Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə113/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   109   110   111   112   113   114   115   116   ...   135

Dövlät Maliyyäsi 
 
267 
Vergitutma obyekti  
−  Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlə-
rə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatin, habelə satışdan-
kənar gəlirlərin həcmi;  
−  Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sər-
nişin və yük daşımalarını həyata keçirən şəxslərin mülkiyyətində və ya istifa-
dəsində olan avtomobil nəqliyyatı vasitələri. 
Sadələşdirilmiş vergi ödəyən hüquqi şəxslər  ƏDV-nin, mənfəət vergisinin və 
əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən 
fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər. 
Sadələşdirilmiş verginin dərəcəsi  
Sadələşdirilmiş vergi, bu verginin ödəyicilərinin (avtonəqliyyat vasitələri ilə 
sərnişin və yük daşımalarını  həyata keçirən  şəxslər istisna olmaqla) malların təq-
dim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi 
vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 
aşağıdakı dərəcə ilə hesablanır: 
Bakı şəhərində – 4 faiz, digər şəhər və rayonlarda, Naxçıvan MR-da - 2 faiz.  
Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının digər şəhər və rayon-
larında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi 
ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş dərəcələri o halda tətbiq edilir ki, 
bu vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz  əmlakı  və  işçi qüvvəsi ilə 
həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.  
Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan MR-da vergi uço-
tuna alınmış, lakin Bakı  şəhərində  fəaliyyət göstərən sadələşdirilmiş verginin ödə-
yiciləri vergini Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəcələri ilə ödəyirlər. 
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda 
aparılmalıdır. Belə uçot aparılmadıqda ən yüksək vergi dərəcəsi tətbiq edilir. 
Sadələşdirilmiş verginin məbləği daşınmanın həyata keçirildiyi ərazidən asılı 
olaraq yuxarıdakı  cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsallar tətbiq 
etməklə müəyyən edilir. Belə ki, daşımalar Bakı şəhərində (kənd və qəsəbələr daxil 
olmaqla) və Bakı  şəhəri ilə ölkənin digər yaşayış  məntəqələri arasında həyata 
keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və hə-
min rayon və  şəhərlərlə digər yaşayış  məntəqələri arasında (Bakı  şəhəri istisna 
olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və rayonlarda 
və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata keçirildikdə 
isə (Bakı, Sumqayıt, Gəncə  şəhərləri və Abşeron rayonu istisna olmaqla) əmsal 
tətbiq edilmir. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
268 
Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və  
bəyannamənin verilməsi  
Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (avtomobil nəqliyyatı va-
sitələri ilə  sərnişin və yük daşımalarını  həyata keçirən  şəxsər istisna olmaqla) 
müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə 
tətbiq etməklə hesablanır.
117
 
Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 
Sadələşdirilmiş verginin ödəyiciləri (avtomobil nəqliyyatı vasitələri ilə sərnişin 
və yük daşımalarını  həyata keçirən  şəxsər istisna olmaqla) hesabat dövründən 
sonrakı ayın 20-dək ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına 
bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. 
 Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə aylıq sadələş-
dirilsmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün – yuxarıdakı cədvəldə göstərilmiş 
sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata 
keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanır və döv-
lət büdcəsinə ödənilir. Bundan sonra vergi ödəyicisi təqvim ayının sonunadək sadə-
ləşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş  sənədini təqdim etməklə 
növbəti ay və ya aylar üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alır.  
Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliy-
yat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edil-
dikdə isə  vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən  şəxslər 
məsuliyyət daşıyır. 
Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata 
keçirdikdə sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir.
10
 
Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə  sərnişin və yük daşımala-
rından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər. 
Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özü-
nə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sa-
dələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün hec bir haqq ödə-
nilmədən “Xüsusi fərqlənmə nişanı” alınır. Bu nişanı almış vergi ödəyiciləri avto-
mobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər 
üçün istifadə edərkən ən azı bir iş günü əvvəl bu nişanı geri qaytarmalıdır. 
Avtomobil nəqliyyatı vasitələrilə daşımaları həyata keçirən vergi ödəyiciləri bu 
fəaliyyətdən başqa digər fəaliyyətlə məşğul olurlarsa, əldə olunan gəlir və xərclərin 
uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır və bu fəaliyyət növü üzrə 
zərərləri digər sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətlərinə aid edilmir. 
                                                 
117
  İsgəndər Əliyev. ƏDV və Sadələşdirilmiş Vergi Sistemi, 1998 s.63 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə