayda, keçici məşğulluq və istehsal enişlərinə bağlı olaraq meydana gələn xərcdən 
çox olmalıdır (Howitt qaydası). Bir çox siyasətçi və iqtisadçı, yüksək nisbətli in-
flyasiyanın zərərli olduğu mövzusunda fikir birliyi içində olduğundan, bu inflyasi-
yanın azaldılması ilə əlaqədar müvəqqəti işsizlik və böyümə problemlərini normal 
qəbul etməkdədirlər. Ancaq inflyasiya çox yüksək deyilsə, bunu salmanın xərclə-
rinə dözmək yerinə, aşağı nisbətli inflyasiya ilə yaşamanın daha yaxşı olacağına 
inanmaqdadırlar. Peter Howittin (1990) bu vəziyyətlə əlaqədar olaraq irəli sürdüyü 
qısa və  Kəsir qaydaya(Howitt's Rule) görə, bir inflyasiyanı salma siyasəti, səbəb 
olacağı xərclər ilə əldə ediləcək faydalar bərabər olana qədər davam etdirilməlidir. 
Buna görə inflyasiyanı aşağı salmanın təmin edəcəyi faydanın bu günkü dəyəri ilə 
inflyasiyanı daha çox salmanın gətirdiyi xərcin bu günkü dəyəri bərabər olana 
qədər anti - inflyasiya siyasətləri davam etdirilməlidir. 
4.10.3. TAM MƏŞĞULLUĞA TƏSİRLƏRİ 
Tam məşğulluq biri dar, digəri geniş olmaq üzrə iki cür təyin olunmaqdadır. 
Geniş mənada tam məşğulluq: bir iqtisadiyyatdakı əmək, sərmayə, təbii mənbələr və 
texnoloji imkanların (istehsal faktorlarının) hamısının istehsalda istifadə edilməsi-
ni ifadə edərkən, dar mənada tam məşğulluq isə, iqtisadiyyatda işləmək istək və ar-
zusunda olan bütün yetkin insanların işlədiyi vəziyyəti ifadə etməkdədir. Təbii ki, 
dar mənada tam məşğulluğun təmin edilməsi ilə  əmək xaricindəki istehsal faktor-
larının əksəriyyətinin də istehsala qatılacağı düşünülsə, dar mənadakı tam məşğulluq 
ilə geniş mənadakı tam məşğulluq arasında yaxın bir əlaqənin var olduğu aydın olar. 
Tam məşğulluq texniki bir termin olaraq istifadə edilməkdədir. Real həyatda 
bütün iş gücünün iş tapıb çalışması  bəzi səbəblərdən ötəri qeyri-mümkündür. Bu 
səbəblər: iqtisadiyyatın içində olduğu konjonktura, işsizlərin iş tapmasına kömək 
edən iş və işçi tapma kimi təşkilatların varlığını ehtiva edən iş gücü bazarının təşki-
latı, iş gücünün demoqrafik quruluşu, qismən işsizlik sığortasının varlığına bağlı olan 
daha yaxşı iş axtarma istəyi kimi səbəblərdir. Buna görə iqtisadiyyat tam tutumda 
işləsə və uzun dövr potensial böyümə nisbətinə yaxınlaşsa belə, meydana gələcək 
olan bir işsizlik nisbəti vardır. Milton Friedmana görə uzun dövrlü strukturca fak-
torlar tərəfindən təyin olunan friksiyonal, struktural və klassik işsizliyi ehtiva edən  
bu işsizlik nisbətinə təbii işsizlik nisbəti deyilir. 
İşsizlik: iş gücü və istəyində olan şəxslərə həm işsiz qaldıqları müddətcə gəlir 
itkisinə yol açmaqda, həm də onların dərrakələrinə təsir edərək işə yaramayan biri 


Dövlät Maliyyäsi 
 
89 
olma psixologiyasına girmələrinə, ictimai eroziyaya səbəb olmaqdadır.  İşsizliyin 
insan psixologiyası üzərində səbəb olduğu təzyiq stresslə əlaqədar xəstəlikləri ço-
xaltmaqda, işsiz insan birliklərinin dəyər mühakimələrindəki ədalətsizliklər cinayət 
hadisələrini artırmaqdadır. Eyni zamanda, işsizlik iqtisadiyyatda potensial böyü-
mənin altında böyüməyə  səbəb olduğundan, mənbələrin israf edilməsinə  səbəb 
olmaqdadır. Məsələn, yalnız bir işim olsun deyə aldığı təhsilə uyğun olmayan işlərdə 
və ödənişdə işləmək məcburiyyətində olmaq, işsizliyin səbəb olduğu mənbə israf-
larından biri olaraq qiymətləndirilə bilər. 
İqtisadiyyatda işsizliyi azaltmaq üçün:  
1) Dövlət minimum məvaciblərə maaş köməyi edə bilər;  
2)  Qanuni olaraq məcburi olan minimum məvacib səviyyəsi salına bilər;  
3)  İşləyənlərə və işə götürənlərə təsir edən digər qanuni zərurətlər xərclənə bilər; 
4) Sosial müdafiə rüsumları azaldıla bilər; 
5) Minimum ödənişlilərdən alınan gəlir vergiləri azaldıla bilər; 
6)  İşləməyənlərə  işsizlik pulu ödəmək yerinə  məşğulluğu azaldıcı vergilər 
azaldıla bilər.  
Dövlət sektorunda işləyən məmurlar ilə  əlaqədar xərclər həm inkişaf etmiş, 
həm də inkişaf etməkdə olan ölkələrdə cəmi xərclərin əhəmiyyətli bir qismini mey-
dana gətirməkdədir. Bu səbəblə ictimai sektorda tətbiq olunacaq ödəniş  və  məş-
ğulluq siyasətlərinin təbii işsizlik nisbəti üzərində müxtəlif təsirləri olacaq. Bunun 
üçün  əvvəlcə  məşğulluq siyasəti ilə ödəniş siyasəti arasındakı  əlaqəni  ələ almaq 
lazımdır. İctimai sektorunda ödəniş təyin edilməsi xüsusi sektordan fərqli olduğun-
dan, xüsusi sektor idarəçilərinin  əksinə boş heyətlərin doldurulmasına istiqamətli 
bir maliyyə təzyiqi olmadığı kimi maaşlar reallıqdan çox isə, rəqabətli özəl sektor 
qurumları qədər maliyyə çətinliyinə girməsi də söhbət mövzusu deyil. Xüsusi sek-
tor əmək gücünün məhsuldarlığına görə məşğulluğa təsir edərkən, ictimai sektorda,  
ümumiyyətlə, başqa faktorların təsiri vardır  (Siyasi və qeyri iqtisadi). 
İnkişaf etməkdə olan ölkələrdə, ümumiyyətlə, ictimai sektorda çalışanların sayı 
ehtiyacdan çoxdur. Bu səbəblə ictimai sektorunda ortalama real ödənişlər düşsə də 
sürətli məşğulluq artımı səbəbi ilə personal xərclərinin cəmi xərclər içindəki payı 
artmaqdadır. Çox məşğulluq mənbələrin israfına səbəb olduğundan büdcə kəsirləri-
nin önlənməsində xərcləri qısmaq üçün Dövlət işçilərinin azaldılmasına istiqamətli 
tədbirlər alınmaqdadır. Bu tədbirlər: Xəyali işçilərin ixtisar edilməsi, keçici işçilə-
rin işlərinə son verilməsi, işə qəbulların dayandırılması, dövlət məmurluğu siyasə-
tində  məhdudlaşdırıcılığın olması, istəyə bağlı  təqaüdə  çıxma və ya istefa, erkən 
təqaüd, işdən çıxarma və özəlləşdirmə kimi tədbirlərdir. Ancaq tətbiq nəticələrinə 
görə  keçici və ya part time işləyənləri işdən çıxarmaq daha asan və az problem 
yaradarkən topdan işdən çıxarma siyasətlərini tətbiq etmək mümkün ola bilməmək-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə