Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə38/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   34   35   36   37   38   39   40   41   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
80 
4.10. DÖVLƏTDƏKİ BOŞLUQLARIN İQTİSADİ  
SABİTLİK ÜZƏRINDƏKİ TƏSİRLƏRİ 
İqtisadi sabitlik – qiymətlərin ümumi səviyyəsi, faiz nisbəti, məşğulluq həcmi, 
kurs quruluşu və böyümə nisbəti kimi təməl iqtisadi və maliyyə göstəricilərinin 
əlaqədar ölkələrdə sahib olunan mənbə  və imkanların təsirli  şəkildə istifadəsini 
təmin edən qərarlı bir tarazlıq vəziyyətidir. Yəni mövcud mənbə və imkanların da-
xili və xarici faktorların təsirində qalmadan dəyişən ehtiyaclara cavab verə bilməsi, 
iqtisadiyyatın qərarlı bir tarazlıqda olması halıdır. 
Günümüz ölkələrində sahib olduqları iqtisadi sistem nə olursa-olsun, sabit bir 
iqtisadi qurum meydana gətirə bilmək üçün çatılmaq istənilən məqsədlər maddələr 
tərəfindən sıralana bilər. Ancaq bu məqsədlərdən beşi bütün dünya ölkələrinin 
əvvəlcə əldə etmək istədiyi məqsədlərdir. Bunlar: tam məşğulluğa çatmaq, istehsalı 
artırmaq (böyüməyi təmin etmək), qiymət sabitliyini qorumaq, ödəmələr tarazlığını 
təşkil etmək və  gəlir bölgüsünü düzəltməkdir. Bu məqsədlərə çatıla bilmədiyində 
və ya bu məqsədlərdən yayınmalar olduğunda ortaya çıxacaq olan nəticələrin sırası 
belədir: tam məşğulluğun təmin edilə bilməməyi – işsizlik, istehsalın kifayət qədər 
artırılmamağı – böyümə problemlər, qiymət sabitliyinin təmin edilə bilməməyi – 
inflyasiya, ödəmələr tarazlığının təmin edilə bilməməyi də xarici tarazlıq problem-
ləridir.  
Ölkə iqtisadiyyatları üçün bir istiqrazsızlıq göstəricisi olan bu nəticələr aradan 
qaldırılmadığında və lazımi tədbirlər görülmədiyində kompleks bir quruluş  ərz 
edən iqtisadiyyat geriləməkdədir. Bu mənfiliklərin davam etməməyi, iqtisadi taraz-
lıqların yenidən təmin edilməsi üçün sabitlik proqramları, tətbiq olunmaqdadır. Za-
manla məzmun və metod cəhətdən dəyişməyə uğrasa da sabitlik proqramları ümu-
miyyətlə, bu beş elementi ehtiva etməkdədir:  
1) proqram sonrası inflyasiya hədəfi; 
2) maliyyə sabitliyinin şəkli və böyüklüyü
3) uyğun pul siyasəti; 
4)  valyuta kursu quruluşunun hədəflə uyğun səviyyəsi; 
5)  gəlirlər siyasətinin istifadəsi.  
Proqramların hədəfləri, tətbiq müddəti və nəticələri baxımından sabitlik proq-
ramları; ortodoks və heterodoks olaraq araşdırılmaqdadır. Ortodoks sabitlik siya-
sətlərində pul dəyərinin idarəsi, Dövlət büdcəsindəki kəsirlərin azaldılması, milli 
pulun devalvasiyası, qiymətlərin sərbəst buraxılması və subsidiyaların qaldırılması 
iştirak etməkdədir. Ümumiyyətlə, hiper inflyasiya ilə mübarizədə tətbiq olunan və 
IMF tərəfindən dəstəklənən bu proqramlar real ödənişlərdə enişə, cəmi tələbdə 
azalmaya, milli gəlirdə daralmağa və iqtisadi yükün yüksək ölçüdə sabit gəlirlilər 
ilə kiçik işlətmələrə qalmasına səbəb olmaqdadır. Acı-ağrılı reseptlər və kəmər sıx-


Dövlät Maliyyäsi 
 
81 
ma siyasətləri səs itkisinə  gətirib çıxardığından, bu siyasətlərin demokratik ölkə-
lərdə reallaşdırılması çətinləşməkdə, avtoritar-hərbi rəhbərliklərin iş başında olması 
arzulanmaqdadır. 
Möhkəm pul və maliyyə siyasəti ilə sabit quruluş siyasətindən ibarət olan orto-
doks siyasətlər ticarətin sərbəstləşdirilməsini də qarşılarına məqsəd qoymaqdadır. 
Bu siyasətlər real tarazlığın qurulmasında və dövlət büdcəsindəki kəsirlərin doldu-
rulmasında müvəffəqiyyətli olmaqdadır. Ancaq müxtəlif seqmentlərin bazar iqtisa-
diyyatını  əks etdirən qiymətlər (inflyasiya, faiz nisbəti, kurs quru kimi) arasında 
tarazlığın təmin edilməsini bacara bilmədiyindən, qiymət və ödəniş siyasətləri gün-
dəmə gəlməkdədir. 
Heterodoks sabitlik siyasətlərində də keçici ictimai uzlaşma ilə ödəniş, faiz  və 
kurs quruluşlarındakı artımlar dondurulmaqda, bir gəlir siyasəti tətbiq olunmaq-
dadır. Ümumiyyətlə, yüksək xroniki inflyasiyanın yaşandığı iqtisadiyyatlarda seçi-
lən heterodoks siyasətlər möhkəm maliyyə siyasətini hədəfə almaqda, ikinci mər-
hələdə genişlədici pul siyasətinə icazə verməkdədir. Bu siyasətlər ilə daha çox bö-
yümə və daha az işsizlik əldə edilməkdədir. Eyni zamanda, inflyasiya proqnozunun 
qırılması üçün bir açar qiymət diametral (anchor) olaraq təyin olunmaqda, digər 
makro-iqtisadi öhdəliklər buna görə nizamlanmaqdadır. 
Sabitlik siyasətləri hədəf qoyduğu məqsədlərə çatmaqda bəzi problemlərlə qar-
şılaşa bilər. Bunlardan bəziləri: siyasətlərin iqtisadiyyata təsir etməsində bir gecik-
mənin olması, tətbiq olunan siyasətlərə qarşı proqnozlarının olması səbəbi ilə xü-
susi sektorun reaksiya verməsi və siyasətlərin iqtisadiyyata təsir etməsində bəzi na-
məlumluqların olmasıdır. 
Ayrıca, inkişaf etməkdə olan ölkələrdə davamlılıq göstərməyən, siyasi iqtidara 
bağlı qalan sabitlik proqramı tətbiqlərinin də qarşılaşdığı bəzi maneələr olmaqdadır. 
Belə ki, bu ölkələrdə maliyyə bazarları tam inkişaf etməmiş, bazar sərbəstləşdir-
məsi və beynəlxalq rəqabətə açılma tamamlanmamış olduğundan, tətbiq olunan sa-
bitlik proqramları digər ölkələrə görə daha uzun bir müddəti tələb etməkdədir. 
Demokratik ölkələrdə, ümumiyyətlə, bir iqtidar müddəti 4-5 il olduğundan, tətbiq 
olunan orta uzun davamlı sabitlik proqramları müxtəlif siyasi narahatlıqlar səbəbi 
ilə seçki zamanına yaxın boşaldılmağa başlamaqdadır. Yəni siyasi hədəflər ilə iqti-
sadi hədəflər əsassızdır. Digər tərəfdən, iqtisadi sabitliyin təmin edilməsi və maliy-
yə intizamının meydana gətirilməsi üçün geniş bir uzlaşma zəmininə ehtiyac var-
dır. Halbuki az inkişaf etmiş ölkələrdə siyasi rəqabət səbəbi ilə verilən həddindən 
artıq sözlər bir tərəfdən sözlərin tutula bilməməyi səbəbi ilə siyasi iqtidarı köhnəlt-
məkdə, digər tərəfdən bu sözlərə istiqamətli populist xərclərlə də iqtisadiyyata zə-
rər verməkdədir. Bu da uzlaşma zəminini çətinləşdirməkdədir. Ayrıca, siyasi iqtidar-
ların iqtisadiyyat siyasəti vasitələrinin seçkisində lazımi diqqəti göstərməməsi səbə-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə