Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə125/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   121   122   123   124   125   126   127   128   ...   135

Dövlät Maliyyäsi 
 
301 
məşğulluğun yüksək səviyyəsinin əldə edilməsi, Mərkəzi Bankın dünyanın inkişaf 
etmiş ölkələrinin Mərkəzi bankları səviyyəsinə çatdırılması kimi məsələlərdir.  
Azərbaycanda aparılan makroiqtisadi siyasətin qarşısında duran problemlər 
əsasən inflyasiyanın azaldılması, büdcə kəsirinin ləğv edilməsi, vergitutma sistemi-
nin yenidən işlənilməsi, məşğulluğun yüksək səviyyəsinin  əldə edilməsi, kimi mə-
sələlərdir. 
Dövlətin mövcud ola bilməsi, iqtisadiyyatını  tənzimləməsi, öz funksiyalarını 
icra edə bilməsi üçün ona mütləq müəyyən miqdarda vəsait lazımdır. Qismən 
dövlət vəsaitləri ölkədə olan təbii resursların, dövlət müəssiələrinin gəlirləri balan-
sına ödənilə bilər. Müxtəlif iqtisadçılar müxtəlif cür vergi siyasəti keçirməyi təklif 
edirlər. Keynesçilərə görə vergilər istehsalı stimullaşdırmaq üçün istifadə edilmə-
lidir, yəni böhran vaxtı vergilər aşağı salınmalı, yüksəliş vaxtı isə yuxarı qaldırıl-
malıdır. Monetaristlərə görə isə vergilər yüksək olmalıdır ki, bazarda yalnız güclü 
istehsalçılar qalsın. Bəzi iqtisadçılar isə “ədalətli” vergi sisteminə – kasıblara nis-
bətən varlılardan daha çox vergi alınması keçməyi təklif edirlər. Bazar iqtisadiy-
yatına keçid üçün əsas  şərtlərdən biri də bank sisteminin inkişaf etməsidir. Azər-
baycan Respublikasının bank sistemi aşağıdakı banklardan ibarətdir. 
1. Azərbaycan Respublikası Mərkəzi Bankı; 
2. Səhmdar-kommersiya aqrar-sənaye bankı; 
3. Səhmdar-kommersiya sənaye-investisiya bankı; 
4. Səhmdar-kommersiya əmanət bankı; 
5. Səhmdar-kommersiya Beynəlxalq bankı; 
6.   Kommersiya bankları.  
Azərbaycan Mərkəzi Bankı respublikanın baş bankıdır. Mərkəzi Bankın  əsas 
funksiyaları: pul-kredit sisteminin idarə edilməsi, qiymətli kağızların emissiyası, 
banklar arasında hesablaşmalar, pul tədavülünün təşkili, valyuta tədavülünə və val-
yuta ehtiyatlarından istifadəyə nəzarət sayılır. 
Bank sistemi dövlətin pul-kredit siyasətinin həyata keçirilməsi institutu sayıla 
bilər. Onun vəziyyətindən nəinki pul kütləsinin effektivliyi və dəqiqliyi, həmçinin 
iqtisadiyyatın real sektorunun kreditləşməsi və ölkənin investisional iqlimi asılıdır. 
Ona görə də vacibdir ki, banklar düzgün işləsin və aktual iqtisadi problemlərin həl-
linə yönəldilsin. 
Mərkəzi Bankın yeritdiyi valyuta siyasətinin  əsas məqsədləri aşağıdakılar ol-
muşdur: 
−  milli valyutanın məzənnəsinin sabit saxlanılması, manatın mübadilə məzən-
nəsindən gözlənilən inflyasiya səviyyəsinin qarşısını almaq üçün istifadə 
olunması; 
−  respublikanın daxili valyuta bazarının inkişafının təmin edilməsi, həyata 
keçirilən valyuta əməliyyatlarının əhatə dairəsinin genişləndirilməsi; 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
302 
−  gələcəkdə cari valyuta əməliyyatları üzrə manatın tam dönərliyinə keçid 
üçün lazımi şəraitin yaradılması; 
Qızıl-valyuta ehtiyatlarının yerləşdirilməsinin etibarlılığını  təmin etmək məq-
sədilə respublikanın qızıl-valyuta ehtiyatlarının səmərəli idarə edilməsi. 
Bu günkü çətin iqtisadi vəziyyəti nəzərə alaraq bank sistemi krizisi və bank 
təlaşı olarsa, banklar o zaman nə cür hərəkət edəcəklərinin planını əvvəlcədən ha-
zırlamalıdırlar. 
1994-cü ilin ikinci yarısından etibarən Mərkəzi Bank tərəfindən yürüdülən pul-
kredit siyasətində müxtəlifliklər edildi. Bu müxtəlifliklərdən biri də mərkəzləşmiş 
kredit resurslarının məqsədli və inzibati formada verilməsindən tədricən imtina 
edilməsi oldu. 1995-ci ilin mart ayından etibarən kommersiya banklarının yenidən 
maliyyələşdirilməsi mərkəzləşdirilmiş kredit resurslarının auksion əsasında yer-
ləşdirilməsi yolu ilə həyata keçirildi. 
1994-cü ilin ikinci yarısından etibarən yeni pul-kredit siyasəti yeridilənə qədər 
faiz dərəcəsi monetar siyasətdə və maliyyə resurslarının bölüşdürülməsində xüsusi 
rola malik olmuşdur. Həmin ildə inflyasiyanın 1880% olduğu bir şəraitdə kredit 
faizi 50-100% olmuşdur. Bu da ucuz kredit bazarının mövcud olduğunu göstərirdi. 
Bunu nəzərə alaraq 1994-cü ilin iyulunda mərkəzləşmiş kredit resurslarına görə 
faiz dərəcəsi 100 %-dən 150%-ə, dekabrda 200%-ə, 1995-ci ilin yanvarında 250%-
ə qaldırıldı. 
1995-ci ilin mart ayında Mərkəzi Bank kreditə olan süni tələbi aradan qaldır-
maq məqsədilə yeni mexanizm işləyib hazırladı. Bu mexanizm çevik faiz siyasətini 
özündə ehtiva edirdi. Bu siyasətin  əsas məqsədi, ilk dövrdə bahalı kredit siyasəti 
keçirməklə kreditə olan süni tələbi aradan qaldırmaq olmuşdur. Bu yolla məqsəd 
pulun artım tempini iqtisadi artım tempinə uyğunlaşdırmaqla inflyasiyanın səviy-
yəsini aşağı salmaq idi. Kredit auksionlarının keçirilməyə başlamasından sonra 
kredit faizinin müsbət saldosuna, yəni onun inflyasiyanın tempindən yuxarı olma-
sına nail olmaq mümkün olmuşdur. 
Azərbaycan Respublikasının bank sisteminin formalaşması son dərəcə çətin bir 
şəraitdə – iqtisadi durğunluq, inflyasiya və inhisarlaşmış qiymətlər şəraitində keçi-
rilir. Buna baxmayaraq, bank sisteminin inkişafı davam edilir və artıq bu sahədə 
respublikamızda müəyyən nailiyyətlər əldə edilib. 
11.6.  MÜASİR İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİNDƏ 
PUL-KREDİT SİYASƏTİNİN ROLU VƏ ƏHƏMİYYƏTİ 
İqtisadiyyatın davamlı inkişafı dövlətin strateji maraqları nöqteyi nəzərindən 
sosial-iqtisadi proseslərə müdaxiləsini obyektiv zərurətə çevirdiyindən, fəal tən-
zimləmə siyasətindən bilavasitə asılıdır. Bu tədbirlər sistemini aşağıdakı kimi təs-
nifləşdirmək olar: 


Dövlät Maliyyäsi 
 
303 
−  Qanunvericilik təminatı və hüquqi tənzimlənmə; 
−  Gəlirlərin bölgüsündə ədalətlilik
−  Qiymət siyasəti; 
−  Maliyyə tənzimlənməsi; 
−  Pul-kredit siyasəti; 
−  Vergi tənzimlənməsi; 
−  Xarici ticarət siyasəti. 
Bunlar hamısı birlikdə dövlət siyasəti adlanır. Göründüyü kimi, dövlət siyasəti-
nin bir hissəsi də pul-kredit siyasətidir. Pul-kredit siyasəti – istehsalın həcmini, 
inflyasiyanın səviyyəsini, məşğulluğun və qiymətlərinin səviyyəsini sabit saxlamaq 
üçün pul təklifindəki müxtəlifliklərdən ibarətdir. Ona görə  də, inflyasiyanin hər 
gün artma təhlükəsi olan keçid dövrü ölkələrində pul-kredit siyasətini düzgün hə-
yata keçirmək daha vacibdir.  
Pul-kredit tənzimlənməsi aşağıdakı obyektlərə yönəldilir: 
−  İnflyasiyanın qarşısını almaq; 
−  Ölkənin valyutasının digər valyutalara nəzərən məzənnəsini müəyyən etmək; 
−  Valyuta siyasətini həyata keçirmək;  
−  Tədiyə balansını tənzimləmək. 
 Pul-kredit siyasətinin əsas ideyası iqtisadiyyatda tam məşğulluğu təmin etmək 
və inflyasiya olmayan bir səviyyəyə çatmağa kömək etməkdir. Pul-kredit siyasəti 
əsasən iqtisadiyyatı stabilləşdirmək üçün istifadə edilən pul təklifindəki müxtə-
lifliklərdən ibarətdir. Pul-kredit siyasəti iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya 
kreditin stimullaşdırılmasına və pul emissiyasına (kredit ekspansiyası), ya da kredit 
verilməsinin məhdudlaşdırılmasına (kredit restriksiyasına) yönəldilir. Pul-kredit 
siyasətinin əsas vəzifələrinə aşağıdakılar aiddir: 
1)  İqtisadi konyukturanı tənzimləmək və inflyasiya ilə mübarizə aparmaq; 
2) Milli valyutanın məzənnəsini aparıcı dövlətlərin dönərli valyutalarına nis-
bətən tənzimləmək; 
3) Ölkənin müsbət tədiyə balansına nail olmaq. 
Dövlət tərəfindən həyata keçirilən pul-kredit siyasətini reallaşdırmaq üçün 
onun aşağıdakı istiqamətlərini seçirlər: 
1) Dövriyyədə olan pul kütləsini tənzimləmək və inflyasiyanın səviyyəsini 
müəyyən etmək; 
2) Dövlət üçün vacib sayıla bilən iqtisadi sabitliyə nail olmada pul-kredit si-
yasətinin müəyyən vaxt üçün zəruri olan metodlarının seçilməsi və tətbiqi; 
3) Dövlətin cari və gələcək dövr üçün pul-kredit siyasəti sahəsində strategiya-
nın müəyyənləşdirmək; 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə