Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə101/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   97   98   99   100   101   102   103   104   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
232 
möhkəmliyi və elastikliyindən ibarətdir. Vergitutmada faydalılıq verginin səmərəli-
liyinin artırılması, verginin yığılmasının maksimum normada həyata keçirilməsi 
deməkdir. Verginin faydalı olması, hər  şeydən  əvvəl, verginin ümumi olması ilə 
(yəni hamı üçün) bağlıdır. Vergilər öz məzmunlarına uyğun olaraq xərc, gəlir, 
sərvət və s.-dən alınır. Onun üçün də vergilər hər cür sərvəti əhatə etdikdə faydalı 
olur. Bu səbəbdən isə vergitutmada faydalılıq prinsipinin tərkib hissəsi kimi ümu-
milik prinsipi meydana çıxmışdır. Ümumiyyətlə, vergitutmanın faydalılıq prinsi-
pinin tərkibində bir sıra prinsiplər mövcuddur. Bunlardan ən mühümləri yayınma 
və təsirlilik (hiss etdirmə) prinsipləridir. 
Vergitutmada səmərəlilik prinsipinin daxili xüsusiyyətlərindən digəri davam-
lılıq, sabitlik və ya möhkəmlik prinsipləridir. Vergitutmada sabitlik prinsipi vergi 
toplanması mexanizmindəki dalğalanmanın qarşısının alınmasını  və bu mexaniz-
min sabit fəaliyyətini ifadə edir. Verginin yığılması iqtisadiyyatın inkişaf, durğun-
luq və nisbətən böhranlı mərhələlərində dəyişmirsə, deməli, vergi yığımı sabitdir. 
Yə’ni bu, vergi yığılmasının iqtisadi inkişaf dövrində artmaması, iqtisadi durğun-
luq və böhran dövrində azalmaması deməkdir. İqtisadi inkişaf və ya artım dövrində 
vergi yığımının artmaması ilk baxışda hər kəsi təəccübləndirə bilər. Lakin buna heç 
bir  əsas yoxdur. Çünki iqtisadi artım  şəraitində vergi obyektləri və vergi gəlirləri 
artır. Bundan başqa, dövlət iqtisadi inkişaf şəraitində ehtiyac yarandıqda özünə pul 
tapmaqda heç bir çətinliklə qarşılaşmır. 
Vergitutmada səmərəliliyin başqa bir prinsipi elastiklik prinsipidir. Vergitut-
mada elastiklik prinsipi vergi faizindəki hər hansı artmanın həyata keçirilməsi za-
manı vergi normasının buna reaksiya göstərməsidir. Əgər vergi faizinin artması ilə 
əlaqədar vergi həcmində bir azalma baş verərsə, deməli, vergi elastikdir. Vergi-
lərin elastikliyinin dövlət üçün böyük əhəmiyyəti vardır. Vergi gəlirini artırmaq 
lazım gəldikdə dövlət vergi faizini artırır ki, bu da vergi normasında hər hansı 
azalma meydana gətirərək vergi gəlirlərini artırır. Vergi sistemində bu prinsiplərin 
qorunması  və maliyyə siyasətində  nəzərə alınması dövlətin gəlirlərinin sabitliyini 
təmin edir. 
İqtisadiyyatda vergi sisteminin inkişafı bu sistemin tənzimlənməsində  əsas 
götürüləcək digər mühüm bir prinsipi meydana gətirmişdir. Bu prinsip müdaxilə 
prinsipidir və onunla iqtisadiyyatın normal fəaliyyəti təmin olunur, iqtisadiyyatın 
müxtəlif sahələrində fəaliyyətin sürətləndirilməsi və ya zəiflədilməsi işi təşkil edi-
lir. Bu prinsip iqtisadi mənbələrin istifadə edilməsində iqtisadi siyasət vasitəsi kimi 
həyata keçirilir. Vergi də bütün maliyyə vasitələri kimi, iqtisadi və sosial həyata 
müdaxiləni həyata keçirən bir iqtisadi vasitədir. Bu vasitənin iqtisadi fəaliyyətlərin 
istiqamətinin müəyyən edilməsinə  və  dəyişdirilməsinə  təsiri böyükdür. Məhz ha-
zırda vergilərə baxış tamamilə dəyişmişdir. Vergi, ilk növbədə, büdcənin gəlirləri-
nin mənbəyi kimi deyil, əsas etibarı ilə iqtisadiyyatın tənzimlənmə aləti, iqtisadiy-


Dövlät Maliyyäsi 
 
233 
yata müdaxilə vasitəsi kimi qiymətləndirilir. Vergilər vasitəsilə iqtisadiyyata mü-
daxilənin yolları çoxdur. Bunlardan ən mühümlərinin bir neçəsinin izahını  aşağı-
dakı kimi vermək olar: 
Vergilərin artırılması  və ya azaldılması yolu ilə iqtisadiyyata müdaxilə edil-
məsi. Burada vergilər bütövlükdə artırılır və ya azaldılır. Bu halda iqtisadi sahədə 
inkişaf daha tez hiss edilir. Dolayı vergilərdə azaldılmanın həyata keçirilməsi 
satılan malların qiymətlərini aşağı salır (birbaşa amillər dəyişmirsə), çünki dolayı 
vergilər satılan malların qiymətləri tərkibinə daxil olduğundan, qiymətlər bu halda 
aşağı düşür. Bu hal başqa bir tərəfdən şəxslərin gəlirlərini artıraraq iqtisadiyyatda 
məcmu tələbin səviyyəsini yüksəldir. Buna müvafiq olaraq, dolayı vergilərdə artım 
baş verərsə, satılan malların qiymətlərini yüksəldir və mükəlləflərin bu mallara 
olan tələblərini və ya istehlaklarını azaldır. Birbaşa vergilərdə həyata keçirilən ar-
tımlar  şəxslərin birbaşa istifadə edə biləcəkləri fərdi gəlirlərini azaldır və  şəxslər 
malik olduqları gəlirlərə uyğun olaraq öz xərclərini azaldırlar. Şəxslər, istehlak və 
investisiya əməliyyatlarını yeni gəlir paylanmasına uyğun müəyyən edirlər. 
Artırma yolu ilə iqtisadiyyata müdaxilə edilməsi: Bu yolun mahiyyəti ondan 
ibarətdir ki, dolayı və ya bir başqa vergilər bütövlükdə artırılıb - azaldılmır, dolayı 
və birbaşa vergilərin bir qismi azaldılaraq və ya artırılaraq iqtisadiyyata müdaxilə 
olunur.  İndi vergi sistemində ayırma, fərqləndirmə siyasətindən istifadə olunması 
çox geniş yayılmışdır. Yəni dövlət hansısa məhsula və ya istehsal sahəsinə  təsir 
etmək məqsədilə müvafiq vergi növünü artırır və ya azaldır. 
Yenidən bölgü yolu ilə iqtisadi və sosial həyata müdaxilə edilməsi: Bu mü-
daxilə, dövlətin daha yüksək gəlirləri vergi yolu ilə ələ gətirmək, aşağı gəlirlilərə 
maliyyə yardımları göstərmək, subsidiyalar və ya eyni yardımlarla müdaxilə etmək 
yolu ilə həyata keçirilir. Bu müdaxilədə yüksək gəlirlilərin səmərəli şəkildə istifadə 
edə bilmədikləri vasitələr onların əlindən alınaraq, dövlət xərcləri yolu ilə səmərəli 
şəkildə istifadə olunur. 
Ümumiyyətlə, vergilərin ödənilməsinin üç əsas vasitəsi var: 
1. deklarasiya üzrə vergilərin ödənilməsi; 
2. gəlir mənbəyindən verginin ödənilməsi; 
3. verginin ödənilməsinin kadastr vasitəsi. 
8.11. VERGİ NƏZARƏTİ VƏ VERGİDƏN YAYINMA 
HALLARINA QARŞI DÖVLƏT TƏDBİRLƏRİ 
Vergi nəzarəti və onun formalarına aşağıdakılar daxildir: 
-   Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə 
vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə