Dövlät Maliyyäsi
269
Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq
fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür
xidmətlər istisna olmaqla) avtomobil nəqliyyatı vasitələri üçün “Fərqlənmə nişanı”
və ya “Xüsusi fərqlənmə nişanı” alınmır.
Maliyyə sanksiyaları, cərimə və faizlər
Sadələşdirilmiş vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması halla-
rına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq aşağıda göstərilən maliy-
yə sanksiyaları və faizlər tətbiq edilə bilər:
•
sadələşdirilmiş verginin hesabatını və ya vergi öhdəliyinin yaranmaması haq-
qında arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi
ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;
•
aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim et-
məyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində;
•
verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məb-
ləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa,
habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmış-
dırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (ka-
meral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna
olmaqla) 50 faizi miqdarında;
•
nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, o cümlədən
alıcıya çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim
edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının veril-
məməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə
görə vergi ödəyicisinə:
− il ərzində belə hallara birinci dəfə yol verildikdə – 400 manat;
− il ərzində belə hallara ikinci dəfə yol verildikdə – 800 manat;
− il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə – 1200 manat
məbləğində;
•
sərvətlərin və ya pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan
gizlə-dilməsi və ya uçota alınmamasına görə:
− gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məb-
ləğinin 1000 manatdan çox olan hissəsinə 5 faiz miqdarında;
− il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alın-
mamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox
olan hissəsinə 10 faiz miqdarında;
•
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada
əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
270
hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onla-
rın gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgö-
türənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq
edilir.
•
sadələşdirilmiş vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ona hər bir
ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz hesab-
lanır.
İnzibati Xətalar və Cinayət Məcəllələrinin müddəalarına uyğun olaraq qanun
pozuntusuna yol vermiş sadələşdirilmiş vergi ödəyicilərinə qarşı aşağıdakı cəza
tədbirləri görülə bilər:
•
valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə
görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30
faizindən 70 faizinədək miqdarda;
•
valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə inzibati xəta-
nın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinə-
dək miqdarda;
•
avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəy-
yən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə
və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri
qaytarılmamasına görə vəzifəli şəxslər - inzibati xətanın bilavasitə obyekti ol-
muş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək miqdarında;
•
hüquqi şəxslər - inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20
faizindən 30 faizinədək miqdarında;
•
aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan az miqdarda,
yəni 500 manatadək olan məbləğdə satılmasına və ya satış məqsədi üçün sax-
lanılmasına görə aksiz markası olmayan mallar müsadirə edilməklə
− fiziki şəxslər – 35 manatdan 40 manatadək;
− vəzifəli şəxlər – 80 manatdan 90 manatadək;
− hüquqi şəxslər – 200 manatdan 300 manatadək;
•
saxta aksiz markalarını əldə etmə və ya satmağa görə 1000 manatdan 2000 ma-
natadək olan miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək
müddətə azaldıqdan məhrum etmə;
•
aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan
xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satma,
satış məqsədi ilə saxlama əmlakı müsadirə olunmaqla 1000 manatdan 3000
manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə
azadlıqdan məhrum etmə;
Dövlät Maliyyäsi
271
Avtonəqliyyat xidmətini həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi
Sadələşdirilmiş verginin ödəyiciləri mülkiyyətində və ya istifadəsində olan
avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla)
Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən
taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə
həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu şəxslərin mülkiy-
yətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş ver-
ginin vergitutma obyekti hesab olunur.
Sadələşdirilmiş verginin dərəcəsi
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən
vergi ödəyiciləri üçün aylıq olaraq sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən
olunur:
Daşınma növü
Ölçü vahidi
Verginin aylıq məbləği
(manatla)
Sərnişin daşınması (taksi
istisna olmaqla), oturacaq
yerlərinin sayına görə:
- 13-dək
- 13-dən 31-dək
- 31 və ondan yuxarı
1 oturacaq yeri
- 1,8 manat
- 21,6 manat + 13-cü yerdən
başlayaraq hər oturacaq yerinə
görə 0,5 manat
- 30,6 manat + 31-ci yerdən
başlayaraq hər oturacaq yerinə
görə 0,3 manat
Taksi ilə sərnişin
daşınması
1 ədəd nəqliyyat
vasitəsi
9 manat
Yük daşınması
1 ton yük götürmə
qabiliyyəti
1 manat
Sadələşdirilmiş verginin məbləği sərnişin və yük daşınmasının həyata keçiril-
diyi ərazidən asılı olaraq yuxarıdakı cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi
əmsallar tətbiq etməklə müəyyən edilir. Belə ki, daşımalar Bakı şəhərində (kənd və
qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri ara-
sında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhər-
lərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şə-
həri istisna olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və
rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata
keçirildikdə isə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna ol-
maqla) əmsal tətbiq edilmir.
Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin
sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şə-
hadətnaməsinə əsasən müəyyən edilir.
Dostları ilə paylaş: |