Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə127/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   123   124   125   126   127   128   129   130   ...   135

Dövlät Maliyyäsi 
 
307 
zaman Mərkəzi bankın pul bazarına və kapital bazarına təsiri ondan ibarətdir ki, o 
Kəsir bazarda faiz dəyişməklə kredit institutları üçün dövlətin qiymətli kağızlarını 
alıb-satmasına müsbət şərait yaradır və onların likvidliyinin artırılmasına təsir edir. 
Kəsir bazarda əməliyyatlar bir tərəfdən Mərkəzi bankla, digər tərəfdən kredit təş-
kilatları arasında həyata keçirilir və bu əməliyyatlar diskont siyasətini nisbətən 
qısamüddətli konyuktur müxtəlifliklərinə daha çox adaptasiya olunur. Ümumiy-
yətlə, bu metod daha çox büdcə defisitinin artdığı şəraitdə tətbiq olunur.  
Azərbaycanda açıq bazar siyasəti “Mərkəzi Bank haqqında” Azərbaycan Res-
publikası qanununun 30-cu maddəsilə tənzimlənir:  
Mərkəzi Bank açıq bazarda aşağıdakı əməliyyatları apara bilər: 
-  dövlətin buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;  
-  özünün buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;  
-  xarici valyuta ilə alqı-satqı və digər əməliyyatlar;  
-  Pul  siyasətinin həyata keçirilməsi məqsədi ilə buraxılan Mərkəzi Bankın 
borc qiymətli kağızlarının buraxılışı və dövriyyəsi qaydaları qanunverici-
liklə müəyyən edilir;  
- Faiz dərəcələrinin müəyyənləşdirilməsi. 
Bu metoda diskont və ya yenidən maliyyələşdirmə siyasəti də deyilir. Milli 
kommersiya banklarının yenidən maliyyələşdirmə  şərtlərinin dəyişdirilməsi, val-
yuta məzənnəsinin və  tədiyə balansının tənzimlənməsi məqsədilə bu metoddan 
istifadə edilir. Mərkəzi Bank kommersiya və dövlət banklarına kredit verir və bu 
kreditə görə sabit faiz tələb edir. Uçot dərəcəsi birbaşa olaraq həm milli valyutanın 
məzənnəsinə, həm də kommersiya və dövlət bankları  tərəfindən kredit bazarında 
təyin edilən kreditə görə faizə təsir edir. Bu yolla dövlət kreditorların sayına, alınan 
kreditlərin məbləğinə və s. dolayı təsir edir. Uçot dərəcələrinin artırılması iqtisadi 
fəallığın azalmasına səbəb olur və adətən inflyasiyaya nəzarət edilməsi üçün həyata 
keçirilir. Bu zaman pul bazarında kredit və depozitlər üzrə dərəcələrin yüksəlməsi 
qiymətli kağızlar təklifinin yüksəlməsinə, tələbin aşağı düşməsinə səbəb olur. Uçot 
dərəcələrinin azaldılması isə iqtisadi fəallığı stimullaşdırmaqla, iqtisadi inkişafa 
səbəb olur.  
11.6.2. FAİZ DƏRƏCƏLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ  
Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini müəy-
yənləşdirir.  
Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makro-
iqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.  
Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik 
vəziyyətini nəzərə alaraq özünün Kəsir bazar, yenidənmaliyyələşdirilmə və depozit 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
308 
əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda tələb və təklif 
əsasında müəyyənləşdirir.  
Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz də-
rəcələrini dərc etdirir. 
120
 
11.6.3. MƏCBURİ EHTİYAT NORMALARI 
Kommersiya bankları  Mərkəzi Bankda minimum ehtiyat saxlamaq məcburiy-
yətindədir. Bu metod vasitəsi ilə, Mərkəzi Bank kommersiya banklarının kredit 
vermə imkanlarını azaldır, banklar arasında sağlam rəqabəti təmin edir, bankların 
likvidliyini sığortalayır, müştərilərin əmanətlərinə zəmanət verir, bankların vəsait-
lərinə  nəzarət edir. Bu zaman saxlanılan vəsaitə görə  Mərkəzi Banka nə  vəsait 
ödənir, nə də banklardan vəsait alınır.  
Azərbaycanda məcburi ehtiyatlar siyasəti “Mərkəzi Bank haqqında” Azərbay-
can Respublikası qanununun 32-ci maddəsi ilə tənzimlənir: 
11.6.4. MƏCBURİ EHTİYATLARIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ  
Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş 
verə bilər. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bank-
da saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qay-
dası Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. 
Məcburi ehtiyatlar təmin edilmədikdə, Mərkəzi Bank ehtiyatı  təmin etməyən 
kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati 
Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.  
11.6.5. MİLLİ VALYUTANIN MƏZƏNNƏSİNİN TƏYİNİ VƏ 
TƏNZİMLƏNMƏSİ 
Valyuta tənzimlənməsi geniş anlayış olub, milli valyutanın əsas xarici valyuta-
larla nisbətini, xarici valyutanın ölkə daxilində dövriyyəsinin beynəlxalq hesab-
laşmaları, valyutada məcburi olan ödəmələr sistemini və s. əks etdirir. Hər milli 
valyuta digər valyutalara nisbətən pul dəyərinə malikdir ki, buda valyuta kursunun 
(məzənnəsinin) təyin edilməsi, ticarət  əməliyyatları  həyata keçirmək üçün, dünya 
bazar qiymətləri ilə daxili milli bazar qiymətlərini müqayisə etmək üçün, müəssisə 
və  təşkilatıların hesablarının xarici valyutada yenidən qiymətləndirilməsi üçün 
vacib sayılır. Bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçirilən belə tənzim-
ləmələr valyuta siyasətində əks olunur. Valyuta siyasətinin iki forması mövcuddur: 
1) Struktur valyuta siyasəti – Dünya valyuta sistemində struktur müxtəlifliklərin 
həyata keçirilməsinə yönəldilən uzunmüddətli tədbirlər məcmusudur. O, valyuta 
islahatları formasında reallaşdırılır.
121
 
                                                 
120
 “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının qanunu 


Dövlät Maliyyäsi 
 
309 
2) Cari valyuta siyasəti – Bu, operativ olaraq valyuta məzənnəsinin tənzim-
lənməsinə, gündəlik valyuta əməliyyatlarının, valyuta bazarının və qızıl bazarının 
tənzimlənməsinə yönəldilən qısamüddətli tədbirlər məcmusudur. 
Valyuta siyasətinin aşağıdakı metodları var: 
1) Diskont valyuta siyasəti; 
2) Deviz valyuta siyasəti metodları. 
Diskont valyuta siyasəti metodu Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsinin 
milli valyutanın məzənnəsinə təsirini əks etdirir. Yəni dərəcə yüksək olduqda milli 
valyutaya tələb artır və milli valyutanın dəyəri xarici ölkələrin valyutalarına nisbə-
tən artır və  əksinə, yəni dövlət uçot dərəcəsinin köməyilə ölkəyə kapital axınını 
tənzimləyir. Bununla da tədiyə balansının vəziyyətinin və milli valyuta kursunun 
(yaxşılaşma-sına) yüksəlməsinə səbəb olur. 
Deviz valyuta siyasəti milli valyuta məzənnəsinə dövlət orqanlarının xarici 
valyuta alıb-satması yolu ilə təsiri metodudur. Milli valyutanın məzənnəsini artır-
maq məqsədilə mərkəzi bank xarici valyutanı satır və əksinə, milli valyutanın mə-
zənnəsini azaltmaq məqsədilə xarici valyutanı alır. 
11.6.6. BANK ƏMƏLİYYATLARININ MƏHDUDLAŞDIRILMASI 
Azərbaycanda bank əməliyyatlarının məhdudlaşdırılması “Mərkəzi Bank haqqın-
da” Azərbaycan Respublikası qanununun 35-ci maddəsi ilə tənzimlənir. Bank əmə-
liyyatlarının məhdudlaşdırılması pul siyasətinin həyata keçirilməsi məqsədilə istisna 
hallarda qanunvericiliyə müvafiq olaraq Mərkəzi Bank kredit təşkilatları  tərəfindən 
aparılan ayrı-ayrı əməliyyatları müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əmə-
liyyatları üzrə faiz dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər. 
11.6.7. MƏRKƏZLƏŞMİŞ KREDİTLƏRİN VERİLMƏSİ 
Dövlət iqtisadiyyatda müəyyən struktur müxtəliflikləri aparmaq üçün və  bəzi 
sahələri inkişaf etdirmək üçün mərkəzləşdirilmiş şəkildə aşağı faizli, uzunmüddətli 
və yaxud digər güzəştli şərtlərlə kreditlər verirlər. Verilən kreditlər yalnız verilən 
idarənin, təşkilatın, müəssisənin və s. baş idarəsinə verilir. Çox vaxt belə kredit təş-
kilatlarının yenidən maliyyələşdirilməsi “Mərkəzi Bank haqqında” Azərbaycan Res-
publikası qanununun 33-cu maddəsilə tənzimlənir: 
11.6.8.  KREDİT TƏŞKİLATLARININ YENİDƏN 
MALİYYƏLƏŞDİRİLMƏSİ  
Pul siyasətinin həyata keçirilməsi məqsədilə  Mərkəzi Bank tərəfindən kredit 
təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman verilən kre-
                                                                                                                            
121
 Dr. Ş. Əhmədoğlu, “Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyati”. Bakı. 2006 s.14 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə