Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
264
- mühərrikin həcmi 3000 kub
santimetrdən 4000 kub santimetrədək olduqda
40 manat + mühərrikin həcminin 3000 kub
santimetrdən çox olan hissəsinin hər kub
santimetrinə görə - 0,03 manat
- mühərrikin həcmi 4000 kub santimetrdən 5000
kub santimetrədək olduqda
70 manat + mühərrikin həcminin 4000 kub
santimetrdən çox olan hissəsinin hər kub
santimetrinə görə - 0,04 manat
- mühərrikin həcmi 5000 kub santimetrdən çox
olduqda
110 manat + mühərrikin həcminin 5000 kub
santimetrdən çox olan hissəsinin hər kub
santimetrinə görə - 0,05 manat
Kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı tex-
nikası (traktorlar, kombayn və yığım maşınları, pambıqyığan maşınlar) və büdcə
təşkilatlarının avtomobil nəqliyyatı vasitələri yol vergisini ödəməkdən azaddırlar.
Yol vergisinin tutulması
Xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş vergini həmin avto-
nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman
gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə kö-çürürlər.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avto-
nəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxış-
dan keçən zaman dövlət büdcəsinə ödəyirlər. İllik yol vergisinin ödənildiyini təsdiq
edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını
aparan orqan (Daxili İşlər Nazirliyi) tərəfindən avtonəqliyyat vasitələrinin qeydiy-
yatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir. Azərbaycan Respublikasının
ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avto-
nəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat
ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir
və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər. Avtonəq-
liyyat vasitələrini dövlət qeydiyyatına alan orqan (Daxili İşlər Nazirliyi) hər rüb
hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və
qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı Azərbaycan Res-
publikasının Vergilər Nazirliyinə təqdim edir.
9.8. MƏDƏN VERGİSİ
Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılma-
sına görə ödənilən vergi mədən vergisi adlanır.
Vergi ödəyiciləri
Azərbaycan Respublikasının ərazisində yerin təkindən faydalı qazıntıları çıxa-
ran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.
Dövlät Maliyyäsi
265
Vergitutma obyekti
Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan faydalı qazın-
tılar vergitutma obyektidir.
Mədən vergisi üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt faydalı qazıntı-
ların çıxarıldığı vaxt sayılır.
Mədən vergisinin dərəcələri
Yerin təkindən çıxarılan xam neft, təbii qaz və filiz faydalı qazıntılarına görə
mədən vergisi, onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi
müəyyənləşdirilir:
Cədvəl 9.6. Mədən Vergisinin hesablanma qaydası
116
Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı
Mədən vergisinin dərəcələri (faizlə)
Xam neft
26
Təbii qaz
20
Filiz faydalı qazıntıları:
Butun növ metallar
3
Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyicisinin
çıxardığı faydalı qazıntılar üçün müəyyən etdiyi (əlavə dəyər vergisiz) faktiki
buraxılış (satış) qiyməti (bazar qiymətlərindən aşağı olmayan), bu qiymətlər dövlət
tərəfindən müəyyən edildikdə isə tənzimlənən qiymətlər nəzərdə tutulur.
Verginin hesablanması qaydası, ödənilməsi müddəti və
bəyannamənin verilməsi
Mədən vergisi xam neft, təbii qaz və bütün növ metalların topdansatış qiy-
mətinə, digər faydalı qazıntılarin isə hər kub metr həcminə müəyyən olunmuş vergi
dərəcələrini (vergitutma bazasına) tətbiq etməklə hesablanır.
Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır.
Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı
aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.
Mədən vergisinin ödəyiciləri vergi bəyannaməsini hər ay hesabat ayından
sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan
mədən vergisi üzrə isə bələdiyyələrə təqdim etməlidirlər.
Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir.
Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna
olmaqla) dövlət büdcəsinə ödənilir.
116
www.taxes.gov.az
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
266
Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büd-
cəyə ödənilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-keramid gilləri, tikinti
qumları, çınqıl xammalı aid edilir.
Maliyyə sanksiyaları
Mədən vergisinin hesablanmamasına, vaxtında ödənilməməsinə, həmçinin bə-
yannamələrin müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyiciləri və
onların vəzifəli şəxsləri mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Mədən vergisinin hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim
etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına
əsasən 40 manat maliyyə sanksiyası tətbiq edilir.
Verginin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə
nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etmə-
məklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi
məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Mədən vergisi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə
müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi
agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
9.9. SADƏLƏŞDİRİLMİŞ VERGİ
Sadələşdirilmiş verginin ödəyiciləri
ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki on iki aylıq dövr ər-
zində vergi tutulan əməliyyatlarının həcmi 125500 manat və ondan az olan şəxslər
sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Belə vergi ödəyiciləri
hər il aprel ayının 20-dən gec olmayaraq vergi bəyannaməsini və ya bu hüquqdan
isti-fadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim
et-məklə seçdikləri metodu təqvim ilinin sonunadək tətbiq etməlidirlər.
Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq
yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində
sərnişin və yük daşımalarını həyata keçirən şəxslər (o cümlədən taksi ilə) sadələş-
dirilmiş verginin ödəyiciləridir.
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər:
− aksizli mallar istehsal edən şəxslər;
− kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının
peşəkar iştirakçıları, lombardlar;
− qeyri-dövlət pensiya fondları;
− əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
− mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri bir milyon manat-
dan artıq olanlar.
Dostları ilə paylaş: |