Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə103/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   99   100   101   102   103   104   105   106   ...   135

Dövlät Maliyyäsi 
 
237 
Bilindiyi kimi vergi, tarixi sürəcdə bütün topluluqların və dövlətlərin məcburi 
maliyyə qaynağı anlamında  ən cox baş vurduqları  və toplayarkən də bir o qədər  
problemlə qarşı - qarşıya qaldıqları  ən  əsas dövlət gəlir qaynağıdır. Günümüzün 
müasir ölkələri gəliri oxşar şəkildə izah edərək, vergini də eyni və ya bənzər sis-
temlərlə ödəmə yoluna getməkdədirlər. Beləliklə, ölkələrin vergi sistemləri bu an-
lamda bir-birinə çox yaxındır.  
Bəzi inkişaf etmiş ölkələrdə iqtisadiyyatın müxtəlif gəlirlərdən alınan vergilər-
dən asılı olması nisbi xarakter daşıyır və keçicidir. 
1975-ci ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olan 
ölkələrin çoxunda gəlir vergisinin və sosial sığorta fondlarına üzvlük haqlarının 
istehlak vergilərinə nisbətən artması tendensiyası ilə müşahidə olundu. 
Əksər ölkələrdə istehlak vergilərinin payı aksiz vergilərinin payına bərabərdir. 
80-ci illərdə ısə istehlak vergilərinin payı artmış, aksiz vergilərinin payı mütəmadi 
azalmışdır. 
Sonrakı illərdə bütün ölkələrdə  gəlir vergilərinin və sosial sığorta fondlarına 
üzvlük haqlarının artması müşahidə olunmaqdadır. 
8.12. İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN VERGİ           
SİSTEMİNİN ÜMUMİ PRİNSİPLƏRİ 
Vergi ödəyənlər “sakinlər” və “qeyri-sakinlər” adı ilə iki yerə  təsnif olunur. 
Sakinlər, ölkədə 6 aydan artıq yaşayan fiziki şəxslərdir, onlar bütün gəlirlərindən 
vergi ödəməlidirlər, qlobal masştabda vergi məsuliyyəti daşıyırlar. 
Qeyri-sakinlər məhdud vergi məsuliyyəti daşıyır və yalnız həmin ölkədəkı gəlir 
mənbələrindən vergi ödəməlidirlər. 
Vergi təyin edilməsi üçün vergi ödəyənin məcmu gəliri əsas götürülür (əmək 
haqqı, natura ilə ödəmələr). 
Gəlir vergisi təyin edərkən məcmu gəlir, vergiyə cəlb edilən gəlirlə uyğun gəl-
mir. Vergiyə cəlb edilən gəlirlərin məbləği güzəştlərə görə azalır (vergi tutulmayan 
minimum gəlir, peşə  xərcləri, ailə  və  uşaqlara görə  əlavə güzəştlər, sosial sığorta 
fondlarına ödəmələr balansına). Belə güzəştlər daha çox Fransa, Almaniya və 
Yaponiyadadır. İtaliyada məcmu gəlir vergiyə cəlb edilən gəlirə bərabədir, yəni, bu 
ölkədə güzəştlər yoxdur. 
Məcmu gəlirdən vergi güzəştləri inkişaf etmiş ölkələrdə vergitutmanın bir nö-
vüdür. Vergi güzəştləri olmayan İtaliyada bunun əvəzində başqa güzəşt nəzərdə 
tutulur: ailədəki uşaqların sayının artmasını, himayədə olanları və s. halları nəzərdə 
tutan güzəştlər. 
Uşaqlara dövlət tərəfindən verilən birbaşa ödəmələrdən güzəştli vergi tutulur. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
238 
İşləyən  ər-arvad, vergini birlikdə-ailənin məcmu gəlirindən, ya da ayrı-ayrı-
lıqda ödəyə bilərlər. 
İnkişaf etmiş ölkələrdə vergi sisteminin təkmilləşdirilməsi obyektiv amillərlə- 
istehsalat münasibətlərinin formalaşdırılması prosesinə dövlət müdaxiləsinin zəru-
riliyi və vergi təyin edilməsinin sosial-iqtisadi sərhədləri ilə bağlıdır. Vergi siste-
minin formalaşdırılmasında vergi gəlirlərinə olan tələbat və onları yığmaq imkan-
ları arasındakı ziddiyyət əsas rol oynayır. İnkişaf etmiş ölkələrdə, bir tərəfdən döv-
lət xərclərini necə azaltmaq, bununla da vergi gəlirlərinə olan tələbatı saxlamaq, o 
biri tərəfdən isə, vergi sisteminin səmərəliliyini artırmaq yolları öyrənilir. 
İnkişaf etmiş ölkələr ümumi vergi problemləri ilə qarşılaşırlar: 
−  Müasir vergi sistemləri həm vergi ödəyənlər üçün, həm də vergi orqanları üçün 
mürəkkəbdir; 
−  Şəxsi vergitutmalar çox vaxt ədalətli olmur – bəzən eyni gəlirlərdən müxtəlif 
məbləğdə vergi tutulur; 
−  Yüksək vergilər iqtisadi qərarlara təsir edir, ona görə də vergi ödəyənlər gizli 
istehsala üstünlük verirlər; 
İnvestisiyaların qoyulmasında iqtisadi səbəblər deyil, vergi səbəbləri rol oy-
nayır. Məntiqə görə, dövlətin inkişafı üçün verginin artırılması  gərəkdir, amma 
bəzi ölkələrdə verginin müvəqqəti olaraq dayandırılması və ya aşağı salınması hal-
ları müşahidə olunur. Lakin, ümumiyyətlə, vergilər, gələcək inkişaf üçün istehsa-
lata adekvativ olan maliyyə mənbəyidir. 
Hazırda ölkəmizdə beynəlxalq standartlara uyğun, sivil vergi sistemi qurulsa da 
dünya ölkələrinin bu sahədəki təcrübələrinin təhlili və öyrənilməsi, mövcud ver-gi 
sistemlərinin müqayisəsi respublikamızda aparılan islahatları daha dəqiq qiymət-
ləndirməyə əsas verir. İnkişaf etmiş dövlətlərin bir çoxu vergitutma sahəsində uzun 
tarixi yol keçmiş və hər biri özünəməxsus, səmərəli vergi sistemi formalaşdırmış-
dır. ABŞ, Kanada, Yaponiya, eləcə də bir sıra digər ölkələrdə üç səviyyədə: federal 
(dövlət), regional və yerli büdcələr təsdiq edilir
101
 və bu sistemə uyğun olaraq ver-
gilər müəyyənləşdirilir. Güclü iqtisadi bazaya malik olan ABŞ, həm də sivil bazar 
münasibətlərinə uyğun çevik vergi sisteminə malikdir. İnkişaf etmiş Avropa ölkələ-
rinin vergi sistemi də ABŞ-da olduğu kimi çoxşaxəli və müxtəlifdir.
102
 
 
 
 
 
                                                 
101
  Vito TANZI & Howell H. ZEE; “A Point Of View: Coordination Of EU Tax Systems and Results 
Of Economic And Monetary Union, s.4 
102
  İqtisadiyyat və həyat No 5-6, 2004, A.İ.Həsənova 


Dövlät Maliyyäsi 
 
239 
8.12.1. ABŞ`IN VERGİ SİSTEMİ 
Büdcə-vergi tənzimlənməsi hökumət tərəfindən iqtisadiyyatın böhranlı vaxtla-
rında, yaxud iqtisadiyyatın inkişaf tempinin aşağı düşməsinin qarşısını almaq üçün 
tətbiq olunur. 
ABŞ`ın maliyyə sistemi dövlət hakimiyyətinin üçpilləli sistemini əks etdirir. 
Buna müvafiq olaraq, ölkədə üç səviyyədə maliyyə strukturları fəaliyyət göstərir: 
−  Federal büdcə; 
−  Ştatların büdcəsi; 
−  Yerli hakimiyyət orqanlarının büdcəsi. 
Növbəti maliyyə ili üçün (1 oktyabrdan başlanır) federal büdcənin layihəsi 
bütün federal nazirlik və idarələrin iştirakı ilə adminstrativ-büdcə idarəsi tərəfin-
dən hazırlanır və  təqvim ilinin başlanğıcında Prezident tərəfindən, baxılmaq və 
yeni maliyyə ilinə qədər təsdiq olunmaq üçün konqresə təqdim edilir. İqtisadi tən-
zimləmələr üçün federal büdcənin həm xərclər üçün nəzərdə tutulmuş hissəsindən, 
həm də gəlir hissəsindən istifadə edilə bilər. Xərclər hissəsi 20 büdcə kateqoriya-
sına (milli müdafiə, beynəlxalq fəaliyyət, kənd təsərrüfatı, nəqliyyat, energetikanın 
inkişafı, səhiyyə, sosial sığorta və s.) ayrılır. 
Federal xərclər ümumdövlət xərclərinin 60 faizini təşkil edir. Dövlət xərcləri-
nin 40 faizi ştatlar və yerli hakimiyyət orqanları vasitəsi ilə xərclənir. 
ABŞ`ın iqtisadi siyasətinin tərkib hissəsi olan yeni vergi məcəlləsi 1986-cı ildə 
qəbul olunmuşdur. 
Yeni vergi qanununun məqsədi federal vergitutma sistemini sadələşdirmək, 
ədalətli vergilər müəyyənləşdirmək və bunun vasitəsilə ölkədə iqtisadi yüksəliş 
tempini sürətləndirməkdir. 
Yeni qanun fərdi gəlir vergisinin yalnız iki stavkasını nəzərdə tutur: 15 və 28 
faiz, korporasiyalardan tutulan gəlir vergisi də 34 faizə endirilmişdir. Bir çox vergi 
güzəştləri ləğv edilmişdir. 
ABŞ gəlir vergisi ödəyiciləri bəyannaməyə əsasən dörd ayrıayrı kateqoriyaya 
ayrılmaqdadır. Bəyan ödəyicinin yaşa, mədəni hala və  şəxsi xüsusiyyətlərə görə 
də-yişdiyi (Ayırma  İlkesi) ölkədə vergiyə  cəlb olunan gəlir müəyyən edilərkən, 
ilkin olaraq hansı  gəlirlərin vergiyə  cəlb ediləcəyinin müəyyən edilməsi vacibdir. 
Vergi ödəyiciləri vergiyə cəlb edilən gəlirlərini bəyan edərkən əvvəldən qanunveri-
ciliklə müəyyən edilmiş  məcmu gəlirlərindən güzəştlər məbləğini endirməkdədir-
lər. Bu məbləğ, müəyyənləşdirilmiş  məcmu gəlirin müəyyən bir miqdarı  aşması 
durumunda aşa bilməyərək azaldılmaqda və  sıfırlanmaqdadır. Güzəşt məbləği, 
ödəyicinin subay olması durumunda özü üçün; evli və ortaq bəyanda özü və yol-
daşı üçün ayrı-ayrı hesab edilməkdədir.
103
 
                                                 
103
  www.irs.gov. Publication 501, Exemptions, Standard Deduction and Filing Information 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə