Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə65/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   61   62   63   64   65   66   67   68   ...   135

Dövlät Maliyyäsi 
 
145 
AR-nın Prezidenti Dövlət büdcəsi haqqında qanuna müxtəlifliklər və  əlavələr 
edilməsi haqqında qanun layihəsini Milli Məclisə təqdim edir. Dövlət büdcəsi haq-
qında qanuna müxtəlifliklər və əlavələr edilməsi dövlət büdcəsinin əsas xarakteris-
tikasının dəyişdirilməsi və  tənzimləyici gəlirlərin AR büdcə sisteminin müxtəlif 
səviyyəli büdcələri arasında bölüşdürülməsi, həmçinin dövlət büdcəsi xərclərinin 
funksional və təşkilatlar üzrə təsnifatının bölmələri üzrə bölüşdürülməsi səbəb ola 
bilər. 
Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layi-
həsinin müzakirəsi və  təsdiqi AR Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun 
olaraq həyata keçirilir.  
Milli Məclisə  təqdim edilmiş növbəti il üçün dövlət büdcəsi haqqında qanun 
layihəsini Milli Məclisin sədri Milli Məclisin İqtisadi Siyasət daimi Komissiyasına 
göndərir və layihəyə baxılması müddətini müəyyən edir. 
Qanun və  qərar layihələrinə baxılması üçün daimi komissiya işçi qrupu ya-
radıla bilər. 
Müvafiq icra hakimiyyəti orqanının tapşırığı ilə onun səlahiyyətli nümayəndəsi 
AR-nın Milli Məclisinin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında 
məruzə edir. 
Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq, üç oxunuşda baxılır. Milli 
Məclisin sədrinin qərarı ilə Milli Məclisin protokol qaydasında qəbul etdiyi qərarla 
qanun layihəsinə bir oxunuşda baxıla bilər.
70
 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin birinci oxu-
nuşunda Milli Məclis AR-nın sosial-iqtisadi inkişafının konsepsiyası  və proqno-
zunu, büdcələrarası qarşılıqlı münasibətlərin əsas prinsiplərini, dövlət büdcəsi kəsi-
rinin ödənilməsi üçün xarici maliyyələşdirmə mənbələrini araşdırır. Eyni zamanda, 
dövlət büdcəsinin göstəriciləri, o cümlədən büdcə gəlirlərinin bölmələr, qruplar və 
yarımqruplar üzrə  təsnifatı, dövlət büdcəsinin gəlirlərinin və rüsumlarının büdcə 
subyektləri arasında bölgüsü, dövlət büdcəsi kəsirinin ölçüsü və növbəti il üçün 
dövlət büdcəsi xərclərindəki xüsusi çəkisi, büdcə kəsirinin örtülməsi mənbələri və 
ümumilikdə, dövlət büdcəsinin xərclərinin ümumi həcmi təhlil edilir. 
Qanun layihəsinə birinci oxunuşda baxılması  nəticəsində Milli Məclis aşağı-
dakı qərarlardan birini qəbul edir: 
-   layihə birinci oxunuşda qəbul edilsin və söylənmiş  təkliflər və iradlar nə-
zərə alınmaqla, onun üzərində iş davam etdirilsin; 
-   layihə qəbul edilməsin; 
-   layihə qəbul edilsin. 
                                                 
70
  Ş.Ş. Bədəlov, R.B. Məhərrəmov, F.Ə. Qurbanova.k.əs. 308 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
146 
Milli Məclis birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin dərc olunması 
və ümumxalq müzakirəsinə çıxarılması haqqında qərar qəbul edə bilər. 
Layihənin ayrı-ayrı maddələri üzrə qruplaşdırılmış müxtəlifliklərə aparıcı daimi 
komissiyanın iclasında baxılır və daimi müxtəlifliklərlə razı olduqda onları layihə-
nin mətninə daxil edir. Yenidən işlənmiş qanun layihəsi ikinci oxunuşda baxılmaq 
məqsədi ilə Milli Məclisin sədrinə göndərilir. 
Milli Məclisdə ikinci oxunuşda baxılmasına azı beş gün qalmış qanun layihəsi 
onun təşəbbüsçüsünə göndərilir. AR Prezidentinin, AR Ali Məhkəməsinin və NMR 
Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə 
verdikləri qanun layihələri təqdim olunmuş şəkildə müzakirəyə çıxarılmalı və səsə 
qoyulmalıdır. Belə qanun layihələrində müxtəlifliklər yalnız həmin orqanların ra-
zılığı ilə edilə bilər. 
AR Milli Məclisinin daxili Nizamnaməsinin 18-ci maddəsinə əsasən qanun la-
yihəsinin ikinci oxunuşunda müzakirəsi aparıcı daimi komissiyanın nümayəndə-
sinin məruzəsi ilə başlanır. 
Layihənin ikinci oxunuşunda müzakirəsi bir qayda olaraq, təşəbbüsçünün çıxışı 
ilə başlanır. 
İkinci oxunuşda dövlət büdcəsi xərclərinin ümumi məbləği çərçivəsində dövlət 
büdcəsinin funksional təsnifatı üzrə  xərclərin bölgüsü, AR subyektlərinə maliyyə 
yardımının həcmi (dotasiya), cari xərclər büdcəsi, dövlət məqsədli proqramların 
maliyyələşdirilməsi xərcləri, AR-nın dövlət xarici borclanması proqramı, AR-nın 
xarici dövlətlərə dövlət kreditinin verməsi, gəlirlərin və xərclərin rüblər üzrə böl-
güsü, dövlət büdcəsinin kəsiri və bir sıra digər məsələlər müzakirə edilir. 
Qanun layihəsi əsas kimi qəbul olunduqdan sonra Milli Məclisin iclasına sədr-
lik edən deputatlardan qanun layihəsində edilmiş müxtəlifliklərə etirazların olub-
olmamağını öyrənir. Bu cür etirazlar olduqda onları qısaca əsaslandırmaq üçün hər 
deputata 3 dəqiqəyədək vaxt verilir. Məruzəçi həmin etirazlara cavab verir və qa-
nun layihəsi maddə-maddə müzakirə edilir. 
Bundan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilir. İkinci oxunuşda 
qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiy-
yətlərin aradan qaldırılması və redaktə edilməsi üçün daimi komissiyaya çatdırılır. 
İş başa çatdıqdan sonra daimi komissiya üçüncü oxunuş üçün hazırlanmış qa-
nun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin sədri qanun layihə-
sinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır.  
AR Milli Məclisinin daxili Nizamnaməsinin 19-cu maddəsinə əsasən qanun la-
yihəsinin üçüncü oxunuşu zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. Qanun 
layihəsinin üçüncü oxunuşu zamanı onun mətnində müxtəlifliklər edilə bilməz. 


Dövlät Maliyyäsi 
 
147 
Müstəsna hallarda Milli Məclisin iclasında iştirak edən deputatların  əksəriy-
yətinin tələbi ilə üçüncü oxunuşda olan qanun layihəsi ikinci oxunuşa qaytarıla 
bilər. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi AR-nın Milli 
Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunda aşağıdakı əsas göstəri-
cilər təsdiq olunur: 
−   gəlirlərin ümumi məbləği; 
−   vergilərin dərəcələri; 
−   mədaxil mənbələri üzrə gəlirlərin məbləği; 
−   mənbələr üzrə qrantlar və transferlər; 
−   ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları; 
−   funksional və iqtisadi təsnifata uyğun olaraq, paraqraflar səviyyəsində xərc-
lərin məbləği; 
−   NMR-nın büdcəsinə və yerli büdcələrə verilən dotasiyaların, subsidiyaların, 
subvensiyaların məbləği; 
−   digər büdcə ssudalarının ümumi məbləği və istiqamətləri; 
−   daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər; 
−   dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi; 
−   sair beynəlxalq öhdəliklərin məbləği; 
−   ehtiyat fondunun məbləği; 
−   AR-nın daxili və xarici borclanmasının həddi (il ərzində götürülə biləcək 
dövlət borcunun və cəlb ediləcək dövlət istiqrazlarının məbləği); 
−   xərclərin maliyyələşdirilmə ardıcıllığı; 
−   dövlət büdcəsinin müdafiə olunan xərc maddələri; 
− büdcə kəsirinin yuxarı həddinin məbləği; 
−   təsdiq olunması zəruri hesab edilən digər göstəricilər. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi təsdiq olunduqdan sonra müvafiq icra 
hakimiyyəti orqanı  təşkilatlar üzrə büdcə  təsnifatı  əsasında xərclərin bölgüsünü 
aparır və təsdiq edir. 
Müvafiq icra hakimiyyəti orqanı növbəti büdcə ili üzrə dövlət büdcəsinin təs-
diq olunmuş göstəriciləri əsasında onun gəlirlərinin və xərclərinin rüblük bölgüsü-
nü müəyyən edir. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi müəyyən olun-
muş müddət ərzində təsdiq olunmazsa, Respublika Prezidenti dövlət büdcəsi təsdiq 
olunanadək büdcədən maliyyələşmənin müvəqqəti qaydalarını müəyyən edir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə