Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə110/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   106   107   108   109   110   111   112   113   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
258 
−  araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor 
və likyor məmulatları - hər litrinə 0.5 manat;  
−  konyak və konyak materialları - hər litrinə 0.2 manat;  
−  şampan şərabı - hər litrinə 0.2 manat;  
−  şərablar və şərab materialları - hər litrinə 0.1 manat;  
−  pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər – hər litrinə 
0.08 manat;  
−  bütün növ tütün məmulatları – 12.5 faiz;  
c)   minik  avtomobilləri, istirahət və ya bu məqsədlər üçün nəzərdə tutulan digər 
üzən vasitələrə tətbiq olunan aksiz dərəcəsi onların mühərrikinin həcminin hər 
kub santimetrinə görə 0 manat təşkil edir.  
−  respublikaya idxal olunan mallar üzrə: 
a)   minik  avtomobillərinin mühərrikinin həcminə mütənasib olaraq tətbiq edilən 
aksiz dərəcələri:  
Mühərrikin həcmi  
Aksizin dərəcəsi  
2000 sm3-dək  olduqda  
hər 1 sm3  0,15 manat  
3000 sm3-dək olduqda 
300 manat + 2001 sm3-dən başlayraq 
hər 1 sm3 görə 1 manat 
4000 kub sm3-dək olduqda 
1300 manat + 3001 sm3-dən başlayraq 
hər 1 sm3 görə  2 manat 
4000 kub sm3-dən çox olduqda  3300 manat + 4001 sm3-dən çox 
hissəsi üçün hər sm3 görə - 4 manat 
Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz dərəcələri 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur. 
Aksizli malların ixrac zamanı sıfır dərəcə ilə vergiyə cəlb edilməsi vergiyə cəlb 
olunan əməliyyat hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən aksizli 
malların istehsalı üçün alınarkən ödənilmiş aksiz vergisinin məbləği Vergi Məcəl-
ləsinin müddəalarına uyğun olaraq əvəzləşdirilir. 
Aksizlər üzrə hesabat dövrü, aksizlərin ödənilməsi və             
bəyannamələrin verilməsi 
Aksizlər üçün hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə 
hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən 
sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.  
Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan 
ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər həmin əmə-


Dövlät Maliyyäsi 
 
259 
liyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar 
üzrə aksizi ödəyənədək istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ 
yoxdur. 
Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları  tərəfindən gömrük rü-
sumlarının tutulduğu qaydada tutulur. 
Aksizlər dövlət büdcəsinə ödənilir.  
Vergi ödəyicisi verginin ödənilməsi üçün nəzərdə tutulmuş müddətlərdə, hesa-
bat dövrü ərzində vergi tutulan əməliyyatlarını göstərməklə bəyannamə verməlidir. 
Aksizin ödəyicisi əvəzləşdirmə üçün ərizəni aksizin ödənilməsinə dair bəyannamə 
ilə birlikdə vergi orqanına verir. 
Aksizli malların üzərində vergi nəzarəti 
Aksizli malların markasız idxal edilməsinə, saxlanılmasına (şəxsi məqsədlər 
istisna olmaqla) və ya satılmasına görə mövcud qanunvericilikdə aşağıda göstərilən 
cəza tədbirləri nəzərdə tutulmuşdur: 
−  aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markası olmadan satılan, sa-
tış  məqsədi ilə saxlanılan, istehsal binasının hüdudlarından kənara çıxarılan 
malların dəyəri şərti maliyyə vahidinin 500 mislinədək olduqda, belə mallaırn 
müsadirə edilməsi ilə yanaşı, fiziki şəxslərə şərti maliyyə vahidinin 35 mislin-
dən 40 mislinədək, vəzifəli şəxslərə 80 mislindən 90 mislinədək, hüquqi şəxs-
lərə isə 200 mislindən 300 mislinədək cərimə tətbiq olunur; 
−  aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markası olmadan satılan, 
satış  məqsədi ilə saxlanılan, istehsal binasının hüdudlarından kənara çıxarılan 
və idxal edilən malların dəyəri şərti maliyyə vahidinin 500 mislindən çox ol-
duqda, əmlak müsadirə olunmaqla yanaşı, şərti maliyyə vahidinin 1000 mislin-
dən 3000 mislinədək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək 
müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək azadlıqdan məhrumetmə 
kimi cəza tədbirləri tətbiq olunur; 
−  eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törə-
dildikdə  və ya markalanmamış malların dəyəri  şərti maliyyə vahidinin 1000 
mislindən çox olduqda, əmlak müsadirə olunmaqla 3 ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəza 
tədbirləri tətbiq olunur. 
Aksizli malların makrkalanmasına nəzarət vergi orqanları  tərəfindən vergi 
ödəyicilərinin müvafiq binalarında nəzarət postları, ölçü cihazları, plomblar qur-
maqla və digər tədbirlər görməklə həyata keçirilir. 
 
 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
260 
9.5. HÜQUQİ ŞƏXSLƏRİN ƏMLAK VERGİSİ  
Müəssisələrin balansında olan əsas vəsaitlər üçün ödənilən vergi əmlak vergisi 
adlanır. 
Vergitutma obyekti olan rezident müəssisələr və Azərbaycan Respublikasında 
özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən 
qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridirlər. 
Vergitutma obyektləri 
Əmlak vergisi üzrə aşağıdakılar vergitutma obyekti sayılır: 
−  Müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri; 
−  Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkar-
lıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün, yalnız daimi 
nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri. 
Vergi dərəcələri  
Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə  əmlak 
vergisi ödəyirlər. 
Verginin hesablanması və ödənilməsi qaydası 
Əmlak vergisi müəssisənin  əmlakının orta illik qalıq dəyərinə  əsasən hesab-
lanır. Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır. 
Əmlak vergisinin ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 
15-dən gec olmayaraq əvvəlki ildəki  əmlak vergisi məbləğinin 25%-i həcmində 
vergi ödəyir.  Əvvəlki hesabat ilində  əmlak vergisi ödəyicisi olmayan və növbəti 
ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi 
olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-
dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məb-
ləğinin 20 faizi miqdarında cari vergi ödəmələri həyata keçirirlər.  Əmlak vergisi 
üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin 
məbləğinə aid edilir. 
Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat 
dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir. 
Müəssisə  əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin 
mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir. İllik bəyannamələr üzrə 
vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək 
ödənilir. Hesablanmış verginin məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara 
aid edilir. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə