Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə96/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   92   93   94   95   96   97   98   99   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
222 
Şaquli ədalət prinsipi iqtisadi vəziyyətləri eyni olan ödəyicilərə aiddir və hesab 
edilir ki, onların vergi mövqeləri də eyni olmalıdır, yəni vergini eyni məbləğdə 
ödəməlidirlər. Bu prinsipin əsasını belə bir ideya təşkil edir ki, tutulan vergi məb-
ləği ödəyicinin gəlirinin həcmindən asılı olaraq müəyyən edilməlidir. 
Lakin bu halda bərabərlik müəyyən edilərkən sosial problem meydana çıxır, 
çünki cari gəlirlərin müqayisə edilməsi ilə heç də həmişə barabərliyi müəyyən et-
mək olmaz. Burada ödəyicinin himayəsində  əmək qabiliyyəti olmayan uşaq və 
böyüklərin sayı, onların səhhəti, yaşı kimi fərqli problemlər özünü göstərir. 
Ədalətin üfüqi prinsipinə görə qeyri-bərabər maddi vəziyyətdə olan insanlar 
qeyri-bərabər vergi mövqeyində olmalıdırlar; başqa sözlə, dövlətin fəaliyyətindən 
bu və ya digər sərvəti (neməti) çox alanlar, vergini də çox ödəməlidirlər. Buna bə-
zən fayda prinsipi də deyilir, yəni daha çox fayda götürən, çox vergi də ödəməlidir. 
Vergidə bərabərliyin təmin edilməsi üçün ödənən verginin iqtisadi gücə (ödə-
mə qabiliyyətinə) görə tutulması vacibdir. Bu zaman belə bir sual meydana çıxır: 
ödəyicinin iqtisadi gücünü ifadə edən ünsürlər hansılardır? Müasir dövrdə bu suala 
cavab vermək üçün üç meyardan istifadə edilir: gəlir, sərvət və istehlak xərcləri. 
Gəlir, fərdin vergiödəmə qabiliyyətini  əks etdirən  ən mühüm meyardır. Gəlir 
kateqoriyası vergitutma əməliyyatında həm fərdi, həm də ailə nöqteyi - nəzərindən 
komp-leks şəkildə nəzərə alınır. Bu şəkildə ələ alındıqda gəlir fərd və ya ailənin bir 
il ərzində milli gəlirdən aldığı pay hesab edilir. Bu payın içində gəlirin həm isteh-
laka, həm də yığıma ayrılan hissəsi yerləşir. 
Vergi  ödəmə gücünü ən yaxşı əks etdirən meyar olmasına baxmayaraq, gəlirin 
hamısından vergi tutulmur. Çünki minimum yaşayış səviyyəsi, istisna və güzəştlər 
gəlirin bir hissəsini vergidən azad edir. Vergidən yayınma halının geniş yayıldığını 
da nəzərdən qaçırmaq olmaz. 
Sərvət, gəlirin yığılmış formasıdır. Ona görə də fərdin və ya ailənin vergi ödə-
mə qabiliyyəti müəyyən edilərkən, yalnız bir il ərzində əldə edilən gəlir deyil, eyni 
zamanda, onun malik olduğu sərvət də nəzərə alınmalıdır. İki fərdin bir il ərzində 
əldə etdiyi gəlir məbləği eyni, lakin malik olduqları  sərvətin miqdarı  fərqlidirsə, 
sərvəti çox olan fərdin vergiödəmə qabiliyyəti digərinə nisbətən yüksəkdir. 
İstehlak xərcləri, gəlirin əldə edilməsi və sərvətin yığılması qədər həmin gəlirin 
və ya sərvətin xərclənməsi də vergi  ödəmə qabiliyyətinin bir göstəricisi hesab edi-
lir. Bu gün mövcud olan vergitutma anlayışına görə  gəlir  əldə edilərkən vergiyə 
cəlb edilməsi onun xərclənmə anında da ayrıca vergiyə tabe edilməsinə mane olmur. 
Ödəmə qabiliyyətinə görə vergi alınması texnikası: Vergitutmada ödəmə qa-
biliyyəti prinsipinin həyata keçirilməsi olduqca çətindir. Bu çətinlik onunla əla-
qədardır ki, həm ödəmə qabiliyyətinin necə və nəyə əsasən müəyyən edilməsi bir-
mənalı  şəkildə aydın deyil, həm də  nəzərdə tutulan “bərabərliyin” müxtəlif ver-
gilərin hər biri vasitəsilə necə təmin edilməsində vahid fikir mövcud deyildir. 


Dövlät Maliyyäsi 
 
223 
Həmin məqsədə çatmaq üçün, hər  şeydən  əvvəl, vergilərin  şəxsiləşdirilməsi, 
yəni vergi sistemində şəxsi vergilərin ağırlığının artması prosesi gedir. Bu ona görə 
lazımdır ki, ödəyicinin ödəmə gücünü müəyyən edən ünsürləri nəzərə almaq müm-
kün olsun. Məsələn, eyni miqdar gəlir  əldə edən iki nəfərdən biri evli, digəri isə 
subaydırsa, sonuncunun vergiödəmə gücü birincidən yüksəkdir. Eyni miqdar gəlir 
əldə edən iki nəfərdən biri sağlam, digəri isə xəstədirsə, yenə də ödəmə gücü müx-
təlifdir. Gəlir miqdarı fərqli olduqda isə ödəmə gücü arasındakı fərq aydın şəkildə 
görünür. Bundan başqa, gəlirin  əmək və ya kapital gəliri olması amili də vergi  
ödəmə gücünün müəyyən edilməsində mühüm ünsürlərdən biridir. Məsələn, bir 
nəfər əmək haqqı şəklində, digəri isə dükanını kirayəyə verərək hər biri eyni miq-
darda (tutaq ki, ildə 1 mln. manat) gəlir əldə edir. Onların da ödəmə gücü eyni de-
yil. Çünki əmək haqqı  şəklində alınan gəlirin bazar iqtisadiyyatı  şəraitində fasi-
ləsizliyi kapital gəlirinə nisbətən (işsizlik, səhiyyə  və s. ilə  əlaqədar) aztəminatlı-
dır. Bu və bütün digər oxşar halları vergitutmada nəzərə almaq və ödəmə qabiliy-
yəti prinsipini real olaraq həyata keçirmək üçün aşağıdakı texniki üsullardan isti-
fadə edilir:  
a) mütərəqqi (artan nisbətli) vergi dərəcəsi;  
b) yaşayış minimumu istisnası;  
       c) ayırma prinsipi.  
Ədalət prinsipinin həyata keçirilməsində mütərəqqi vergitutma üsulu mühüm 
vasitə hesab edilir. Klassik görüşə görə vergi sistemi o vaxt mütərəqqi hesab edilir 
ki, vergilər ödənildikdən sonra ödəyicilərin iqtisadi vəziyyətində mövcud olan 
qeyri-bərabərlik azalmış olsun. Təcrübədə buna mürəkkəb mütənasiblik (bu məsələ 
növbəti fəsillərdə ətraflı araşdırılacaqdır) vasitəsilə nail olunur: vergi dərəcəsi ver-
gitutma obyekti ilə birlikdə artır, lakin artan vergi dərəcəsi vergi obyektinin tam 
həcminə deyil, müəyyən olunmuş  həddi keçən məbləğə  tətbiq edilir. Beləliklə, 
mütənasib vergitutmada daha imkanlı ödəyici az imkanlı ödəyiciyə nisbətən vergi 
şəklində öz gəlirinin daha çox hissəsini ödəyir. Ödəmə qabiliyyətinə görə vergitut-
ma zamanı belə bir sual çıxır: ödəyicinin vergiödəmə gücü nə zaman və ya hansı 
gəlir həddindən başlayır? Təbiidir ki, fərdin vergi  ödəmə qabiliyyəti yalnız onun 
öz bioloji ehtiyaclarını ödədikdən sonra başlaya bilər. Ona görə də bir qayda olaraq 
qəbul edilmişdir ki, yaşayış minimumu səviyyəsindən aşağı gəlir əldə edənlər ver-
gidən azaddırlar. Lakin onu da nəzərə almaq lazımdır ki, bu qəbildən olan insanlar 
yalnız birbaşa vergilərdən azaddırlar və onlar qiymətlərə əlavə olunan dolayı ver-
giləri ödəməyə məcburdurlar. 
Müasir vergitutmada, o cümlədən müstəqil Azərbaycanın təcrübəsində yaşayış 
minimumundan aşağı gəlir həddi bütün ödəyici qruplar üçün vergiyə cəlb edilmir. 
2.  Ayırma prinsipi. Bu prinsip də ödəyicinin iqtisadi imkanlarına görə vergi 
alınması məqsədinə xidmət edir. Mütərəqqi vergi texnikası vergi ödəyicisinin gəli-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə