Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə126/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   122   123   124   125   126   127   128   129   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
304 
4) Hər il üçün pul-kredit siyasətində  tətbiq edilən tədbirlərin istiqamətlərini 
və müddətini dövlətin idarəedici hakimiyyət orqanları tərəfindən təsdiqlə-
mək. 
Əgər iqtisadiyyat depressiya vəziyyətindədirsə və əyrinin horizontal - Keynes 
kəsiyi ilə xarakterizə olunursa, onda «ucuz pullar siyasəti» məcmu tələb  əyrisini 
AD1-dən AD2-yə yönəldəcək. Bu da istehsalın həcminə və məşğulluğa güclü təsir 
göstərəcək, amma qiymətlərin səviyyəsinə heç cür təsir göstərməyəcək.  Əksinə, 
əgər iqtisadiyyat tam məşğulluq və ya ona yaxın bir vəziyyətdədirsə, onda məcmu 
tələbin artırılması XMM-un və məşğulluğun səviyyəsinə çox zəif təsir göstərər, ya 
da heç bir təsir göstərməz. Ancaq o, qiymətlərin artımını təmin edəcək. Təsəvvür 
edək ki, iqtisadiyyat işsizlik və qiymətlərin kəskin şəkildə enməsi ilə toqquşub. Bu 
zaman pul təklifini artırmaq üçün kommersiya banklarının ehtiyat normalarını ço-
xaltmaq lazımdır. Bu halda pul-kredit siyasəti aşağıdakı qaydada həyata keçiril-
məlidir: 
1.   Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları almalıdır. Bu obli-
qasiyaların alınması ehtiyat normalarının çoxalmasına səbəb olacaq; 
2.   Ehtiyat normaları azaldılmalıdır ki, avtomatik olaraq əsas ehtiyatlar əlavə 
ehtiyatlar sırasına keçsin və pul multiplikatorunun ölçüsü artsın; 
3.   «Uçot norması» azaldılmalıdır ki, kommersiya banklarında öz ehtiyatlarını 
çoxaltmaq məqsədilə federal ehtiyat banklarından borc götürməyə maraq 
oyansın. 
Bu siyasətin əsas məqsədi krediti ucuz və asan etməkdir. Bu da birgə xərclərin 
və məşğulluğun həcmini qaldırır. 
İndi isə  təsəvvür edək ki, iqtisadiyyatda inflyasiya hökm sürür. Dövlət gərək 
pul təklifini azaltsın. Bunun üçün bankların ehtiyat normalarını azaltmaq lazımdır. 
Ona görə də pul-kredit siyasəti aşağıdakı qaydada həyata keçirilməlidir: 
1.   Federal ehtiyat bankları Kəsir bazarda qiymətli kağızları satmalıdır ki, ehti-
yat normaları azalsın; 
2.   Ehtiyat  normalarının artırılması avtomatik olaraq kommersiya banklarını 
əlavə ehtiyatlardan azad edir və pul multiplikatorunun ölçüsünü azaldır; 
3.   «Uçot  norması»nın artırılması bankların federal bankdan borc götürməyə 
olan marağını azaldır. 
Bu siyasətin əsas məqsədi inflyasiyanı dayandırmaq və xərcləri azaltmaq üçün 
pul təklifini məhdudlaşdırmaqdır. 
Ümumiyyətlə, pul-kredit siyasətini iki qrupa ayırmaq olar: 
  Sərt pul-kredit siyasəti: 
- qiymətli kağızların alınması; 


Dövlät Maliyyäsi 
 
305 
- aşağı faiz dərəcəsi
- aşağı məcburi ehtiyat norması. 
  Yumşaq pul-kredit siyasəti: 
- qiymətli kağızların satılması; 
- yuxarı faiz dərəcəsi; 
- yuxarı məcburi ehtiyat normaları.  
Pul-kredit siyasətini adətən ölkənin mərkəzi bankı həyata keçirir. Məsələn, ABŞ- 
da Federal Ehtiyat Bankları, Britaniyada İngiltərə Bankı, Almaniyada Almaniya 
Federal Bankı, Azərbaycanda isə 2009 cu il referendumundan sonra Mərkəz Bankı 
olaraq adı dəyişdirilən Milli Bank bu siyasəti həyata keçirməkdədir. 
ABŞ-da pul siyasətini Federal ehtiyat sistemi ilə pul dövriyyəsinə nəzarət edən 
orqan birlikdə həyata keçirir. Bu orqan ölkədəki bütün kredit təşkilatlarının fəaliy-
yətinə nəzarət edir. Bu orqanlarla yanaşı, ayrı-ayrı ştatların bank departamentləri və 
depozit sığortasının federal şirkəti də fəaliyyət göstərir.  
Britaniyada mərkəzi bank olan İngiltərə bankı ilə yanaşı ixtisaslaşmış kredit 
idarələri olan diskont evləri fəaliyyət göstərir. Diskont evlərinə İngiltərə bankı ilə 
kredit institutları arasında vasitəçi rolunu oynayan 8 institut aiddir. Yalnız bu 
institutlar Mərkəzi Bankda təkrar maliyyələşməni həyata keçirə bilər. Bu ölkədə 
digər kredit institutları Mərkəzi bankda təkrar maliyyələşmə ilə məşğul ola bilməz.  
Almaniyada Federal bank milli kredit sistemi ilə əlaqəni özünün filial şəbəkəsi 
ilə yanaşı, böyük banklar vasitəsilə həyata keçirir. Bu ölkədə Federal bankın filial-
larının əsas vəzifəsi kommersiya banklarının minimum ehtiyat normalarına nəzarət 
etmək, ərazidə yerləşən kredit institutlarının nağd vəsaitlə təmin edilməsi və milli 
krilinq mərkəzləri funksiyasının icrasıdır. Bu filiallar Mərkəzi bankla kredit insti-
tutları arasında vasitəçi rolunu oynayır.  
Azərbaycanda pul-kredit siyasətini Mərkəzi  bank həyata keçir. Mərkəzi Bank 
öz siyasətini ərazi zona idarələri (sayı 10-dur), kommersiya bankları və ixtisaslaş-
dırılmış maliyyə-kredit qurumları vasitəsilə  həyata keçir. Mərkəzi Bankın fəaliy-
yəti “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. 
Bu qanunun 5-ci fəsli (maddə 28-35) “Pul siyasəti” adlanır və tamamilə pul-kredit 
siyasətinə həsr edilib.  
Milli Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr 
ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə  təqdim edir və 
dekabr ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır.  
 Pul  siyasətinin  əsas istiqamətlərini müəyyənləşdirərkən Milli Bank cari ildə 
həyata keçirilən pul siyasətinin yekunlarını, habelə qarşıdakı il üçün müəyyən et-
diyi pul siyasətinin məqsəd və vəzifələrini, Milli Bankdan asılı olan və asılı olma-
yan amilləri də əks etdirməklə, onların həyata keçirilməsi yollarını göstərir. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
306 
Pul-kredit siyasətini həyata keçirmək üçün pul-kredit siyasətinin alətlərindən 
istifadə olunur. Bu alətlər müxtəlif ölkələr üçün müxtəlif sayda ola bilər. Bu alətlər 
“Mərkəzi Bank” haqqında Azərbaycan Respublikasının qanununun 29-cu maddə-
sində göstərilmişdir.  
Pul siyasəti aşağıdakı alətlər vasitəsilə həyata keçirilir:  
- Açıq bazarda əməliyyatların aparılması;  
- faiz dərəcələrinin müəyyənləşdirilməsi;  
- kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi;  
- kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;  
- depozit əməliyyatlarının aparılması;  
- bank əməliyyatlarının məhdudlaşdırılması;  
- beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.  
Mərkəzi Bank bu Qanunla müəyyən edilmiş  məqsəd və funksiyalarına uyğun 
olaraq, bu Qanunun 29.1-ci maddəsində göstərilənlərdən özünün məqbul hesab 
etdiyi alətləri tətbiq edir. 
119
 
11.6.1. AÇIQ BAZARDA ƏMƏLİYYATLARIN APARILMASI 
Bu metodun işləmə mexanizmi odur ki, Mərkəzi Bank dövlətin qiymətli ka-
ğızlarını, bankların kredit öhdəliklərini alıb-satmaqla məşğul olur. Bu qiymətli 
kağızlara aşağıdakılar aiddir: xəzinə vekselləri, faizsiz xəzinə öhdəlikləri, dövlət 
istiqrazları, sənaye istiqrazları, birinci dərəcəli qısamüddətli qiymətli kağızlar. Ba-
zar iqtisadiyyatı ölkələrində dövlət iqtisadiyyata birbaşa deyil, dolayı  təsir etmək 
istədiyindən, bu metoda daha çox can atırlar.  
İqtisadiyyatın canlanması üçün Mərkəzi Bank qiymətli kağızlara olan tələbi 
artırır. O, ya kursu müəyyənləşdirir və qiymətli kağızları istənilən təklif olunan 
həcmdə alır, ya da eyni tipli qiymətli kağızların müəyyən bir hissəsini təklifin 
məzənnəsindən asılı olamayaraq əldə edir. Yəni tədavüldə pul azlıq təşkil edərsə, 
Mərkəzi Bank dövlət istiqrazlarını almaqla tədavülə əlavə pul buraxır. Əgər təda-
vüldə pul artıqlıq təşkil edərsə, Mərkəzi Bank dövlət istiqrazlarını satmaqla təda-
vüldəki artıq pulu yığır. Bunu iki yolla edir. Ya məzənnəni müəyyənləşdirməyə 
nail olduqdan sonra istədiyi qədər qiymətli kağız təklif etməklə, ya da əlavə olaraq 
müəyyən miqdarda qiymətli kağız təklif etməklə.  
Bu metod dövlətin uçot siyasətinin səmərəliliyini artırmaq üçün tətbiq edilir. 
Açıq bazar siyasətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, Mərkəzi bank dövlətin 
qiymətli kağızlarının alınıb-satılmasını bazar kursu ilə deyil, əvvəlcədən müəyyən 
olunmuş kursla həyata keçirir. Faiz dərəcələri isə onların müddətliliyindən asılı 
olaraq, mərkəzi bank tərəfindən diferensiallaşdırılmış  şəkildə müəyyən edilir. Bu 
                                                 
119
 Banklar haqqında Azərbaycan Respublikasının qanunu s. 27-30 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə