Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə114/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   110   111   112   113   114   115   116   117   ...   135

Dövlät Maliyyäsi 
 
269 
Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq 
fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür 
xidmətlər istisna olmaqla) avtomobil nəqliyyatı vasitələri üçün “Fərqlənmə nişanı” 
və ya “Xüsusi fərqlənmə nişanı” alınmır. 
Maliyyə sanksiyaları, cərimə və faizlər  
Sadələşdirilmiş vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması halla-
rına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq aşağıda göstərilən maliy-
yə sanksiyaları və faizlər tətbiq edilə bilər: 
• 
sadələşdirilmiş verginin hesabatını və ya vergi öhdəliyinin yaranmaması haq-
qında arayışı  əsas olmadan müəyyən edilən müddətdə  təqdim etməyən vergi 
ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;  
• 
aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim et-
məyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində;  
• 
verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məb-
ləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, 
habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmış-
dırsa, vergi ödəyicisinə azaldılmış  və ya yayındırılmış vergi məbləğinin (ka-
meral vergi yoxlaması  nəticəsində hesablanmış  əlavə vergi məbləği istisna 
olmaqla) 50 faizi miqdarında;  
• 
nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, o cümlədən 
alıcıya çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim 
edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının veril-
məməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə 
görə vergi ödəyicisinə:  
−  il ərzində belə hallara birinci dəfə yol verildikdə – 400 manat; 
−  il ərzində belə hallara ikinci dəfə yol verildikdə – 800 manat; 
−  il  ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə – 1200 manat 
məbləğində;  
• 
sərvətlərin və ya pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan 
gizlə-dilməsi və ya uçota alınmamasına görə:  
−  gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məb-
ləğinin 1000 manatdan çox olan hissəsinə 5 faiz miqdarında; 
−  il  ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş  və ya uçota alın-
mamış  sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox 
olan hissəsinə 10 faiz miqdarında;  
• 
Azərbaycan Respublikasının  Əmək Məcəlləsində  nəzərdə tutulmuş qaydada 
əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
270 
hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onla-
rın gəlirlərinin gizlədilməsinə (azaldılmasına)  şərait yaradıldığına görə  işəgö-
türənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq 
edilir.  
• 
sadələşdirilmiş vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ona hər bir 
ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz hesab-
lanır.  
İnzibati Xətalar və Cinayət Məcəllələrinin müddəalarına uyğun olaraq qanun 
pozuntusuna yol vermiş sadələşdirilmiş vergi ödəyicilərinə qarşı  aşağıdakı  cəza 
tədbirləri görülə bilər: 
• 
valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə 
görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 
faizindən 70 faizinədək miqdarda;  
• 
valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə inzibati xəta-
nın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinə-
dək miqdarda;  
• 
avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəy-
yən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə 
və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri 
qaytarılmamasına görə vəzifəli şəxslər - inzibati xətanın bilavasitə obyekti ol-
muş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək miqdarında; 
• 
hüquqi şəxslər - inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 
faizindən 30 faizinədək miqdarında;  
• 
aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan az miqdarda, 
yəni 500 manatadək olan məbləğdə satılmasına və ya satış məqsədi üçün sax-
lanılmasına görə aksiz markası olmayan mallar müsadirə edilməklə  
−  fiziki şəxslər – 35 manatdan 40 manatadək;  
−  vəzifəli şəxlər – 80 manatdan 90 manatadək;  
−  hüquqi şəxslər – 200 manatdan 300 manatadək;  
• 
saxta aksiz markalarını əldə etmə və ya satmağa görə 1000 manatdan 2000 ma-
natadək olan miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək 
müddətə azaldıqdan məhrum etmə;  
• 
aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan 
xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satma, 
satış  məqsədi ilə saxlama əmlakı müsadirə olunmaqla 1000 manatdan 3000 
manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə 
azadlıqdan məhrum etmə;  


Dövlät Maliyyäsi 
 
271 
Avtonəqliyyat xidmətini həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi 
Sadələşdirilmiş verginin ödəyiciləri mülkiyyətində  və ya istifadəsində olan 
avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) 
Azərbaycan Respublikasının  ərazisində  sərnişin və yük daşımalarını (o cümlədən 
taksi ilə) və yaxud həmin daşımaları müqavilə  əsasında digər  şəxslər vasitəsi ilə 
həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu şəxslərin mülkiy-
yətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş ver-
ginin vergitutma obyekti hesab olunur.  
Sadələşdirilmiş verginin dərəcəsi  
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən 
vergi ödəyiciləri üçün aylıq olaraq sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən 
olunur: 
 Daşınma növü 
Ölçü vahidi 
Verginin aylıq məbləği 
(manatla) 
Sərnişin daşınması  (taksi 
istisna olmaqla), oturacaq 
yerlərinin sayına görə: 
- 13-dək 
- 13-dən 31-dək 
- 31 və ondan yuxarı 
1 oturacaq yeri 
- 1,8 manat 
- 21,6 manat + 13-cü yerdən 
başlayaraq hər oturacaq yerinə 
görə 0,5 manat 
- 30,6 manat + 31-ci yerdən 
başlayaraq hər oturacaq yerinə 
görə 0,3 manat 
Taksi ilə sərnişin 
daşınması 
1 ədəd nəqliyyat 
vasitəsi 
9 manat 
Yük daşınması 
1 ton yük götürmə 
qabiliyyəti 
1 manat 
Sadələşdirilmiş verginin məbləği sərnişin və yük daşınmasının həyata keçiril-
diyi  ərazidən asılı olaraq yuxarıdakı  cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi 
əmsallar tətbiq etməklə müəyyən edilir. Belə ki, daşımalar Bakı şəhərində (kənd və 
qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri ara-
sında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhər-
lərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şə-
həri istisna olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və 
rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata 
keçirildikdə isə (Bakı, Sumqayıt, Gəncə  şəhərləri və Abşeron rayonu istisna ol-
maqla) əmsal tətbiq edilmir. 
Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin 
sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şə-
hadətnaməsinə əsasən müəyyən edilir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə