Dövlät Maliyyäsi
293
Mərkəzi bank özündə həm adi kommersiya bankının xarakterlərini, həm də
dövlət hakimiyyətinin xüsusiyyətlərini daşıyır. Mərkəzi Bank emissiya (dövriyyəyə
nağd pullar buraxmaq), dövlətin valyuta-qızıl ehtiyatlarının toplanıb-saxlanılması,
kommersiya banklarının kreditləşməsi, kredit institutlarının fəaliyyətinə nəzarət
göstərməklə məşğul olur.
Mərkəzi Bankların dövlətdən asılılıq dərəcəsi müxtəlifdir – maksimal dərəcədə
müstəqil olan Almaniya Federal Bankından, dövlətdən tamamilə asılı olan Fransa
Bankınadək.
Kommersiya banklarının Mərkəzi Bankdan əsas fərqi ondadır ki, onların əsas
məqsədləri gəlir əldə etməkdir. Kommersiya banklarının əməliyyatlarını 3 əsas
qrupa bölmək olar:
Passiv – vəsaitlərin cəlb olunması;
Aktiv – kredit verilməsi və vəsaitlərin yerləşdirilməsi;
Kommersiya vasitəçilik əməliyyatları.
Bank sisteminin III elementi, müəyyən təsərrüfat sahələrinin kreditləşməsi ilə
məşğul olan ixtisaslaşmış maliyyə-kredit institutlarıdır. Onlara investisiya bankları,
əmanət idarələri, təqaüd fondları, sığorta və investisiya şirkətləri daxildir.
11.2. PUL-KREDİT SİYASƏTİNİN XÜSUSİYYƏTLƏRİ
Bir çox iqtisadçılar pul-kredit siyasətini milli stabilləşdirmə proqramının əsas
hissəsi sayırlar. Doğrudan da pul-kredit siyasıtinin bir çox müsbət cəhətləri var:
Çeviklik və elastiklik. Büdcə-maliyyə siyasətindən fərqli olaraq, pul-kredit
siyasəti çox tez bir şəkildə dəyişə bilər. Məs. Federal Ehtiyat Sistemi, demək olar
ki, hər gün qiymətli kağızların alışı və satışı haqqında qərarlar verir və bununla da
pul təklifinə və faiz dərəcəsinə təsir göstərir.
Siyasi təzyiqdən izolyasiyası. Pul –kredit siyasəti siyasi cəhətdən fiskal siya-
sətə nisbətən daha konservativdir. Vergi və dövlət xərclərindəki müxtəlifliklər siya-
sətə çox təsir göstərir. Pul-kredit siyasəti əksinə, siyasətə çox da elə təsir göstərmir.
Monetaristlər belə hesab edirlər ki, pul təklifinin dəyişilməsi iqtisadi aktivliyi
təyin edən əsas amildir.
Ancaq pul-kredit siyasətinin də çatışmayan cəhətləri var. Onlar, əsasən, aşağı-
dakılardır.
Tsiklik asimmetriya. Əgər «bahalı pullar siyasəti» çox cəhdlə keçirilərsə, bu
fəaliyyət kommersiya banklarının ehtiyatlarını o səviyyəyə gətirə bilər ki, banklar
artıq kredit verə bilməz. Bu, pul təklifinin azaldılmasını bildirir. «Ucuz pullar siya-
səti» banklarda müəyyən pul ehtiyatlarının olmasını – yəni kredit verə bilmə qa-
biliyyəti təmin edə bilər. Ancaq o, qarantiya verə bilməz ki, banklar həqiqətən
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
294
kredit verəcəklər və pul təklifi çoxalacaq. Bu tsiklik asimmetriya yalnız dərin dep-
ressiya zamanı pul-kredit siyasətinin fəaliyyətinə mane ola bilər. Normal period-
larda əlavə ehtiyatların çoxalması əlavə kreditlərin verilə bilməsinə imkan yaradır
və bununla da pul təklifinin çoxalmasına səbəb olur.
Pul tədavülünün sürətinin dəyişməsi. Pul tədavülü nəzəriyyəsinə görə ümumi
xərcləri pul təklifinin pul tədavülü sürətinə olan nisbəti kimi götürmək olar. Tutaq
ki, pul təklifi 150 milyard dollar olarsa, onda pul tədavülü sürəti 4-ə bərabər olanda
ümumi xərclər 600 milyard dollar, pul tədavülü sürəti 3-ə bərabər olanda isə 450
milyard olacaq. Keynesçilər belə hesab edirlər ki, pul tədavülü sürəti çox vaxt pul
təklifinin əksinə dəyişir. Bununla da pul siyasətini tormozlaşdırır. Başqa cür desək,
inflyasiya zamanı, pul təklifini azaltmaq lazım gəldikdə, pul tədavülünün sürəti
yüksəlməyə doğru meylli olur. Və əksinə, depressiya zamanı, pul təklifini yüksəlt-
mək lazım gəldikdə, çox güman ki, tədavülün sürəti azalacaq.
İnvestisiyaya təsir. Əgər investisiyaya olan tələb texnoloji proqres, işgüzarlığın
artması və s. nəticəsində artırsa, onda faiz normasını yüksəltməyə yönələn «Bahalı
pullar siyasəti» investisiya xərclərinə çox zəif təsir göstərəcək. Bu zaman pul-
kredit siyasəti faiz dərəcələrini yuxarı qaldırmalıdır. Əksinə, depressiya və işsizlik
vəziyyəti isə sahibkarlığa olan inamı qırır. Bu da «ucuz pullar siyasətinin» fəaliy-
yətinin nəticələrini yoxa endirir.
Beləliklə, müasir dövlətin iqtisadiyyatı idarə etməsi üçün bir sıra metodlar var.
Və bu alətlər bir-birindən təkcə kredit bazarına etdikləri təsir ilə deyil, həmçinin
istifadə olunma sferalarına görə də fərqlənirlər. Buna görə də iqtisadi vəziyyəti
düzgün qiymətləndirsək, onda ölkəni böhran vəziyyətindən çıxaran optimal həll
yolunu seçə bilərik.
Pul-kredit siyasətinin müsbət və mənfi cəhətlərini bu bölmədə gözdən keçirt-
dik. İqtisadiyyatı stabilləşdirmək, ÜMM-un həcmini artırmaq, işsizliyin və inflyasi-
yanın səviyyəsini azaltmaq üçün pul-kredit siyasətindən bacarıqla istifadə etmək
lazımdır. Biz İEÖ-lər səviyyəsinə çatmaq istəyiriksə, onda gərək əsasən bu sferaya
fikir verək, bu sferanın inkişaf etməsinə şərait yaradaq.
11.3. MALİYYƏ VƏ VERGİ SİSTEMLƏRİ, ONLARIN
STRUKTURU VƏ DÖVLƏTİN İQTİSADİ
SİYASƏTİNDƏKİ ROLU
Maliyyə-vergi siyasətindən iqtisadiyyatın stabilləşdirilməsi üçün aktiv istifadə
edilir. İqtisadiyyata böhran vəziyyətindən çıxmaq lazım olduqda o, dövlət xərclə-
rini artırır və vergilər azaldılır. Yüksəliş dövründə isə dövlət xərcləri azaldılır və
vergilərin səviyyəsi artırılır.
Dövlät Maliyyäsi
295
Müasir şəraitdə maliyyə-vergi siyasəti və büdcə bir-biri ilə bağlıdırlar. Bu siya-
sət dövlət büdcəsinin formalaşmasında istifadə olunan əsas element sayılır. Digər
tərəfdən isə o özündə büdcə xərclərini əks etdirir.
Dövlət bir sıra iqtisadi vəzifələri yerinə yetirir, dövlətə iqtisadi, sosial, siyasi və
s. sahələrdəki işləri yerinə yetirmək üçün maliyyə vəsaiti tələb olunur. Bu məq-
sədlə dövlət pul vəsaitləri fondu yaratmağa məcbur olur. Dövlət büdcəsi dövlətin
dayağı, təminatçısı və müdafiəçisidir.
Dövlət büdcəsində əsas məsələlərdən biri büdcəyə toplanan pulların hansı
mənbələrdən əldə olunması və onun necə sərf olunmasıdır. Büdcədə gəlirlərin əsas
hissəsini vergi və rüsumlar təşkil edir.
Büdcənin ikinci bölməsi isə xərclər hissəsidir ki, burada gəlirlərin bölgüsü və
yenidən bölgüsü prosesi həyata keçirilir.
Büdcə sistemi çox mürəkkəb bir mexanizmdir. Büdcə kəsiri olduqca ağır bir
problemdir, onun yaranması büdcənin gəlir və xərcləri arasındakı nisbətin pozul-
ması ilə müəyyən olunur. Büdcə kəsirinin baş vermə səbəbləri aşağıdakılardır:
− İqtisadiyyata böyük həcmdə kapital qoyuluşları;
− Fövqəladə baş verən hadisələr;
− İqtisadiyyatda baş verən müxtəlifliklər üzündən tənəzzül, böhran, artım və s.
Fiskal siyasətin iqtisadiyyata stabilləşdirici təsir göstərməsi haqqında fikirlər
«Böyük depressiya» illərindən sonra yarandı. Keynesin məşğulluq nəzəriyyəsi də
bu fikirlərin güclənməsinə təsir göstərdi. Buna görə də 1946-cı ildə məşğulluq haq-
qında qanun qəbul olundu. Bu qanunun əsasında o durur ki, o, hökuməti iqtisadi
stabilliyi saxlamaq üçün pul-kredit və fiskal siyasətlərdən istifadə etməyə məcbur
edir. Fiskal siyasət, büdcə gəlir və xərclərinin vergi mexanizmi vasitəsi ilə tənzim-
lənməsidir.
Fiskal siyasətin xarakteri və istiqaməti xeyli dərəcədə hökumət xərclərinin
quruluşu və dinamikasından asılıdır. Dövlət əmtəə və xidmətlərin alışını təşkil
edərkən bir tərəfdən öz zəruri tələbatlarını ödəyir, digər tərəfdən isə əmtəə baza-
rının tənzimlənməsini həyata keçirir. Təkcə onu göstərmək kifayətdir ki, ABŞ-da
və İngiltərədə dövlət alışı milli məhsulun təxminən 20 %-ni reallaşdırır.
Fiskal siyasətdə əsasən vergi sisteminə fikir vermək lazımdır. Vergi çox güclü
iqtisadi alətdir. Bu alətdən bacarıqla istifadə etmək lazımdır.
Vergi yükünün ağırlığı ÜMM-ə aid olan vergi müsadirələri ilə ölçülür. Ona
aşağıdakı şərtlər təsir göstərir:
A) Gələn gəlirlərin həcmi;
B) Ölkədə hökm sürən ənənələr;
C) İstehsal tsiklinin fazaları.
Dostları ilə paylaş: |