Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə123/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   119   120   121   122   123   124   125   126   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
296 
Gəlir nə qədər çox olarsa, vergiödəmə də bir o qədər çox olacaq. İqtisadiyyatın 
inkişafı gəlirlərin çoxalmasına gətirib çıxarır. Bu da alınan vergilərin səviyyəsini ço-
xaldır. Bu asılılıq vergiqoymanın proqressiv növünün aparılmasına görə əmələ gəlib. 
İqtisadi siyasətdəki adət-ənənələr də vergi yükünə təsir göstərir. Sosial yönüm-
lü bazar iqtisadiyyatı ölkələrində  (İsveç modeli) bu, ÜMM-un 50%-ni təşkil edir. 
Monetar prinsiplərinə əsaslanaraq inkişaf edən ölkələrdə, təxminən, 30% olur. So-
sial yönümlü ölkələrdə vergilərin yüksək səviyyəsi cəmiyyətin sosial stabilliyinin 
qiymətidir. Vergilərin istehlakçıların üzərinə qoyulması (əmtəələrin və xidmətlərin 
qiymətləri üzərinə qoyulur) nəticəsində burada qiymətlərin də səviyyəsi yüksəkdir. 
Vergilərin həcmi həmçinin iqtisadi tsikllərdən də asılıdır. Böhran vaxtı vergi-
lərin səviyyəsi aşağı, yüksəliş vaxtı isə yuxarı olur. 
Bilirik ki, fiskal siyasətin ikinci mühüm vasitəsi dövlət xərcləridir. Dövlət 
xərcləri vasitəsilə milli gəlirin xeyli hissəsi yenidən bölünür, dövlətin iqtisadi və 
sosial siyasətləri həyata keçirilir. Dövlət xərclərindən aşağıdakı  məqsədlər üçün 
istifadə edilir: 
1. iqtisadi; 
2. müharibə və müdafiə üçün; 
3. sosial 
məqsədlər; 
4.  xarici iqtisadiyyat və siyasətə yönəldilən fəaliyyət; 
5.   idarəetmə aparatının saxlanılması. 
Dövlət xərcləri  əsasən müharibə, iqtisadi böhran, depressiya, təbii fəlakətlər 
dövründə artır. Bununla da dövlət öz əhalisinə kömək edir. 
Fiskal siyasət,  əsasən, iqtisadiyyatın stabilləşdirilməsi üçün istifadə olunur. 
Fiskal siyasətin fundamental məqsədi işsizliyi və inflyasiyanı yox etməkdir. İşsizlik 
və ya depressiya zamanı stimullaşdırıcı fiskal siyasət hökm sürməlidir. O, özünə 
hökumət xərclərinin artırılması, yaxud vergilərin azalması (2), yaxud da (1) və (2)-
nin birgə istifadə edilməsi olan (3) daxil edir. 
Və  əksinə,  əgər iqtisadiyyatda inflyasiya hökm sürürsə, bu zaman qabağı alı-
nan fiskal siyasət hökm sürməlidir. Bu siyasətə hökumət xərclərinin azaldılması 
(1), yaxud vergilərin artırılması (2), ya da (1) və (2)-nin birləşməsi olan (3) daxildir. 
Fiskal siyasətin yürüdülməsi bir tərəfdən büdcədə balanslaşdırma yaratmağa 
kömək edir, digər tərəfdən isə bu siyasət vasitəsilə makro-iqtisadi tarazlıq yarat-
mağa çalışılır. 
11.4. MAKROİQTİSADİ SİYASƏTƏ KEYNESÇİ VƏ 
MONETARİST BAXIŞLAR 
Pul-kredit və maliyyə-vergi siyasətləri uzun inkişaf yolu keçmişlər. Müxtəlif 
iqtisadi məktəblərin nümayəndələri bu siyasətlər haqqında öz fikirlərini söylə-


Dövlät Maliyyäsi 
 
297 
mişlər. Hal-hazırda bu siyasətlərin iqtisadiyyata etdikləri təsir və onların istifadə 
etdikləri alətlər iqtisadçıların mübahisə predmetidir. 
Əsasən Keynesçilər, monetaristlər və yeni klassik məktəbin nümayəndələri bu 
haqda öz fikirlərini söyləmişlər. 
Keynes konsepsiyasını II dünya müharibəsindən sonra bir çox iqtisadçılar 
qəbul etdi. Bir çox inkişaf etmiş ölkələrin hakimiyyəti öz iqtisadi siyasətini keçi-
rərkən Keynesçilərin prinsiplərindən istifadə edirdilər. Ancaq sonradan Keynesçi-
lərin metodlarını şübhə altına qoyan yeni iqtisadi nəzəriyyələr meydana çıxdı. Bu 
nəzəriyyələr əsasən monetarizm və səmərəli gözləmələr nəzəriyyələri idi. 
30-cu illərin sosial-iqtisadi reallıqlarına əsaslanaraq meydana çıxan C. Keynes 
nəzəriyyəsində ilk dəfə olaraq bazar iqtisadiyyatı  şəraitində  cəmiyyətin iqtisadi 
həyatına dövlətin müdaxiləsinin konseptual nəzəri  əsasları  işlənib hazırlandı. C. 
Keynes 1936-cı ldə çapdan çıxmış”Məşğulluğun, Faizin və Pulun ümumi nəzəriy-
yəsi” əsərində klassik və neoklassik təlimlərdən fərqli olaraq sübut etdi ki, dövlət 
tələb səviyyəsinə  təsir göstərməklə bütünlükdə iqtisadiyyatı  tənzimləyə bilər. Bu 
nəzəriyyənin əsasında səmərəli tələb ideyası durur. İqtisadiyyatın tənzimlənməsinin 
Keynes modeli, hər şeydən əvvəl, tələbin idarə olunmasında dövlət tənzimlənməsi 
ilə bazar mexanizminin vəhdətinə əsaslanır. 
İqtisadi ədəbiyyatda dövlət tənzimlənməsinin Keynes modeli aşağıdakı istiqa-
mətdə müəyyənləşdirilib. 
1. Dövlət büdcəsi vasitəsi ilə milli gəlirin çox hissəsinin yenidən bölüşdürül-
məsinə nail olunur; 
2. Dövlət və qarışıq müəssisələrin yaradılması balansına sahibkarlığın geniş 
dövlət bölməsi yaradılır; 
3.  İqtisadi mühiti sabitləşdirmək, tsiklik enib-qalxmaları yumşaltmaq, milli 
məhsulun yüksək artım sürətinə nail olmaq və  məşğulluğun səmərəli səviyyəsini 
təmin etmək üçün büdcə-maliyyə  və kredit-maliyyə  tənzimlənmələrindən geniş 
istifadə olunur.  
Keynesçilərin fikrinə görə bazar iqtisadiyyatı daxilən davamsız bir sistemdir. 
Onların fikrinə görə kapitalizm makroiqtisadi stabilliyi təmin edə bilən mexanizmə 
malik deyil. Əsas iqtisadi parametrlər arasındakı disproporsiyalar məşğulluğun, 
qiymətin, istehsalın həcmində tsiklik dəyişmələr  əmələ  gətirir. Ona görə  də Key-
nesçilərin fikrincə, hökumət milli təsərrüfatın işlərinə qarışmalı, müxtəlif nəzarət 
funksiyalarını yerinə yetirməli və əsasən də pul-kredit və fiskal siyasət keçirməlidir. 
Monetaristlərin fikrinə görə isə bazar iqtisadiyyatı yüksək iqtisadi stabillik 
təmin edə bilər. Onların fikrinə görə bütün tsiklik proseslər bazar mexanizminin 
zəifliyinə görə deyil, hökumət orqanlarının səhv fəaliyyəti nəticəsində baş verir. 
Buna görə də hökumət sektorlarının sayını minimuma endirmək, həmçinin diskret 
pul-kredit siyasəti vasitəsilə bazar sisteminə təsirini azaltmaq lazımdır. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
298 
Keynesçilik və monetarizm, əsasən, riyazi tənliklər  əsasında mövcuddurlar. 
Keynes nəzəriyyəsi I yerə məcmu xərclər və onların komponentlərini çıxardır. 
Keynesçilərin əsas tənliyi bu şəkildədir: 
C+I+NX+G= ÜMM 
Burada C – əhalinin istehlak xərcləri, I – investisiya, NX – təmiz ixracat, G – 
hökumət xərcləridir. Bu bərabərliyin əsası o deməkdir ki, əhalinin məcmu xərcləri 
istehsal edilən ümumi əmtəə  və xidmətlərin dəyərinə  bərabərdir. M.Fridmen və 
F.Hayek belə hesab edirlər ki, dövlətin idarə edilmə sistemi bürokratiyadır, səmə-
rəsizdir. Ümumiyyətlə, klassik nəzəriyyə  tərəfdarları makroiqtisadi səviyyədə is-
tehsalın həcminə, məşğulluq səviyyəsinə dövlətin təsir göstərməsini məqsədəuyğun 
saymırdılar. 
Keynesçilər fikirləşirlər ki, pul-kredit siyasətinin strateji konsepsiyası ilə 
ÜMM-un nominal müxtəlifliyi arasındakı  əlaqə çox böyükdür. Müxtəlif monetar 
alətlərin tətbiqi bank sisteminin ehtiyatlarının dəyişməsinə  səbəb olur, bu da pul 
təklifinə  təsir göstərir. Pul təklifinin dəyişməsi isə faiz normasına təsir göstərir. 
Doğrudan da əgər pul təklifi artarsa, kredit götürmək asanlaşar, çünki maliyyə 
resursları təklifi artır, bu da onların qiymətini – faiz normasını azaldır. Pul kütləsi 
azaldıqda isə, əks nəticə meydana çıxır.  
Faiz dərəcəsinin dəyişilməsi isə investisiya proyektlərinin effektivliyini dəyiş-
dirir və kapital qoyuluşuna təsir göstərir. Birincisi, faiz dərəcəsinin dəyişilməsi is-
tehsala və qiymətli kağızlara qoyulan kapitalın miqdarını dəyişdirir. İkincisi isə, iri 
proyektlərin həyata keçirilməsində faiz normasının azacıq belə  dəyişdirilməsi 
kapitalın miqdarının çox böyük miqdarda dəyişməsinə səbəb olur. 
İnvestisiyaların məcmu həcmi ÜMM-un həcminə  təsir göstərir. Buna görə  də 
pul-kredit siyasəti vasitəsilə inflyasiyaya və istehsalın fiziki həcminə  təsir gös-
tərmək olar. 
Keynesçilər boyunlarına alırlar ki, pul-kredit siyasətinin fəaliyyəti və iqtisadiy-
yatın vəziyyəti arasındakı  əlaqə çox mürəkkəbdir.  İqtisadi zəncirlərin biri əgər 
qırılsa, onda bütün iqtisadi sistem şok vəziyyətinə düşər. Pul-kredit siyasətini proq-
nozlaşdırmaq üçün Mərkəzi Bank gərək hər bir iqtisadi parametr haqqında ətraflı 
məlumat  əldə etsin. Bu məlumatları isə real şəraitdə  əldə etmək mümkün deyil. 
Ona görə də pul təklifinin dəyişdirilməsi iqtisadiyyatda hökumət miqyasında göz-
lənilməyən müxtəlifliklər  əmələ  gətirir. Bu da fiskal siyasətlə müqayisədə onun 
qeyri-effektivliyini göstərir.  
Monetaristlərə görə isə pul təklifinin dəyişdirilməsi Keynesçilərin fikirləş-
diklərindən daha çox, əsas makroiqtisadi parametrləri təyin edir. Bundan əlavə, on-
lara görə məşğulluq, istehsalın və inflyasiyanın səviyyəsini müəyyən edən iqtisadi 
parametrlər arasında pul təklifi ən vacib (praktik olaraq yeganə) faktor sayıla bilər. 
Monetaristlər Keynesçilərdən tamamilə  fərqlənən bir səbəb-nəticə  əlaqəsini irəli 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə