Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə111/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   107   108   109   110   111   112   113   114   ...   135

Dövlät Maliyyäsi 
 
261 
Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri gö-
türülür.
113
 Müəssisənin  əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta 
illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır: 
−  müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin 
əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. 
−  müəssisə hesabat ili ərzində yaradıldıqda, onun əmlakının (avtonəqliyyat vasi-
tələri istisna olmaqla) yaradıldığı tarixə və ilin sonuna balans üzrə qalıq dəyəri 
toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı aydan sonra, ilin sonuna 
qədər olan ayların sayına vurulur; 
−  müəssisə hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının (avtonəqliyyat va-
sitələri istisna olmaqla) ilin əvvəlinə  və  ləğv edildiyi tarixə qalıq dəyəri top-
lanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər 
olan ayların sayına vurulur. 
9.6. HÜQUQİ ŞƏXSLƏRİN TORPAQ VERGİSİ 
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində tor-
paq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Tor-
paq mülkiyyətçiləri və ya istifadəçiləri təsərrüfat fəaliyyətinin nəticələrindən asılı 
olmayaraq torpaq vergisinə cəlb olunurlar.  
Vergitutma obyekti 
Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mül-
kiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 
Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən 
sənədlər  əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaq-
lara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə 
görə torpaq vergisi tutulur. 
Verginin dərəcəsi 
Müvafiq icra hakimiyyəti orqanı  tərəfindən kadastr qiymət rayonları  və ora 
daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yer-
ləşməsi, keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirir. 
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı 
yaşayış fondlarının həyətyanı sahələri və  vətəndaşların bağ sahələrinin tutduğu 
torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadrat metrinə görə  aşağıdakı  cədvəldə 
şərti maliyyə vahidinin misli ilə müəyyən olunan dərəcələr tətbiq olunur: 
                                                 
113
  Biznes Bülleteni. Əmlak Vergisinin Hesablanması, s. 38 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
262 
Cədvəl 9.3. Torpaq Vergisinin hesablanma qaydası.
114
 
Yaşayış məntəqələri 
Sənaye, tikinti, nəqliyyat, 
rabitə, ticarət-məişət xidməti 
və digər xüsusi təyinatlı 
torpaqlar (manatla) 
Yaşayış fondlarının, həyətyanı 
sahələrin torpaqları və 
vətəndaşların bağ sahələrinin 
tutduğu torpaqlar (manatla)  
Bakı 10 
0,6 
Gəncə, Sumqayıt şəhərləri və 
Abşeron rayonu  
8 0,5 
Digər şəhərlər (rayon tabeliyində 
olan şəhərlər istisna olmaqla), rayon 
mərkəzləri 
4 0,3 
Rayon tabeliyində olan şəhərlərdə, 
qəsəbələrdə və kəndlərdə (Bakı və 
Sumqayıt şəhərlərinin, habelə 
Abşeron rayonunun qəsəbə kəndləri 
istisna olmaqla) 
2 0,1 
Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları 
Torpaq vergisinin ödəyiciləri torpaq sahələri barədə mülkiyyət və istifadə 
hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssi-
sələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay müddətində uçota 
durmalıdırlar. 
Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin 
dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesab-
lamaları vergi orqanına verirlər. 
Bələdiyyələr tərəfindən fiziki şəxslərə torpaq vergisi hər il iyunun 1-dək hesab-
lanır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 
Bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tor-
paq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesab-
lanır. 
Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec 
olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi 
halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi 
tərəfindən ödənilir. 
Müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi 
isə yerli (bələdiyyə) büdcəyə ödənilir. 
Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə 
verənə ödədiyi vəsaitdir. 
                                                 
114
 www.taxes.gov.az 


Dövlät Maliyyäsi 
 
263 
İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının 
tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqı-
nın tərkibində torpaq vergisi nəzərə alınmır.  
9.7. YOL VERGİSİ 
Yol vergisinin ödəyiciləri 
Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və 
yük daşıması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan 
qeyri-rezident müəssisələr və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Res-
publikasının  ərazisində mülkiyyətində  və ya istifadəsində minik avtomobilləri, 
avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri olan şəxslər Azərbaycan Res-
publikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir.  
Vergitutma obyekti 
Azərbaycan Respublikasının  ərazisinə daxil olan xarici dövlətlərin, habelə 
Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində 
olan avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. 
Verginin dərəcələri  
Avonəqliyyat vasitələrinin növündən, oturacaqların sayından, yükgötürmə qa-
biliyyətindən və avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisindən, oxa 
düşən ağırlığından, Azərbaycan Respublikası ərazisində gət edilən məsafədən, təh-
lükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının  ərazisinə 
daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Res-
publikasının  ərazisində  şəxslərin mülkiyyətində  və ya istifadəsində olan avtonəq-
liyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat vasitələ-
rindən vergi hesablanır. 
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avto-
nəqliyyat vasitələri olan şəxslər illik yol vergisini həmin avtonəqliyyat vasitələrinin 
mühərrikinin həcminə görə aşağıdakı dərəcələrlə ödəyirlər: 
Cədvəl 9.4. Yol Vergisinin hesablanma qaydası.
115
 
Vergitutma obyektlərinin adı 
Yol vergisinin dərəcəsi 
1 
2 
Minik avtomobillərinin, avtobuslar və digər 
avtomobil nəqliyyatı vasitələri: 
  
- mühərrikin həcmi 2000 kub santimetrədək 
olduqda 
20 manat 
- mühərrikin həcmi 2000 kub santimetrdən 3000 
kub santimetrədək olduqda 
20 manat + mühərrikin həcminin 2000 kub 
santimetrdən çox olan hissəsinin hər kub 
santimetrinə görə - 0,02 manat 
                                                 
115
  Azərbaycan Vergi Məcəlləsi, 2013 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə