Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə130/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   127   128   129   130   131   132   133   134   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
316 
-   dövlət maraqları  məqsədilə  həyata keçirilən satınalmalara nəzarəti təmin 
etmək üçün normativ bazanın təkmilləşdirilməsi istiqamətində işləri davam 
etdirmək; 
-   dövlət  əsaslı  vəsait qoyuluşunun strukturunu daim təkmilləşdirməklə bu 
məqsədlər üçün ölkənin daxili maliyyə ehtiyatlarının daha çox cəlb edilmə-
sinə, regionların inkişafına, infrastruktur obyektlərin tikintisinə  və  bərpa-
sına üstünlük vermək, vəsaitdən səmərəli istifadə üçün tədbirlər görmək; 
-   ayrı-ayrı kommunal xidmətləri üzrə  tətbiq olunan tariflərin təkmilləşdi-
rilməsi üçün məqsədyönlü işləri davam etdirmək; 
-   dövlət borclarının idarəetmə mexanizmini təkmilləşdirmək, dövlət zəma-
nəti ilə kredit alan təşkilatların maliyyə  fəaliyyəti üzərində ciddi nəzarət 
mexanizmini təşkil edərək, kreditlərə xidmət xərclərinin həmin təşkilatların 
vəsaitləri balansına həyata keçirilməsinə nail olmaq; 
-   dövlət vəsaitindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun tək-
milləşdirilməsi və şəffaflığının artırılmasını təmin edən qanunvericilik ba-
zasının formalaşdırılması  və təkmilləşdirilməsi istiqamətində işləri davam 
etdirmək; 
-   dövlət vəsaitinin təyinatı üzrə  xərclənməsi üzərində maliyyə  nəzarətinin 
daha da yaxşılaşdırılması üçün tədbirlərin görülməsini davam etdirmək, 
xəzinə nəzarətini gücləndirmək, büdcə təşkilatlarında borclanma prosesini 
çevik idarə etmək. 
Büdcə kəsiri üzrə: 
-   dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işini davam etdir-
mək; 
-   büdcə kəsirini inflyasiya yaratmayan mənbələr balansına maliyyələşdirmək; 
-   dövlət qısa, orta və uzunmüddətli istiqrazlarının buraxılması ilə qiymətli 
kağızlar bazarını daha da inkişaf etdirmək, dövriyyədə olan artıq pul kütlə-
sinin daha səmərəli şərtlərlə cəlb edilməsi məqsədi ilə investor şəbəkəsini 
genişləndirmək, bu kağızlara olan tələbatı artırmaqla, normal rəqabət prin-
sipləri əsasında faiz dərəcələrinin tənzimlənməsinə nail olmaq. 
Hazırda Azərbaycanda dövlətçiliyin yeni formalaşdığı, iqtisadi müstəqilliyin 
tədricən bərqərar olduğu bir vaxtda dövlətin roluna, onun sosial və iqtisadi məsə-
lələrin həyata keçirilməsində fəal iştirakına tələb daha da artır. Dövlət bu proseslərə 
özünün iqtisadi-maliyyə siyasətinin tərkib hissələrindən biri olan büdcə siyasəti ilə 
təsir edir. Büdcə siyasəti dövlətin büdcə  gəlirləri və  xərcləri, həmçinin büdcə kə-
sirinin artırılıb-azaldılması üzrə kompleks surətdə  həyata keçirdiyi tədbirlərdə öz 
əksini tapır. Büdcə siyasəti respublika hökuməti tərəfindən müəyyən edilir və ölkə-
nin ümumi siyasi və iqtisadi kursuna tabedir. 


Dövlät Maliyyäsi 
 
317 
Hazırda Azərbaycanda bazar münasibətlərinin dərinləşməsi və özəl bölmənin 
üstünlük əldə etməsi ilə əlaqədar iqtisadiyyatın maliyyələşdirilməsinə dövlət büd-
cəsi xətti ilə yönəldilən vəsaitlər kəskin surətdə azalmışdır. Eyni zamanda, Azər-
baycanın suveren dövlət kimi mövcudluğu ölkənin müdafiəsi və təhlükəsizliyi ilə 
yanaşı, büdcədə yeni xərc maddələrini doğurmuşdur. Hazırda respublika ərazisinin 
20%-inin Ermənistan Respublikası tərəfindən işğalı, həmçinin ölkəyə qarşı müxtə-
lif düşmən dövlətlərin təcavüz təhlükəsinin qalması dövlət büdcəsindən bu məq-
sədlər üçün xeyli vəsait ayrılmasını  zəruri edir. Həmçinin müharibənin nəticəsi 
kimi 1 milyondan artıq qaçqının olması, onların müxtəlif sosial-iqtisadi ehtiyacla-
rının ödənilməsi də nəzərə alınarsa, respublika hökumətinin büdcə siyasətini həyata 
keçirərkən nə qədər böyük problemlərlə üzləşdiyini təsəvvür etmək olar. 
 
 
 
 
 


 
 
318 
ƏDƏBİYYAT 
1.  A.F. Musayev, A.A. Qəhrəmanov. `Vergi mədəniyyəti.`Bakı 2004. 
2.  A.F. Musayev. Vergi siyasətinin iqtisadi problemləri. Bakı 2004 
3.  Abbasov A. H. Azərbaycanda Maliyyə Bazarının Formalaşması  və Bazar İqtisadiyyatında 
Maliyyə-Kredit Sisteminin Problemləri. Bakı 2003 
4.  Azərbaycan Statistika Komitəsi-Statistik göstəricilər 
5.  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatları. 2002. 
6.  Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Bakı, 2008. 
7.  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Bakı, 2008. 
8.  Azərbaycan Respublikasının Konstitusiyası. B. 1995. 
9.  Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2009. 
10.  Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Bakı, 2008. 
11.  Azərbaycan Respublikasının Vergi Məcəlləsinə  əlavə  və  dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikasının Qanunu.  
12.  Azərbaycanın statistik göstəriciləri-2008, Rəsmi nəşr, Bakı, Səda, 2008. 
13.  Biznes Bülleteni N:47 1998 
14.  D.Ə.Vəliyev, Y.N.Balakişiyeva, İ.R.Rəfibəyli, E.E.İmanov, E.M.Qarabalayev. “Vergi hüququ”. 
Bakı, 2003 
15.  D.İ.Allahverdiyev, “Büdcə-Vergi Siyasəti və İqtisadi Təhlükəsizlik”. Bakı 2002 
16.  E.Əhmədov “Vergi prinsipləri və öhdəlikləri”. Bakı 2000 
17.  E.Əhmədov, “Vergi islahatları və vətəndaş cəmiyyətinin təşkili” Bakı 2000 
18.  F.Ə.Məmmədov, A.f.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, Z.H.Rzayev, “Vergilər və 
Vergitutma” 2008 
19.  F.Quliyev, “Millət və Dövlət gəlirləri”. Bakı 2004 
20.  Qubad İbadoğlu, “Vergi, Gömrük və Muhasibat işi.” Bakı, 1997 
21.  İqtisadiyyat və Həyat 2N 2005 
22.  Novruz Quliyev, Asif Kərimov “Vergi haqda qanun” 1998 
23.  Paşayev Tahir “ Mənfəət vergisi daxilolmalarının yaxşılaşdırılması yolları “ Bakı 1996 
24.  Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İcmalı” 2006 
25.  Arda Sadıq, Gelir Vergisi Kanuni İzahlar Ankara, 1949 
26.  A.Akdoğan, Ş.Kızılot, S.Eyüzgiller, “Türk Vergi Sistemi”, Ankara,1982. 
27.  A.A.Hüseyov,“Azərbaycan Respublikası vergi xidmətləri islahatları” 
28.  Y.A.Kəlbiyev “Vergitutmanın nəzəri və metodoloji əsasları” Bakı – 2008 
29.  Azərbaycan qəzeti, 31 Yanvar 2006 
30.  Azərbaycan Respublikası Vergi Məcəlləsi 2008 
31.  Biznes bülleteni “Əmlak vergisinin hesablanması” 
32.  E.Əhmədov “Vergi islahatları və vətəndaş cəmiyyətinin təşkili” Bakı – 2000 
33.  Fazil Məmmədov “Azərbaycan vergi məcəlləsi” Bakı – 2002 
34.  H.Nadaroğlu “Kamu Maliyesi ” İstanbul 1989 
35.  M.Həsənli “Vеrgilər”. Bакı – 1999 
36.  İsgəndər Əliyev “ƏDV  və sadələşdirilmiş vergi sistemi” Bakı – 2002 
37.  İsgəndər Əliyev “Əlavə Dəyər Vergisi” Bakı – 1998 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə