Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə112/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   108   109   110   111   112   113   114   115   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
264 
- mühərrikin həcmi 3000 kub 
santimetrdən 4000  kub santimetrədək olduqda 
40 manat + mühərrikin həcminin 3000 kub 
santimetrdən çox olan hissəsinin hər kub 
santimetrinə görə - 0,03 manat 
- mühərrikin həcmi 4000 kub santimetrdən 5000 
kub santimetrədək olduqda 
70 manat + mühərrikin həcminin 4000 kub 
santimetrdən çox olan hissəsinin hər kub 
santimetrinə görə - 0,04 manat 
- mühərrikin həcmi 5000 kub santimetrdən çox 
olduqda 
110 manat + mühərrikin həcminin 5000 kub 
santimetrdən çox olan hissəsinin hər kub 
santimetrinə görə - 0,05 manat 
Kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı tex-
nikası (traktorlar, kombayn və  yığım maşınları, pambıqyığan maşınlar) və büdcə 
təşkilatlarının avtomobil nəqliyyatı vasitələri yol vergisini ödəməkdən azaddırlar. 
Yol vergisinin tutulması 
Xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş vergini həmin avto-
nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman 
gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə kö-çürürlər.  
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avto-
nəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxış-
dan keçən zaman dövlət büdcəsinə ödəyirlər. İllik yol vergisinin ödənildiyini təsdiq 
edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını 
aparan orqan (Daxili İşlər Nazirliyi) tərəfindən avtonəqliyyat vasitələrinin qeydiy-
yatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir. Azərbaycan Respublikasının 
ərazisində  təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində  və ya istifadəsində avto-
nəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat 
ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir 
və  həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər. Avtonəq-
liyyat vasitələrini dövlət qeydiyyatına alan orqan (Daxili İşlər Nazirliyi) hər rüb 
hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış  və 
qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı Azərbaycan Res-
publikasının Vergilər Nazirliyinə təqdim edir. 
9.8. MƏDƏN VERGİSİ 
Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) 
Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılma-
sına görə ödənilən vergi mədən vergisi adlanır.  
Vergi ödəyiciləri 
Azərbaycan Respublikasının ərazisində yerin təkindən faydalı qazıntıları çıxa-
ran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.
 


Dövlät Maliyyäsi 
 
265 
Vergitutma obyekti 
Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan faydalı qazın-
tılar vergitutma obyektidir. 
Mədən vergisi üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt faydalı qazıntı-
ların çıxarıldığı vaxt sayılır. 
Mədən vergisinin dərəcələri  
Yerin təkindən çıxarılan xam neft, təbii qaz və filiz faydalı qazıntılarına görə 
mədən vergisi, onların topdansatış qiymətinə  tətbiq edilməklə  aşağıdakı kimi 
müəyyənləşdirilir: 
 Cədvəl 9.6. Mədən Vergisinin hesablanma qaydası
116
 
Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı 
Mədən vergisinin dərəcələri (faizlə) 
Xam neft 
26 
Təbii qaz 
20 
Filiz faydalı qazıntıları:  
Butun növ metallar 

Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyicisinin 
çıxardığı faydalı qazıntılar üçün müəyyən etdiyi (əlavə  dəyər vergisiz) faktiki 
buraxılış (satış) qiyməti (bazar qiymətlərindən aşağı olmayan), bu qiymətlər dövlət 
tərəfindən müəyyən edildikdə isə tənzimlənən qiymətlər nəzərdə tutulur. 
Verginin hesablanması qaydası, ödənilməsi müddəti və               
bəyannamənin verilməsi 
Mədən vergisi xam neft, təbii qaz və bütün növ metalların topdansatış qiy-
mətinə, digər faydalı qazıntılarin isə hər kub metr həcminə müəyyən olunmuş vergi 
dərəcələrini (vergitutma bazasına) tətbiq etməklə hesablanır. 
Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. 
Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı 
aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir. 
Mədən vergisinin ödəyiciləri vergi bəyannaməsini hər ay hesabat ayından 
sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan 
mədən vergisi üzrə isə bələdiyyələrə təqdim etməlidirlər. 
Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir. 
Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna 
olmaqla) dövlət büdcəsinə ödənilir.  
                                                 
116
  www.taxes.gov.az 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
266 
Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büd-
cəyə ödənilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-keramid gilləri, tikinti 
qumları, çınqıl xammalı aid edilir.  
Maliyyə sanksiyaları 
Mədən vergisinin hesablanmamasına, vaxtında ödənilməməsinə, həmçinin bə-
yannamələrin müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyiciləri və 
onların vəzifəli şəxsləri mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.  
Mədən vergisinin hesabatını  əsas olmadan müəyyən edilən müddətdə  təqdim 
etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına 
əsasən 40  manat maliyyə sanksiyası tətbiq edilir. 
Verginin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə 
nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etmə-
məklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış  və ya yayındırılmış vergi 
məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.  
Mədən vergisi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə 
müddətindən sonrakı  hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi 
agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 
9.9. SADƏLƏŞDİRİLMİŞ VERGİ 
Sadələşdirilmiş verginin ödəyiciləri  
ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və  əvvəlki on iki aylıq dövr ər-
zində vergi tutulan əməliyyatlarının həcmi 125500 manat və ondan az olan şəxslər 
sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Belə vergi ödəyiciləri 
hər il aprel ayının 20-dən gec olmayaraq vergi bəyannaməsini və ya bu hüquqdan 
isti-fadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim 
et-məklə seçdikləri metodu təqvim ilinin sonunadək tətbiq etməlidirlər.  
Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq 
yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində 
sərnişin və yük daşımalarını həyata keçirən şəxslər (o cümlədən taksi ilə) sadələş-
dirilmiş verginin ödəyiciləridir.  
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər: 
−  aksizli mallar istehsal edən şəxslər; 
−  kredit və  sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının 
peşəkar iştirakçıları, lombardlar; 
−  qeyri-dövlət pensiya fondları; 
−  əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər; 
−  mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri bir milyon manat-
dan artıq olanlar. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə