Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə39/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   35   36   37   38   39   40   41   42   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
82 
bindən bir-biri ilə ziddiyyətli makro-iqtisadi nəticələr meydana gəlməkdədir. Bu kimi 
problemlərlə sabitlik siyasətlərinin müvəffəqiyyətə çatması çətinləşməkdədir. 
Bir çox ölkələrdə yaşanmış  və yaşanmaqda olan iqtisadi krizisləri meydana 
gətirən ortaq və mərkəzi faktor ictimai sektorun böyüklüyü və səbəb olduğu büdcə 
kəsirləridir. Büdcə kəsirlərinin mənbələri ölkədən-ölkəyə fərqlilik ərz etməklə bir-
likdə, edilən xərclərin zamanla artması buna qarşılıq əldə edilən gəlirlərin azalması, 
bu kəsirləri artıran ortaq səbəblər olmuşdur. Artan kəsirlər zamanla mikro və 
makro ölçüdə iqtisadiyyata təsir edən böhranlara səbəb təşkil etməkdədir. 
Digər tərəfdən, dövlət hesablarında açıq və doğru  şəkildə  iştirak etməyən və 
tətbiq olunan siyasətlər arasında  əhəmiyyətli yer tutan yarı-maliyyə  əməliyyatla-
rının (Quasi-Fscal Activites) icra orqanları tərəfindən Milli Məclisin verdiyi səla-
hiyyətin üzərində  və  kənarında istifadə edilməsi bu sabitsizliyi daha da artırmaq-
dadır. Üstəlik yarı-maliyyə əməliyyatlarının büdcə xaricində qalması bir çox ölkə-
də maliyyə şəffaflığına pozucu təsir etməkdədir. Çünki doğru-dürüst müşahidə edi-
lə bilməyən və idarə edilə bilməyən bu əməliyyatlar populist və siyasi divident qa-
zanmanın əhəmiyyətli vasitəsi ola bilməkdədirlər. Ayrıca, bu idarə edilə bilməzlik 
Dövlət Kəsirini aradan qaldırmağa istiqamətli sabitlik proqramı  tətbiqlərinin mü-
vəffəqiyyətə çatmasını çətinləşdirməkdədir. 
İqtisadiyyat siyasətlərinin ümumi qəbul görmüş beş məqsədindən sapmalar bir 
sabitsizlik göstəricisi olaraq qiymətləndirildiyində, Büdcə kəsirlərinin bu məqsəd-
lər üzərindəki təsirinin nə olduğu araşdırılaraq iqtisadi sabitliyə təsiri diaqnoz edilə 
bilər. Bu səbəblə Büdcə  kəsirlərinin iqtisadi sabitlik üzərindəki təsirini təyin edə 
bilmək üçün Büdcə kəsirlərinin iqtisadi böyümə, qiymət sabitliyi, tam məşğulluq, 
Ödəmələr tarazlığı və gəlir bölgüsü üzərindəki təsirləri ayrıca araşdırılacaq. 
4.10.1. İQTİSADİ BÖYÜMƏYƏ TƏSİRLƏRİ 
Bir iqtisadiyyatda meydana gətirilən real milli gəlirin ildən-ilə artmasına iqti-
sadi böyümə, bu artımın nisbi böyüklüyünə  də böyümə sürəti deyilir. Sərmayə 
anbarındakı artım, texnoloji irəliləmə, təbii mənbələrin inkişafı və istehsal faktor-
ları istifadəsində fəaliyyətin təmin edilməsi iqtisadi böyüməni artırmaqdadır. 
Federal Rezerv Banka görə uzun dövrli iqtisadi məqsədlərin ən əhəmiyyətlisi 
inflyasiyanı artırmadan işçi qüvvəsindəki artımı absorbe edəcək kafi böyüməni 
reallaşdırmaqdır. Bunun üçün ÜDM də 2% və ya 3% lik artımın kafi olacağına ina-
nılır. Ümumiyyətlə, əhalisi sürətlə artmaqda olan az inkişaf etmiş ölkələrdə fərdləri 
öhdəliklərdəki səviyyədə maddi rifaha qovuşdurmaq üçün iqtisadi böyümə daha da 
əhəmiyyətli olmaqdadır. 
İqtisadiyyatda sahib olunan real böyümə nisbəti bəzi  əməliyyatlarla potensial 
böyümə səviyyəsinə yaxınlaşdırıla bilər. Bunun üçün; mövcud istifadə edilən isteh-


Dövlät Maliyyäsi 
 
83 
sal faktorlarını artırmaq, onları inkişaf etmiş texnologiya ilə daha məhsuldar etmək, 
iş gücünün keyfiyyətini artırmaq və istehsal təşkilatını inkişaf etdirmək lazımdır. Bu 
tətbiqlərin meydana gəlməsi üçün də, yığımın təşviq edilməsi, araşdırma-inkişaf 
etdirmənin təşviq edilməsi, dövlət tərəfindən maliyyələşdirilən texnologiya quru-
luşlarının iqtisadiyyata rəhbərliyi təmin etməsi, beynəlxalq ticarətin dəstəklənməsi
təhsil keyfiyyətinin inkişaf etdirilməsi lazımdır. 
İqtisadi böyümənin reallaşdırılması ilə insanların daha çox gəlir sahibi olma-
larına, daha çox mal və xidmət istehlak etmələrinə, rifah səviyyələrinin artmasına 
imkan təmin edilir. İqtisadi böyümə olmadan insanların həyat standartlarını yük-
səltmə istəyi yüksək inflyasiya, ödəmələr tarazlığı böhranı kimi makro-iqtisadi 
problemlərə səbəb olarkən, iqtisadi böyümə bunlara gətirib çıxarmadan həyat stan-
dartlarını yüksəltməkdədir. Ayrıca, böyümə ilə təmin edilən gəlir artımı yoxsullara 
gəlir transferini asanlaşdırmaqda, zənginlərə zərərə uğramadan yoxsulluğun önlən-
məsinə köməkçi olmaqdadır. Digər tərəfdən, iqtisadi inkişaf ilə insanlar öz xüsusi 
istehlaklarına və ətrafa daha həssas olmaqda, bununla əlaqədar təsirli qanuni tən-
zimləmələr reallaşdırmaqdadır. 
Böyümə hədəflərinin reallaşdırılmasında dövlət xərcləri də əhəmiyyətli funksi-
yalar yerinə yetirməkdədir. Bazar mexanizminin bəzi yönlərdən müvəffəqiyyətsiz 
olması  səbəbi ilə kompensasiyaedici siyasətlərlə artan dövlət xərcləri xüsusi sek-
tora dəstəkləyici və təşkiledici olaraq təsir etməkdədir. Lazımi infrastruktur inves-
tisiyaları və bunların davamlı baxım və təmirlərinin edilməsi ilə xüsusi investisiya-
lar təşviq edilməkdə, səhiyyə və təhsil - təhsil xidmətləri ilə bəşəri sərmayənin xü-
susiyyəti və miqdarı artırılmaqda, yeni inkişaflarla kompleksliyi artan iqtisadi qu-
ruluşa qarşı lazımi qanuni və adminstrativ qərarların alınması ilə iş gücü və sərma-
yənin fəaliyyəti artmaqda, böyümə sürətlənməkdədir. Yəni fizikanın və bəşəri sər-
mayənin artırılması, texnoloji inkişaf və mənbə istifadəsində fəaliyyətin təmin edil-
məsi iqtisadi böyümə olaraq qəbul edildiyində dövlət xərclərinin bunlardan birini 
artırması böyüməyə müsbət yöndə təsir etməkdədir. 
Ancaq dövlət sektorunun özəl sektor tərəfindən daha məhsuldar reallaşdırıla-
caq bəzi fəaliyyətləri öz öhdəsinə götürməsi, xərclərin maliyyəsində də səhv üsul-
lar tətbiq edərək mənfi nəticələrə səbəb olması dövlət xərcləri ilə böyümə arasın-
dakı bu əlaqəni pozmaqdadır. İqtisadiyyatdakı payı zamanla artaraq mənbə bölgü-
sündə daha təsirli olan dövlətin iqtisadi böyümə üzərindəki təsirinin azalması hətta 
bu təsirin mənfi olmasının başlıca üç səbəbi vardır. Bunlar: 
1) Dövlət xərclərinin maliyyəsində daha çox vergi və daha çox borclanma 
lüzumu, özəl sektorun məhsuldarlığını və risk alma cəsarətini azaltmaqda, özəl sek-
torun istifadə edəcəyi mənbələrin dövlət tərəfindən istifadəsi xərcləri artıraraq 
xüsusi sektorun xariclənməsinə səbəb olmaqdadır; 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə