Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə106/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   102   103   104   105   106   107   108   109   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
246 
Bələdiyyələr öz ərаzilərində  vеrgitutmаnın  аşаğıdаkı  еlеmеntlərini müəyyən 
еdirlər: vеrgilər üzrə güzəştlər və müəyyən еdilən hədlərdə vеrgi dərəcələri. 
Хüsusi vеrgi rеjimi dеdikdə müəyyən dövr ərzində vеrgilərin hеsаblаnmаsı və 
ödənilməsinin хüsusi qаydаsı nəzərdə tutulur. 
Bundаn bаşqа, vеrgi məbləğləri аşаğıdаkı fоrmаlаrdа tutulur: 
−  bilаvаsitə  mənbədən (vеrginin gəlir və  yа  mənfəət  əldə  еdilməsinədək tutul-
mаsı); 
−  bəyаnnаmə üzrə (vеrginin gəlir və yа mənfəət əldə еdilməsindən sоnrа tutul-
mа);  
−  bildiriş üzrə. 
Ümumiyyətlə, dövlət vеrgilərinə аşаğıdаkılаr аiddir: 
−  fiziki şəхslərin gəlir vеrgisi; 
−  hüquqi  şəхslərin mənfəət vеrgisi (bələdiyyə mülkiyyətində  оlаn müəssisə  və 
təşkilаtlаrdаn bаşqа); 
−  əlаvə dəyər vеrgisi; 
−  аksizlər; 
−  hüquqi şəхslərin əmlаk vеrgisi; 
−  hüquqi şəхslərin tоrpаq vеrgisi; 
−  yоl vеrgisi; 
−  mədən vеrgisi; 
−  sаdələşdirilmiş sistеm üzrə vеrgi. 
Vеrgi ilə bütün dövlət vеrgilərinin dərəcələrinin  ən yüksək hədləri müəyyən 
еdilir. Dövlət vеrgilərinin hər il üçün tətbiq оlunаn dərəcələri müəyyən еdilən dərə-
cələrdən yüksək  оlа bilməz və  hər il Аzərbаycаn Rеspublikаsının dövlət büdcəsi 
hаqqındа qаnunu qəbul еdilən zаmаn həmin dərəcələrə yеnidən bахılа bilər. 
Yеrli vеrgilərə (bələdiyyə vеrgiləri) аşаğıdаkılаr dахildir:  
−  fiziki şəхslərin tоrpаq vеrgisi; 
−  fiziki şəхslərin əmlаk vеrgisi; 
−  yеrli əhəmiyətli tikinti mаtеriаllаrı üzrə mədən vеrgisi; 
−  bələdiyyə mülkiyyətində оlаn müəssisə və təşkilаtlаrın mənfəət vеrgisi.  
Fiziki şəxslərin gəlir vergisi 
Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 
Rezident vergi ödəyicilərinin gəliri onun Azərbaycan Respublikasında və onun 
hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
106
  
                                                 
106
  Azərbaycan Vergi Məcəlləsi, 2009 


Dövlät Maliyyäsi 
 
247 
Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbə-
lərindən əldə etdiyi gəlirlərdən ibarətdir. 
Gəlirlərə aşağıdakılar aiddir: 
−  muzdlu işlə əlaqədar əldə edilən gəlir; 
−  muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;  
−  vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər; 
−  Muzdlu işlə əlaqədar əldə edilən gəlir; 
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən 
alınan hər hansı ödəmə və ya faydadır. 
Faktiki ezamiyyət xərclərinin, habelə  dəniz nəqliyyatında ezamiyyət xərcləri 
əvəzinə üzücü heyətin üzvlərinə sutqalıq ödənişlərin və ya digər işgüzar xərclərin 
əvəzinin ödənilməsi gəlirə daxil deyildir. 
Göstərilən məbləğlərə  və  xərclərə aksizlər,  əlavə  dəyər vergisi və qiymətlən-
dirilən əqdlərlə əlaqədar işəgötürənin ödəməli olduğu hər hansı digər vergi daxildir. 
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir 
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir aşağıdakılardan ibarətdir: 
−  sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən: 
−  sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilmə-
sindən gəlir; 
−  sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanma-
sına razılıq verilməsinə görə alınan gəlir; 
−  əsas vəsaitlərin təqdim edilməsindən alınan məbləğlər; 
−  gəlirdən çıxılan, kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların 
azalmasından gəlir. 
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən: 
−  faiz gəliri; 
−  divident; 
−  əmlakın icarəyə verilməsindən gəlir; 
−  royalti; 
−  vergi ödəyicisinə bağışlanmış borc məbləği (işçinin işə götürənə olan borcunun 
və ya öhdəliyinin bağışlandığı halda – həmin borcun və ya öhdəliyin məbləği 
istisna olmaqla); 
−  sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim 
edilməsindən gəlir; 
−  təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürənin öz işçi-
sinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda, bu cür 
malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri istisna olmaqla); 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
248 
−  vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı di-
gər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya 
hesablandığı təqdirdə) – əmək haqqından başqa; 
−  həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödə-
nilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq. 
Vergitutma obyekti 
Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün bütün gəlirlərlə 
həmin dövr üçün müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı  fərqdən 
ibarətdir. Bu fərq vergiyə cəlb edilən gəlir adlanır. 
Ödəmə  mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə  cəlb 
olunan gəlirdir. 
Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən 
qeyri-rezidentin vergiyə cəlb olunan gəliri Azərbaycan mənbələrindən daimi nüma-
yəndəliklə bağlı əldə etdiyi ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi 
ilə əlaqədar çəkdiyi və gəlirdən çıxılan məbləğ arasındakı fərqə bərabərdir. 
Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri, gəlirdən çıxı-
lan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma obyektidir. 
Gəlir vergisinin dərəcəsi 
Fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı cədvəldəki dərəcələrlə vergi tutulur: 
Cədvəl 9.1. Fiziki şəxslərin aylıq gəlirinin hesablanma qaydası
107
 
Vergi tutulan aylıq gəlirin məbləği Verginin 
məbləği 
2500 manatadək 14 
faiz 
2500 manatdan çox olduqda 
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi 
Fiziki şəxslərin muzdlu işlə əlaqədar aldıqları və vergi tutulmalı olan aylıq gə-
lirindən yuxarıda göstərilən dərəcələrlə ödənmə mənbəyində gəlir vergisi tutulur. 
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir ver-
gisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə 
ödənilir. 
Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etmə-
yən və ödəmə  mənbəyində vergiyə  cəlb olunan gəlirləri olan fiziki şəxslərə haqq 
ödəyən fərdi sahibkarlar yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödənmə mən-
bəyində gəlir vergisi tutmalı və dövlət büdcəsinə ödəməlidirlər. 
                                                 
107
 www.taxes.gov.az 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə