Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə100/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   96   97   98   99   100   101   102   103   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
230 
sinə əsasən və dövlətin sosial - iqtisadi həyatında daim baş verən müxtəlifliklərin 
nəzərə alınması ilə baş verməlidir. 
Vergi siyasəti iqtisadiyyatın inkişafına, hər bir vətəndaşın mənafeyinə xidmət 
etməli, onların leqal iqtisadi fəaliyyətlə məşğul olmasına, işgüzarlığın müqabilində 
qazanc əldə etməsinə şərait yaratmalıdır. 
Məlum olduğu kimi, bütün dünyada dövlət büdcəsi əsasən vergilərin, rüsumla-
rın və digər vergi xarakterli tədiyələrin balansına formalaşır. Eyni zamanda, əksər 
dövlətlər büdcə kəsiri problemi qarşısında da qaldıqları üçün bu problemi sırf fiskal 
vasitələrlə vergi və  tədiyyələrin sayına və onların dərəcələrini artırmaq və s. yol-
larla həll etməyə cəhd göstərirlər. Müvəqqəti effekt xarakteri daşıyan belə tədbirlər 
çox qısa müddütdə  əks nəticələrə – vergi daxilolmalarının azalmasına, vergidən 
yayınma hallarının isə çoxalmasına gətirib çıxarır. Əslində burada təsadüfi heç nə 
yoxdur. Məşhur iqtisadçı Artur Lafferin büdcə konsepsiyası ilə tanışlıq göstərir ki, 
məhsul istehsalçılarına (xidmət göstərənlərə) vergi təzyiqinin gücləndirilməsi ilkin 
mərhələdə vergi daxilolmalarının bir qədər artmasına səbəb olsa da, müəyyən kritik 
nöqtədən sonra vergi daxilolmalarına tamamilə  əks tə’sir göstərməyə başlayır, 
yə’ni vergi daxilolmaları azalmağa başlayır. Bunu vergi dərəcəsinin 100%-ə bəra-
bər olduğu son nəticədə daha aydın görmək olar; yəni həmin nöqtədə vergi 
daxilolmaları sıfra qədər azalır, çünki 100% - li vergi dərəcəsi müsadirə xarakteri 
daşıyır və belə şəraitdə istehsal və inkişaf da ola bilməz. 
  Laffer əyrisi. 
     Т% 
 
    T– 
vergi 
stavkası 
     100   
 
 
 
TR– vergi daxilolmaları 
 
  
          О 
                         ТR mаx                   ТР 
 
  
Həmin konsepsiyaya görə vergi dərəcələri aşağı salınmaqla da hökumət büd-
cəyə  dəyişilməz miqdarda vergi toplaya bilər. Daha aşağı vergi dərəcələri sahib-
karların ödədikləri gəlirlərin həcmini və  təbii olaraq onların yığımlarının da həc-
mini artırmış olur. Həm də investisiyaların mənfəətlilik göstəricisi də yüksəlir, 
azaldılmış vergilər yığım və investisiyaları artırmaqla kapitalın yığım normasını da 
yüksəltmiş olur. 
Hər bir tətbiq edilən vergi növü vətəndaşların mükəlləfiyyətlərinin artırılma-
sına gətirib çıxarır. Vergi tətbiqi nəticəsində meydana gələn ictimai mükəlləfiy-


Dövlät Maliyyäsi 
 
231 
yətin vergi obyektləri arasında münasib və adi bir şəkildə bölüşdürülməsi vergitut-
manın  ədalət prinsipini təmin edir. Vergi, həqiqətən də ictiami mükəlləfiyyətləri 
vətəndaşlar arasında ədalətlə bölüşdürən ən təsirli vasitədir. Verginin demokratik-
liyi və mükəmməlləyinin  əsas göstəricisi vergilərin obyektlər arasında necə bö-
lüşdürülməsidir. 
Demokratik vergi prinsiplərinə  əməl olunması bu günkü iqtisadi inkişaf for-
masının  ən mühüm amillərindən biri hesab olunur. Bazar iqtisadiyyatının inkişaf 
etməsi ilə vergi tətbiqində gözlənilməsi vacib olan bir sıra prinsiplər meydana çıxır. 
Bazar iqtisadiyyatında  ədalət prinsipi özünü əsas etibarı ilə vergi mükəlləflə-
rinin gəlirlərindən alınan vergi faizində göstərir. Bu prinsipə görə mükəlləflərin 
gəlirləri dəqiq müəyyənləşdirilir və bu gəlirlərə ciddi şəkildə eyni bir vergi faizi 
tətbiq edilir. Ədalət prinsipinə iki baxış meydana çıxmışdır. Bu, vergitutmada bəra-
bərlik (riyazi ədalət) və vergitutmada şəxsi  ədalət baxışlarıdır. Bərabərlik  ədalət 
prinsipinin ən mühüm tərkib hissəsidir. Lakin hər şeydə bərabərlik heç də ədalət-
lilik demək deyildir. Belə ki, bərabərlik bütün vergi mükəlləflərinin əldə etdikləri 
gəlirdən eyni nisbətdə, eyni faizlə vergi ödəmələrini tələb edir. Yəni illik gəliri 10 
milyon manat olan 1 milyon manat və yaxud illik gəliri 100 milyon manat olan 10 
milyon manat vergi ödəyəcək. Bir az dərindən yanaşsaq, bu bərabərlik prinsipinin 
tam  ədalətli olmadığını görmək olar. Bunu sübut etmək məqsədilə bir misala 
baxaq. Tutaq ki, iki mükəlləfin illik gəliri 10 milyon manatdır. Bu mükəlləflərdən 
biri subay, digəri isə ailəli və çoxuşaqlıdır. Bərabərlik prinsipindən istifadə olu-
nursa, onda 10% - li gəlir vergisi tətbiq olunduğu halda, hər iki mükəlləfdən 1 mil-
yon manat vergi tutulacaq. Bu, heç də  ədalətli deyildir. Belə olan şəraitdə vergi 
qoyularkən mükəlləflərin  şəxsi vəziyyətləri mütləq nəzərə alınmalıdır. Buna görə 
də ədalətlilik prinsipinə ikinci baxış şəxsi ədalətdir. 
Vergi mükəlləflərinin təkcə əldə etdikləri gəlirlərin deyil, onların şəxsi və ailə 
vəziyyətlərinin də  nəzərə alınaraq vergiyə  cəlb edilməsi vergitutmada şəxsi prin-
sipin istifadə olunması adlanır. Bu cür vergilər şəxsi vergilər adlanır. Şəxsi vergilər 
vergi mükəlləflərinin əldə etdikləri gəlirlərə, sahib olduqları mənbələrə görə deyil, 
bu mükəlləflərin vergiödəmə qabiliyyətinə uyğun olaraq tətbiq edilir. Vergiödəmə 
qabiliyyəti dəyişkən bir anlayışdır. Ona görə də vergiödəmə qabiliyyətinin düzgün 
müəyyənləşdirilməsi çox çətindir və bu zaman mükəlləfin vergiödəmə qabiliyyəti-
nin subyektiv qiymətldəndirmə üsulundan istifadə olunur. 
Vergi mükəlləfinin əldə etdiyi gəlir artdıqca, vergi dərəcəsi yüksəldikcə, ödə-
nən verginin gəlirə olan nisbəti artırsa, onda bu vergi mütərəqqidir. İndiki şəraitdə 
şəxsi vergilər artan faizli və ya mütərəqqi (proqressiv) vergilərdir. 
Qeyd etdiyimiz kimi, vergitutmada ən mühüm prinsiplərdən biri səmərəlilik 
prinsipidir. Bir sıra mahiyyətçilərin fikrincə, vergilərin səmərəli olması üçün 3 əsas 
xüsusiyyəti özündə əks etdirməsi vacibdir. Bu xüsusiyyətlər vergilərin faydalılığı, 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə