Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə122/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   118   119   120   121   122   123   124   125   ...   135

Dövlät Maliyyäsi 
 
293 
Mərkəzi bank özündə  həm adi kommersiya bankının xarakterlərini, həm də 
dövlət hakimiyyətinin xüsusiyyətlərini daşıyır. Mərkəzi Bank emissiya (dövriyyəyə 
nağd pullar buraxmaq), dövlətin valyuta-qızıl ehtiyatlarının toplanıb-saxlanılması, 
kommersiya banklarının kreditləşməsi, kredit institutlarının fəaliyyətinə  nəzarət 
göstərməklə məşğul olur. 
Mərkəzi Bankların dövlətdən asılılıq dərəcəsi müxtəlifdir – maksimal dərəcədə 
müstəqil olan Almaniya Federal Bankından, dövlətdən tamamilə asılı olan Fransa 
Bankınadək. 
Kommersiya banklarının Mərkəzi Bankdan əsas fərqi ondadır ki, onların əsas 
məqsədləri gəlir  əldə etməkdir. Kommersiya banklarının  əməliyyatlarını 3 əsas 
qrupa bölmək olar: 
Passiv – vəsaitlərin cəlb olunması; 
Aktiv – kredit verilməsi və vəsaitlərin yerləşdirilməsi; 
Kommersiya vasitəçilik əməliyyatları. 
Bank sisteminin III elementi, müəyyən təsərrüfat sahələrinin kreditləşməsi ilə 
məşğul olan ixtisaslaşmış maliyyə-kredit institutlarıdır. Onlara investisiya bankları, 
əmanət idarələri, təqaüd fondları, sığorta və investisiya şirkətləri daxildir. 
11.2. PUL-KREDİT SİYASƏTİNİN XÜSUSİYYƏTLƏRİ 
Bir çox iqtisadçılar pul-kredit siyasətini milli stabilləşdirmə proqramının əsas 
hissəsi sayırlar. Doğrudan da pul-kredit siyasıtinin bir çox müsbət cəhətləri var: 
Çeviklik və elastiklik. Büdcə-maliyyə siyasətindən fərqli olaraq, pul-kredit 
siyasəti çox tez bir şəkildə dəyişə bilər. Məs. Federal Ehtiyat Sistemi, demək olar 
ki, hər gün qiymətli kağızların alışı və satışı haqqında qərarlar verir və bununla da 
pul təklifinə və faiz dərəcəsinə təsir göstərir. 
Siyasi təzyiqdən izolyasiyası. Pul –kredit siyasəti siyasi cəhətdən fiskal siya-
sətə nisbətən daha konservativdir. Vergi və dövlət xərclərindəki müxtəlifliklər siya-
sətə çox təsir göstərir. Pul-kredit siyasəti əksinə, siyasətə çox da elə təsir göstərmir. 
Monetaristlər belə hesab edirlər ki, pul təklifinin dəyişilməsi iqtisadi aktivliyi 
təyin edən əsas amildir. 
Ancaq pul-kredit siyasətinin də çatışmayan cəhətləri var. Onlar, əsasən, aşağı-
dakılardır. 
Tsiklik asimmetriya.  Əgər «bahalı pullar siyasəti» çox cəhdlə keçirilərsə, bu 
fəaliyyət kommersiya banklarının ehtiyatlarını o səviyyəyə gətirə bilər ki, banklar 
artıq kredit verə bilməz. Bu, pul təklifinin azaldılmasını bildirir. «Ucuz pullar siya-
səti» banklarda müəyyən pul ehtiyatlarının olmasını – yəni kredit verə bilmə qa-
biliyyəti təmin edə bilər. Ancaq o, qarantiya verə bilməz ki, banklar həqiqətən 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
294 
kredit verəcəklər və pul təklifi çoxalacaq. Bu tsiklik asimmetriya yalnız dərin dep-
ressiya zamanı pul-kredit siyasətinin fəaliyyətinə mane ola bilər. Normal period-
larda əlavə ehtiyatların çoxalması əlavə kreditlərin verilə bilməsinə imkan yaradır 
və bununla da pul təklifinin çoxalmasına səbəb olur. 
Pul tədavülünün sürətinin dəyişməsi. Pul tədavülü nəzəriyyəsinə görə ümumi 
xərcləri pul təklifinin pul tədavülü sürətinə olan nisbəti kimi götürmək olar. Tutaq 
ki, pul təklifi 150 milyard dollar olarsa, onda pul tədavülü sürəti 4-ə bərabər olanda 
ümumi xərclər 600 milyard dollar, pul tədavülü sürəti 3-ə bərabər olanda isə 450 
milyard olacaq. Keynesçilər belə hesab edirlər ki, pul tədavülü sürəti çox vaxt pul 
təklifinin əksinə dəyişir. Bununla da pul siyasətini tormozlaşdırır. Başqa cür desək, 
inflyasiya zamanı, pul təklifini azaltmaq lazım gəldikdə, pul tədavülünün sürəti 
yüksəlməyə doğru meylli olur. Və əksinə, depressiya zamanı, pul təklifini yüksəlt-
mək lazım gəldikdə, çox güman ki, tədavülün sürəti azalacaq. 
İnvestisiyaya təsir. Əgər investisiyaya olan tələb texnoloji proqres, işgüzarlığın 
artması və s. nəticəsində artırsa, onda faiz normasını yüksəltməyə yönələn «Bahalı 
pullar siyasəti» investisiya xərclərinə çox zəif təsir göstərəcək. Bu zaman pul-
kredit siyasəti faiz dərəcələrini yuxarı qaldırmalıdır. Əksinə, depressiya və işsizlik 
vəziyyəti isə sahibkarlığa olan inamı qırır. Bu da «ucuz pullar siyasətinin» fəaliy-
yətinin nəticələrini yoxa endirir. 
Beləliklə, müasir dövlətin iqtisadiyyatı idarə etməsi üçün bir sıra metodlar var. 
Və bu alətlər bir-birindən təkcə kredit bazarına etdikləri təsir ilə deyil, həmçinin 
istifadə olunma sferalarına görə  də  fərqlənirlər. Buna görə  də iqtisadi vəziyyəti 
düzgün qiymətləndirsək, onda ölkəni böhran vəziyyətindən çıxaran optimal həll 
yolunu seçə bilərik. 
Pul-kredit siyasətinin müsbət və  mənfi cəhətlərini bu bölmədə gözdən keçirt-
dik. İqtisadiyyatı stabilləşdirmək, ÜMM-un həcmini artırmaq, işsizliyin və inflyasi-
yanın səviyyəsini azaltmaq üçün pul-kredit siyasətindən bacarıqla istifadə etmək 
lazımdır. Biz İEÖ-lər səviyyəsinə çatmaq istəyiriksə, onda gərək əsasən bu sferaya 
fikir verək, bu sferanın inkişaf etməsinə şərait yaradaq. 
11.3. MALİYYƏ VƏ VERGİ SİSTEMLƏRİ, ONLARIN 
STRUKTURU VƏ DÖVLƏTİN İQTİSADİ 
SİYASƏTİNDƏKİ ROLU 
Maliyyə-vergi siyasətindən iqtisadiyyatın stabilləşdirilməsi üçün aktiv istifadə 
edilir. İqtisadiyyata böhran vəziyyətindən çıxmaq lazım olduqda o, dövlət xərclə-
rini artırır və vergilər azaldılır. Yüksəliş dövründə isə dövlət xərcləri azaldılır və 
vergilərin səviyyəsi artırılır. 


Dövlät Maliyyäsi 
 
295 
Müasir şəraitdə maliyyə-vergi siyasəti və büdcə bir-biri ilə bağlıdırlar. Bu siya-
sət dövlət büdcəsinin formalaşmasında istifadə olunan əsas element sayılır. Digər 
tərəfdən isə o özündə büdcə xərclərini əks etdirir. 
Dövlət bir sıra iqtisadi vəzifələri yerinə yetirir, dövlətə iqtisadi, sosial, siyasi və 
s. sahələrdəki işləri yerinə yetirmək üçün maliyyə  vəsaiti tələb olunur. Bu məq-
sədlə dövlət pul vəsaitləri fondu yaratmağa məcbur olur. Dövlət büdcəsi dövlətin 
dayağı, təminatçısı və müdafiəçisidir. 
Dövlət büdcəsində  əsas məsələlərdən biri büdcəyə toplanan pulların hansı 
mənbələrdən əldə olunması və onun necə sərf olunmasıdır. Büdcədə gəlirlərin əsas 
hissəsini vergi və rüsumlar təşkil edir. 
Büdcənin ikinci bölməsi isə xərclər hissəsidir ki, burada gəlirlərin bölgüsü və 
yenidən bölgüsü prosesi həyata keçirilir. 
Büdcə sistemi çox mürəkkəb bir mexanizmdir. Büdcə  kəsiri olduqca ağır bir 
problemdir, onun yaranması büdcənin gəlir və  xərcləri arasındakı nisbətin pozul-
ması ilə müəyyən olunur. Büdcə kəsirinin baş vermə səbəbləri aşağıdakılardır: 
−  İqtisadiyyata böyük həcmdə kapital qoyuluşları; 
−  Fövqəladə baş verən hadisələr; 
−  İqtisadiyyatda baş verən müxtəlifliklər üzündən tənəzzül, böhran, artım və s. 
Fiskal siyasətin iqtisadiyyata stabilləşdirici təsir göstərməsi haqqında fikirlər 
«Böyük depressiya» illərindən sonra yarandı. Keynesin məşğulluq nəzəriyyəsi də 
bu fikirlərin güclənməsinə təsir göstərdi. Buna görə də 1946-cı ildə məşğulluq haq-
qında qanun qəbul olundu. Bu qanunun əsasında o durur ki, o, hökuməti iqtisadi 
stabilliyi saxlamaq üçün pul-kredit və fiskal siyasətlərdən istifadə etməyə məcbur 
edir. Fiskal siyasət, büdcə gəlir və xərclərinin vergi mexanizmi vasitəsi ilə tənzim-
lənməsidir. 
Fiskal siyasətin xarakteri və istiqaməti xeyli dərəcədə hökumət xərclərinin 
quruluşu və dinamikasından asılıdır. Dövlət  əmtəə  və xidmətlərin alışını  təşkil 
edərkən bir tərəfdən öz zəruri tələbatlarını ödəyir, digər tərəfdən isə  əmtəə baza-
rının tənzimlənməsini həyata keçirir. Təkcə onu göstərmək kifayətdir ki, ABŞ-da 
və İngiltərədə dövlət alışı milli məhsulun təxminən 20 %-ni reallaşdırır. 
Fiskal siyasətdə əsasən vergi sisteminə fikir vermək lazımdır. Vergi çox güclü 
iqtisadi alətdir. Bu alətdən bacarıqla istifadə etmək lazımdır. 
Vergi yükünün ağırlığı ÜMM-ə aid olan vergi müsadirələri ilə ölçülür. Ona 
aşağıdakı şərtlər təsir göstərir: 
A) Gələn gəlirlərin həcmi
B) Ölkədə hökm sürən ənənələr; 
C) İstehsal tsiklinin fazaları. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə