Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə104/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   100   101   102   103   104   105   106   107   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
240 
Mədaxil vergilərinə aşağıdakı müxtəlifliklər edilmişdir: 
−  Maksimum vergi stavkası 46 faizdən 34 faizə, minimum stavka 20 faizdən 15 
faizə endirilmişdir. İldə 75 min dollara qədər gəliri olan kiçik biznes müəssi-
sələrinə bəzi güzəştlər verilir; 
−  Aksiyaların müştərək sahibləri olan korporasiyalar arasındakı hesablaşmalara 
görə dividendlərin yekun məbləğinin gəlirə daxil olan hissəsindən tutulan vergi 
85 faizdən 80 faizə endirilmişdir; 
−  Əlavə gəlirlərin müəyyən edilməsinə, bölünməmiş mənfəətdən itkilərə və ya-
rarsız  əmək vasitələrinin hesabdan silinməsi üçün onların uçota alınması yol-
larına yenidən baxılır; 
−  Aktivlərin bazar qiymətinin artması  nəticəsində baş verən kapital artımı  gə-
lirindən tutulan vergi stavkaları dəyişdirilmişdir.; 
−  Ammortizasiya silinmələrinin müddəti uzadılmışdır və s. 
Yeni qanuna görə, vergiyə  cəlb olunan ümumi gəlirin həcmindən asılı olma-
yaraq, 50 min dollar gəlirdən 15 faiz, hər sonrakı 25 min dollardan 25 faiz, 75 min 
dollardan yuxarı olan gəlirlərdən 34 faiz vergi tutulur. Korporasiya gəlirlərinin 85 
faizinə ən yüksək stavkada vergi qoyulur. 100 min dollardan 335 min dollara qədər 
olan gəlirlərdən 5 faiz əlavə gəlir tutulur. 
 
8.12.2. YAPONİYA VERGİ SİSTEMİ 
1989-cu ildə Yaponiyada yeni vergi sistemi tətbiq olunandan sonra birbaşa 
vergilər azalmış, dolayı vergilər çoxalmışdır. 
Yaponiyada vergi islahatları nəticəsində əlavə dəyər vergisini xatırladan vergi 
növü – dolayı yolla tutulan istehlak vergisi tətbiq olunmuşdur. Bu vergi, praktiki 
olaraq, ilk dəfə Yaponiyada tətbiq edilmişdir. 
Yaponiyada hüquqi şəxslərdən gəlir vergisi və ya korporasiya vergisi kompa-
niyanın xalis gəlirindən tutulur. Kompaniyanın gəliri iki hissədən ibarət ola bilər: 
bölünən və bölünməz. Yaponiyada bu vergi növləri vardır: 
Kompaniya səviyyəsində müxtəlif stavkalarla tutulan gəlir vergisi; bu zaman 
bölünən gəlirdən nisbətən aşağı stavka ilə vergi tutulur. 
Səhmdarlar səviyyəsində, bölünən gəlirdən korporasiya vergisinin tutulub-
tutulmamasından asılı olmayaraq, dividendlər vergidən nisbətən azad edilir. 
Yaponiyada korporasiyadan tutulan gəlir vergisi bölünən gəlirin 42 faizini təş-
kil edir. 1990-cı ildən bəri ümummilli korporasiya vergilərinin stavkaları  aşağı 
düşmüşdür. Gəliri 8 milyon yendən aşağı olan kiçik və orta müəssisələr üçün ver-
ginin güzəşt stavkası tətbiq edilir. 
 


Dövlät Maliyyäsi 
 
241 
8.12.3. AVROPA BİRLİYİNDƏ VERGİ SİSTEMİ 
Avstriya gəlir vergisi qanununda, gəlir kateqoriyaları: əkin və meşəçilik, ticari 
qazanclar, əmək haqqı gəlirləri, sərmayə qazancları, kirayə gəlirləri və digər gəlir-
lər olaraq sayılmışdır. 
Danimarka gəlir vergisi qanunu, vergiləndiriləcək gəlir növlərini tək-tək say-
mamış, vergi mövzusunu vergi borclularının pul və pul ilə ifadə edilə bilən hər növ 
qazancları olduğunu müəyyən etmişdir. Qanunda gösdərilməsə də Danimarka gəlir 
vergisi sistemi üç gəlir kateqoriyasını  əsas alarak gəliri qavramaqdadır. Bunlar: 
şəxsin sərmayə qazancları xaricindəki hər növ gəliri, sərmayədən əldə edilən gəlir-
lər ilə Danimarka şirkətlərindən  əldə edilən mənfəət payları, hissə  sənədlərinin 
satışından və dövlət investisiya qurumlarından əldə edilən gəlirlərdir. 
Finlandiyada, bir qayda olaraq, Danimarkadakı sistemə bənzər bir şəkildə şəxs-
lərin pul və pul ilə ifadə edilə bilən hər növ gəliri gəlir vergisinin mövzusu olaraq 
bildirilir. Sərmayə qazancları digər gəlirlərdən ayrı olaraq birbaşa tarif ilə vergi-
ləndirilir.  
Belçika gəlir vergisi qanunu vergiyə cəlb edilən gəlirləri dörd kateqoriyada ələ 
almışdır. Bunlar: daşınmaz sərmayə iradları, daşınan sərmayə iradları,  əmək haq-
ları və müxtəlif gəlirlərdir.  
Fransa gəlir vergisi sistemində gəlirin tanımı edilməmişdir. Ancaq, vergiləndi-
riləcək gəlir, şəxsin müxtəlif gəlir kateqoriyalarından əldə etdiyi məbləğlərin məc-
muından ibarət olmaqdadır. Bu gəlir kateqoriyaları: daşınmaz sərmayə iradları, 
ticari qazanclar, kənd təsərrüfatı qazancları, ticari olmayan sərbəst peşə qismindəki 
(məsələn, vəkil və həkim xidmətləri kimi) qazanclar, əmək haqqları, daşınan sər-
mayə iradları və müəyyən sərmayə qazanclarıdır. 
İspaniya gəlir vergisi sistemində  gəlir,  əmək haqqı  gəlirləri, daşınan sərmayə 
iradı, ticari qazanc, əmsal gəliri və mali şəffaflıq (fiscal transparency) əsasına görə 
fəaliyyət göstərən təşkilatlardan əldə edilən gəlirlərdən ibarət olmaqdadır. 
İsveç gəlir vergisi sistemində gəlirin tanımına yer verilməmişdir. Qayda olaraq, 
ən geniş anlamı ilə, şəxslərin bir təqvim ili içərisində əldə etdikləri pul və pul ilə 
ifadə edilə bilən hər növ gəlir, gəlir vergisinin mövzusunu ortaya qoymaqdadır. 
İsveç gəlir vergisi, gəlir növlərini fərqli vergiləndirə bilmək üçün əldə edilən gəliri 
üç kateqoriyada incələmişdir: Əmək haqqı, ticari qazanc və sərmayə iradları.  
Lüksemburq gəlir vergisi, bir təqvim ilində əldə edilən pul və pul ilə ifadə edilə 
bilən hər növ gəliri anlatmaqdadır. Gəlir: ticari qazanc, kənd təsərrüfatı qazancı, 
sərbəst peşə qazancı,  əmək haqqı, pensiya və düzənli ödəmələr, daşınan sərmayə 
iradı ilə müxtəlif gəlirlərdən ibarət olmaqdadır. 
Portuqaliya gəlir vergisi qanunu, gəlir vergisinin mövzusunu meydana gətirən 
gəlir növlərini tək-tək sayaraq müəyyən etmişdir. Buna görə  əmək haqqı, sərbəst 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
242 
peşə qazancı, ticari qazanc, kənd təsərrüfatı qazancı, yatırım qazancları, daşınmaz 
sərmayə iradları, daşınan sərmayə iradları, pensiya və digər gəlirlərdir. 
104
 
Almaniyada vergilər ölkə iqtisadiyyatının inkişafı üçün dövlətin  əlində  əsas 
vasitədir və büdcədə yüksək yer tutur. Bir qayda olaraq, büdcə gəlirinin 80 faizini 
vergilər təşkil edir. Büdcənin gəlir mənbələrini təyin et-mək üçün “Vergi tarifləri 
üzrə işçi qrup” federasiyanın büdcə layihəsini hazırlayır. Qrupun tərkibinə federa-
siya, torpaq və icma ekspertləri daxil olur. Qrup, ümumi iqtisadi inkişaf proqnoz-
larını nəzərə alaraq, vergi daxilolmalarını müəyyənləşdirir. Məhz buradan Maliyyə 
Nazirliyinin böyük planlaşdırma işi başlayır. Torpaq və icma gəlirləri üçün müəy-
yən  ərazidə adambaşına düşən gəlir büdcə layihəsinin tərtibində  əsas götürülür. 
Yüksək gəlirli torpaqlar balansına az rentabelli torpaqlara investisiya qoyulur. 
Almaniyada gəlir vergisi birbaşa vergilərdən olub, fiziki şəxslərdən tutulur. Bu 
vergi əmək haqqından, muzdla işləyən şəxslərdən, qonorar və kapitaldan, bank əma-
nətlərinin faizindən, kirayə və fərdi əmək fəaliyyətindən gələn gəlirlərdən tutulur. 
Brüt maaş vergiləndirilir. Vergi dərəcəsi maaş miqdarına bağlıdır (artan miq-
darda vergi). Digər tərəfdən, mədəni duruma bağlı olaraq birdən altıya qədər (I–VI) 
vergi sinifləndirilməsi edilir. Vergi sinifi subay və ya evli durumda olmaya, uşaq 
sahibi olmaya və ya ‘ikiqat qazanca’ görə müəyyən edilir. Əgər  ər-arvadın hər 
ikisinin də qazancları vergiyə  cəlb edilirsə, vergi sinifləndirməsindəki bəzi bir-
ləşimlər yararlı olabilər.
105
  
Subaylar üçün gəlirin minimum həddi 4752 marka, evlilər üçün 9504 marka 
olsa, vergi tutulur. 4753 markadan 18056 markaya qədər olan gəlirlərdən 22 faiz 
vergi tutulur. Bu, ən aşağı stavkadır. 18056-36071 markadan 130031-260063 mar-
kaya qədər gəliri olan subay və evlilərdən 22-56 faiz arasında vergi tutulur. Bu 
məbləğdən yuxarı gəlirlər üçün 56 faiz vergi tutulur. 
Müəssisələrin bütün hesabları maliyyə orqanları ilə razılaşdırılmış proqram 
əsasında EHM-ə verilir. 
Verginin həcmi onu ödəyənin deklarasiyası ilə tutuşdurulur və vergi bildirişi ilə 
təsdiq olunur. 
Əmək haqqına vergi təyin olunarkən “vergi dərəcələri”ndən, “vergi kartları”n-
dan və “vergi cədvəlləri”ndən istifadə olunur. 
Fəhlə və qulluqçuların ailə vəziyyətindən asılı olaraq (ər və arvadın gəlirlərinin 
ayrıca hesablanması, uşaqların sayı və s.) 6 vergi dərəcəsi müəyyən edilmişdir. 
Birinci dərəcəyə uşaqsız, subay fəhlələr, dul və boşanmış işçilər aiddir. 
İkinci dərəcəyə subay, boşanmış  və dul, amma öhdəsində bir uşaq olan, ailə 
büdcəsi üçün ildə 4752 marka hesablanandan sonra vergi tutulan işçilər daxildir. 
                                                 
104
  www.muhasebetr.com/ab_vergiler. 
105
  www.handbuch-deutschland.de/ Einkommens- und Lohnsteuer. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə