Dövlät Maliyyäsi
313
Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri də əhalinin maddi-rifah halının
yaxşılaşdırılması, əhalinin gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsi, öl-
kə iqtisadiyyatının idarə olunması və onun dinamik inkişafının stimullaşdırılması
üçün dövlət büdcəsini əsas maliyyə mənbəyinə və iqtisadi alətə çevirməkdir.
Ölkədaxili istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın,
infrastrukturların yaradılmasına maliyyə təminatı vermək, iqtisadiyyata cəlb oluna-
caq sərmayələrdə ölkənin daxili resurslarının payını artırmaq, vəsaitlərin ortamüd-
dətli proqramlar vasitəsilə bölgüsünə mərhələlərlə keçmək mümkün olacaqdır.
Beynəlxalq təcrübəyə uyğun olaraq vergi güzəştlərinin minimuma endirilməsi,
vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi əsas məqsədlərdən biridir.
Bazar iqtisadiyyatına keçid şəraitində büdcə sisteminin tənzimlənməsi iki isti-
qamətdə aparılmalıdır: birinci növbədə dövlət büdcəsi tarazlaşdırılmalı; ikincisi,
büdcənin gəlir və xərcləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmalıdır.
Bütün deyilənləri nəzərə alaraq, həyata keçiriləcək büdcə siyasəti respublikada son
15 ildə bərqərar olmuş maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın tədricən
aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə
təkan verir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbə-
qələrinin sosial müdafiəsi təmin olunmalıdır. Azərbaycan Respublikasının büdcə-
vergi siyasətində mühüm istiqamətlərdən biri də minimum yaşayış həddinin tələb-
lərini gözləməklə ayrı-ayrı sferalarda əmək haqları arasında olan fərqin tədricən
aradan qaldırılmasına, regionlarda əmək ehtiyatlarından, təbii və iqtisadi poten-
sialdan səmərəli istifadə etməklə regionların iqtisadi tarazlığının təmin edilməsinə
nail olmaq, onların iqtisadi gücünü artırmaq və sosial problemlərinin həllini sürət-
ləndirməkdir.
Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, qeyri-neft, qeyri-xammal
sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur
obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəlt-
mək qarşıda duran prioritetlər sırasındadır.
Qeyri-neft sektorunun və özəl bölmənin inkişafını stimullaşdırmaq məqsədilə
qeyri-neft ticarəti, investisiyalar üçün ümumi biznes mühitinin yaxşılaşdırılmasına,
kommunal sektorun tənzimlənməsinə və tarif siyasətinin inkisaf etdirilməsinə
üstünlük veriləcəkdir.
Dövlət əsaslı vəsait qoyuluşunun strukturunu təkmilləşdirmək, həmin vəsaitdən
səmərəli istifadəyə nəzarəti gücləndirmək, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb
olunan və dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş və-
saitin istiqamətlər (sahələr) üzrə bölgüsünün vahid prinsiplərinə və prioritetlərinə
nail olmaq, dövlət investisiya siyasəti ilə müvafiq inkişaf proqramları arasında
əlaqələri möhkəmləndirmək mühüm vəzifələr sırasındadır.
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
314
Dövlət sektorunun səmərəli fəaliyyətinin təmin edilməsi və strukturunun tək-
milləşdirilməsi ilə yanası, dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə qeyri-
dövlət sektorunun əhatə dairəsinin genişləndirilməsi istiqamətində də iş davam
etdiriləcəkdir.
Göstərilən tədbirlərin həyata keçirilməsi, yoxsulluğun azaldılması, iqtisadiy-
yatda struktur islahatlarının davamı, büdcə gəlirlərinin artırılması, büdcə xərcləri-
nin sosial və investisiya yönümlülüyünün təmin edilməsi, xərclərin şəffaflığının və
səmərəli idarə olunmasının yüksəldilməsi ilə müşayiət olunacaqdır.
Ölkənin sosial-iqtisadi inkisaf konsepsiyasına və ortamüddətli maliyyə proqra-
mına uygun olaraq, iqtisadiyyatın inkisafını və nəzərdə tutulan maliyyə siyasətinin
həyata keçirilməsini təmin etmək üçün 2010-cu ildə büdcə-vergi siyasəti sahəsində
aşağıdakı tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Gəlirlər üzrə:
- Ümumi Daxili Məhsulda büdcə gəlirlərinin xüsusi çəkisinin artımına nail
olmaq;
- qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım
əmsalının artımını təmin etmək;
- yerli istehsalın inkişafını stimullaşdırmaq məqsədilə idxal rüsumlarının
dərəcələrinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək;
- potensial gəlirlərin (ilk növbədə vasitəli vergilərin) büdcəyə daxilolma
əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin etmək;
- vergi borclarının azaldılması istiqamətində işləri davam etdirmək;
- vergitutma
bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşı-
sının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanun-
vericiliyini təkmilləşdirmək;
- dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi balansına özəl-
ləşdirmədən daxilolmaların artımına nail olmaq;
- təyinatı üzrə əlavə dəyər vergisindən azadolmaların qanunla müəyyən
edilməsinə nail olmaq;
- sadələşmiş vergiyə cəlb olunan xidmət (is) sahələrini genişləndirmək;
- minik avtomobillərinə, istirahət və idman üçün nəzərdə tutulan üzən vasi-
tələrə aksiz vergisini tətbiq etmək;
- aksizli mallar istehsal edən müəssisələrdə aksiz postlarının fəaliyyətini
gücləndirmək;
- vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarının qar-
şısının alınması məqsədilə bəzi fəaliyyət növlərinə yalnız sadələşdirilmiş
vergini tətbiq etmək;
- vergi ödəyicilərinin vergi yükünü azaltmaq və vergitutma məsələləri üzrə
normativ hüquqi sənədləri sadələşdirilmək.
Dövlät Maliyyäsi
315
Xərclər üzrə:
- perspektiv proqnozlaşmanı genişləndirməklə, büdcə xərclərinin proqramlar
əsasında tərtibinə mərhələlərlə nail olmaq;
- adambaşına maliyyələşdirilmə prinsipi əsasında proqnozlaşdırmaya başla-
maq;
- xərclərin investisiya və sosial yönümlüyünə üstünlük vermək;
- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi İnkişafı Dövlət
Proqramında (2009-2012-ci illər)” və ölkə iqtisadiyyatının, ayrı-ayrı dövlət
orqanlarının fəaliyyətini stimullaşdıran, sahibkarlığın inkişafını təmin edən
və digər dövlət proqramlarında dövlət büdcəsinin vəsaiti balansına həyata
keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək;
- qeyri-neft sektorunun inkişafını ön plana çəkməklə, bu sahələrə bütün
mənbələr üzrə maliyyə təminatını artırmaq, əldə ediləcək real gəlirlər ba-
lansına büdcə xərclərinin neftdən asılılığının mərhələlərlə azaldılmasına
nail olmaq;
- ölkənin müdafiə qüdrətinin gücləndirilməsini və təhlükəsizliyini təmin et-
mək məqsədilə bu sahənin maliyyələşdirilməsini təkmilləşdirmək;
- elmi potensialın inkişafını proqramlar əsasında həyata keçirmək, onun ma-
liyyələşdirilməsi prinsiplərinin təkmilləşdirilməsi istiqamətində işləri güc-
ləndirmək;
- aqrar sektorun inkişaf etdirilməsini, rəqabət qabiliyyətli kənd təsərrüfatı
məhsullarının istehsalını, istehsalçıların ixrac yönümlü fəaliyyətinin sti-
mullaşdırılmasını, emal və yeyinti sənayesinin xammala, əhalinin isə ərzaq
məhsullarına olan tələbatının yerli məhsullar balansına ödənilməsini təmin
etmək üçün büdcə vasitəsilə bu sektora dövlət yardımını artırmaq;
- sosial siyasətin ardıcıl həyata keçirilməsi üçün mərhələlərlə yoxsulluğun
aradan qaldırılmasına, aztəminatlı əhali, uşaqlar və əlillər üçün ünvanlı
sosial müavinətlərin, pensiyaların artırılmasına üstünlük vermək;
- büdcədən maliyyələşən təşkilatlarda çalısan işçilərin əmək haqlarının mər-
hələlərlə artırılması, əməyin ödənişi sisteminin təkmilləşdirilməsi, əhalinin
real xərclərinin istehlak səbətinin tələblərinə uyğunlaşdırılması istiqamə-
tində işləri davam etdirmək;
- əhalinin sosial rifahı ilə bağlı olan təhsil, səhiyyə, turizm, idman, mədəniy-
yət, sosial sığorta və sosial yardım sistemi sahələrində islahatları davam
etdirmək, onların inkisaf istiqamətlərini stimullaşdırmaq;
- dövlət idarəetmə sistemində struktur islahatlarını davam etdirməklə idarə-
etməni daha da təkmilləşdirmək, dövlət qulluqçularının sosial müdafiəsini
gücləndirmək, inzibati (cari) xərclərin azaldılmasına yönəldilmiş tədbirləri
həyata keçirmək;
Dostları ilə paylaş: |