Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
316
- dövlət maraqları məqsədilə həyata keçirilən satınalmalara nəzarəti təmin
etmək üçün normativ bazanın təkmilləşdirilməsi istiqamətində işləri davam
etdirmək;
- dövlət əsaslı vəsait qoyuluşunun strukturunu daim təkmilləşdirməklə bu
məqsədlər üçün ölkənin daxili maliyyə ehtiyatlarının daha çox cəlb edilmə-
sinə, regionların inkişafına, infrastruktur obyektlərin tikintisinə və bərpa-
sına üstünlük vermək, vəsaitdən səmərəli istifadə üçün tədbirlər görmək;
- ayrı-ayrı kommunal xidmətləri üzrə tətbiq olunan tariflərin təkmilləşdi-
rilməsi üçün məqsədyönlü işləri davam etdirmək;
- dövlət borclarının idarəetmə mexanizmini təkmilləşdirmək, dövlət zəma-
nəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyəti üzərində ciddi nəzarət
mexanizmini təşkil edərək, kreditlərə xidmət xərclərinin həmin təşkilatların
vəsaitləri balansına həyata keçirilməsinə nail olmaq;
- dövlət vəsaitindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun tək-
milləşdirilməsi və şəffaflığının artırılmasını təmin edən qanunvericilik ba-
zasının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində işləri davam
etdirmək;
- dövlət vəsaitinin təyinatı üzrə xərclənməsi üzərində maliyyə nəzarətinin
daha da yaxşılaşdırılması üçün tədbirlərin görülməsini davam etdirmək,
xəzinə nəzarətini gücləndirmək, büdcə təşkilatlarında borclanma prosesini
çevik idarə etmək.
Büdcə kəsiri üzrə:
- dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işini davam etdir-
mək;
- büdcə kəsirini inflyasiya yaratmayan mənbələr balansına maliyyələşdirmək;
- dövlət qısa, orta və uzunmüddətli istiqrazlarının buraxılması ilə qiymətli
kağızlar bazarını daha da inkişaf etdirmək, dövriyyədə olan artıq pul kütlə-
sinin daha səmərəli şərtlərlə cəlb edilməsi məqsədi ilə investor şəbəkəsini
genişləndirmək, bu kağızlara olan tələbatı artırmaqla, normal rəqabət prin-
sipləri əsasında faiz dərəcələrinin tənzimlənməsinə nail olmaq.
Hazırda Azərbaycanda dövlətçiliyin yeni formalaşdığı, iqtisadi müstəqilliyin
tədricən bərqərar olduğu bir vaxtda dövlətin roluna, onun sosial və iqtisadi məsə-
lələrin həyata keçirilməsində fəal iştirakına tələb daha da artır. Dövlət bu proseslərə
özünün iqtisadi-maliyyə siyasətinin tərkib hissələrindən biri olan büdcə siyasəti ilə
təsir edir. Büdcə siyasəti dövlətin büdcə gəlirləri və xərcləri, həmçinin büdcə kə-
sirinin artırılıb-azaldılması üzrə kompleks surətdə həyata keçirdiyi tədbirlərdə öz
əksini tapır. Büdcə siyasəti respublika hökuməti tərəfindən müəyyən edilir və ölkə-
nin ümumi siyasi və iqtisadi kursuna tabedir.
Dövlät Maliyyäsi
317
Hazırda Azərbaycanda bazar münasibətlərinin dərinləşməsi və özəl bölmənin
üstünlük əldə etməsi ilə əlaqədar iqtisadiyyatın maliyyələşdirilməsinə dövlət büd-
cəsi xətti ilə yönəldilən vəsaitlər kəskin surətdə azalmışdır. Eyni zamanda, Azər-
baycanın suveren dövlət kimi mövcudluğu ölkənin müdafiəsi və təhlükəsizliyi ilə
yanaşı, büdcədə yeni xərc maddələrini doğurmuşdur. Hazırda respublika ərazisinin
20%-inin Ermənistan Respublikası tərəfindən işğalı, həmçinin ölkəyə qarşı müxtə-
lif düşmən dövlətlərin təcavüz təhlükəsinin qalması dövlət büdcəsindən bu məq-
sədlər üçün xeyli vəsait ayrılmasını zəruri edir. Həmçinin müharibənin nəticəsi
kimi 1 milyondan artıq qaçqının olması, onların müxtəlif sosial-iqtisadi ehtiyacla-
rının ödənilməsi də nəzərə alınarsa, respublika hökumətinin büdcə siyasətini həyata
keçirərkən nə qədər böyük problemlərlə üzləşdiyini təsəvvür etmək olar.
318
ƏDƏBİYYAT
1. A.F. Musayev, A.A. Qəhrəmanov. `Vergi mədəniyyəti.`Bakı 2004.
2. A.F. Musayev. Vergi siyasətinin iqtisadi problemləri. Bakı 2004
3. Abbasov A. H. Azərbaycanda Maliyyə Bazarının Formalaşması və Bazar İqtisadiyyatında
Maliyyə-Kredit Sisteminin Problemləri. Bakı 2003
4. Azərbaycan Statistika Komitəsi-Statistik göstəricilər
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatları. 2002.
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Bakı, 2008.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Bakı, 2008.
8. Azərbaycan Respublikasının Konstitusiyası. B. 1995.
9. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2009.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Bakı, 2008.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu.
12. Azərbaycanın statistik göstəriciləri-2008, Rəsmi nəşr, Bakı, Səda, 2008.
13. Biznes Bülleteni N:47 1998
14. D.Ə.Vəliyev, Y.N.Balakişiyeva, İ.R.Rəfibəyli, E.E.İmanov, E.M.Qarabalayev. “Vergi hüququ”.
Bakı, 2003
15. D.İ.Allahverdiyev, “Büdcə-Vergi Siyasəti və İqtisadi Təhlükəsizlik”. Bakı 2002
16. E.Əhmədov “Vergi prinsipləri və öhdəlikləri”. Bakı 2000
17. E.Əhmədov, “Vergi islahatları və vətəndaş cəmiyyətinin təşkili” Bakı 2000
18. F.Ə.Məmmədov, A.f.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, Z.H.Rzayev, “Vergilər və
Vergitutma” 2008
19. F.Quliyev, “Millət və Dövlət gəlirləri”. Bakı 2004
20. Qubad İbadoğlu, “Vergi, Gömrük və Muhasibat işi.” Bakı, 1997
21. İqtisadiyyat və Həyat 2N 2005
22. Novruz Quliyev, Asif Kərimov “Vergi haqda qanun” 1998
23. Paşayev Tahir “ Mənfəət vergisi daxilolmalarının yaxşılaşdırılması yolları “ Bakı 1996
24. Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İcmalı” 2006
25. Arda Sadıq, Gelir Vergisi Kanuni İzahlar Ankara, 1949
26. A.Akdoğan, Ş.Kızılot, S.Eyüzgiller, “Türk Vergi Sistemi”, Ankara,1982.
27. A.A.Hüseyov,“Azərbaycan Respublikası vergi xidmətləri islahatları”
28. Y.A.Kəlbiyev “Vergitutmanın nəzəri və metodoloji əsasları” Bakı – 2008
29. Azərbaycan qəzeti, 31 Yanvar 2006
30. Azərbaycan Respublikası Vergi Məcəlləsi 2008
31. Biznes bülleteni “Əmlak vergisinin hesablanması”
32. E.Əhmədov “Vergi islahatları və vətəndaş cəmiyyətinin təşkili” Bakı – 2000
33. Fazil Məmmədov “Azərbaycan vergi məcəlləsi” Bakı – 2002
34. H.Nadaroğlu “Kamu Maliyesi ” İstanbul 1989
35. M.Həsənli “Vеrgilər”. Bакı – 1999
36. İsgəndər Əliyev “ƏDV və sadələşdirilmiş vergi sistemi” Bakı – 2002
37. İsgəndər Əliyev “Əlavə Dəyər Vergisi” Bakı – 1998
Dostları ilə paylaş: |