Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
234
obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nə-
zarət sistemidir;
- Vergi nəzarətini nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiy-
yəti orqanları həyata keçirirlər;
- Vergi nəzarəti vergi və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səla-
hiyyətləri hədlərində qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir;
- Vergi oqranları nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uço-
tunu aparmaqla, uçot və hesabat mə’lumatlarını yoxlamaqla, vergi ödəyiciləri və
digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan bina-
lara baxış keçirməklə və digər formalarda həyata keçirirlər.
Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət problemi aktual
problem olmaqla həm hüquqşunaslar, həm də iqtisadçılar tərəfindən tədqiq edilir.
Hüquqi məsuliyyət vergi qanunvericiliyinin pozulması hallarını aradan qaldırmağa,
vergi münasibətləri subyektlərinin vergi qanunlarına riayət etmələrini stimullaşdır-
mağa yönəldilmişdir.
Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət aşağıdakı hallar-
da baş verir:
− vergi sahəsində pozuntulara cavab olaraq dövlət tərəfindən tədbirlər görüldükdə;
− dövlətin təsir tədbirləri qanunla müəyyən edildikdə;
− hüquq normativ aktlarının pozulduğu şəraitdə.
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin aşağıdakı xüsusiyyət-
lərini qeyd etmək olar:
Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət müxtəlif hüquq
normalarının pozulması ilə əlaqədardır. Bunlar büdcəyə bu və ya digər ödəmələrin
düzgün və vaxtında edilməməsi ilə bağlıdır;
Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət obyektləri kimi
vergi ödəyiciləri, vergilərin ödənilməsində iştirak edən şəxslər (burada vergi müfət-
tişləri, vergi köçürmələri ilə məşğul olan banklar və digər təşkilatlar nəzərdə tutu-
lur), uyğun vergi orqanları və onların rəhbərləri, bir sözlə, həm hüquqi, həm də
fiziki şəxslər çıxış edir;
Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar əsasən əm-
lak xarakterli olur. Lakin bəzi hallarda bu, cinayət (yəni iqtisadi cinayət) məsuliy-
yəti ilə də nəticələnə bilər;
Vergi qanunvericiliyini pozan şəxsləri vergi qanunvericiliyinin pozulmasına
görə hüquqi məsuliyyətə dövlət vergi orqanları, qanunla qəbul edildiyi şəraitdə
gömrük orqanları cəlb edirlər. Əgər lazım olarsa, məsuliyyətə cəlb etmə məhkəmə
xarakterli də ola bilər.
Dövlät Maliyyäsi
235
Yuxarıda deyilənləri və Azərbaycan Respublikası vergi qanunvericiliyinin
əsasnaməsini nəzərə alaraq, vergi qanunvericiliyinin pozulmasına görə aşağıdakı
məsuliyyət növlərini göstərmək olar:
Vergi qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət;
Vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyəti;
Vergi qanunvericiliyinin pozulmasına görə maddi və inzibati məsuliyyət.
Vergi qanunvericiliyinin pozulmasına görə şəxslərin inzibati cinayət və maddi
məsuliyyətini nəzərə alan Azərbaycan Respublikasının aşağıdakı qanunverici akt
sistemi mövcuddur:
Azərbaycan Respublikasının Cinayət Kodeksi
Azərbaycan Respublikasının inzibati hüquq pozuntuları haqqında Kodeks;
“Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikasının qanunu;
Dövlət vergi orqanları işçilərinin inzibati məsuliyyətinin əsasnaməsi;
Azərbaycan Respublikasının Gömrük Kodeksi
“Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 4 -
cü maddəsinin 2-ci bəndinə uyğun olaraq vergi orqanları vergi ödəmə obyektləri-
nin uçotunu dəqiq və vaxtında aparmalıdır. Bu zaman vergi ödəyiciləri haqqında
məlumat Dövlət Reyestrinə daxil edilir. Müəssisə qeydiyyatdan keçdikdən sonra 15
gün müddətində yerləşdiyi ərazidə vergi müfəttişliyində uçota dayanmalıdır. Əgər
müəssisə dövlət vergi orqanlarına göstərilən müddət ərzində məlumat vermirsə və
uçota dayanmırsa, onda vergi müfəttişliyinin rəisi bu müəssisənin bütün əməliy-
yatlarını dayandıra bilər (“Dövlət Vergi Xidməti haqqında” qanunun 5-ci maddəsi).
Bu zaman müəssisə rəhbərləri Azərbaycan Respublikası inzibati hüquq pozuntuları
haqqında Kodeksin 162-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə
bilər. Əgər müəssisə nə dövlət qeydiyyatından keçməyib, nə də vergi orqanlarında
uçota dayanmayıbsa, onda vergi müfəttişliyi müəssisənin qeydiyyatdan keçmədiyi
dövrdə əldə etdiyi gəlirin tutulması ilə bağlı məhkəməyə müraciət edərək iddia
qaldıra bilər (“Dövlət Vergi Xidməti haqqında” qanunun 5-ci maddəsinin 11-ci bəndi).
Əgər müəssisə öz fəaliyyəti haqqında məlumatı düzgün verməyibsə və mən-
fəətini ya gizlətməyə, ya da azaltmağa çalışıbsa, onda buna görə müəssisə rəhbəri
“Dövlət Vergi Xidməti haqqında” qanunun 6-cı maddəsinin 1 və 2-ci bəndlərində
göstərildiyi kimi məsuliyyət daşıyır və o, rəsmi xəbardarlıq alır, gizlədilən, ya da
azaldılan mənfəət məbləğində cərimə edilir. Belə hal bir il ərzində təkrarlanarsa,
onda cərimənin məbləği gizlədilən (azaldılan) məbləğdən 3 dəfə, iki il ərzində tək-
rarlanarsa, onda iki dəfə çox olur.
Ümumiyyətlə, bütün vergidən yayınma hallarının qarşısını almaq üçün vergi
orqanları nəzarət xarakteri daşıyan bir sıra tədbirlər həyata keçirirlər ki, bunlara da
aşağıdakıları aid etmək olar:
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
236
− vergi və digər xidmətlərlə bağlı sənədlərin həmin müəssisə və təşkilatlara döv-
lət qiymət intizamının yerinə yetirilməsinin yoxlanılması;
− yoxlama zamanı qarşıya çıxan suallar üzrə lazımi məlumat və arayışların tələb
edilməsi;
− vergi qanunvericiliyinin pozulmasını aşkar etdikdə sənədləşdirilmiş təftiş (yox-
lama) aparılması;
− müəssisələrin, təşkilatların və vətəndaşların (sahibkarlıq fəaliyyəti ilə məşğul
olan) istehsal, anbar, ticarət və digər sahələrinin yoxlanılması;
− vergi ödəyicisinin maliyyə - təsərrüfat fəaliyyəti haqqında lazımli məlumatları
(vergi köçürmələri, hesabda yerləşən məbləğ və s.) onların müştərisi sayılan
bank və digər maliyyə - kredit idarələrindən tələb etmək;
− vergi ödəyiciləri tərəfindən mühasibat hesabatları və balanslarının vergi hesab-
laşmaları, deklarasiya və büdcəyə ödəmələrlə bağlı digər sənədlərin tələb edil-
məsi, onların dəqiq olmasının yoxlanılması və vaxtında verilməsinə nəzarət.
İnkişaf etmiş ölkələrdə gəlir vergi sistemləri
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət vergi tənzimlənməsi sisteminin
bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşdırılmasını zəruri edir. Bununla
əlaqədar respublikada vergiyə cəlb etmənin müasir konsepsiyasının elmi əsaslan-
dırılması, vergi siyasətinin həyata keçirilməsi mexanizminin və vergitutma sistemi-
nin təkmilləşdirilməsinin nəzəri-metodoloji prinsiplərinin yaradılması və s. vacibdir.
İnkişaf etmiş ölkələrin vergi sistemi müxtəlif iqtisadi, siyasi və sosial şərtlərin
təsiri altında yaranmışdır. Vergilərin yığılmasına, onların strukturasına, vergi tutul-
ma metodları və vergi stavkasına, vergi sistemində müxtəlif idarələrin səlahiyyə-
tinə, vergi bazası, verginin tətbiqi sahələri və vergi güzəştlərinə görə vergi sistem-
ləri biri-birindən fərqlidir.
Vergi sistemlərinə xas olan ümumi cəhətləri isə belə müəyyənləşdirmək olar:
− Dövlətin vergi gəlirlərinin artırılması yollarının axtarışı;
− Vergi sisteminin, vergilərin bərabərliyi, ədalətliliyi və səmərəliliyi haqqında
hamı tərəfindən qəbul edilmiş iqtisadi - nəzəri prinsip əsasında qurulması.
İnkişaf etmiş ölkələrdə verginin aşağıdakı əsas formaları vardır:
− Fiziki şəxslərdən gəlir vergisi;
− Hüquqi şəxslərdən gəlir vegisi;
− Dövriyyə və sosial sığorta fondlarına üzvlük haqqından vergi;
− İstehlakdan alınan xüsusi vergilər;
− Varidata görə (əmlak vergisi, vərəsəliyə və bağışlanan əmlaka görə) vergi.
Dostları ilə paylaş: |