Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə129/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   125   126   127   128   129   130   131   132   ...   135

Dövlät Maliyyäsi 
 
313 
Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri də əhalinin maddi-rifah halının 
yaxşılaşdırılması, əhalinin gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsi, öl-
kə iqtisadiyyatının idarə olunması  və onun dinamik inkişafının stimullaşdırılması 
üçün dövlət büdcəsini əsas maliyyə mənbəyinə və iqtisadi alətə çevirməkdir. 
Ölkədaxili istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, 
infrastrukturların yaradılmasına maliyyə təminatı vermək, iqtisadiyyata cəlb oluna-
caq sərmayələrdə ölkənin daxili resurslarının payını artırmaq, vəsaitlərin ortamüd-
dətli proqramlar vasitəsilə bölgüsünə mərhələlərlə keçmək mümkün olacaqdır. 
Beynəlxalq təcrübəyə uyğun olaraq vergi güzəştlərinin minimuma endirilməsi, 
vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi əsas məqsədlərdən biridir. 
Bazar iqtisadiyyatına keçid şəraitində büdcə sisteminin tənzimlənməsi iki isti-
qamətdə aparılmalıdır: birinci növbədə dövlət büdcəsi tarazlaşdırılmalı; ikincisi, 
büdcənin gəlir və  xərcləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmalıdır. 
Bütün deyilənləri nəzərə alaraq, həyata keçiriləcək büdcə siyasəti respublikada son 
15 ildə  bərqərar olmuş maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın tədricən 
aşağı salınmasını  təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə 
təkan verir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı  təbə-
qələrinin sosial müdafiəsi təmin olunmalıdır. Azərbaycan Respublikasının büdcə-
vergi siyasətində mühüm istiqamətlərdən biri də minimum yaşayış həddinin tələb-
lərini gözləməklə ayrı-ayrı sferalarda əmək haqları arasında olan fərqin tədricən 
aradan qaldırılmasına, regionlarda əmək ehtiyatlarından, təbii və iqtisadi poten-
sialdan səmərəli istifadə etməklə regionların iqtisadi tarazlığının təmin edilməsinə 
nail olmaq, onların iqtisadi gücünü artırmaq və sosial problemlərinin həllini sürət-
ləndirməkdir. 
Kənd təsərrüfatı  məhsullarının istehsalını artırmaq, qeyri-neft, qeyri-xammal 
sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur 
obyektlərinin, turizmin inkişafını  təmin etmək, məşğulluğun səviyyəsini yüksəlt-
mək qarşıda duran prioritetlər sırasındadır. 
Qeyri-neft sektorunun və özəl bölmənin inkişafını stimullaşdırmaq məqsədilə 
qeyri-neft ticarəti, investisiyalar üçün ümumi biznes mühitinin yaxşılaşdırılmasına, 
kommunal sektorun tənzimlənməsinə  və tarif siyasətinin inkisaf etdirilməsinə 
üstünlük veriləcəkdir. 
Dövlət əsaslı vəsait qoyuluşunun strukturunu təkmilləşdirmək, həmin vəsaitdən 
səmərəli istifadəyə  nəzarəti gücləndirmək, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb 
olunan və dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş və-
saitin istiqamətlər (sahələr) üzrə bölgüsünün vahid prinsiplərinə  və prioritetlərinə 
nail olmaq, dövlət investisiya siyasəti ilə müvafiq inkişaf proqramları arasında 
əlaqələri möhkəmləndirmək mühüm vəzifələr sırasındadır. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
314 
Dövlət sektorunun səmərəli fəaliyyətinin təmin edilməsi və strukturunun tək-
milləşdirilməsi ilə yanası, dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə qeyri-
dövlət sektorunun əhatə dairəsinin genişləndirilməsi istiqamətində  də  iş davam 
etdiriləcəkdir. 
Göstərilən tədbirlərin həyata keçirilməsi, yoxsulluğun azaldılması, iqtisadiy-
yatda struktur islahatlarının davamı, büdcə gəlirlərinin artırılması, büdcə xərcləri-
nin sosial və investisiya yönümlülüyünün təmin edilməsi, xərclərin şəffaflığının və 
səmərəli idarə olunmasının yüksəldilməsi ilə müşayiət olunacaqdır. 
Ölkənin sosial-iqtisadi inkisaf konsepsiyasına və ortamüddətli maliyyə proqra-
mına uygun olaraq, iqtisadiyyatın inkisafını və nəzərdə tutulan maliyyə siyasətinin 
həyata keçirilməsini təmin etmək üçün 2010-cu ildə büdcə-vergi siyasəti sahəsində 
aşağıdakı tədbirlərin reallaşdırılması nəzərdə tutulur. 
Gəlirlər üzrə: 
-   Ümumi  Daxili  Məhsulda büdcə  gəlirlərinin xüsusi çəkisinin artımına nail 
olmaq; 
-   qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım 
əmsalının artımını təmin etmək; 
-   yerli  istehsalın inkişafını stimullaşdırmaq məqsədilə idxal rüsumlarının 
dərəcələrinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək
-   potensial  gəlirlərin (ilk növbədə vasitəli vergilərin) büdcəyə daxilolma 
əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin etmək; 
-   vergi borclarının azaldılması istiqamətində işləri davam etdirmək; 
- vergitutma 
bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşı-
sının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanun-
vericiliyini təkmilləşdirmək; 
-   dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi balansına özəl-
ləşdirmədən daxilolmaların artımına nail olmaq; 
-   təyinatı üzrə  əlavə  dəyər vergisindən azadolmaların qanunla müəyyən 
edilməsinə nail olmaq; 
-   sadələşmiş vergiyə cəlb olunan xidmət (is) sahələrini genişləndirmək; 
-   minik avtomobillərinə, istirahət və idman üçün nəzərdə tutulan üzən vasi-
tələrə aksiz vergisini tətbiq etmək; 
-   aksizli mallar istehsal edən müəssisələrdə aksiz postlarının fəaliyyətini 
gücləndirmək; 
-   vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarının qar-
şısının alınması  məqsədilə  bəzi fəaliyyət növlərinə yalnız sadələşdirilmiş 
vergini tətbiq etmək; 
-   vergi ödəyicilərinin vergi yükünü azaltmaq və vergitutma məsələləri üzrə 
normativ hüquqi sənədləri sadələşdirilmək. 


Dövlät Maliyyäsi 
 
315 
Xərclər üzrə: 
-   perspektiv proqnozlaşmanı genişləndirməklə, büdcə xərclərinin proqramlar 
əsasında tərtibinə mərhələlərlə nail olmaq; 
-   adambaşına maliyyələşdirilmə prinsipi əsasında proqnozlaşdırmaya başla-
maq; 
-   xərclərin investisiya və sosial yönümlüyünə üstünlük vermək; 
-   “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi İnkişafı Dövlət 
Proqramında (2009-2012-ci illər)” və ölkə iqtisadiyyatının, ayrı-ayrı dövlət 
orqanlarının fəaliyyətini stimullaşdıran, sahibkarlığın inkişafını təmin edən 
və digər dövlət proqramlarında dövlət büdcəsinin vəsaiti balansına həyata 
keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək; 
-   qeyri-neft sektorunun inkişafını ön plana çəkməklə, bu sahələrə bütün 
mənbələr üzrə maliyyə  təminatını artırmaq, əldə ediləcək real gəlirlər ba-
lansına büdcə  xərclərinin neftdən asılılığının mərhələlərlə azaldılmasına 
nail olmaq; 
-   ölkənin müdafiə qüdrətinin gücləndirilməsini və təhlükəsizliyini təmin et-
mək məqsədilə bu sahənin maliyyələşdirilməsini təkmilləşdirmək; 
-   elmi potensialın inkişafını proqramlar əsasında həyata keçirmək, onun ma-
liyyələşdirilməsi prinsiplərinin təkmilləşdirilməsi istiqamətində  işləri güc-
ləndirmək; 
-   aqrar sektorun inkişaf etdirilməsini, rəqabət qabiliyyətli kənd təsərrüfatı 
məhsullarının istehsalını, istehsalçıların ixrac yönümlü fəaliyyətinin sti-
mullaşdırılmasını, emal və yeyinti sənayesinin xammala, əhalinin isə ərzaq 
məhsullarına olan tələbatının yerli məhsullar balansına ödənilməsini təmin 
etmək üçün büdcə vasitəsilə bu sektora dövlət yardımını artırmaq; 
-   sosial  siyasətin ardıcıl həyata keçirilməsi üçün mərhələlərlə yoxsulluğun 
aradan qaldırılmasına, aztəminatlı  əhali, uşaqlar və  əlillər üçün ünvanlı 
sosial müavinətlərin, pensiyaların artırılmasına üstünlük vermək; 
-   büdcədən maliyyələşən təşkilatlarda çalısan işçilərin əmək haqlarının mər-
hələlərlə artırılması, əməyin ödənişi sisteminin təkmilləşdirilməsi, əhalinin 
real xərclərinin istehlak səbətinin tələblərinə uyğunlaşdırılması istiqamə-
tində işləri davam etdirmək; 
-   əhalinin sosial rifahı ilə bağlı olan təhsil, səhiyyə, turizm, idman, mədəniy-
yət, sosial sığorta və sosial yardım sistemi sahələrində islahatları davam 
etdirmək, onların inkisaf istiqamətlərini stimullaşdırmaq; 
-   dövlət idarəetmə sistemində struktur islahatlarını davam etdirməklə idarə-
etməni daha da təkmilləşdirmək, dövlət qulluqçularının sosial müdafiəsini 
gücləndirmək, inzibati (cari) xərclərin azaldılmasına yönəldilmiş tədbirləri 
həyata keçirmək; 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə