Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə119/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   115   116   117   118   119   120   121   122   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
284 
Ehtiyat normalarının dəyişməsi – güclü potensiala malik olan üsul olsa da on-
dan çox az hallarda istifadə edilir. 
3. Uçot normasının dəyişilməsi: 
Uçot normasının dəyişilməsi – mərkəzi banklar möhkəm maliyyə  vəziyyəti 
olan, lakin əlavə pula ehtiyacı olan kommersiya banklarına borc verirlər. Kommer-
siya bankları borc götürərkən Federal ehtiyat banklarına hökumətin qiymətli 
kağızları ilə qarantiya olunmuş borc öhdəlikləri verirlər. Kommersiya bankları fizi-
ki və hüquqi şəxslərdən öz verdikləri borclara görə faiz aldıqları kimi Federal Ehti-
yat bankları da kommersiya banklarından öz verdikləri borclara görə faiz alırlar. 
Faizin belə tərifi «uçot norması» adlanır. 
Təsəvvür edək ki, iqtisadiyyat işsizlik və qiymətlərin kəskin şəkildə enməsi ilə 
toqquşub. Bu zaman pul təklifini artırmaq üçün kommersiya banklarının ehtiyat 
normalarını çoxaltmaq lazımdır. Bu halda pul-kredit siyasəti hansı qərarları qəbul 
etməlidir? Hansı siyasi fəaliyyətlər pul ehtiyatlarının artırılmasına gətirib çıxaracaq? 
1.   Federal ehtiyat bankları bazarda qiymətli kağızları almalıdır. Bu öhdəliklərin 
alınması ehtiyat normalarının çoxalmasına səbəb olacaq. 
2.   Ehtiyat normaları azaldılmalıdır ki, avtomatik olaraq əsas ehtiyatlar əlavə ehti-
yatlar sırasına keçsin və pul multiplikatorunun ölçüsü artsın. 
3.   “Uçot norması” azaldılmalıdır ki, kommersiya banklarında öz ehtiyatlarını ço-
xaltmaq məqsədilə federal ehtiyat banklarından borc götürməyə maraq oyansın. 
Bu fəaliyyətlər toplusu “ucuz pullar” siyasəti adlanır. Onun əsas məqsədi kre-
diti ucuz və asan etməkdir. Bu da birgə xərclərin və məşğulluğun həcmini qaldırır. 
İndi isə  təsəvvür edək ki, iqtisadiyyatda inflyasiya hökm sürür. Dövlət gərək 
pul təklifini azaltsın. Bunun üçün bankların ehtiyat normalarını azaltmaq lazımdır. 
Bəs bu necə edilir? 
1.   Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları satmalıdır ki, ehtiyat 
normaları azalsın. 
2.   Ehtiyat normalarının artırılması avtomatik olaraq kommersiya banklarını əlavə 
ehtiyatlardan azad edir və pul multiplikatorunun ölçüsünü azaldır. 
3.   Uçot  normasının artırılması bankların federal bankdan borc götürməyə olan 
marağını azaldır. 
Bu cür yönəltmə isə “bahalı pullar siyasəti” adlanır. Bu siyasətin əsas məqsədi 
inflyasiyanı dayandırmaq və  xərcləri azaltmaq üçün pul təklifini məhdudlaşdır-
maqdır. 


Dövlät Maliyyäsi 
 
285 
Keynesin pul-kredit sisteminin şərhinə diqqət yetirək: 
«Ucuz pullar» siyasəti 
«Baha pullar» siyasəti 
Problem: işsizlik və depressiya 
Problem: inflyasiya 
Ehtiyat və uçot normasını aşağı salır Ehtiyat 
və uçot normasını çoxaldır 
Pul təklifi çoxalır Pul 
təklifi azalır 
Faiz dərəcəsi çoxalır Faiz 
dərəcəsi azalır 
İnvestisiya xərcləri çoxalır. 
İnvestisiya xərcləri azalır 
Real XMM artır 
İnflyasiya azalır 
Selektiv metodlara isə aşağıdakılar daxildir: 
−  Kreditin ayrı-ayrı növləri üzərində nəzarət; 
−  Bank əməliyyatlarının likvidlik və riskliliyinə nəzarət.                                                       
Pul-kredit siyasəti hər  şeydən  əvvəl investisiya xərclərinə bununla da isteh-
salın və qiymətlərin səviyyəsinə təsir göstərir. 
Bildiyimiz kimi, pul, pul-kredit sisteminin tərkibinə daxil olan əsas elementlər-
dən biridir. Bir az da pulun əhəmiyyəti, funksiyaları haqqında danışaq. 
11.1.1.  PUL İSTEHSAL OLUNAN ƏMTƏƏLƏRİN DƏYƏRİNİN 
VƏ XİDMƏTLƏRİNİN İFADƏ OLUNMASI FORMASIDIR 
Bazar iqtisadiyyatı mexanizmini başa düşmək üçün əsas olaraq pulun rolunu 
başa düşmək lazımdır. Boş yerə pulu bazarın dili adlandırmırlar. Real informasiya 
əsasən, pul ödənişləri haqqında hesabatdan, müxtəlif  əmtəə  və xidmətlərin 
qiymətlərindən ibarətdir. Pulun aşağıdakı funksiyaları var: 
−  Tədavül vasitəsi; 
−  Dəyər ölçüsü; 
−  Yığım vasitəsi; 
−  Tədiyə vasitəsi. 
Bəzi iqtisadçılar pulun 5-ci funksiyasını dünya pulu funksiyasını da bura daxil 
edirlər.  
Pulun tədavül vasitəsi funksiyası 
Pul əmtəə və xidmətlərin qiymətlərinin əvəzi kimi işlənilərsə, o, tədavül vasi-
təsi sayılır. Beləliklə, pul o vaxt tədavül vasitəsi sayılır ki, əmtəələrin alınması və 
xidmətlərin göstərilməsi və həmçinin borcların ödənilməsi üçün işlədilsin. 
Pulun tədavül vasitəsi funksiyası ticarətin barter formasından yaxa qurtarmağa 
imkan verir. Barter – bir əmtəənin (xidmət növünün) pulun köməyi olmadan digəri 
ilə dəyişdirilməsinə deyilir. Məsələn: barter prosesi ona gətirir ki, alma alıb, kələm 
satmaq istəyən adam satış aktı ilə alış aktını birləşdirməyə  məcbur olur. O, alma 
satan və kələm almaq istəyən bir adam tapmalıdır. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
286 
Pulun tədavül vasitəsi funksiyası satış aktını alış aktından ayırır. 
ABŞ-da tədavül vasitəsi funksiyasını kağız pullar, qəpiklər və çek depozitləri 
oynayır. Azərbaycanda bu rolu əsasən kağız pullar oynayır. 
Pula olan tələb, əsasən, edilən bazarlıqların həcmindən, əmək haqqının verilmə 
tezliyindən, kreditə pul götürmə imkanından, əmtəələrin qiymətlərindən və s. asılı-
dır. Məs: alınan əmtəələrin və göstərilən xidmətlərin sayı nə qədər çox olarsa, hə-
min adama maliyyə əməliyyatları keçirmək üçün o qədər çox pul miqdarı lazımdır. 
Alınan  əmtəə  və göstərilən xidmətlərin sayı ticarətin inkişafından və ixtisas-
laşmadan asılıdır. Özünütəminetmə (təbii) təsərrüfat aparan ailələr ticarətdə demək 
olar ki, iştirak etmirlər və buna görə də onların tədavül vasitələrinə ehtiyacları yox-
dur.  Əvvəllər ailələrin çoxu fermer təsərrüfatı ilə  məşğul olarkən tədavül vasitə-
lərinə olan tələbat çox aşağı idi. Ticarət və sənaye inkişaf etdikcə, pula olan tələbat 
çoxaldı. Müasir iqtisadi şəraitdə insanlar adətən öz maaşlarını pul şəklində alırlar 
və sonradan özlərinə lazım olan əmtəələri əldə edirlər. 
Barter mexanizminin pulu tədavül vasitəsi kimi istifadə edən mexanizminə 
çevrilməsi həmçinin tədavül xərclərini azaldır. Belə ki, barter mexanizmində daha 
çox vaxt və güc tələb olunur. 
Pulun tədavül vasitəsi kimi qəbul olunması 
Əlbəttə ki, tədavül vasitəsi funksiyasını yaxşı icra edən pullar hər kəs tərəfin-
dən qəbul olunacaq. Geniş yayılma sahəsi olan pullar öz sahibinə vacib üstünlük 
olan alıcılıq qabiliyyəti bəxş edir. Puldan istifadə alınan əmtəələrin sayını, növünü 
və keyfiyyətini seçməyə, vaxt və yer seçimini etməyə imkan verir. Əgər hər hansı 
bir tədavül vasitəsi uzun zaman ərzində istifadə edilərsə, onda onun qəbul olunması 
stabilləşir. Pulun qəbul olunma şərtləri  əhalinin ondan istifadə etmək arzusundan 
və razılığından ibarətdir. 
Pulun dəyər ölçüsü funksiyası 
Pulun bu funksiyası əmtəələrin dəyərinin ölçülməsi üçün istifadə edilir.  
Dəyər ölçüsü – əmtəələrin və xidmətlərin dəyərinin ölçülməsi və müqayisə 
olunması üçün istifadə edilən pul vahididir. ABŞ-da dəyər ölçüsü dollar, İngiltərə-
də funt-sterlinq, Azərbaycanda isə manatdır. 
Pul dəyər ölçüsü kimi eynicinslidir, bu da aparılan əməliyyatların hesablanması 
üçün çox vacib şərtdir.  İnsanlar müxtəlif  əmtəələrin qiymətlərini manatla və ya 
dollarla ifadə edərək onları asanlıqla müqayisə edə bilərlər. 
Əgər hər hansı bir iqtisadi sistemin dəyər ölçüsü yoxdursa, onda bu halda biz 
onların qiymətini manatla və ya dollarla ifadə etmək əvəzinə, gərək bütün əmtəə və 
xidmətlərin mübadilə proporsiyalarını hesablayaq. Məsələn: hər hansı bir iqtisadi 
sistemdə 5000 müxtəlif  əmtəə  və xidmət növü varsa, onda gərək bütün mümkün 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə