Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə124/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   120   121   122   123   124   125   126   127   ...   135

Dövlät Maliyyäsi 
 
299 
sürürlər. Onların fikirlərinə görə pul təklifi birbaşa məcmu tələbə təsir edir, təkcə 
faiz dərəcəsinin dəyişilməsi vasitəsilə investisiya həcminə təsir etmir. Monetaristlər 
pul tədavülü sürətini stabil götürdüklərinə görə belə bir nəticəyə  gəlirlər ki, pul 
kütləsinin dəyişməsi ÜMM-un həcminin dəyişməsinə  səbəb olur. Keynesçilər isə 
monetaristlərin pul tədavülü sürətinin stabil olması haqqında fikirləri qəbul etmir-
lər. Və bu da onlara imkan verir ki, monetaristlərin çəkdikləri sadə mexanizmi 
qəbul etməsinlər.  
Ancaq buna baxmayaraq, monetaristlər qısamüddətli məqsədlərə çatmaq üçün 
pul-kredit siyasətindən istifadə etməyi məsləhət görmürlər, çünki bu siyasət iqtisa-
diyyatın stabilləşməsinə mane olur. Onlar monetar qaydadan istifadə etməyi məslə-
hət görürlər. Bu qaydaya görə pul təklifinin artım tempi real ÜMM-un potensial 
artımı ilə üst-üstə düşməlidir. Monetaristlərin fikrincə inkişaf etmiş bazar iqtisa-
diyyatlı ölkələrdə ÜMM-un real artımı ildə 3-5% olmalıdır. 
Keynesçilər bu nəzəriyyəni qəbul etmirlər. Onların fikrinə görə pul tədavülü 
sürəti dəyişkəndir, buna görə  də pul kütləsinin həcminin illik dəyişilməsi məcmu 
xərclərin həcmində ciddi müxtəlifliklər əmələ gətirə bilər, bu da iqtisadiyyatın des-
tabilləşməsinə səbəb olacaq. Diskret pul-kredit siyasəti bundan dəfələrlə əlverişli-
dir, çünki o, qlobal makroiqtisadi proseslərin elastiki korreksiyasına əlverişli şərait 
yaradır. 
Keynesçilərin və Monetaristlərin nəzəriyyələrindən  əlavə, öz interpretasiyala-
rını  təklif edən başqa bir iqtisadi nəzəriyyə da mövcuddur. Bu, 2 amil əsasında 
inkişaf edən “səmərəli proqnozçular nəzəriyyəsi”dir. 
I. Bu nəzəriyyənin tərəfdarlarına görə iqtisadiyyatın bütün subyektləri tama-
milə rasional vəziyyətdədirlər və istədikləri vaxt istənilən informasiyanı  əldə edə 
bilərlər. Bu o deməkdir ki, bütün firmalar və insanlar iqtisadiyyatın mexanizmi 
haqqında biliyə malikdirlər. Bundan başqa, onlar biznes sistemində özlərinin ixti-
yarlarında olan informasiyadan istifadə edərək öz fəaliyyətlərinin nəticələrini opti-
mallaşdıra bilərlər. 
II. Biznes sistemində bütün bazarlar mütləq konkurensiya bazarları sayılırlar. 
Bu nəzəriyyənin tərəfdarlarına görə bazarlarda tələb və  təklifin təsiri altında qiy-
mətlərin enməsi və ya qalxması çox elastikdir. Və bu zaman tələb və  təklif  ətraf 
mühitdəki müxtəlifliklərdən çox asılıdır.  
Real  şəraitlərin belə sadələşdirilməsi bu nəzəriyyənin tərəfdarları  tərəfindən 
keçirilən pul-kredit siyasətinin qeyri-effektivliyindən danışmağa imkan verir. Doğ-
rudan da pul kütləsinin dəyişməsi qiymətlərin adekvat şəkildə  dəyişməsinə  səbəb 
olur, çünki iqtisadi sistemin hər bir subyekti özünü sığortalamaq məqsədilə qiymət-
lərin səviyyəsində müxtəlifliklər edəcək. Nəzəri baxımdan bu nəzəriyyə çox sərfə-
lidir, çünki o, gələcəyi görməyə imkan verir. Əldə olan informasiyanı heç bir kəs 
öz şəxsi məqsədləri üçün istifadə edə bilməz, çünki bütün subyektlərə bu informa-


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
300 
siya məlumdur. Hər bir kəs öz iqtisadi azadlığını  təmin edə bilməz. Nəticədə isə 
tamamilə sabit bir iqtisadi sistem mövcud olur. Ancaq bunlar hamısı kağız üzərin-
də doğrudur. 
Həqiqətdə isə pul kütləsində edilən müxtəlifliklər ÜMM-un səviyyəsinə heç bir 
təsir göstərmir, ancaq inflyasiyanın və ya deflyasiyanın əmələ gəlməsinə səbəb olur.  
Keynesçilərin və monetaristlərin bu nəzəriyyəni  şübhə altına qoyan bir çox 
fikirləri var. Doğrudan da, əgər yüksək kvalifikasiyalı professional iqtisadçılar də-
qiqliklə hökumətin iqtisadi manevrlərinə dair tam dəqiq proqnozlar verə bilmir-
lərsə, onda kim deyə bilər ki, hər bir kəs dəqiq proqnozlar verə bilər? 
Bundan əlavə, aydındır ki, heç də bütün bazarlar (hətta ABŞ və Qərbi Avropa 
dövlətləri kimi inkişaf etmiş ölkələrdə) cəmiyyətin bu inkişaf səviyyəsində yüksək 
konkurentliyə malikdirlər. Monetar siyasətin isə ÜMM-un səviyyəsinə  təsiri göz 
qabağındadır. Düzgün seçilmiş monetar siyasət vasitəsilə istənilən ölkəni krizis 
vəziyyətindən çıxartmaq olar. 
Bu gün bir çox iqtisadçılar həm Keynesçilərin, həm də monetaristlərin siya-
sətini qəbul edirlər.  
İnkişaf etmiş ölkələrin çoxunun Mərkəzi Bankları öz praktik fəaliyyətlərində 
həm Keynesçilərin, həm də monetaristlərin metodlarından istifadə edirlər. Real 
həyatda müxtəlif arqumentləri nəzərdən keçirərək (ölkənin siyasi vəziyyətini, iqti-
sadi sistemin növünü) bu nəzəriyyələr arasında kompromis tapmaq lazımdır. 
Əsasən həyatda Keynesçilərin stabilləşdirilmiş diskret pul-kredit siyasətindən 
istifadə edilir. Düzdür, bəzi ölkələrdə monetar siyasətdən də istifadə edilir. 
Ümumi şəkildə desək, Keynesçilər daha çox diskret pul-kredit (gəlirlər üzərin-
də nəzarət) və fiskal siyasətə üstünlük verirlər. Monetaristlərə görə isə iqtisadiyyatı 
stabilləşdirmək üçün ən yaxşı metod monetar siyasətdir. Bunlar arasındakı fərqlər-
dən biri də onların müxtəlif metodologiyalarının olmasıdır: birincilər iqtisadiyyatın 
effektivliyini ayrı-ayrı hadisələrin əsasında, ikincilər isə kompleks nəticələr əsasın-
da hesablayırlar. 
11.5. AZƏRBAYCAN RESPUBLİKASINDA PUL-KREDİT 
VƏ MALİYYƏ-VERGİ SİYASƏTİNİN ƏSAS 
XÜSUSİYYƏTLƏRİ 
Azərbaycan SSRİ-nin tərkibindən ayrılıb müstəqil olduqdan sonra artıq özünün 
tənzimləmə metodlarını hazırlamalı idi. Lakin həmin dövrdə aparılan kortəbii tən-
zimləmə nəticəsində Azərbaycanda böhranın dərinləşməsinə, inflyasiya və işsizli-
yin səviyyəsinin artmasına gətirib çıxartmışdır. Ona görə də Azərbaycanda aparılan 
makroiqtisadi siyasətin qarşısında duran əsas problemlər əsasən inflyasiyanın azal-
dılması, büdcə  kəsirinin ləğv edilməsi, vergitutma sisteminin yenidən işlənməsi, 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə