Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə109/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   105   106   107   108   109   110   111   112   ...   135

Dövlät Maliyyäsi 
 
255 
−  özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan  əmlakın dəyəri, 
habelə dövlət  əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə 
ödənilməli olan hissəsi; 
−  maliyyə xidmətlərinin göstərilməsi; 
−  milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin 
qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi; 
−  Azərbaycan Respublikasının Milli Bankının aktivlərində yerləşdirilməsi üçün 
nəzərdə tutulan qızılın, habelə valyuta sərvətlərinin, xaricdə istehsal edilmiş 
Azərbaycan Respublikası pul nişanlarının, yubiley sikkələrinin və digər bu 
qəbildən olan qiymətlilərin idxalı; 
−  idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapi-
talına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyu-
luşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar ol-
madıqda); 
−  kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə 
dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı 
redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna ol-
maqla); 
İdxalın vaxtı  
Gömrük qanunvericiliyinə uyğun olaraq, mallara gömrük rüsumları tutulduğu 
vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsum-
larından azad edilirsə, malların idxal edilməsi vaxtı – onların gömrük xidmətinin 
nəzarətindən çıxdığı vaxt sayılır. 
ƏDV-nin dərəcəsi  
ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və  hər vergi tutulan idxalın 
dəyərinin 18 faizidir. 
Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümu-
mi dəyərindən ibarətdir. 
Vergi hesab-fakturaları  
ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan 
şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə vergi hesab-fakturasını ver-
məyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən  şəxsin vergi 
hesab-fakturası verməyə hüququ yoxdur. 
Vergi hesab-fakturası ciddi hesabat blankları olmaqla müvafiq icra hakimiyyəti 
orqanının müəyyənləşdirdiyi forma üzrə hazırlanan və özündə aşağıdakı məlumat-
ları əks etdirən sənəddir: 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
256 
−  vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı; 
−  vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi; 
−  yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı; 
−  vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın 
həcmi; 
−  aksizli mallarda aksizin məbləği; 
−  vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği; 
−  vergi hesab-fakturasının verilmə tarixi; 
−  hesab-fakturanın sıra nömrəsi; 
−  qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və sıra 
sayı; 
−  vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı. 
Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) vergi hesab-
fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün-
dən gec olmayaraq verməyə borcludur. 
Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsinə Vergi ödəyicisi borcludur: 
−  vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 
−  bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə  hər hesabat dövrü 
üzrə vergini büdcəyə ödəməyə. 
−  ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı 
ayın 20-dən gec olmayaraq verilir. 
Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan 
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, 
ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti 
ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü 
hesabat dövrü sayılan müddətin  əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandır-
dığı günə qədər olan dövrü əhatə edir. 
ƏDV dövlət büdcəsinə ödənilir. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. 
9.4. AKSİZ VERGİSİ 
Aksiz – aksizli malların satış qiymətinə daxil edilən vergidir. 
Vergi ödəyiciləri 
Azərbaycan Respublikası  ərazisində aksizli malların istehsalı  və ya idxalı ilə 
məşğul olan bütün müəssisələr və fiziki şəxslər aksizin ödəyiciləridir. 
Xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada ver-
gi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin 
ödəyiciləridir. 


Dövlät Maliyyäsi 
 
257 
Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar 
istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu 
halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. 
Vergitutma obyekti 
Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal 
binasının hüdudlarından kənara buraxılması, idxal mallar üçün isə aksizli malların 
gömrük xidmətinin nəzarətindən çıxması vergitutma obyekti sayılır. 
İstehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar 
sahələri və digər oxşar binalar aiddir. 
Aksizdən azadolmalar 
Aşağıdakılar aksizdən azad edilir: 
−  fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkaqollu içkinin və 3 blok siqaretin id-
xalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə  gələn  şəxslər üçün 
avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;  
−  respublika ərazisindən tranzitlə daşınan mallar; 
−  təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə, malların respublika 
ərazisinə müvəqqəti idxalı; 
−  təkrar ixrac üçün nəzərdə tutulan mallar və girovla təminat verilən mallar. 
Aksizli malların siyahısı və vergi dərəcələri
112
 
Aksizli mallar aşağıdakılardır: 
−  spirt, pivə və spirtli içkilərin bütün növləri; 
−  tütün məmulatları; 
−  neft məhsulları. 
−  minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi 
təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);  
−  istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər 
üzən vasitələr.  
Azərbaycan Respublikasına idxal edilən aksizli mallara tətbiq olunan aksizlərin 
dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içki-
lərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir: 
−  içməli spirt (o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırıl-
mamış etil spirti; tərkibində 80 %- dən az spirt olan denaturlaşdırılmamış etil 
spirti) - hər litrinə 0.8 manat; 
                                                 
112
  Azərbaycan Respublikası Vergi Məcəlləsi, 2009 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə