Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
232
möhkəmliyi və elastikliyindən ibarətdir. Vergitutmada faydalılıq verginin səmərəli-
liyinin artırılması, verginin yığılmasının maksimum normada həyata keçirilməsi
deməkdir. Verginin faydalı olması, hər şeydən əvvəl, verginin ümumi olması ilə
(yəni hamı üçün) bağlıdır. Vergilər öz məzmunlarına uyğun olaraq xərc, gəlir,
sərvət və s.-dən alınır. Onun üçün də vergilər hər cür sərvəti əhatə etdikdə faydalı
olur. Bu səbəbdən isə vergitutmada faydalılıq prinsipinin tərkib hissəsi kimi ümu-
milik prinsipi meydana çıxmışdır. Ümumiyyətlə, vergitutmanın faydalılıq prinsi-
pinin tərkibində bir sıra prinsiplər mövcuddur. Bunlardan ən mühümləri yayınma
və təsirlilik (hiss etdirmə) prinsipləridir.
Vergitutmada səmərəlilik prinsipinin daxili xüsusiyyətlərindən digəri davam-
lılıq, sabitlik və ya möhkəmlik prinsipləridir. Vergitutmada sabitlik prinsipi vergi
toplanması mexanizmindəki dalğalanmanın qarşısının alınmasını və bu mexaniz-
min sabit fəaliyyətini ifadə edir. Verginin yığılması iqtisadiyyatın inkişaf, durğun-
luq və nisbətən böhranlı mərhələlərində dəyişmirsə, deməli, vergi yığımı sabitdir.
Yə’ni bu, vergi yığılmasının iqtisadi inkişaf dövrində artmaması, iqtisadi durğun-
luq və böhran dövrində azalmaması deməkdir. İqtisadi inkişaf və ya artım dövrində
vergi yığımının artmaması ilk baxışda hər kəsi təəccübləndirə bilər. Lakin buna heç
bir əsas yoxdur. Çünki iqtisadi artım şəraitində vergi obyektləri və vergi gəlirləri
artır. Bundan başqa, dövlət iqtisadi inkişaf şəraitində ehtiyac yarandıqda özünə pul
tapmaqda heç bir çətinliklə qarşılaşmır.
Vergitutmada səmərəliliyin başqa bir prinsipi elastiklik prinsipidir. Vergitut-
mada elastiklik prinsipi vergi faizindəki hər hansı artmanın həyata keçirilməsi za-
manı vergi normasının buna reaksiya göstərməsidir. Əgər vergi faizinin artması ilə
əlaqədar vergi həcmində bir azalma baş verərsə, deməli, vergi elastikdir. Vergi-
lərin elastikliyinin dövlət üçün böyük əhəmiyyəti vardır. Vergi gəlirini artırmaq
lazım gəldikdə dövlət vergi faizini artırır ki, bu da vergi normasında hər hansı
azalma meydana gətirərək vergi gəlirlərini artırır. Vergi sistemində bu prinsiplərin
qorunması və maliyyə siyasətində nəzərə alınması dövlətin gəlirlərinin sabitliyini
təmin edir.
İqtisadiyyatda vergi sisteminin inkişafı bu sistemin tənzimlənməsində əsas
götürüləcək digər mühüm bir prinsipi meydana gətirmişdir. Bu prinsip müdaxilə
prinsipidir və onunla iqtisadiyyatın normal fəaliyyəti təmin olunur, iqtisadiyyatın
müxtəlif sahələrində fəaliyyətin sürətləndirilməsi və ya zəiflədilməsi işi təşkil edi-
lir. Bu prinsip iqtisadi mənbələrin istifadə edilməsində iqtisadi siyasət vasitəsi kimi
həyata keçirilir. Vergi də bütün maliyyə vasitələri kimi, iqtisadi və sosial həyata
müdaxiləni həyata keçirən bir iqtisadi vasitədir. Bu vasitənin iqtisadi fəaliyyətlərin
istiqamətinin müəyyən edilməsinə və dəyişdirilməsinə təsiri böyükdür. Məhz ha-
zırda vergilərə baxış tamamilə dəyişmişdir. Vergi, ilk növbədə, büdcənin gəlirləri-
nin mənbəyi kimi deyil, əsas etibarı ilə iqtisadiyyatın tənzimlənmə aləti, iqtisadiy-
Dövlät Maliyyäsi
233
yata müdaxilə vasitəsi kimi qiymətləndirilir. Vergilər vasitəsilə iqtisadiyyata mü-
daxilənin yolları çoxdur. Bunlardan ən mühümlərinin bir neçəsinin izahını aşağı-
dakı kimi vermək olar:
Vergilərin artırılması və ya azaldılması yolu ilə iqtisadiyyata müdaxilə edil-
məsi. Burada vergilər bütövlükdə artırılır və ya azaldılır. Bu halda iqtisadi sahədə
inkişaf daha tez hiss edilir. Dolayı vergilərdə azaldılmanın həyata keçirilməsi
satılan malların qiymətlərini aşağı salır (birbaşa amillər dəyişmirsə), çünki dolayı
vergilər satılan malların qiymətləri tərkibinə daxil olduğundan, qiymətlər bu halda
aşağı düşür. Bu hal başqa bir tərəfdən şəxslərin gəlirlərini artıraraq iqtisadiyyatda
məcmu tələbin səviyyəsini yüksəldir. Buna müvafiq olaraq, dolayı vergilərdə artım
baş verərsə, satılan malların qiymətlərini yüksəldir və mükəlləflərin bu mallara
olan tələblərini və ya istehlaklarını azaldır. Birbaşa vergilərdə həyata keçirilən ar-
tımlar şəxslərin birbaşa istifadə edə biləcəkləri fərdi gəlirlərini azaldır və şəxslər
malik olduqları gəlirlərə uyğun olaraq öz xərclərini azaldırlar. Şəxslər, istehlak və
investisiya əməliyyatlarını yeni gəlir paylanmasına uyğun müəyyən edirlər.
Artırma yolu ilə iqtisadiyyata müdaxilə edilməsi: Bu yolun mahiyyəti ondan
ibarətdir ki, dolayı və ya bir başqa vergilər bütövlükdə artırılıb - azaldılmır, dolayı
və birbaşa vergilərin bir qismi azaldılaraq və ya artırılaraq iqtisadiyyata müdaxilə
olunur. İndi vergi sistemində ayırma, fərqləndirmə siyasətindən istifadə olunması
çox geniş yayılmışdır. Yəni dövlət hansısa məhsula və ya istehsal sahəsinə təsir
etmək məqsədilə müvafiq vergi növünü artırır və ya azaldır.
Yenidən bölgü yolu ilə iqtisadi və sosial həyata müdaxilə edilməsi: Bu mü-
daxilə, dövlətin daha yüksək gəlirləri vergi yolu ilə ələ gətirmək, aşağı gəlirlilərə
maliyyə yardımları göstərmək, subsidiyalar və ya eyni yardımlarla müdaxilə etmək
yolu ilə həyata keçirilir. Bu müdaxilədə yüksək gəlirlilərin səmərəli şəkildə istifadə
edə bilmədikləri vasitələr onların əlindən alınaraq, dövlət xərcləri yolu ilə səmərəli
şəkildə istifadə olunur.
Ümumiyyətlə, vergilərin ödənilməsinin üç əsas vasitəsi var:
1. deklarasiya üzrə vergilərin ödənilməsi;
2. gəlir mənbəyindən verginin ödənilməsi;
3. verginin ödənilməsinin kadastr vasitəsi.
8.11. VERGİ NƏZARƏTİ VƏ VERGİDƏN YAYINMA
HALLARINA QARŞI DÖVLƏT TƏDBİRLƏRİ
Vergi nəzarəti və onun formalarına aşağıdakılar daxildir:
- Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə
vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma
Dostları ilə paylaş: |