Dövlät Maliyyäsi
287
əmtəə və xidmətlərin uyğunlaşdırılması üçün 12497500 sayda mübadilə növündən
istifadə edilsin.
Pul islahatları və dəyər ölçüsü
İstənilən ölkənin hökuməti əvvəl qoyduğu qiymətlər miqdarını dəyişə bilər.
Belə dəyişilmə pul islahatı adlanır. Pul islahatı – bir dəyər ölçüsündən digərinə
keçiddir və bu keçid ümumi pul məbləğinin azaldılması ilə müşayiət olunur.
Hiper (ifrat) inflyasiya olan ölkələrdə pul islahatı milli valyutaya olan inamı
artırır, çünki hökumət pul islahatı keçirərkən əhalini inflyasiya proqramını dayan-
dıracağı haqda xəbərdar edir. Hiper inflyasiyada pul qiymətdən o qədər düşür ki,
artıq öz funksiyasını yerinə yetirə bilmir və barter mexanizmindən istifadə olunur.
Pul yığım vasitəsi kimi
Yığım vasitəsi - əmtəələrin satışı və xidmətlərin göstərilməsindən sonra əldə
olunan elə aktivə deyilir ki, gələcəkdə öz nominal alıcılıq qabiliyyətini saxlaya bilsin.
Pulun üçüncü funksiyası – yığım vasitəsi kimi çıxış edə bilməsidir. Əlbəttə, is-
tənilən aktiv yığım vasitəsi kimi çıxış edə bilər. İnsanlar öz var-dövlətlərini qiymət-
li daşlar, incəsənət əsərləri, evlər, aksiya və öhdəliklər şəklində saxlaya bilərlər.
Ancaq pul bu funksiyanı yerinə yetirmək üçün daha uyğundur, çünki ona likvidlik
xüsusiyyəti xasdır.
Likvidlik – aktivlərin ödəniş forması kimi çıxış edə və öz nominal dəyərini
saxlaya bilməsidir.
Pul bu xüsusiyyətlərə malikdir. O tədavül vasitəsi kimi çıxış edə bilir və dəyər
ölçüsü funksiyası olduğuna görə qiymət miqyası səviyyəsində öz nominal dəyərini
itirmir. Digər aktivlərdə bu xüsusiyyət az və ya çox miqdarda var, ancaq pulda
olduğu kimi onlar tam likvidliyə malik deyillər. Məsələn: hökumətin qısamüddətli
qiymətli kağızları və veksellər adətən yüksək likvidli sayılırlar. Çünki bu kağız-
ların bazar qiymətləri, demək olar ki, günbəgün heç dəyişmir və istənilən an maliy-
yə fondlarında satıla bilərlər. Bu zaman sövdələşmə xərcləri çox az miqdarda olacaq.
Aksiya və uzunmüddətli öhdəliklər (müxtəlif özəl firmalar tərəfindən buraxı-
lan) hökumət kağızlarına nisbətən daha az likvidliyə malikdir. Bu aktivlərin qiy-
məti müəyyən vaxt ərzində tez-tez dəyişir və onların satılması və alınması zamanı
çıxan xərclər çox olur. Bu aktivlər orta səviyyəli likvidliyə malikdirlər.
Mülk (ev, ferma, mağaza və s.) çox az likvidliyə malikdirlər. Onların qiyməti
çox dəyişkəndir. Evə və ya torpaq sahəsinə alıcı tapmaq bir neçə ay vaxt tələb edə
bilər və bu əməliyyatlar üçün alınan xərclər ( maklerlərə verilən pul, reklam, hüqu-
qi rəsmiləşdirmə) çox böyükdür.
Pulun likvidlik xüsusiyyəti onu qısa müddətə saxlamaq üçün ideal yığım
vasitəsi edir. Ancaq pulun nöqsanı odur ki, sahibi az likvidli aktivlər saxlamaq əvə-
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
288
zinə pulu saxlamağa üstünlük verərsə, onda o az likvidli aktivlərin gətirdiyi gəlir-
lərdən əl çəkməlidir. Düzdür, elə bank hesabları var ki, pulu ora qoyduqda gəlir
götürmək mümkün olur. Ancaq bu gəlir korporasiyanın obliqasiyalarından gələn
gəlirdən, aksiyalara verilən dividentlərdən və ya firma və mağazaların əldə etdik-
ləri gəlirlərdən çox aşağıdır.
İnflyasiya dövründə pul, yığım vasitəsi kimi öz cəlbediciliyini itirir. Əgər gün-
dəlik dollara, pesoya və ya manata daha az əmtəə almaq mümkün olarsa, insanlar
pulu daha az müddətə saxlamaq istəyəcəklər. Məlumdur ki, hiperinflyasiya döv-
ründə işçilər əmək haqqını aylıq yox, gündəlik tələb edirlər ki, pullarını sabahkı
gün qiymətlər qalxana qədər xərcləyə bilsinlər.
O ölkədə ki hiperinflyasiya hökm sürür, orada yerli valyuta yığım vasitəsi kimi
istifadə olunmur. İnsanlar yerli valyutanı qazandıqdan sonra onu dollara və ya hər
hansı bir digər valyutaya dəyişirlər. Bundan sonra onlara müəyyən əmtəə və ya
xidmət növü lazım olduqda, dolları öz yerli valyutalarına çevirirlər.
Pulun tədiyə vasitəsi funksiyası
Əmtəə istehsalının və tədavülünün inkişafı ilə əlaqədar olaraq əmtəələrin kre-
ditə satılması zərurəti yarandı. Pulun tədiyə funksiyası rolunu – əmtəələrin kreditə
satılması təşkil edir.
Əmtəələr kreditə satılarkən pul əmtəə tədavülündə fəaliyyət göstərir. Lakin pul
tədiyə vasitəsi kimi əmtəə tədavülündən kənarda –əmək haqları və maliyyə öhdə-
likləri verilən zaman fəaliyyət göstərir.
Pulun tədiyə vasitəsi funksiyasından kredit pullar – veksellər, banknotlar, çek-
lər törəyir. Kağız pullar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir.
I – Kağız pullar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə va-
sitəsidirlər.
II – Kağız pulları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap
edir.
Pul kütləsinin həcminin hesablanması.
Pul aqreqatı
İqtisadi sistemdə dövr edən pulun kəmiyyətinin hesablanması real məhsul
istehsalının həcminə, qiymətlərin səviyyəsinə, məşğulluğa və başqa iqtisadi dəyi-
şənlərə təsir göstərə bilər. Ancaq bu məsələ o qədər də asan deyil. Məsələ ondadır
ki, müasir iqtisadiyyatda müxtəlif aktivlər müəyyən dərəcədə pulun bütün funksi-
yalarını yerinə yetirə bilirlər. Ona görə də biz pul və digər aktivlər arasında sərhəd
çəkə bilmərik. Bu bölmədə biz pul aqreqatlarını nəzərdən keçirəcəyik.
Pul aqreqatı – pulun alternativi kimi çıxış edən istənilən spesifik aktivlər qru-
puna deyilir.
Dövlät Maliyyäsi
289
Pul aqreqatı dar şəkildə - pul tədavül vasitəsi kimi
ABŞ-ın timsalında iqtisadiyyatda müxtəlif pul aqreqatlarının payına baxaq.
1999-cu il üçün ABŞ-da M1 və M2 parametrlərinə baxaq. (milyard dollar)
Nağd
pullar
232
Transaksion əmanətlər
563
Tələb olunana qədər qoyulan əmanətlər
277
Digər çek depozitləri
285
Ümumi
M
795
Pul bazarının ümumi fondları
318
Pul bazarının depozit hesabları
485
Əmanət kassaları
410
Təcili əmanətlər
1143
Birgünlük borcgötürmə haqqında razılaşmalar
64
Avroyla və s.-lə ifadə olunmuş birgünlük istiqrazlar
17
Ümumi M 3232
∗
Nağd pul – kağız və metal pullar
Transaksion əmanətlər – depozitlər çek və ya elektron pul köçürmənin köməyi
ilə keçirilən əməliyyatlar nəticəsində bir hesabdan başqa bir hesaba keçirilən ödə-
nişlər.
M1 parametri – nağd pul və transaksion əmanətlər daxildir.
Tələb olunana qədər qoyulan əmanətlər – faizlə gəlir gətirməyən əmanətlər.
Sahibləri yalnız çek və elektron köçürmələrdən istifadə edə bilər.
Digər çek depozitləri – faizlə gəlir gətirən əmanətlər
Transaksional əmanətlər həm kommersiya bankları, həm də əmanət saxlayan
institutlar tərəfindən qəbul olunur. Birlikdə onlar depozit institutları adlanır.
Daha geniş pul aqreqatı pul yığım vasitəsi kimi
Bu pul aqreqatı pulun likvidlik xüsusiyyətinə əsaslanır. Bu aqreqat növünə bir
neçə aktiv daxil edilib. Bu aktivlərin nominal dəyəri var və ödəniş üçün nağd pul
və ya transaksional depozitlərə çevrilə bilər. Ancaq bir çox hallarda bu aktivlər bir
şəxsin balansından digərinə köçürülə bilməz (elektron köçürmə və ya çek vasitəsilə).
Bu aqreqata aşağıdakılar daxildir:
Pul bazarının ümumi fondları: Müstəqil maliyyə vasitəçiləri əhaliyə firmanın
aksiyalarını satırlar və əldə edilən gəlirə qiymətli kağızlar alırlar. Bu kağızlardan
gələn gəlir, demək olar ki, bütövlükdə aksiya sahiblərinə keçir. Alınan kağızların
qiyməti həmişə sabit olduğuna görə firma qarantiya verə bilər ki, bir payın qiyməti
həmişə sabit olacaq (=1$). Bu fondlar öz auksionerlərinə çekdən və elektron köçür-
Dostları ilə paylaş: |