Dövlät Maliyyäsi
267
Vergitutma obyekti
− Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlə-
rə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatin, habelə satışdan-
kənar gəlirlərin həcmi;
− Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sər-
nişin və yük daşımalarını həyata keçirən şəxslərin mülkiyyətində və ya istifa-
dəsində olan avtomobil nəqliyyatı vasitələri.
Sadələşdirilmiş vergi ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və
əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən
fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.
Sadələşdirilmiş verginin dərəcəsi
Sadələşdirilmiş vergi, bu verginin ödəyicilərinin (avtonəqliyyat vasitələri ilə
sərnişin və yük daşımalarını həyata keçirən şəxslər istisna olmaqla) malların təq-
dim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi
vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən
aşağıdakı dərəcə ilə hesablanır:
Bakı şəhərində – 4 faiz, digər şəhər və rayonlarda, Naxçıvan MR-da - 2 faiz.
Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının digər şəhər və rayon-
larında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi
ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş dərəcələri o halda tətbiq edilir ki,
bu vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə
həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.
Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan MR-da vergi uço-
tuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödə-
yiciləri vergini Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəcələri ilə ödəyirlər.
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda
aparılmalıdır. Belə uçot aparılmadıqda ən yüksək vergi dərəcəsi tətbiq edilir.
Sadələşdirilmiş verginin məbləği daşınmanın həyata keçirildiyi ərazidən asılı
olaraq yuxarıdakı cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsallar tətbiq
etməklə müəyyən edilir. Belə ki, daşımalar Bakı şəhərində (kənd və qəsəbələr daxil
olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata
keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və hə-
min rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna
olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və rayonlarda
və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata keçirildikdə
isə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) əmsal
tətbiq edilmir.
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
268
Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və
bəyannamənin verilməsi
Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (avtomobil nəqliyyatı va-
sitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsər istisna olmaqla)
müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə
tətbiq etməklə hesablanır.
117
Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.
Sadələşdirilmiş verginin ödəyiciləri (avtomobil nəqliyyatı vasitələri ilə sərnişin
və yük daşımalarını həyata keçirən şəxsər istisna olmaqla) hesabat dövründən
sonrakı ayın 20-dək ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına
bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.
Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə aylıq sadələş-
dirilsmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün – yuxarıdakı cədvəldə göstərilmiş
sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata
keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanır və döv-
lət büdcəsinə ödənilir. Bundan sonra vergi ödəyicisi təqvim ayının sonunadək sadə-
ləşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədini təqdim etməklə
növbəti ay və ya aylar üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alır.
Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliy-
yat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edil-
dikdə isə vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər
məsuliyyət daşıyır.
Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata
keçirdikdə sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir.
10
Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımala-
rından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.
Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özü-
nə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sa-
dələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün hec bir haqq ödə-
nilmədən “Xüsusi fərqlənmə nişanı” alınır. Bu nişanı almış vergi ödəyiciləri avto-
mobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər
üçün istifadə edərkən ən azı bir iş günü əvvəl bu nişanı geri qaytarmalıdır.
Avtomobil nəqliyyatı vasitələrilə daşımaları həyata keçirən vergi ödəyiciləri bu
fəaliyyətdən başqa digər fəaliyyətlə məşğul olurlarsa, əldə olunan gəlir və xərclərin
uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır və bu fəaliyyət növü üzrə
zərərləri digər sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətlərinə aid edilmir.
117
İsgəndər Əliyev. ƏDV və Sadələşdirilmiş Vergi Sistemi, 1998 s.63
Dostları ilə paylaş: |