Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə128/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   124   125   126   127   128   129   130   131   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
310 
ditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları 
və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər 
aktivlərlə  təmin olunmalıdır. Belə kreditlər 6 aydan çox olmayan müddətə verilir 
və həmin müddətə uzadıla bilər.  
Yenidən maliyyələşdirilmənin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə 
Heyəti müəyyən edir.  
Kreditlər yalnız milli valyutada (manatla) kredit təşkilatlarının baş idarələrinə 
verilir.  
11.6.9. DEPOZİT ƏMƏLİYYATLARI 
Depozit  əməliyyatları “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikası 
qanununun 34-cü maddəsilə tənzimlənir. 
11.7.  AZƏRBAYCANDA TƏTBİQ OLUNAN MALİYYƏ 
SİYASƏTİ 
Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini əldə etdikdən sоnra ilk 
həyata keçirdiyi tədbirlərdən biri оnun beynəlхalq maliyyə təşkilatlarına üzv оlma-
sıdır. 1992-ci ildə Azərbaycan Respublikası BVF və BYİB-yə müraciət etmiş  və 
həmin ilin sentyabr ayında bu təşkilatlara üzv qəbul edilmişdir. 1992-ci ilin avqust 
ayının 19-da bu məqsədlə Azərbaycan Respublikasının müvafiq Qanunu qəbul edil-
mişdir. Həmin Qanunda göstərilir ki, BVF, BYİB-in, Beynəlxalq Maliyyə Kоrpо-
rasiyasının, Beynəlxalq İnkişaf assosiasiyasının sazişlərinin, İnvestisiyaların Hərtə-
rəfli Təminatı agentliyi və Beynəlxalq İnvestisiya Mübahisələrinin həlli Mərkəzi-
nin əsasları haqqında konvensiyaların normaları Azərbaycan Respublikasının ərazi-
sində tətbiq edilir. Əgər həmin sazişlərin və kоnvensiyaların nоrmaları ilə Azərbay-
can Respublikasının qanunvericilik aktları və nоrmaları arasında uyğunsuzluq ya-
ranarsa, оnda həmin sazişlərin və konvensiyaların nоrmaları tətbiq edilir.
122
 
Azərbaycan Respublikası 1992-ci ildə BVF-yə üzv qəbul edilərkən ölkənin 
iqtisadi inkişafını  хarakterizə edən göstəricilərə uyğun  оlaraq  оnun kvоtası 117 
milyоn SDR məbləğində  təsdiq edilmişdir. Lakin sоn illər Azərbaycanda gedən 
iqtisadi prоseslər və оnun inkişaf perspektivləri nəzərə alınmaqla BVF-da ölkənin 
kvоtasına yenidən baхılmış və 165 milyоn SDR-dək artırılmışdır. Bu da Azərbay-
cana həmin beynəlхalq maliyyə  təşkilatının imkanlarından daha geniş istifadə et-
mək hüququ vermişdir.  
1998-ci ildə Azərbaycan Respublikasının 103 ölkə ilə ticarət əlaqələri olduğu 
halda, 2009-cu ildə belə ölkələrin sayı 141-ə çatıb. Bunlardan 111-i uzaq xarici 
dövlətlər, 13-ü isə MDB respublikalarıdır. 
                                                 
122
  A.N.Kərimov. “Maliyyə”. Bakı. 2001 s. 23 


Dövlät Maliyyäsi 
 
311 
11.8. AZƏRBAYCANDA İNFLYASIYA VƏ 
ANTİİNFLYASİYA SİYASƏTİ 
Ölkə iqtisadiyyatımızın bazar iqtisadiyyatına keçməsi pulun əhəmiyyətini artır-
dı. Başqa ölkələrin təcrübəsi göstərdiyi kimi bazar iqtisadiyyatına keçid qiymətlə-
rin sürətlə qalxması, inflyasiya faktorlarının, fəaliyyətinin güclənməsi ilə səciyyə-
lənir. Bazar iqtisadiyyatına keçidin özünün inflyasiyanın dərinləşməsinin səbəbi ol-
ması, yoxsa bu şəraitdə əvvəllər yığılıb qalan inflyasiyanın potensialı real təzahür 
forması olması olub-olmadığını düzgün qiymətləndirmək çox vacibdir. 
123
 
Axırıncının iki səbəbi vardır. Birincisi ondan ibarət idi ki, sovet rublu sürətlə 
qiymətdən düşürdü, camaat belə düşünürdü ki, əgər Azərbaycan kifayət qədər güc-
lü iqtisadi potensialla öz puluna keçsə, o, inflyasiyadan azad olacaq. İkinci səbəb 
isə ondan ibarət idi ki, keçmiş SSRİ-də hələ rubl işlədilirdi və nağd pul çatışmırdı. 
Hər dəfə Rusiyadan nağd pul gətirdikdə rüşvət vermək lazım gəlirdi, xalq vaxtında 
və tam maaş, təqaüd və s. ala bilmirdi. Ölkədə ciddi sosial ağırlıq artırdı. Manat ilk 
mövsümdə istifadə olunan rubl ilə paralel olaraq rubla qarşı öz qiymətini saxla-
ması üçün tədavülə hissə-hissə buraxılırdı. Düzgün olaraq həmin vaxt rəhbərlik 
elan etdi ki, özəlləşdirmə manatla olacaq və onun hörmətini bir az da artırdı. Lakin 
Azərbaycan keçmiş sovet ölkələrindən aldığı malların dəyərini rublla ödəməli olur-
du və bununla belə, bu ölkələrdə, ən əsas da Rusiyada qiymətlər liberallaşmış  və 
böyük sürətlə qalxmaqda idi. Bu hadisələrin qaçılmaz olduğu  əvvəlcədən məlum 
idi. Artıq 1993-cü ilin yaz fəslində manat həm  əmtəəyə, həm də rubla qarşı qiy-
mətdən düşməyə başladı.  
Dövlət büdcəsinə  ərzaq məhsullarının satışından gələn gəlirlər azaldı. Bütün 
faktorlar və pul kütləsinin direktiv tənzimlənməsi ilə birlikdə nəticə etibarilə 1993-
1994-cü illərdə hiperinflyasiya səviyyəsinə çatmaq üzrə idik. 
İqtisadi tarixdə Azərbaycanın istəyindən asılı olmayaraq, 1994-cü il hiper infl-
yasiya ili kimi yadda qaldı. İnflyasiyanın 1800 % qədər çatmasından sonra BVF-in 
köməyi ilə  tətbiq edilən Ümummilli liderimiz Heydər  Əliyev və onun davamçısı 
İlham  Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində 2000-ci ildən sonra 
inflyasiya 5-10% həddinə qədər azaldı.  
11.9. AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL 
ÜÇÜN BÜDCƏ-VERGİ SİYASƏTİNİN ƏSAS 
İSTİQAMƏTLƏRİ 
Hər bir dövlətin iqtisadi vəzifələrinin həyata keçirilməsinin maddi əsasını döv-
lət büdcəsi təşkil edir. İqtisadi münasibətlərin mühüm tərkib hissəsi sayılan maliy-
                                                 
123
  A.Ə.Abduləzimov,  “Müasir maliyyə sisteminin formalaşmasının nəzəri-metodoloji məsələ-
ləri” - Maliyə və uçot jurnalı №12/2006 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
312 
yə münasibətləri sistemində dövlət maliyyəsi adlanan dairədə dövlət büdcəsi əhə-
miyyətli yer tutur. 
Məlumdur ki, dövlət bir sıra iqtisadi vəzifələri yerinə yetirir, onun iqtisadi, so-
sial, siyasi və s. sahələrdə çoxsaylı, çoxşaxəli işləri yerinə yetirməsindən ötrü ma-
liyyə vəsaiti tələb olunur. Elə bu məqsədlə dövlət pul vəsaitləri fondlarını yaratmaq 
məcburiyyətində qalır və  əvvəl göstərdiyimiz dairələrdə lazımi işləri aparmaqdan 
ötrü pul vəsaitləri fondlarından istifadə etməli olur. Bu mənada dövlət büdcəsi döv-
lətin dayağı, möhkəm təminatı, müdafiəçisi və etibarlı söykənəciyidir. Aydın məsə-
lədir ki, əksər problemlərin həlli, toplanan pul vəsaitlərinin qədərindən asılıdır. 
Belə ki, iqtisadiyyatın inkişafı və tərəqqisi bununla şərtləşir, nəticə etibarilə ondan 
asılıdır .Maddi imkan olmadan cəmiyyət öz qarşısında qoyduğu  ən adi məsələni 
həll edə bilmir. İqtisadiyyatın iqtisadi cəhətdən tənzimlənməsi mexanizmi halqası 
sayılan dövlət büdcəsi əslində hökumətin sərəncamında olan iri mərkəzləş-dirilmiş 
pul fondu kassasından başqa bir şey deyildir. 
Dövlət büdcəsi iqtisadiyyatda fəaliyyət göstərən bir sıra iqtisadi qanunlar, iqti-
sadi kateqoriyalarla yanaşı, birgə qarşılıqlı əlaqə, təsir və asılılıq şəklində fəaliyyət 
göstərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan maliyyə münasibətlərinin müəy-
yən tərəfini ifadə edir. Cari halda biz bu münasibətləri hər  şeydən  əvvəl dövlət 
büdcəsindəki gəlirlər və xərclər arasındakı nisbətdə və əlaqələrdə görürük. Büdcə 
münasibətləri dövlətlə müxtəlif müəssisələr, idarə və təşkilatlar, əhali və s. arasın-
dakı  əlaqələri ifadə edir və  həmin münasibətlərin məcmusudur. Məsələ bununla 
bitmir.  İş ondadır ki, dövlət büdcəsinin rolu əvvəl deyilənlərlə  məhdudlaşmır, o 
ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsündə iştirak edir. 
Büdcə sistemi olduqca mürəkkəb mexanizmdir. Üstəlik ölkənin iqtisadiyyatının 
tənzimlənməsində qüdrətli alət və vasitədir. Dövlət büdcəsi hər bir ölkədə dövlətin 
maliyyə planı və proqramı deməkdir.  
Büdcə-vergi siyasəti Azərbaycan Respublikasının orta müddətli maliyyə siya-
sətinin tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və 
proqnoz göstəricilərin, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki-
şafı Dövlət Proqramına (2004-2008-ci illər)”, antiinflyasiya tədbirlərinin gücləndi-
rilməsi, ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, sahibkarlığın inkişafını təmin 
edən və digər dövlət proqramlarına uyğun olaraq hazırlanmışdır. 
Büdcə-vergi siyasətini istiqamətləndirən makroiqtisadi göstəricilər daha sürətli 
iqtisadi artımın  əldə edilməsini, büdcəyə  əlavə daxilolma mənbələrinin müəyyən 
edilməsini, iqtisadiyyatın tənzimlənməsində büdcənin birbaşa iştirakının və təsiri-
nin artırılmasını, maliyyə intizamının gücləndirilməsi və  şəffaflığının təmin edil-
məsini, yoxsulluğun azaldılmasını, ünvanlı sosial yardımın tətbiqinin təkmilləşdi-
rilməsini sahibkarlığın və regionların inkişafı üçün maliyyə imkanlarının yaradıl-
masını özündə əks etdirir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə