Dövlät Maliyyäsi
213
Vergilər iqtisadiyyatın maliyyə tənzimlənməsi mexanizmidir.
İqtisadiyyata dövlət təsiri haqqında danışdıqda ilk növbədə iki
müxtəlif üsulu
göstərmək lazımdır:
- avtoritar üsul;
- vasitəli üsul.
Avtoritar təsir dövlətin özünün hakim səlahiyyətlərini həyata keçirdiyi hallarda
əl atdığı birbaşa məcburiyyət təsiridir.
Vasitəli təsir isə cəmiyyətin azad üzvlərinin, dövlətə vacib istiqamətə yönəldil-
məsidir. Vergi sistemi nöqteyi - nəzərindən vasitəli təsir dövlətin iqtisadiyyata həm
avtoritar, həm də vasitəli müdaxiləsinin aləti ola bilər. Burada avtoritar müdaxilə
vasitəli
müdaxilədən daha səmərəsizdir, çünki hər hansı bir fəaliyyətə məcbur
edilən şəxslər öz istəyi ilə fəaliyyət göstərən və şəxsi mənafelərə tabe olanlardan
fərqli olaraq icraçılığa az meyillidirlər. Buna görə də dövlətin vergi sisteminə avto-
ritar təsiri, xüsusilə ayrı-ayrı vergilərin dərəcələrinin qaldırılması və yaxud yeni
vergilərin tətbiq edilməsi ilk növbədə yalnız dövlətə fayda verir, əslində isə müəs-
sisələrin maliyyə vəziyyətini sarsıdır və deməli, son
nəticədə dövlət xəzinəsinə
potensial ödənişlərin məbləğinin azalmasına gətirib çıxarır.
Yetkin vergi sisteminə hər hansı bir müdaxilənin mümkün nəticələrini qiymət-
ləndirmək çox çətindir. Bunun üçün çoxamilli iqtisadi təhlil aparatından istifadə
etmək olar, lakin bu və ya digər amilin əhəmiyyətinin qiymətləndirilməsində bu-
raxılan hər hansı bir səhv, tədqiqat nəticələrinin yanlış izahına gətirib çıxarır. Bura-
ya təcrübədə bütün, o cümlədən də ən əhəmiyyətli amilləri nəzərə almaq imkanı-
nın heç də həmişə olmadığını əlavə etsək, bu və ya digər verginin tətbiqi və yaxud
dərəcələrinin dəyişdirilməsi proqnozu sıfıra endirilə bilər. Belə ki, Fransa höku-
məti “Fransız zinət əşyalarına vergi
tətbiq etməklə ümid edir ki, onları alan imkanlı
şəxslər verginin yükünü çəkəcəklər, lakin İtaliya zərgərlik istehsalının rəqabəti ilə
əlaqədar olaraq, Fransa istehsalçıları qiymətlərin mövcud səviyyəsini saxlamaqdan
ötrü öz işçilərinin əmək haqlarını azaltmağa çalışırlar.
Beləliklə, hökumət təsirinin iqtisadi nəticələri düzgün qiymətləndirilmədikdə,
hökumətin apardığı iqtisadi siyasətin qiymətləndirilməsinə mənfi təsir edən yeni
amillər qüvvəyə minir (məsələn, zərgərlik sahəsinin fəhlələrinin başladığı tətil
digər sahələrə də yayıla bilər və nəticədə fəhlələrin
gözündə ya sahibkarlar, ya da
hökumət təqsirkar olacaq. Bu ondan asılıdır ki, hər iki “təqsirkar” narazı fəhlələrin
əhvalına hansı qaydada təsir göstərəcəklər).
99
İqtisadi münasibətlərin tənzimlənməsində dövlətin rolu iqtisadi böhran dövrlə-
rində, xüsusilə də keçid iqtisadiyyatlı ölkələrin əksəriyyətində baş verdiyi kimi
99
Məmmədov S.M, “Maliyyə” ,1997 s.36
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
214
böhran tədavüldəki pul kütləsinin və inflyasiyanın yüksək artım sürəti ilə müşayiət
olunduqda xüsusilə artır. Əvvəlki iqtisadi sistemin əsasları kəskin sürətdə sarsıldığı,
yeni iqtisadiyyat isə hələ lazımi səviyyəyə çatmadığı üçün hökumətlərin
bir çoxu
əlavə pul kütləsinin buraxılışına əl atdılar, bu isə inflyasiyanın sıçrayışını güclən-
dirdi. Lakin bununla belə, hökumətlər müəyyən müddətə dinclik əldə etməklə bun-
dan faydalandılar. İnflyasiya problemlərini tədqiq eləyən C.Meynes 1923-cü ildə
yazırdı ki, “hər bir hökumət, məsələn, Almaniya və yaxud Rusiya hökuməti, kağız
pullar çap eləməklə uzun müddət yaşaya bilər. Bu o deməkdir ki, bu yol ilə höku-
mət vergi vasitəsi ilə daxil olan real resurslardan istifadə etmək imkanı əldə edir.
Bu üsul nüfuzdan salınıb, lakin müəyyən çərçivələrdə onun səmərəli olması danıl-
mazdır. Əgər başqa yol
ilə keçinmək mümkün deyilsə, onun köməyi ilə hökumət
yaşaya bilər. Bu üsul ən çətin olan və eyni zamanda, hətta artıq heç bir şeyə qadir
olmayan ən zəif hökumətin qadir olduğu vergitutma formasıdır”.
Lakin yalnız pul vəsaitlərinin emissiyasının artırılmış miqyasları büdcə kəsirini
əhəmiyyətli dərəcədə azaltmağa qadir deyil və onda hökumət çox vaxt vergi dərə-
cələrinin və yığılan vergilərin sayının artırılması ilə məhdudlaşan vergi sisteminin
islahatına başlayır. Post Sovet ölkələrinin hökumətləri inflyasiyanın kəskin sıçra-
yışından sonra
məhz belə hərəkət etdilər, lakin onlar bu cür addımların ölkənin
iqtisadi vəziyyətini daha da sarsıtması haqqında düşünmürdülər. Dünya təcrübəsin-
də isə buna aid misallar çoxdur.
Məsələn, Fransada “ikinci dünya müharibəsindən sonra vergilər daha çox döv-
lət xərclərini maliyyələşdirməkdən ötrü deyil, artıq olan alıcılıq qabiliyyətini sıxış-
dırmaq məqsədi ilə tətbiq olunurdu. AFR-də 1966-cı ildə iqtisadiyyatı təhlükə
altına alan inflyasiya ilə mübarizə məqsədi ilə vergilərin artırılması həyata keçirildi,
bu isə hökumətin süqutu ilə nəticələndi”.
Yuxarıda deyilənlərdən belə bir
nəticəyə gəlmək olar ki, vergilər ölkə iqtisa-
diyyatının maliyyə tənzimlənməsinin ən səmərəli mexanizmlərindən biridir. Ölkə-
nin iqtisadi inkişafına vergi təsiri iki yolla göstərilə bilər: onların köməyi ilə dövlət
tənzimlənməsi üçün tələb olunan məbləğlərin toplanılması imkanı; hökumətlərin
vergi sisteminin çevik tənzimlənməsinin köməyi ilə xalq təsərrüfatı kompleksinin
bu və ya digər sahələrinin inkişafına göstərdikləri təsir vasitəsi.
100
Vergi sisteminin təşkili prinsipləri, ümumiyyətlə, birmənalı deyildir və höku-
mətin hansı iqtisad nəzəriyyəsini əsas götürməsindən asılıdır.
Vergi sistemi dedikdə müəyyən məqsədə çatmaq üçün elmi prinsiplər əsasında
nizama salınmış vergilər toplusu nəzərdə tutulur. İqtisadi siyasət hazırlanarkən qar-
şıya müxtəlif maliyyə, iqtisadi və ya siyasi məqsədlər qoyulur.
Ona görə də vergi
sisteminin xarakteri qarşıya qoyulan məqsəddən asılıdır. Məsələn, vergitutmanın
100
İqtisadiyyat və Həyat 2005