Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə115/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   111   112   113   114   115   116   117   118   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
272 
Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin 
sayı  və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat 
şəhadətnaməsində göstərilmədikdə, həmin göstəricilər Daxili İşlər Nazirliyi tərə-
findən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yer-
lərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya 
Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək müm-
kün olmadıqda, sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəy-
yən edilir.  
Sadələşdirilmiş verginin hesablanması qaydası və ödəmə müddəti  
Avtomobil nəqliyyatı vasitəsilə  sərnişin və yük daşımalarına görə aylıq sadə-
ləşdirilmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün – yuxarıdakı  cədvəldə gös-
tərilmiş sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşıma-
nın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla he-
sablanır və dövlət büdcəsinə ödənilir. Məsələn: oturacaqlarının sayı 17 ədəd olan 
mikroavtobusunuzla Bakı  şəhərində  sərnişin daşınmasını  həyata keçirirsiniz. Bu 
zaman sizin ödəyəcəyiniz verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq: 
Oturacaqların sayı 17 ədəd olduğundan (13-dən 31-dək) sadələşdirilmiş vergi-
nin aylıq məbləği 21,6+5x0,5=24,1 manat olacaq və Sizin fəaliyyətiniz Bakı 
şəhərində  həyata keçirildiyindən, ödəyəcəyiniz sadələşdirilmiş verginin aylıq 
məbləği 24,1x2=48,2 manat olacaqdır.  
Bundan sonra vergi ödəyicisi təqvim ayının sonunadək ərizə ilə birlikdə sadə-
ləşdirilmiş verginin tam məbləğdə ödənilməsini təsdiq edən bank ödəniş  sənədini 
Nəqliyyat Nazirliyinə təqdim etməklə öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, 
yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» alır.  
Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişa-
nının seriya və nömrəsi aydın göstərilməlidir. «Fərqlənmə nişanı» vergi ödəyicisi-
nin ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir. 
Avtonəqliyyat xidməti göstərən  şəxslər tərəfindən ödənilmiş vergi onların 
həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır 
və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.  
Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat 
vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan 
ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə 
nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur. 
Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliy-
yat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edil-
dikdə isə  vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən  şəxslər 
məsuliyyət daşıyır. 


Dövlät Maliyyäsi 
 
273 
Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata 
keçirdikdə sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir. 
Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə  sərnişin və yük daşımala-
rından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər. 
Vergi ödəyicilərinin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə öz 
istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşın-
masında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergiyə cəlb 
edilmir və bu nəqliyyat vasitələri üçün heç bir haqq ödənilmədən «Xüsusi fərq-
lənmə nişanı» alınır. «Xüsusi fərqlənmə nişanı» vergi ödəyicisinin müraciətindən 
sonra beş  iş günü ərzində  Nəqliyyat Nazirliyi tərəfindən verilir. Bu nişanı almış 
vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, 
habelə digər məqsədlər üçün istifadə edərkən ən azı bir iş günü əvvəl bu nişanı geri 
qaytarmalıdır.  
Vergi ödəyicisi işçi heyətini və özünə məxsus yükləri daşımaq üçün yeni avto-
nəqliyyat vasitəsi aldıqda, bu nəqliyyat vasitələri müvafiq qaydada qeydiyyata alın-
dıqdan sonra beş gün ərzində  Nəqliyyat Nazirliyinə bu barədə müəyyən edilmiş 
formada məlumat təqdim edir. 
«Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı» aşağıdakı  məlumatları 
özündə əks etdirir: 
−  vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının 
adı, soyadı; 
−  vergi ödəyicisinin VÖEN-i; 
−  nişanın qüvvədə olma müddəti;  
−  avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı; 
−  avtonəqliyyat vasitələrində oturacaq yerlərinin sayı  və ya yükgötürmə 
qabiliyyəti; 
−  daşımanın həyata keçirildiyi ərazi; 
−  ödənilmiş verginin məbləği. 
Avtomobil nəqliyyatı vasitələrilə daşımaları həyata keçirən vergi ödəyiciləri bu 
fəaliyyətdən başqa digər fəaliyyətlə məşğul olurlarsa, əldə olunan gəlir və xərclərin 
uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır və bu fəaliyyət növü üzrə mən-
fəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. 
Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq 
fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür 
xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilat-
larının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Ban-
kının, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
274 
digər sazişlər çərçivəsində  fəaliyyət göstərən xarici podratçıların və subpodratçı-
ların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlik-
lərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə 
tutulan avtomobil nəqliyyatı vasitələri üçün "Fərqlənmə nişanı" və ya "Xüsusi 
fərqlənmə nişanı" alınmır. Belə avtomobil nəqliyyatı vasitələrinin sahibləri həmin 
avtonəqliyyat vasitələri barədə Nəqliyyat Nazirliyinə məlumat verirlər.  
• 
Maliyyə sanksiyaları  
"Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə  sərnişin və ya 
yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
.
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə