Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə61/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   57   58   59   60   61   62   63   64   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
134 
tənzimlənir. Büdcə sisteminin xarakteri ölkənin ictimai-iqtisadi və siyasi quruluşu 
ilə müəyyən olunur. Büdcə sisteminin təşkilati quruluşu və onların qarşılıqlı əlaqə-
ləri dövlətin iqtisadi və siyasi təşkili əsasında müəyyən olunur. 
İnkişaf etmiş ölkələrlə (unitar dövlətlərdə) məsələn , Böyük Britaniyada, Fransa 
və s. kimi ölkələrdə büdcə sistemi dövlətin mərkəzi büdcəsindən və yerli özünü-
idarə orqanlarının, yerli bələdiyyələrin büdcələrindən ibarətdir. Federal dövlətlərin 
büdcə sistemi üç həlqədən, yəni mərkəzi federal büdcədən, federasiyaya daxil olan 
subyektlərin büdcələrindən və yerli orqanların büdcələrindən ibarətdir. Məsələn, 
ABŞ-da, Rusiyada, Almaniya Federativ Respublikasında və s. büdcə sistemi üç 
həlqədən ibarətdir. ABŞ-da federal büdcə, ştatların büdcələri, Rusiyada respublika-
ların, vilayətlərin büdcələri və mərkəzi federasiyanın büdcəsindən ibarətdir. 
Azərbaycan Respublikasının büdcə sistemi mərkəzi büdcədən, yəni respublika 
büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli hakimiyyət 
orqanlarının, o cümlədən, bələdiyyələrin büdcələrindən ibarətdir. Yerli hakimiyyət 
orqanlarının büdcələri respublika tabeçiliyində olan rayonların, şəhərlərin büdcələri 
və onların müvafiq bələdiyyələrinin büdcələrindən ibarətdir. Azərbaycan Respubli-
kasının dövlət quruluşuna müvafiq olaraq bütün büdcə həlqələri respublikanın mər-
kəzi büdcəsi, rayonların,  şəhərlərin büdcələri, yerli bələdiyyələrin büdcələri Res-
publikanın vahid büdcə sistemini təşkil edir və bütün büdcə növləri arasında qarşı-
lıqlı maliyyə münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəy-
yən olunmuşdur. Bununla yanaşı, Azərbaycanın büdcə sistemi «Dövlət büdcəsi 
haqqında» Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. 


 
 
135 
 
 
YEDDİNCİ FƏSİL 
AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİ VƏ ONUN           
HAZIRLANMA PROSESİ
 
7.1. AZƏRBAYCAN RESPUBLİKASININ BÜDCƏ 
SİSTEMİNİN QURULUŞU VƏ PRİNSİPLƏRİ 
Dövlət büdcəsi dövlət maliyyəsinin mühüm tərkib hissəsidir. Büdcə  əsasən 
maliyyə göstəricilərinin birliyi – məcmusu deməkdir (vergilər, dövlət krediti, döv-
lət xərcləri). Büdcə vasitəsilə  vəsaitlərin cəlb olunması  və  xərclənməsi, bölgüsü 
həyata keçirilir. 
AR-nın büdcə quruculuğunun tarixini xronoloji olaraq üç dövrə bölmək olar. 
İlk büdcə quruculuğu prosesi ötən əsrin 20-ci ilinə qədər olan dövrü əhatə edir. Bu 
dövrdə Azərbaycanın büdcə sistemində gəlirlərin büdcələr arasında bölgüsü üfüqi 
şəkildə  həyata keçirilirdi. Belə olan halda dövlət büdcəsi və yerli büdcələrin hər 
birinin ayrıca gəlirləri, rüsumları mövcud idi 
Nəhayət, 1991-ci ildə müstəqilliyimizin bərpası mümkün oldu. Qarabağ mü-
haribəsi nəticəsində müdafiə xərcləri artan Azərbaycanın dövlət büdcəsində gəlir-
xərc tarazlığının 1993-cü ildən etibarən kəsir verəcək şəkildə pozulmağa başladığı 
görünməkdədir.
60
 1993-cü  ildə yenidən büdcə proqnozlaşdırılması  və icrası  mə-
sələləri dövlətin iqtisadi siyasətinin başlıca alətlərindən birinə çevrildi. Dövlət büd-
cəsinin layihəsi hər il parlament müzakirəsi vasitəsilə təsdiq olunur. Aşağıdakı şə-
kildə Azərbaycan Respublikasının büdcə sisteminin quruluşu göstərilmişdir. 
 
Şəkil 7.1. AR-nın büdcə sisteminin quruluşunun sxemi 
                                                 
60
  Ercan Sancak, Azərbaycan İqtisadiyyatı, Qafqaz Universiteti Nəşriyyatı, Bakı, 1999, s. 32 
AR-nın Büdcə sistemi
AR-nın dövlət büdcəsi 
Bələdiyyə bücələri 
Respublika 
büdcəsi 
Nax.MR-in 
büdcəsi 
Yerli 
büdcələr 
Kənd 
bələdiyyə 
büdcələri
Qəsəbə 
bələdiyyə 
büdcələri 
Nax. MR-in büdcəsi
Yerli büdcələr


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
136 
AR-nın büdcə sisteminin fəaliyyət prinsipləri aşağıdakılardır:
61
 
  Büdcə sisteminin vahidliyi; 
  Büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü; 
  Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi
  Büdcələrin gəlir və  xərclərinin, dövlət büdcədənkənar fondlarının həmin 
büdcələrdə tam əks etdirilməsi; 
  Büdcənin balanslaşdırılması; 
  Büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi; 
  Büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi; 
  Aşkarlıq; 
  Büdcənin həqiqiliyi; 
  Büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri. 
Büdcə sisteminin vahidliyi ümumi hüquqi bazanın, pul sisteminin, büdcə sənəd-
ləşdirmə formalarının, büdcə prosesi prinsiplərinin eyni olmasını, büdcə qanunveri-
ciliyinin pozulmasına görə cərimələrinin tətbiqini, eyni zamanda, büdcə sisteminin 
bütün səviyyələrində büdcə xərclərinin vahid sistemlə maliyyələşdirilməsini, dövlət 
büdcəsi və yerli büdcələrin vəsaitlərinin mühasibat uçotunun vahid qaydada aparıl-
masını nəzərdə tutur.
62
 
AR-nın büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü mərkəzi 
icra orqanına və yerli idarəetmə orqanlarına müvafiq gəlir növlərinin və  xərcləri-
nin həyata keçirilməsi üçün səlahiyyətlərinin verilməsidir. 
Əsas prinsiplərdən biri müxtəlif səviyyəli büdcələrin müstəqilliyidir. Bura da-
xildir: 
Dövlət hakimiyyət orqanlarının və yerli idarəetmə orqanlarının büdcə sistemi-
nin hər bir səviyyəsində büdcə prosesinin müstəqil həyata keçirilməsi hüququ; 
AR qanunvericiliyinə əsasən müəyyən edilmiş bütün səviyyəli büdcə sistemlə-
rinin xüsusi gəlir mənbələrinin mövcudluğu
Qanunvericilik əsasında tənzimləyici büdcə gəlirlərinin olması, müvafiq büdcə-
lərin gəlirlərinin yaradılması səlahiyyətləri; 
Mərkəzi icra orqanının və yerli idarəetmə orqanlarının müvafiq büdcə vəsaitlə-
rinin müstəqil olaraq xərclənməsi istiqamətinin müəyyən edilməsi; 
Mərkəzi icra orqanının və yerli idarəetmə orqanlarının müvafiq büdcələrinin 
müstəqil olaraq büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi; 
Maliyyə ilinin sonunda əmələ gəlmiş və büdcə xərclərinin qənaətlə istifadəsin-
dən yaranmış gəlirlərin mərkəzi xəzinəyə tam məbləğdə köçürülməsi. 
                                                 
61
  Ş.Ş. Bədəlov, R.B. Məhərrəmov, F.Ə. Qurbanov, Büdcə Sistemi, Bakı, 2003, s. 18 
62
  Ş.Ş. Bədəlov, R.B. Məhərrəmov, F.Ə. Qurbanov, a.k.ə, s.20 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə