Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə121/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   117   118   119   120   121   122   123   124   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
290 
mələrdən istifadə etməyə imkan verir. Ancaq təcrübədə bu fondlardan transaksi-
onal depozitlərə nisbətən daha az istifadə olunur. 
Pul bazarının depozit hesabları: depozit institutlarında qoyulan xüsusi əma-
nətlər. 
Əmanət kassaları: Depozit institutlarında gəlir gətirən  əmanətlər. Buradan 
əmanət cəriməsiz olaraq istənilən an sahibi tərəfindən götürülə bilər. Ancaq bu 
əmanətlər sahiblərinə çekdən istifadə etməyə imkan vermir. Son illərdə yaradılan 
bank avtomatları bu depozit vəsaitlərinə olan girişin yolunu xeyli asanlaşdırıb. Bu 
da onların likvidliyini xeyli artırıb. 
Təcili  əmanətlər: Depozit institutlarında gəlir gətirən əmanətlər. Ancaq bura-
dan vəsaitləri cəriməsiz yalnız  əvvəlcədən müəyyən olunmuş vaxt qurtardıqdan 
sonra götürmək olar. Əslində  cərimələr çox da elə böyük deyil və bu da təcili 
əmanətlərin likvidliyini artırır. 
Birgünlük borcgötürmə haqqında razılaşmalar:  Qısamüddətli likvidli aktiv-
lər. Hüquqi və ya fiziki şəxslər qiymətli kağızları maliyyə müəssisələrindən o şərtlə 
alırlar ki, sonrakı gün onu əvvəlcədən razılaşdırılmış qiymətə yenidən firmaya sat-
sınlar. Alış və satış qiymətlərindəki fərq pul kütləsini istifadə etməyə görə verilən 
faiz ödənişilə ekvivalentdir. Bu aktivlər, adətən firmalar tərəfindən istifadə olunur. 
Avroyla və s.-lə ifadə olunmuş birgünlük istiqrazlar: ABŞ-dan kənarda yerlə-
şən depozit institutlarının dollar fondlarında keçirilən  əməliyyatlar üçün istifadə 
olunur. Dövlətlərarası biznesdə istifadə olunur. 
Nağd və transaksion depozitlərlə bir yerdə bu aktivlər M2 parametrini təşkil 
edir. Cədvəldən göründüyü kimi, M2 parametri M1 parametrindən həcmə görə 4 
dəfə böyükdür. 
Bu aktivlərdən başqa, daha az likvidli aktivlər var. Məs: depozit sertifikatları – 
böyük həcmli əmanət sertifikatlarına deyilir. Bu sertifikatların bir dənəsi 10000 $ 
və daha yüksək qiymətə satılır. Əsas alıcıları isə iri firma və kooperasiyalardır. 
Birgünlük razılaşmalardan, avro və dollarda ifadə olunmuş istiqrazlardan başqa 
təcili razılıqlar və istiqrazlar var. Onların istifadə olunma müddəti bir neçə ay olur. 
M2 parametri, depozit sertifikatları, təcili razılaşmalar və istiqrazlar, müxtəlif 
institutlara aid olan pul bazarlarının fondları M3 aqreqatını təşkil edir. 
Bu pul aqreqatlarından hansı daha yaxşıdır? 
Əgər aktivlərin ölçülməsi sabit həcm kimi götürülərsə, onda M1 parametrini 
götürmək olar. M1 parametrinin pulun ənənəvi təyini ilə oxşarlığı onu uzun illər 
boyu əsas pul aqreqatı edir. 
1980-ci ildə aparılan siyasi və iqtisadi müxtəlifliklər M2 üçün digər element-
lərdən asılılığın çoxalmasına, M1 üçün isə azalmasına gətirib çıxartdı. 


Dövlät Maliyyäsi 
 
291 
Tədavülə daxil olan pulun miqdarının müəyyən bir həddi olmalıdır. Bu miqdar 
qiymət səviyyəsinin pul kütləsindən asılılıq formulu ilə müəyyən olunur. 
11.1.2. KREDİT VƏ KREDİT SİSTEMİNİN XÜSUSİYYƏTLƏRİ 
– qaytarılmaq və faiz ödənilmək  şərti ilə pul və ya əmtəə formasında verilən 
borca deyilir. Kredit iqtisadiyyatda spesifik rol oynayır; o nəinki istehsalın fasiləsiz 
hərəkətini təmin edir, həmçinin onu daha da sürətləndirir. Kredit tədavül xərclə-
rinin azalmasına kömək edir. 
Kreditin aşağıdakı funksiyaları var: 
A) Pul vəsaitlərinin mərkəzləşməsi və təmərküzləşməsinin sürətlənməsi; 
B) Pul vəsaitlərinin yenidən bölgüsü; 
C) Kredit alətlərinin və əməliyyatlarının yaradılması; 
D) Məcmu pul dövriyyəsinin həcminə nəzarət olunması. 
Kreditin əsas prinsipləri: 
- Təcililik;  
- Əvəzlilik; 
- Qaytarılma. 
Müasir dövrdə kreditin aşağıdakı formaları var: 
Dövlət krediti zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir; 
Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında ve-
rilən kreditdir; 
Veksel krediti – banklar tərəfindən veksel sahiblərinə və təchizatçılar tərəfin-
dən alıcılara verilən kredit növüdür; 
İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin 
ödənilməsi üçün verilən kreditdir; 
İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir; 
Kommunal krediti – kommunal təsərrüfatın və  mənzil tikintisinin ehtiyacları 
üçün verilən kreditdir. 
Kənd təsərrüfatı krediti – kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş 
kredit növüdür. 
Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir. 
Kredit siyasəti müəyyən iqtisadi və siyasi məqsədlərə çatmaq üçün Mərkəzi 
Bank və dövlət tərəfindən pul-kredit sferasında həyata keçirilən tədbirlər sistemi-
dir. Onun əsas məqsədi kreditin və pul tədavülünün vəziyyətinə  təsir etməklə 
təsərrüfat konyunkturasını tənzimləməkdir. 
Biz gördük ki, pul-kredit siyasətində banklar əsas yerlərdən birini tutur. Müasir 
bankların əcdadları olan ilk banklar Florensiya və Venesiyada (1587-ci ildə) yara-


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
292 
nıb. Onların əsas iş prinsipləri müxtəlif ölkə və şəhərlərin valyutalarını dəyişdirmək 
olub. Sonradan bu prinsip əsasında Amsterdam (1609) və Hamburqda (1618) daha da 
inkişaf etmiş banklar yaranıb. Və bu banklar da müasir bankların əsasını qoyub. 
11.1.3. BANK SİSTEMİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ 
– pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların 
həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. 
funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditor-
lardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik 
etməkdir. Banklarla yanaşı, bazar sistemində pulun yerdəyişməsində brokerlər, di-
lerlər, investisiya fondları, sığorta şirkətləri və s. iştirak edir. Ancaq banklarla onla-
rın 2 əsas fərqli cəhətləri var. 
Banklar üçün borc öhdəliklərinin ikili mübadiləsi xarakterikdir. Banklar öz 
borc öhdəliklərini (depozitləri, əmanət sertifikatlarını və s.) yayırlar, bunun əsasın-
da gələn gəlirləri digərlərinin buraxdıqları qiymətli kağız və borc öhdəliklərinə qo-
yurlar. Bununla da onlar maliyyə bazarında öz borc öhdəliklərini buraxmayan 
broker və dilerlərdən fərqlənirlər. 
Banklar hüquqi və fiziki şəxslər qarşısında öz üzərlərinə fiksasiya olunmuş 
borc üzrə şərtsiz öhdəliklər götürürlər. İnvestisiya fondları və sığorta şirkətləri öz 
vəsaitlərini aksiyalarını satmaqla qazanırlar. Banklar üçün fiksasiya olunmuş borc-
lar çox risklidir, bazar konyunkturasından asılı olmayaraq, banklar pulu vaxtında 
ödəməlidirlər.  İnvestisiya fondları isə aktiv və passivlərin qiymətinin dəyişilməsi 
ilə əlaqədar olan bütün riski öz auksionerləri ilə bölüşdürür. 
Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, 
verilən kreditlərin xarakterinə görə uzunmüddətli və  qısamüddətli, mülkiyyətin 
xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara 
bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapi-
talına çevrilməsini tənzimləyir. 
Bank sistemi 3 əsas qrupdan ibarətdir: 
 - Mərkəzi Bank; 
 - Kommersiya bankları; 
 - İxtisaslaşmış maliyyə-kredit institutları. 
Mərkəzi Bank bank sisteminin əsasını  təşkil edir. O, makroiqtisadi tənzim-
lənmənin ən əsas alətlərindən biridir. Mərkəzi Banka olan tələb feodalizmdən kapi-
talizmə keçidin ərəfəsində,  əmtəə-pul münasibətləri yaranmağa başladığı zaman 
yaranıb.  İlk Mərkəzi Bank olan «İsveç Risbank» 1668-ci ildə yaranıb. XX əsrdə 
Mərkəzi Bankların rolu artıq çox böyümüşdü və 1920-ci ildə Brüsseldə keçirilən 
Ümumdünya Maliyyə konfransında qərara aldılar ki, hər bir ölkənin Mərkəzi Bankı 
olmalıdır.  


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə